logo
RU

Sosial

Yayda necə qidalanmaq lazımdır?

img




“Yayda bol miqdarda meyvə tərəvəzlərdən istifadə etmək lazımdır”. Bunu "Report"a həkim-dietoloq Fuad Məcidov deyib. O bildirib ki, qışda yetişən meyvə-tərəvəzlərlə "sağollaşmaq" lazımdır: “Çünki qışda tez-tez xəstələnirik deyə, bütün mineral, vitamin bazamız bitmiş olur. Həmin itirdiyimiz mineral və vitaminləri biz yaz fəslində bərpa etməliyik. Birinci növbədə göyərtilərdən və yerkökündən istifadə etmək lazımdır. Bunları həm salat, həm də yeməklərdə istifadə edə bilərsiniz. Pomidor, bibər, badımcan, xiyar, pərpətöyün, ispanaq, kahıdan bol istifadə etmək lazımdır. Bunlar vitamin C-nin bir nömrəli deposudur. Meyvələrdən isə qarpız, yemiş, çiyələk, alça, tut kimi vitamin D ilə bol olan qidalardan istifadə edilməlidir”. Həkim deyib ki, çoxları yayda çimərlik və pikniklərdə qızartma və kabab yeməyi xoşlayır: “Məsləhət görərdim ki, bunların yerinə tərəvəzlərdən daha çox istifadə etsinlər. Kolbasa isə işlənmiş ət olduğu üçün məsləhət görmürəm, ondansa ətin özünü yesinlər. Yesələr də heç olmasa məşhur şirkətlərin kolbasalarından istifadə etsinlər”. Dietoloq qeyd edib ki, şirin, qazlı sərinləşdirici və energetik içkilərdən istifadə etmək olmaz: “Elə zənn edin ki, şəkər qatılmış su içirsiniz. Birincisi ziyandır, ikincisi vərdiş yaradır, dördüncüsü metabolizmanı pozur. Ən yaxşısı evdə hazırlanan meyvə sularıdır. Kompotu şəkərsiz hazırlamaq lazımdır. Şəkərin yerinə isə darçın əlavə etmək olar. Alma, limon, darçın, mixək, qara istiot, zəncəfillə kompot da hazırlaya bilərlər. Darçın xoşlamırlarsa, əlavə etməsələr də olar. Şəkər bizim bir nömrəli düşmənimizdir. Həm qaraciyərin, ümumilikdə, bütün orqanizmin düşmənidir. İnsan qaraciyəri yeganə fabrikdir ki, şəkərdən yağ istehsal edir. Analar da tənbəllik etməsinlər. Uşaqlara ya təzə meyvə suyu içirsinlər, ya da, sadəcə, meyvələrdən şəkər əlavə etmədən kompot hazırlasınlar. Məsələn, çiyələk, alça, alma və limonu suya əlavə edib bişirsinlər, əla kompot alınır. "Yayda çay içmək lazımdır" deyimi isə yalandır. Çayın, kofenin tərkibində kofein var. Su içmək lazımdır. Hər kiloya 30-35 qram su içmək zəruridir”. 







Xəbər lenti

img Cəmiyyət
Selena Qomezdən etiraf - İnstaqram nəslimi məhv etdi

2019-06-15 / 18:59:45
img Dünya
Makrondan Türkiyə ilə bağlı skandal sözlər: "Ankara buna son qoymalıdır"

2019-06-15 / 18:50:17
img Hadisə
Putinin çinli həmkarına gözlənilməz hədiyyəsi - VİDEO

2019-06-15 / 18:47:35
img Dünya
Honkonq hakimiyyəti ekstradisiya haqqında qanunu təxirə saldı

2019-06-15 / 18:36:49
img Dünya
İtaliya gələcəyin superkompüterini qəbul edəcək

2019-06-15 / 18:35:51
img Hadisə
Türkiyə Super Kubokunun vaxtı müəyyənləşdi

2019-06-15 / 15:55:46
img Dünya
ABŞ-ın fond birjasının indeksləri azaldı

2019-06-15 / 15:49:35
img Ölkə
Sabah 38 dərəcəyə qədər isti olacaq

2019-06-15 / 15:47:15
img Cəmiyyət
Kıvanç “Ferrari”sini satışa çıxardı, alıcı tapa bilmədi

2019-06-15 / 15:45:01
img Cəmiyyət
Ani Lorak təzə sevgili tapıb - FOTO

2019-06-15 / 15:43:36
img Hadisə
İdmançımız erməni rəqibini geridə qoyub Avropa birincisi oldu

2019-06-15 / 15:41:19
img Cəmiyyət
Şəhriyar Məmmədyarov yenə uduzdu

2019-06-15 / 15:37:42
img Cəmiyyət
“Yeşilçam” ulduzu vəfat etdi

2019-06-15 / 11:06:24
img Ölkə
Cəbhədən YENİ XƏBƏR

2019-06-15 / 11:04:26
img Hadisə
Ornella Muti həbs edildi - 6 ay cəza

2019-06-15 / 11:02:15
img Dünya
Saakaşvili Ukrayna ordusunda həbi xidmətə hazırlaşır

2019-06-15 / 10:59:55
img Cəmiyyət
10 dərdin 1 dərmanı - Səhər acqarına su içməyin İNANILMAZ FAYDALARI

2019-06-15 / 10:58:23
img Cəmiyyət
Bir gecənin içində məşhurlaşan aktrisa

2019-06-15 / 10:56:41
img Hadisə
Azərbaycan FIFA reytinqində gerilədi

2019-06-14 / 18:10:41
img Hadisə
İmişlidə 2 uşaq anası intihar edib

2019-06-14 / 18:08:26
img Cəmiyyət
"Mbappeni də istəyirik" - azarkeşlərdən Peresə çağırış

2019-06-14 / 18:06:46
img Ölkə
Çimərlik mövsümü başlayır – sahil çirkli, hovuz baha

2019-06-14 / 18:04:21
img Ölkə
Jurnalist Fuad Abbasovun müdafiəsinə daha bir vəkil qoşulub

2019-06-14 / 18:02:39
img Ölkə
Türkiyədə 846 futbolçu ödənişli hərbi xidmətə başlayıb

2019-06-14 / 17:59:54
img Dünya
Zəifləyən dünya iqtisadiyyatı İsveçrə iqtisadiyyatını da ləngidir

2019-06-14 / 17:57:49

Bütün xəbərlər