logo
RU

Manşet xəbərləri

“Çernobıl”ın baş qəhrəmanı, əslində, kimdir? - Qorbaçov onu “qaralayıbmış”

img




  Söhbət SSRİ Elmlər Akademiyasının ən gənc üzvü, kimyaçı-alim Valeri Leqasovdan gedir. Oxu.Az onun həyat hekayəsini təqdim edir: O, 1936-cı ildə Rusiyanın Tula şəhərində anadan olub. Sonra ailəsi ilə Moskvaya köçüb. Orta məktəbi qızıl medalla bitirib; həmin məktəb hazırda onun adını daşıyır. Həm də məktəbin girişində heykəli var. Universitetdən məzun olduqdan sonra aspiranturaya qəbul olur. Burada karyerası yüksəlir. Əvvəlcə o, kiçik tədqiqatçı olsa da, sonra laboratoriyanın rəhbəri vəzifəsinə yüksəlir. Beş il sonra kimya elmləri doktoru olur. O vaxt təsirsiz qazları araşdırır və dörd il sonra kimyəvi birləşmələri öyrəndiyinə görə dövlət mükafatlarına layiq görülür. Bir il sonra Atom Enerji İnstitutunun Molekulyar fizika kafedrasından məzun olub tədqiqatçı, laboratoriya katibi kimi çalışır. Doktorluq dissertasiyasını müdafiə edən professor 1983-cü ildən ölümünə qədər Moskva Dövlət Universitetinin kimya fakültəsində işləyir, şöbə rəhbəri olur.  Çernobıl faciəsi baş verdikdə, səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması üçün yaradılan komissiyanın üzvü idi, buna görə də ölümündən sonra Rusiya Federasiyasının qəhrəmanı adını qazandı. O, faciə yerinə yollanan ilk adamlardan biri idi. Çernobıla hələ çatmamış səmanın qırmızıya boyandığını görəndə əsl faciənin baş verdiyini başa düşdü. Qeydlərində Çernobılla bağlı ilk təəssüratlarını bölüşürdü: “Stansiyada elə qarışıqlıq, hazırsızlıq, qorxu vardı ki, 1941-ci ildəki kimi, onun daha pis variantı. Brestdəki kimi... Eyni cəsarətsizlik, çarəsizlik”. Komissiyanın digər üzvləri Moskvaya qayıtsa da, o, Çernobıl Atom Elektrik Stansiyasına gedib işini davam etdirir. Çox sayda radiasiya dozası qəbul etdiyinə görə - normadan dörd dəfə artıq - bu, onun sağlamlığına ciddi təsir edir. Belə ki, o, dağılan reaktorun yanında dörd ay vaxt keçirib, orta-ağır dərəcədə - 100 ber radiasiya alıb. Partlayışların qarşısını almaq üçün qərarlar qəbul edir, SSRİ hökumətini qəza bölgəsindəki vəziyyətlə bağlı məlumatlandırır. Alimlərə və mətbuata məhv olan stansiyanın təhlükəsi və vəziyyəti barədə məlumat verir, Pripyatın (Çernobılın 10 kilometrliyində yerləşən 49 min sakini olan şəhər) təcili boşaldılması, əhalinin köçürülməsi barədə təkid edir. Pripyat 30 saat ərzində xarabalığa çevrilib və bu, 900 il davam edəcək. Çünki zərərli maddələrin tamamilə yox olması üçün 900 il gözləmək lazımdır. Qəza səbəblərini analiz edəndən sonra nüvə reaktorlarının təhlükəsizliyini öyrənmək üçün geri qayıdır - dizaynerlərə RBMK tip reaktorların əskikliklərini izah edir, Atom Elektrik Stansiyası əməkdaşlarının peşəkar hazırlığının qənaətbəxş olmadığını bildirir.

Onun dərindən araşdırdığı daha bir sahə enerji sistemləri idi. Qəzanın zərərli nəticələrini azaldan qarışım (bor və qum) hazırladı və dizayn, texnologiya və elmi birləşdirib yeni yanacaq növü yaratdı. 1986-cı ilin 25-29 avqustunda Vyanada keçirilən Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik ekspertlərinin iştirak etdiyi konfransda Leqasov sovet nümayəndə heyətinin rəhbəri olaraq qəza səbəbləri və nəticələrdən ibarət beş saatlıq, 400 səhifəlik hesabat təqdim etdi. Bu çıxış onun karyerasının dönüş nöqtəsi idi. Versiyalardan birinə görə, o, çıxışında icazə verilməyən bir sıra gizli məlumatları açıqlayıb. Bəzi versiyalarda bildirilir ki, onun bu çıxışı alimlərə mənfi təsir edib. Vyana konfransından sonra Qərbdə cəsarətinə görə qiymətləndirilən V.Leqasov ABŞ-da “ilin adamı” adını alıb. Bundan sonra Leqasov Sosialist Əməyi Qəhrəmanı adına iki dəfə namizəd kimi irəli sürülsə də, mükafatlandırılmır, sadəcə, ona “Şöhrət” saatı hədiyyə olunur. Çünki Qorbaçov onun adını siyahıdan özü qaralayıb silmişdi. Amma bu il seriala baxdıqdan sonra verdiyi müsahibədə bunu təkzib edib. Şəxsi həyatı barədə çox məlumat olmasa da, həyat yoldaşının onu evliliklərinin ilk günündən dəstəklədiyi məlumdur. Həmişə məşğul olduğunu və işi ilə bağlı çətin vəziyyətdə olduğunu bildiyindən, ona həmişə - son günlərinə qədər sevgi, qayğı göstərib. Bu xoşbəxt evlilikdən onların bir qızı və bir oğlu olub. Həyat yoldaşı həmin dövrdə - o, uzun müddət Çernobılda qalandan sonra ailəsinin yanına gələndə Leqasovu belə xatırlayır: “Arıqlamış, saçları tökülmüş, qaralmışdı”. O da yaxınlarına etiraf edib ki, faciə yerində tənəffüs cihazı, təmiz su ehtiyatı, dərman, yod olmayıb. Sonradan onun sol əl barmaqları iflic olur. 1988-ci ilin 27 aprelində Çernobıl faciəsinin ikinci ildönümündə mənzilində asılmış tapılır. Halbuki ölümünün səhəri günü Çernobıl faciəsinin səbəblərini danışacaqdı. Bu, onun ilk intihar cəhdi deyildi. 1987-ci ildə müalicə əsnasında Leqasov dərman içərək intihara təşəbbüs etmişdi, lakin həkimlər onu xilas edə bilmişdi. Versiyalardan birinə görə, ölümünün səbəbi SSRİ rəsmi orqanlarının Çernobıl faciəsinin araşdırılması və ümumi sirlərlə dolu atmosferin qorunması ilə bağlı təzyiqi idi. Ölümündən bir gün əvvəl əri işdən qayıdanda xanımı onun həmkarlarının zənginə cavab vermədiyini görüb, amma buna fikir verməyib. Ölümündən əvvəl faciə ilə bağlı az bilinən məlumatları səsyazısı ilə qeydə alır. Beş audiokaset yazıb, bir hissəsi silinib. Bu səsyazmalar əsasında BBC “Fəlakətdən xilas: Çernobil Nüvə Fəlakəti” (2006) filmini çəkib. Həmçinin, serialda da bu məlumatlara yer verilib.







Xəbər lenti

img Günün xəbərləri
ABŞ “Huawei” üçün lisenziyanı daha 90 günlüyə uzadacaq

2019-08-19 / 19:16:27
img Ölkə
Deputat İqbal Məmmədovun oğlu həbs olunub - RƏSMİ

2019-08-19 / 19:15:08
img Dünya
Özbəkistanda 120 yaşlı qadına biometrik pasport verilib

2019-08-19 / 19:13:51
img Dünya
Netanyahu Zelenskini İsrailə dəvət etdi

2019-08-19 / 19:01:13
img Günün xəbərləri
Gəlirsiz turizm: hara gedirik? – Məmur hərisliyi, boş qalan otellər

2019-08-19 / 18:57:39
img Cəmiyyət
Enerji içkiləri bizi necə məhv edir?

2019-08-19 / 16:11:28
img Dünya
1700 məhkum əfv edildi

2019-08-19 / 16:09:24
img Hadisə
"Real", "Barselona" və "Liverpul"un ulduzları Bakıya gəlir

2019-08-19 / 16:08:29
img Dünya
"WhatsApp"da iki gözlənilməz yenilik var

2019-08-19 / 16:07:04
img Hadisə
Sabiq prezident məhkəmə qarşısında

2019-08-19 / 16:05:31
img Günün xəbərləri
Azərbaycanda vahid məktəbli forması tətbiq ediləcək - Tarix AÇIQLANDI

2019-08-19 / 16:03:54
img Sosial
Boşanmış ailənin uşağı kimin yanında qalmalıdır? - Ali Məhkəmənin GÖSTƏRİŞİ

2019-08-19 / 12:05:52
img Ölkə
Vəzifəli şəxs kobud nöqsanlara görə işdən çıxarıldı

2019-08-19 / 12:04:22
img Dünya
ABŞ-ın İrana qarşı sanksiyaları Ermənistana da toxundu

2019-08-19 / 12:02:30
img Ölkə
Könül Xasıyeva haqqında yalan yazanlardan şikayət edəcək

2019-08-19 / 12:01:10
img Qafqaz
Gürcüstanda güclü fırtına ilə bağlı xəbərdarlıq edilib

2019-08-19 / 11:49:14
img Hadisə
Səudiyyə Ərəbistanında yataqlara edilən hücum fonunda neft bahalaşır

2019-08-19 / 11:47:48
img Manşet xəbərləri
BMT-nin Baş katibi Ümumdünya Humanitar Yardım günü ilə əlaqədar müraciət yayıb

2019-08-19 / 11:45:57
img Dünya
"Grace 1" Cəbəllüttariqi tərk etdi

2019-08-19 / 11:33:44
img Qafqaz
Rusiya Ermənistana sabiq millət vəkilini təhvil verməyi rədd edib

2019-08-17 / 17:29:10
img Manşet xəbərləri
“Fitch” Gürcüstanın iqtisadi artım proqnozunu azaldıb

2019-08-17 / 17:27:49
img Cəmiyyət
Əzələlərini iynə ilə şişirdənin qolları kəsilə bilər – Foto

2019-08-17 / 17:25:29
img Günün xəbərləri
Avqustun 17-nə olan hava proqnozu

2019-08-17 / 17:24:16
img Dünya
Yerdə istilik rekord həddi aşıb

2019-08-17 / 17:23:17
img Dünya
ABŞ "Huawei"ə güzəştə gedə bilər

2019-08-17 / 11:39:22

Bütün xəbərlər