logo
RU

Ölkə

162 nömrəli məktəbdə direktor səlahiyyətlərini icra edən şəxs dəyişib

img




Bakının Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbin direktoru vəzifəsi yeni şəxsə həvalə olunub. Bu barədə ONA-nın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib. Bu, BŞTİ-nin əməkdaşı Yaqut Məmmədovadır. Qeyd edək ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Elina Hacıyeva intihar edib. O, 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq, aprelin 6-da xəstəxanada vəfat edib. Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir. Eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən qeyd olunan məsələ ilə bağlı xidməti araşdırma aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işi nəzarətə götürüblər. Bununla bağlı aidiyyəti dövlət qurumlarına  - Təhsil Nazirliyinə, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinə, Daxili İşlər Nazirliyinə xüsusi tapşırıqlar verilib. Təhsil nazirinin 8 aprel 2019-cu il tarixli əmri ilə məktəbin direktoru Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb. Məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğluna həvalə edilib. Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, aparılmış istintaqla həmin məktəbin direktoru işləmiş Sevinc Abbasova xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyib, vaxtaşırı olaraq özünə qapanan Elina Hacıyevanın ruhi-emosional vəziyyətinə xüsusi həssaslıqla yanaşmamaqla, ona psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd münasibətin ehtiyatsızlıqdan onun ölümünə səbəb olmasına, habelə hadisə baş verdikdən dərhal sonra təcili-tibbi yardım çağırılmasını vaxtında təmin etməyərək E.Hacıyevanı təhlükədə qoymasına dair əsaslı şübhələr müəyyən edilib. Sevinc Abbasova 15 aprel 2019-cu ildə Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.  







Xəbər lenti

img Günün xəbərləri
Merkelin Türkiyədə verilən hədiyyəyə maraqlı reaksiyası - FOTO

2020-01-24 / 16:45:21
img Ölkə
ANAR: “AYB sədrliyinə namizədliyimi yenidən irəli sürəcəm”

2020-01-24 / 16:42:14
img Günün xəbərləri
BMT-dən həyacan təbili: Bütün ölkələr koronavirusa qarşı hazır olsun!

2020-01-24 / 16:41:05
img Cəmiyyət
“Əli və Nino”nun mübahisəli müəllifi olan AXC səfiri kimdir? - TARİX

2020-01-24 / 16:40:21
img Manşet xəbərləri
237 nəfər deputat olmaq istəyindən imtina etdi - RƏSMİ

2020-01-24 / 16:35:17
img Dünya
Bolqarıstan iki rusiyalı casusu deşifrə etdi

2020-01-24 / 16:32:10
img Dünya
"Fitch": Qlobal banklar üzrə neqativ proqnozların payında azalma var

2020-01-24 / 11:40:39
img Hadisə
Şimal bölgəsində temperatur mənfi 17 dərəcəyədək enib

2020-01-24 / 11:39:20
img Günün xəbərləri
Namizədlər İTV-nin ödənişli efir vaxtından istifadə edibmi?

2020-01-24 / 11:38:47
img Cəmiyyət
Ledi Qaqanın yeni mahnısı internetə sızdırılıb- VİDEO

2020-01-24 / 11:32:09
img Hadisə
Bakı məktəbində qızları oğurladığı deyilən qadınla bağlı polisdən açıqlama (FOTO)

2020-01-24 / 11:20:06
img Dünya
Rusiya vətəndaşlarına xəbərdarlıq etdi: “Çinə getməyin, getsəniz...”

2020-01-24 / 11:15:34
img Dünya
Şimali Koreya Çindən təyyarə səfərlərinə qadağa qoydu

2020-01-24 / 11:10:56
img Dünya
Məhəmməd adı Norveçdə ən populyar ad olub

2020-01-24 / 11:07:03
img Manşet xəbərləri
Türkiyədən Rusiyanı qıcıqlandıracaq açıqlama

2020-01-23 / 17:18:18
img Dünya
Dünyanı qorxuya salan dəhşətli virusun müalicəsi tapıldı

2020-01-23 / 17:17:14
img Manşet xəbərləri
Ali Məhkəmə bağça müdiri ilə bağlı qərar çıxardı

2020-01-23 / 17:16:22
img Qafqaz
Koçaryanın ofisi yerləşən oteldə atışma

2020-01-23 / 17:13:48
img Günün xəbərləri
Magistraturaya qəbul qaydaları açıqlandı

2020-01-23 / 17:10:33
img Dünya
Azərbaycanlı biznesmenlər “Rusiyada daşınmaz əmlak kralları”nın reytinqində liderdir

2020-01-23 / 17:06:34
img Cəmiyyət
Alkoqolun orqanizmə inanılmaz təsirləri

2020-01-23 / 12:57:00
img Dünya
“Böyük Britaniya yanvarın 31-də Avropa Birliyindən çıxmağa hazırdır” - Conson

2020-01-23 / 11:09:51
img Manşet xəbərləri
Ali məktəblərə qəbul imtahanların vaxtı

2020-01-23 / 11:07:54
img Manşet xəbərləri
İşsiz və təqaüdçü deputatlığa namizədlərin sayı məlum olub

2020-01-23 / 11:04:48
img Cəmiyyət
Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bəlli oldu

2020-01-23 / 11:02:06

Bütün xəbərlər