logo
RU

Manşet xəbərləri

Supermarketlərdə düşünülmüş cibgirlik

img




Bu gün istehlakçıların hüquqlarının qorunması ilə bağlı qanunvericilikdə kifayət qədər müddəa yer alsa da, reallıqda bu müddəalar elə kağız üzərində qalır. Əksəriyyətimizin tez-tez rastlaşdığımız ənənəvi problemimiz vitrin qiymətlərilə kassa qiymətlərinin üst-üstə düşməməsidir. Adətən çox çeşiddə məhsul alanda o qədər də bunun fərqinə varmırıq. Amma 1-2 məhsul alanda qiymətlərdəki fərqlər dərhal nəzərə çarpır. Məsələn, vətəndaş aldığı məhsulun qiymətinin vitrində gördüyü qiymətdən baha olduğunu kassada öyrənir. Etiraz etdikdə isə mağaza rəsmiləri “yanlışlıq olub” deməklə, problemi həll olunmuş hesab edirlər. Əlbəttə, bu hal bir-iki dəfə olanda yanlışlıq sayıla bilər. Dəfələrlə baş verdikdə isə düşünülmüş cibgirlik olduğunun fərqinə varırsan… Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a bildirib ki, hər həftə 2-3 belə telefon şikayəti daxil olur: “Satışda müasir texnologiyalar tətbiq olunduqca, istehlakçıların hüquqlarının pozulması halları da onunla paralel artır. İri sahibkarlar daha sivil, daha çevik yolla vətəndaşın cibinə girirlər. Satışların avtomatlaşdırılmış aparatlar vasitəsilə təşkilindən sonra şikayətlər alırıq. Adını da qoyurlar yanlışlıq. Bu “yanlışlıqlar”ın hamısı bilərəkdən edilir. Hələ olmayıb ki, vitrindəki qiymət kassadakı qiymətdən baha olsun. Məsələn, vitrində məhsulun qiyməti 3 manat 50 qəpikdirsə, kassada 3 manat 80 qəpik göstərilir. Bu, doğrudan da yanlışlıqdırsa, qoy bir dəfə də vətəndaşın xeyrinə olsun, niyə olmur?!”. Hüquq müdafiəçisi bidirib ki, mağaza müştəridən kassadakı qiyməti tələb etsə belə, alıcının etiraz etmək, vitrində gördüyü qiyməti ödəmək hüququ var: “Marketdə rəf qiyməti ilə kassa çıxış qiyməti fərqli olduqda ucuz olan qiymət keçərlidir. Belə olan halda, istehlakçı müdiriyyətə məlumat verməlidir. Bütün hallarda istehlakçı İqtisadiyyat Nazirliyinin “195-2” çağrı mərkəzini  məlumatlandırmalıdır. Belə məsələlər istehlakçı hüquqlarının pozulması halı kimi şərh olunmalıdır”. E.Hüseynov deyib ki, buna bənzər hal “Bakı Metropoliteni”ndə də yaşanır: “Sərnişin gediş üçün kartını turniketə yaxınlaşdırıb və bu vaxt normal olaraq yaşıl işıq yanıb. Sərnişin keçid zamanı ləngiyib və dərhal aparatda qırmızı işıq yanıb. Əgər turniket gedişhaqqını çıxıbsa, niyə ani vaxtda bağlanmalıdır? Bunun özü də istehlakçı hüququnun pozulmasıdır. Texnologiya tətbiq olunduqca, elə oyunlar çıxarırlar ki, istehlakçının pulunu yeyirlər. Metrodakı məsələ də elə buna bənzərdir”.







Xəbər lenti

img Günün xəbərləri
Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü, 542 yeni yoluxma

2020-07-08 / 18:48:53
img Ölkə
Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri belə həbs edildi - RÜŞVƏTƏ GÖRƏ/VİDEO

2020-07-08 / 17:46:09
img Ölkə
Azərbaycanda orkestrin bədii rəhbəri rüşvətə görə həbs edildi

2020-07-08 / 15:27:17
img Günün xəbərləri
Azərbaycanın baş epidemioloqu istefa verdi

2020-07-08 / 14:07:39
img Qafqaz
Gürcüstanda koronavirusa yoluxanların sayı 960-ı ötdü

2020-07-08 / 10:45:03
img Günün xəbərləri
"Bu il Azərbaycanda gündəlik neft hasilatı 50-100 min barel azalacaq" - EIA

2020-07-08 / 10:44:06
img Hadisə
Bu ölkədə COVID-19-la bağlı məhdudiyyətlər iğtişaşlara YOL AÇDI

2020-07-08 / 10:41:39
img Dünya
Rusiyada Safronovu dəstəkləyən 20-dən çox jurnalist saxlanılıb

2020-07-08 / 10:40:19
img Günün xəbərləri
Türkiyədə müalicə olunan Vahid Əhmədovdan yeni xəbər var

2020-07-08 / 10:38:46
img Dünya
Jurnalistlər prezidenti məhkəməyə verəcək

2020-07-08 / 10:37:47
img Günün xəbərləri
Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

2020-07-07 / 19:14:32
img Günün xəbərləri
Bakıda koronavirusa ən çox yoluxma bu rayonlardadı...

2020-07-07 / 16:43:27
img Manşet xəbərləri
16 MİLYONLUQ KORRUPSIYA FAKTI İFŞA EDİLDİ - Zakir Qaralov himayə edirmiş...

2020-07-07 / 16:40:37
img Cəmiyyət
Miri Yusif xüsusi reyslə xaricə istirahətə getdi - FOTO

2020-07-07 / 16:35:29
img Cəmiyyət
Koronavirusa görə min nəfərə yaxın məhkum şərti azadlığa buraxıldı

2020-07-07 / 16:33:31
img Günün xəbərləri
Cənub küləyi əsəcək, temperatur 39 dərəcəyə yüksələcək

2020-07-07 / 16:31:57
img Ölkə
Azərbaycanda 16 milyonluq korrupsiya faktı: Vəzifəli şəxs həbs edildi - RƏSMİ

2020-07-07 / 16:31:21
img Sosial
Manat və dollar yeni günə bu MƏZƏNNƏ ilə başladı

2020-07-07 / 10:24:05
img Cəmiyyət
Koronavirusun uşaqlar üçün yeni fəsadları aşkarlandı - Diqqət!

2020-07-07 / 10:21:20
img Dünya
Hindistanda koronavirusa yoluxanların sayı 700 mini keçdi

2020-07-07 / 10:19:57
img Dünya
Britaniya 25 Rusiya vətəndaşına qarşı fərdi sanksiya tətbiq edib

2020-07-07 / 10:18:51
img Hadisə
Neft ucuzlaşıb

2020-07-07 / 10:09:12
img Günün xəbərləri
Anormal həyat tərzi ilə gündəmə gələn varlı balaları - səbəb...

2020-07-07 / 10:05:35
img Günün xəbərləri
Ağdərənin işğalından 27 il ötür

2020-07-07 / 10:04:10
img Manşet xəbərləri
Kamal Qılıcovun həyat yoldaşının mobil telefonundan Ermənistana zəng olunub?

2020-07-06 / 23:58:32

Bütün xəbərlər