logo
RU

Sosial

Ginnesin Rekordlar kitabına düşən seriallar - Gənclərimiz hansını izləyir?

img




İllər əvvəl serial deyəndə ağıla ailə-məişət məzmunlu, Azərbaycan dilinə dublyaj olunan ekran işləri gəlirdi. Bu seriallar, əsasən, Braziliya, Türkiyə, Meksika, Latın Amerikası, Argentina istehsalı idi. Dünya film/serial sənayesi inkişaf etdikcə, 190 ölkədə 83 milyona yaxın üzvü olan “Neftlix” şirkəti işini internet üzərinə keçirərək zamana ayaq uydurduqdan sonra ABŞ, Britaniya istehsallı seriallar yayılmağa başladı. Bu gün Azərbaycanda gənclərin əksəriyyəti boş vaxtlarını seriallara baxmaqla keçirirlər. Seriallara onların orijinal dilində altyazı ilə baxıb öyrənənlər, bu baxımdan faydalananlar da az deyil. Türkiyə serialları hələ də sevilsə də, Azərbaycanda elm, texnologiya barədə seriallar daha geniş auditoriyaya sahib olmağa doğru irəliləyir. Oxu.Az olaraq gənclər arasında keçirdiyimiz sorğuya əsasən, ən çox izlənilən serialları təqdim edirik: “Black Mirror” Gənclər deyir ki, gələcək texnologiyaların insan üzərində təsirindən bəhs edən bu serialı hər seriyası ayrı film olduğu üçün, texnologiya-insan qarşıdurmasını peşəkar şəkildə əks etdirməyi bacardığı üçün sevirlər. “Serial seçəndə çalışıram nəsə maarifləndirici bir şey olsun, insan baxdığı filmdən və ya serialdan dərs götürə bilsin. Yəni vaxt itkisi olmasın. Bu baxımdan, ən sevdiyim serial “Black mirror”dur. O, texnologiyaların insan həyatını indi və ya gələcəkdə necə məhv edə biləcəyini çatdırır, insanı baş verə biləcək gerçəkliklərlə üzləşdirir. Demək olar ki, hər seriyası düşündürücüdür. Ən çox zövq aldığım serial məhz odur”, - serialı sevənlərdən biri - Ləman Əzimova deyir. Britaniya serialı ilk dəfə 2011-ci ildə yayımlanıb. Hər seriyanın aktyorları, süjet xətti bir-birindən tamamilə fərqli olsa da, hamısını birləşdirən xüsusiyyət var. Serialın yaradıcısı Çarli Bruker onu belə izah edir:  “Hər divarda, stolda, küncdə qara güzgü - televizorun, monitorun, smartfonun ekranını tapa bilərsiniz. Texnologiya, doğrudan da, narkotikə bənzəyir, bəs onda nə kimi əks təsirləri olacaq?” Serialın ilk sezonu Britaniya telekanalında yayımlansa da, 2015-ci ildə “Neflix” tərəfindən alınıb. “Game of Thrones” (Taxt-tac oyunları) Gənclər bu serialı serial tarixinin ən yaxşılarından biri kimi dəyərləndirirlər: “Fantastika olsa da, adam serialın içinə girə bilir, həyəcanı yaşayırdı”, - serialın izləyicilərindən biri - İsmayıl Cabbarzadəfikirlərini bölüşür. ABŞ istehsalı olan serial 2011-ci ildə “HBO” kanalında yayımlanmağa başlayıb. Serialın çəkilişi İngiltərə, Şimali İrlandiya, Malta, Xorvatiya, İslandiya, Mərakeşdə baş tutub. Prodüserlərin sözlərinə görə, ilk sezonu 50-60 milyon dollara çəkilən serialın ikinci sezonu 15 faiz daha artıq olub. Altıncı sezon 10 milyon dollara yüksələn serialın 2017-ci il çəkilişləri - 8-ci sezonun hər seriyası 15 milyon dollara başa gəlib. Amma az büdcə ilə də çəkilən və sevilən seriallar var. “Breaking Bad” Serial izləyicilərindən birinin - Xəyyam Ağayevin sözləri ilə desək, “az büdcə, sadə süjet xətti ilə neçə-neçə çox büdcəli serialları geridə qoymağı bacaran, həm ssenari, həm aktyorluq, həm də rejissor işi, rəng seçimi və sintezləri ilə ən yaxşı serial adına layiq olmağı bacaran bir ekran əsəridir”. “Dramla bir növ macəra birləşir, sezonlar irəlilədikcə daha möhtəşəm şeylər görürük”. ABŞ istehsallı neo-vestern cinayət teleserialı 62 seriya davam edib. Bu serial 2013-cü ildə bütün dövrlərin ən çox bəyənilən serialı kimi Ginnesin Rekordlar Kitabına düşüb. Belə ki, o, “MetaCritic” - (filmlər, musiqi albomları, televiziya şouları, musiqi albomları, videooyunlar barədə rəylər toplayan vebsayt - red.) portalında 100-dən 99 bal toplayıb. “Lost” Bu ABŞ serialı ilk dəfə 2004-cü ildə ABC kanalında yayımlanıb. Serialın ilk epizodu 2004-cü ildə ekran başına 16 milyon tamaşaçı toplayıb. Serial izləyiciləri bunu 2000-ci illərin ən yaxşılarından biri kimi dəyərləndirirlər. Belə ki, təyyarədə səyahət edən bir qrup insan qəza nəticəsində adaya düşürlər. Sağ qalan insanlar bunun normal hadisə olduğunu düşünsələr də, sonra işlər dəyişir. Filmdə zamanda yerdəyişmə faktorları da yer alır. “La casa de papel” 2017-ci ildə yayımlanan serial “Neftlix”in ən yaxşı ingilis dilində olmayan seriallarından biri oldu. Dünyadakı ən böyük bank soyğunçuluğunu həyata keçirməyə çalışanlardan bəhs edən film İspaniya telekanalında yayımlanıb. 15 bölümdə bitdikdən sonra serial “Neftlix” tərəfindən alınaraq yenidən nümayiş olunub.

“Dark” Serialı sevənlərdən biri - Gündüz Kəlbiyev serialın məzmununda hər mövzunun yer aldığını, buna görə bu serialı izlədiyini deyir: “Bu serial bir alman şah əsəridir. Zamanda səyahət, dram, bir neçə ailənin faciəsi, gərginlik, detektivlik - yəni hər şey bu serialda var”. 2017-ci ildə yayımlanan serial həm “Neftlix”in Almaniyada çəkilən, həm də alman dilində olan ilk serialıdır.

“The 100” Serialın ilk seriyasını ABŞ kanalı “THE CW”də 1.39 milyon tamaşaçı izləyib, bu da kanal tarixinə rekord kimi düşüb. Hadisələr Yer kürəsində baş verən nüvə müharibəsinə görə insanların kosmosda yaşamalarından 97 il sonra baş verir. Serialı sevənlər onun “insanın necə dəhşətli varlıq olduğunu göstərdiyinə” görə maraq kəsb etdiyini bildirirlər.

“Sherlock” Bu Britaniya serialı ilk dəfə 2010-cu ildə “BBC One” kanalında yayımlanıb.  Eyniadlı romandan fərqli olaraq, burada hadisələr XXI əsrdə baş verir. Şerlok Holmsun kredit kartları, telefonu, noutbuku var, o, avtomobil və metrodan istifadə edir. Bundan başqa, siyahıda cinayət psixologiyasından danışan “Lie to me”, “Prison Break”, “Narcos”, “Westworld”, “Spartacus”, “Arrow”, “Punisher”, “Daredevil”, “Peaky blinders”, “Vikings”, “Doctor who”, “Supernatural”, “Chernobyl”, yeni “Netflix” seriallarından “You” da yer alır. 







Xəbər lenti

img Günün xəbərləri
ABŞ “Huawei” üçün lisenziyanı daha 90 günlüyə uzadacaq

2019-08-19 / 19:16:27
img Ölkə
Deputat İqbal Məmmədovun oğlu həbs olunub - RƏSMİ

2019-08-19 / 19:15:08
img Dünya
Özbəkistanda 120 yaşlı qadına biometrik pasport verilib

2019-08-19 / 19:13:51
img Dünya
Netanyahu Zelenskini İsrailə dəvət etdi

2019-08-19 / 19:01:13
img Günün xəbərləri
Gəlirsiz turizm: hara gedirik? – Məmur hərisliyi, boş qalan otellər

2019-08-19 / 18:57:39
img Cəmiyyət
Enerji içkiləri bizi necə məhv edir?

2019-08-19 / 16:11:28
img Dünya
1700 məhkum əfv edildi

2019-08-19 / 16:09:24
img Hadisə
"Real", "Barselona" və "Liverpul"un ulduzları Bakıya gəlir

2019-08-19 / 16:08:29
img Dünya
"WhatsApp"da iki gözlənilməz yenilik var

2019-08-19 / 16:07:04
img Hadisə
Sabiq prezident məhkəmə qarşısında

2019-08-19 / 16:05:31
img Günün xəbərləri
Azərbaycanda vahid məktəbli forması tətbiq ediləcək - Tarix AÇIQLANDI

2019-08-19 / 16:03:54
img Sosial
Boşanmış ailənin uşağı kimin yanında qalmalıdır? - Ali Məhkəmənin GÖSTƏRİŞİ

2019-08-19 / 12:05:52
img Ölkə
Vəzifəli şəxs kobud nöqsanlara görə işdən çıxarıldı

2019-08-19 / 12:04:22
img Dünya
ABŞ-ın İrana qarşı sanksiyaları Ermənistana da toxundu

2019-08-19 / 12:02:30
img Ölkə
Könül Xasıyeva haqqında yalan yazanlardan şikayət edəcək

2019-08-19 / 12:01:10
img Qafqaz
Gürcüstanda güclü fırtına ilə bağlı xəbərdarlıq edilib

2019-08-19 / 11:49:14
img Hadisə
Səudiyyə Ərəbistanında yataqlara edilən hücum fonunda neft bahalaşır

2019-08-19 / 11:47:48
img Manşet xəbərləri
BMT-nin Baş katibi Ümumdünya Humanitar Yardım günü ilə əlaqədar müraciət yayıb

2019-08-19 / 11:45:57
img Dünya
"Grace 1" Cəbəllüttariqi tərk etdi

2019-08-19 / 11:33:44
img Qafqaz
Rusiya Ermənistana sabiq millət vəkilini təhvil verməyi rədd edib

2019-08-17 / 17:29:10
img Manşet xəbərləri
“Fitch” Gürcüstanın iqtisadi artım proqnozunu azaldıb

2019-08-17 / 17:27:49
img Cəmiyyət
Əzələlərini iynə ilə şişirdənin qolları kəsilə bilər – Foto

2019-08-17 / 17:25:29
img Günün xəbərləri
Avqustun 17-nə olan hava proqnozu

2019-08-17 / 17:24:16
img Dünya
Yerdə istilik rekord həddi aşıb

2019-08-17 / 17:23:17
img Dünya
ABŞ "Huawei"ə güzəştə gedə bilər

2019-08-17 / 11:39:22

Bütün xəbərlər