logo
RU

Cəmiyyət

Şəkərli diabet və Ramazan

img




“Journal of Community Medicine and Health Education” jurnalında dərc olunan elmi məqaləyə görə, Ramazanın ilk günlərində oruc tutan sağlam insanlarda qanda orta qlükoza miqdarının aşağı düşməsi müşahidə olunur. Habelə orucluğun təxminən 20-ci günündə bu göstərici normallaşır. Sonradan şəkər miqdarı cüzi artsa da, bütün bu dəyişikliklər şəkər miqdarı normalarını aşmır. Ramazan zamanı diabetə yaxşı nəzarət edən və oruc tutan insanların qanında qlükoza miqdarının kəskin dəyişkənlikləri müşahidə olunmur. Bununla belə, Ramazan ayında oruc tutan bəzi diabet xəstələri qəbul olunan qidanın növü, tərkibi və miqdarından, dərman qəbulu və idman hərəkətlərinin nə dərəcə müntəzəm olduğundan, sahur və ya iftarda mədənin həddən artıq qida və içki ilə yüklənib-yüklənməməsindən asılı olaraq, qanda qlükoza miqdarının dəyişkənliyini hiss edib. Diabet xəstələrinin iştirakı ilə Ramazan vaxtı aparılmış tədqiqatlarda onların bədən kütlələrinin sabit qaldığı və ya cüzi dəyişildiyi (ola bilsin, həyat tərzi ilə xüsusilə qida keyfiyyəti və miqdarı və fiziki aktivlik səviyyəsi ilə əlaqədar) müəyyən edilib. Başqa bir tədqiqatda Ramazan ayında və ya Ramazan ayından sonra oruc tutanlarda HbA1 miqdarı (qanda hemoqlabin göstəricisi, 3-4 ay ərzində qanda orta şəkər miqdarını göstərir), serumda fruktozamin miqdarı, insulin miqdarı və C-peptid miqdarında hər hansı ciddi dəyişiklik müşahidə olunmayıb. C-peptid (ingilis dilində connecting peptide, “birləşdirici peptid” adlandırmaq da olar) proinsulinin peptidazlara ayrılması nəticəsində formalaşır və insulin ifrazının göstəricisi hesab olunur. Oliqopeptid insulindən fərqli olaraq, şəkər miqdarına hər hansı təsir göstərir. Ancaq o diabetli xəstələr üçün son dərəcə vacibdir: artıq elmdə isbat olunub ki, onların çatışmazlığı bir sıra fəsadların ortaya çıxmasına səbəb olur. Ramazanda oruc tutan və öz diabetlərinə düzgün nəzarət edən insanlarda gündəlik qəbul olunan kalori miqdarlarının azalması müşahidə olunub.   Diabetinə düzgün nəzarət etməyən və ya ümumiyyətlə, nəzarət etməyən insanlarda isə oruc tutan zaman bəzi metabolik fəsadlaşmalar, məsələn, qipoqlikemiya (qanda şəkər miqdarının aşağı düşməsi), ketozlu hiperqlikemiya (orqanizmin maye itkisi) və trombozun (damarların tutulması) üzə çıxması mümkündür. Hiperqlikemiya dərman qəbuluna etinasız yanaşan və iftardan sonra bir neçə saat ərzində yeyib-içən insanlarda formalaşa bilər. Adətən, belə insanlarda plazmanın qlükoza miqdarında xəfif dəyişkənliklər müşahidə olunur. Qidalanma zamanı plazmadakı qlükoza miqdarı artır. Mədəaltı vəzi bunu tez aşkarlayaraq, insulin ifrazını artırır (mədəaltı vəzi hormonunun əsas funksiyalarından biri məhz qanda qlükoza miqdarını aşağı salmaqdır), qaraciyərdən xaric olan qlükoza miqdarını azaldır, perifrik qlükozanın utilizasiyasını artırır. Diabet xəstələrində birinci fazalı insulin sekresiyası itkisi və proinsulin və parçalanmış proinsulin miqdarının artımı müşahidə olunur. Bu azad piy turşularının və triqliseridlərin çoxalmasına gətirib çıxarır. Qlükaqon miqdarı isə yüksək olaraq qalır və qaraciyərdə qlükoza miqdarı da düzgün tənzimlənə bilmir. Bütün bunlar postprandial hiperqlikemiyaya (qida qəbulundan sonra qanda şəkər artımı) yol açır. Məlum olduğu kimi, hətta təcrid olunmuş postprandial hiperqlikemiya belə ölümcül ürək-damar xəstəliklərinin inkişafı riskini artırır.







Xəbər lenti

img Günün xəbərləri
Zakir Qaralovun səlahiyyət müddəti bitir

2020-04-01 / 13:02:15
img Manşet xəbərləri
Vahid Əhmədov: “Bu adamlara da yardım edilməlidir...”

2020-04-01 / 11:32:47
img Manşet xəbərləri
Epidemioloq COVID-19-dan daha təhlükəli infeksiyanın yaranma riski barədə xəbərdar edib

2020-04-01 / 10:40:14
img Cəmiyyət
Ferrara şəhərinin sakinlərində koronavirusa qarşı immunitet aşkarlanıb

2020-04-01 / 10:38:43
img Hadisə
Vladimir Bazanov: "Belarusda vəziyyət kritik deyil, çempionat davam edir"

2020-04-01 / 10:34:45
img Qafqaz
Gürcüstanda koronavirusa yoluxanların sayı 115-ə çatdı

2020-04-01 / 10:32:37
img Dünya
ABŞ Rusiya və Səudiyyə Ərəbistanı ilə neftin ucuzlaşması problemini həll etmək niyyətindədir

2020-04-01 / 10:30:09
img Dünya
ABŞ-da koronavirusdan ölənlərin sayı 4 000-i ötdü

2020-04-01 / 10:24:15
img Hadisə
Azərbaycan və Rusiya arasında hava və dəmiryol sərnişindaşıması dayandırıldı - RƏSMİ

2020-03-31 / 19:58:11
img Cəmiyyət
Şəhriyar Məmmədyarov FIDE reytinqində ilk “10-luq”dakı yerini itirdi

2020-03-31 / 19:56:49
img Ölkə
Xüsusi karantin rejimində evdən çıxarkən hansı sənədləri götürmək lazım olduğu açıqlanıb

2020-03-31 / 19:49:24
img Günün xəbərləri
Ruslar milyardlarını banklardan çıxarır

2020-03-31 / 19:45:50
img Dünya
Niderlandda koronavirusdan ölənlərin sayı 1 000-i ötdü

2020-03-31 / 19:44:42
img Ölkə
Operativ Qərargahı yeni məlumat yaydı - Rusiyadan qayıdan vətəndaşlarla bağlı

2020-03-31 / 19:43:09
img Hadisə
"BP Azərbaycan"-dan vitse-prezidentin liftin düyməsini ayaqla basmasına reaksiya - Video

2020-03-31 / 19:22:03
img Günün xəbərləri
Bakı metrosu bu gün bağlanır

2020-03-31 / 17:28:15
img Dünya
Rusların 63 faizinin ehtiyatda pulu yoxdur - SORGU

2020-03-31 / 16:53:50
img Manşet xəbərləri
AZƏRBAYCANDA DAHA 24 NƏFƏR KORONAVİRUSA YOLUXDU! - 1 nəfər öldü, 11 nəfərin vəziyyəti ağırdı

2020-03-31 / 16:53:04
img Manşet xəbərləri
Rings of the corruption chain and their prison life

2020-03-31 / 15:48:42
img Dünya
Türkiyədə koronavirusa yoluxanların sayı 10 mini keçdi

2020-03-31 / 12:41:45
img Ölkə
Nazirlər Kabinetindən evdən çıxmasına məhdudiyyət qoyulan aşağı təminatlı vətəndaşlarla bağlı AÇIQLAMA

2020-03-31 / 12:39:55
img Günün xəbərləri
Koronavirusdan sağalanların sayı 165 min nəfəri keçdi

2020-03-31 / 12:37:09
img Manşet xəbərləri
Kosmonavtlara əllə görüşmək və qucaqlaşmaq qadağan edildi

2020-03-31 / 12:36:13
img Manşet xəbərləri
Türkiyədə koronavirusa görə minlərlə məhkum azadlığa buraxılır

2020-03-31 / 12:34:18
img Dünya
İsraildə koronavirusdan ölənlərin sayı 18-ə çatdı, polis sinaqoqlarda reyd keçirdi

2020-03-31 / 12:32:20

Bütün xəbərlər