logo
RU

Hadisə

Agentlik: Son günlər yayılan kəpənəklər zərərli deyil, kənd təsərrüfatı üçün faydalı hesab olunur

img




"Son günlərdə ölkənin Quba-Xaçmaz, Şəki-Zaqatala bölgələrində, həmçinin Bakıda və Abşeron yarımadasında yayılmış kəpənəklərin heç bir zərəri yoxdur və əksinə, kənd təsərrüfatı üçün faydalı hesab olunur". Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən ONA-ya bildirilib ki, “Şeytanqaqalı kəpənəyi” adlandırılan və elmi adı “Vanessa cardui” olan bu kəpənəklərin bolluğu biomüxtəlifliyin zənginliyi, çiçəkli bitkilərin tozlanması, quşlar üçün isə yem ehtiyatıdır. Faydalı fitofaq olmaqla, əkin sahələri üçün  təhlükəli alaq otu hesab edilən qanqalın başlıca növlərinə qarşı bioloji mübarizə vasitəsidir. Şeytanqanqalı kəpənəyi alaq oltlarında - qanqal, gicitkən, dəvətikanı, türpəng kimi bitkilərdə tırtıl qoyaraq çoxalır və həmin bitkilərlə qidalanır. Aprel-may aylarında ölkədə aparılmış monitorinqlər nəticəsində bu il taxıl və digər əkin sahələrində şeytanqanqalı kəpənəyi tırtılı yayılmış həmin alaq otlarının zəif inkişaf etdiyi müşahidə edilib. Şeytanqanqalı kəpənəyi ən çox Yaponiyada geniş yayılıb. Bəzi illərdə Rusiyada, Ukraynada, Belarusiyada, Moldovada, Zaqafqaziya və Qazaxıstanda çox təsadüf edilir. Türkiyənin bütün bölgələrində rastlanır. Kütləvi çoxaldığı illərdə birinci nəslin kəpənəklərinin aktiv miqrasiya etmək xüsusiyyətləri var. Kəpənəklərin may ayından oktyabr ayına qədər uçuşları müşahidə edilir. Yaz fəslində kəpənəklərin uçuşu cənubdan şimala, payızda isə şimaldan cənuba doğru istiqamətlənir. Azərbaycanda yayılma səbəbi də məhz bu miqrasiya yolunun üzərində olmasıdır. AMEA-nın Zoologiya institutunun elmi işlər üzrə direktor müavini Elşad Əhmədov isə ONA-ya bildirib ki, həşəratların həyat tərzində belə kütləvi miqrasiyalar tez-tez olur: “10-11 ildən bir belə hallar təkrarlanır. Azərbaycanda da bundan əvvəl belə hallar müşahidə olunub. Bu kəpənəklər “Vanessa cardui” növünə aiddir. May ayının axırları, iyunun əvvəllərində bunların çoxalma dövrüdür. Bu kəpənəklər yüksək miqrasiya etmək xüsusiyyətinə malikdir. 5 min kilometrə qədər məsafəni qət edirlər. Şimali Afrikadan başlayaraq Aralıq dənizi, Qara dəniz üzərindən Avropa istiqamətində uçurlar. Bu növlərə adətən meşə kənarlarında, bağlarda, yol kənarlarında, sahillərdə, yabanı otlar olan sahələrdə rast gəlinir. Hazırda kəpənəklərin bu növü Türkiyədə, Kiprdə, İsraildə çox geniş yayılıb”. E. Əhmədov deyib ki, Bakıda da bu növ kəpənəklərin kütləvi görünməsi ekoloji tarazlığın pozulması ilə bağlı deyil, miqrasiya məsələsidir: “Burada qorxulu heç nə yoxdur. Bu kəpənəklər 14-15 gündən sonra yoxa çıxacaqlar. Miqrasiya edənlər edəcək, etməyənlər də öləcək”. E. Əhmədov onu da əlavə edib ki, bu kəpənəklərin bitkilərə heç bir ziyanı yoxdur. Bu növlər adətən bitki nektarları ilə qidalanırlar və zərərsizdirlər. İnsanlara və təsərrüfata da ziyanları yoxdur. Sadəcə hazırda ölkə ərazisindəki temperatur həşəratların çoxalması üçün əlverişlidir.







Xəbər lenti

img Günün xəbərləri
Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib

2020-07-11 / 16:59:33
img Cəmiyyət
Aqolli millimizdə çalışa bilər

2020-07-11 / 16:04:45
img Cəmiyyət
"Öz balalarına Amerikada toy edirlər, burdakılara qadağa qoyurlar” - Baloğlan

2020-07-11 / 16:03:14
img Günün xəbərləri
Dərslər sentyabrda açılır? - RƏSMİ CAVAB

2020-07-11 / 16:01:04
img Dünya
Bloomberg: İlon Mask milyarderlərin reytinqində Uorren Baffeti ötdü

2020-07-11 / 15:58:54
img Cəmiyyət
"Mayda yubileyimi pandemiyaya görə keçirə bilmədim, qaldı, sentyabrda görək necə olur"

2020-07-11 / 15:56:57
img Cəmiyyət
Millət vəkili ilə bağlı sevindirici xəbər: “Səhhəti yaxşı və stabildir”

2020-07-11 / 15:55:30
img Ölkə
Sabah külək olacaq, yağış yağacaq

2020-07-11 / 15:53:57
img Günün xəbərləri
Arif Qasımovun işdən çıxarılmasına səbəb olan - Video

2020-07-11 / 15:51:06
img Manşet xəbərləri
2 saatlıq SMS icazə ilə bağlı dəyişiklik: sutkada 2 və ya 3 dəfə...

2020-07-11 / 14:00:41
img Günün xəbərləri
8 şəhər və 8 rayonda ictimai nəqliyyatın hərəkəti dayandırıldı

2020-07-11 / 10:30:02
img Qafqaz
Gürcüstanda əkiz qardaşlar illər sonra imtahanda görüşüblər

2020-07-11 / 10:27:24
img Dünya
Koronavirusla bağlı son STATİSTİKA

2020-07-11 / 10:26:12
img Günün xəbərləri
“15 faizlik gömrük rüsumu alınır, bu da süni qiymət artımı ilə nəticələnir” - ekspert

2020-07-11 / 10:25:16
img Günün xəbərləri
“Sentyabr ayında dərslərə başlamaq mümkündür” - GƏLİŞMƏ

2020-07-11 / 10:24:27
img Sosial
Elektrik enerjisinin güzəşt limiti artırılacaq? - AÇIQLAMA

2020-07-11 / 10:15:56
img Günün xəbərləri
“1-2 il cəzası qalan şəxsin koronavirusa yoluxaraq ağır duruma düşməsi heç kimə lazım deyil” - Novella Cəfəroğlu

2020-07-11 / 10:13:40
img Manşet xəbərləri
Azərbaycanda 526 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

2020-07-10 / 18:19:20
img Günün xəbərləri
Sabahdan bütün ictimai nəqliyyat dayandırılır – RƏSMİ

2020-07-10 / 16:24:19
img Günün xəbərləri
Dənizə getsəniz, koronavirusa yoluxa bilərsiniz – SƏBƏB AÇIQLANDI

2020-07-10 / 16:13:57
img Manşet xəbərləri
İnsanlar restoranlara, iş yerlərinə belə buraxıla bilər – YENİ TƏKLİF

2020-07-10 / 16:12:57
img Günün xəbərləri
NK-nın kreditlərlə bağlı qərarının detalları – Ekspert AÇIQLADI

2020-07-10 / 16:11:56
img Manşet xəbərləri
MƏMMƏDYAROVDAN DTX-nın ƏMƏLİYYATI İLƏ BAĞLI AÇIQLAMA - "İstefa verəcəyimlə bağlı..."

2020-07-10 / 16:09:36
img Günün xəbərləri
Azərbaycanda rəis müavini ailəsi ilə birgə koronavirusa yoluxdu

2020-07-10 / 16:08:19
img Dünya
İranda COVID-19-a yoluxanların sayı 252 720 nəfər olub

2020-07-10 / 16:07:24

Bütün xəbərlər