logo
RU

Günün xəbərləri

Dövlət Proqramı ilə xaricə göndərilmiş 143 tələbənin maliyyələşdirilməsi dondurulub

img




Dövlət Neft Fondu tərəfindən 2018-ci ildə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın  maliyyələşdirilməsinə 7 milyon 235,7 min manat (4,4 milyon dollar) vəsait ayrılıb və bu xərc maddəsi büdcədə nəzərdə tutulan vəsaitə (16 milyon 218 min manat) nisbətən 44,6 faiz səviyyəsində icra olunub. ONA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2018-il dövlət büdcəsinin icrası haqqında” qanuna və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb. Sənəddə qeyd edilib ki, bu, 2017-ci ilin icra göstəricisi (17 milyon 7 min manat) ilə müqayisədə 9 milyon 774 min manat və yaxud 57,5 faiz aşağı olub. Dövlət Proqramının sifarişçisi olan Təhsil Nazirliyi tərəfindən aşağı icranın səbəbləri izah edilib. Belə ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanların təhsil xərclərinin maliyyələşdirilməsi məqsədi ilə 2018-ci il üçün proqnozlaşdırılan məbləğ (16 milyon 218 min manat) müəyyən edilərkən 1 nəfər tələbə üzrə illik xərc orta hesabla 36 min manat hesablanıb. Proqnozlaşdırılmış vəsaitdə Dövlət Proqramı çərçivəsində əvvəlki tədris illərində qəbul olunan, lakin təhsil xərclərinin maliyyələşdirilməsi müvəqqəti olaraq dondurulmuş bir qrup tələbənin xərcləri (143 tələbə ilə bağlı təxminən 5,15 milyon manat) də nəzərdə tutulub. Lakin həmin tələbələrin təhsillərində olan problemlər aradan qaldırılmadığı üçün onlarla bağlı heç bir maliyyələşdirmə aparılmayıb. Bununla yanaşı, 2018-ci ilin dekabr ayının sonuncu ongünlüyündə vaxt məhdudiyyəti nəzərə alınaraq, təhsil xərclərinin maliyyələşdirilməsi sifariş edilməmiş tələbələr, eləcə də təhsil xərcləri 2018-ci il ərzində Təhsil Nazirliyinin müvafiq hesabına geri qaytarılmış vəsait (universitet və tələbələr tərəfindən geri qaytarmalar təxminən 130 min manat) hesabına təhsil xərcləri ödənilmiş tələbələr də olub. Qeyd edilənlər nəzərə alınaraq, 2018-ci il üçün proqnozlaşdırılan məbləğdən az vəsait maliyyələşdirilib. Rəydə nəzərə çatdırılıb ki, Nazirlər Kabinetinin 22 iyun 2016-cı il tarixli qərarı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən, Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqqının ödənilməsi qaydalarında dəyişiklik edilib. Dəyişikliyə əsasən, xaricdə təhsil alanların təhsili ilə bağlı xərclərin ödənilməsi üçün vəsait Təhsil Nazirliyinin sifarişləri əsasında xarici valyuta ilə və yaxud sifarişin rəsmiləşdirmə tarixinə olan rəsmi məzənnəyə uyğun Azərbaycan manatının ekvivalenti ilə Təhsil Nazirliyinin müvafiq xəzinə hesabına köçürülür. 2018-ci il ərzində Təhsil Nazirliyinin sifarişləri əsasında ayrılmış ümumilikdə 7 milyon 235,7 min manat məbləğində vəsait 2 milyon 581,3 min manat, 321 min 572,53 avro,  481,1 min funt-sterlinq, 1 milyon 723,5 min dollar olmaqla maliyyələşdirilib.  







Xəbər lenti

img Günün xəbərləri
Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib

2020-07-11 / 16:59:33
img Cəmiyyət
Aqolli millimizdə çalışa bilər

2020-07-11 / 16:04:45
img Cəmiyyət
"Öz balalarına Amerikada toy edirlər, burdakılara qadağa qoyurlar” - Baloğlan

2020-07-11 / 16:03:14
img Günün xəbərləri
Dərslər sentyabrda açılır? - RƏSMİ CAVAB

2020-07-11 / 16:01:04
img Dünya
Bloomberg: İlon Mask milyarderlərin reytinqində Uorren Baffeti ötdü

2020-07-11 / 15:58:54
img Cəmiyyət
"Mayda yubileyimi pandemiyaya görə keçirə bilmədim, qaldı, sentyabrda görək necə olur"

2020-07-11 / 15:56:57
img Cəmiyyət
Millət vəkili ilə bağlı sevindirici xəbər: “Səhhəti yaxşı və stabildir”

2020-07-11 / 15:55:30
img Ölkə
Sabah külək olacaq, yağış yağacaq

2020-07-11 / 15:53:57
img Günün xəbərləri
Arif Qasımovun işdən çıxarılmasına səbəb olan - Video

2020-07-11 / 15:51:06
img Manşet xəbərləri
2 saatlıq SMS icazə ilə bağlı dəyişiklik: sutkada 2 və ya 3 dəfə...

2020-07-11 / 14:00:41
img Günün xəbərləri
8 şəhər və 8 rayonda ictimai nəqliyyatın hərəkəti dayandırıldı

2020-07-11 / 10:30:02
img Qafqaz
Gürcüstanda əkiz qardaşlar illər sonra imtahanda görüşüblər

2020-07-11 / 10:27:24
img Dünya
Koronavirusla bağlı son STATİSTİKA

2020-07-11 / 10:26:12
img Günün xəbərləri
“15 faizlik gömrük rüsumu alınır, bu da süni qiymət artımı ilə nəticələnir” - ekspert

2020-07-11 / 10:25:16
img Günün xəbərləri
“Sentyabr ayında dərslərə başlamaq mümkündür” - GƏLİŞMƏ

2020-07-11 / 10:24:27
img Sosial
Elektrik enerjisinin güzəşt limiti artırılacaq? - AÇIQLAMA

2020-07-11 / 10:15:56
img Günün xəbərləri
“1-2 il cəzası qalan şəxsin koronavirusa yoluxaraq ağır duruma düşməsi heç kimə lazım deyil” - Novella Cəfəroğlu

2020-07-11 / 10:13:40
img Manşet xəbərləri
Azərbaycanda 526 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

2020-07-10 / 18:19:20
img Günün xəbərləri
Sabahdan bütün ictimai nəqliyyat dayandırılır – RƏSMİ

2020-07-10 / 16:24:19
img Günün xəbərləri
Dənizə getsəniz, koronavirusa yoluxa bilərsiniz – SƏBƏB AÇIQLANDI

2020-07-10 / 16:13:57
img Manşet xəbərləri
İnsanlar restoranlara, iş yerlərinə belə buraxıla bilər – YENİ TƏKLİF

2020-07-10 / 16:12:57
img Günün xəbərləri
NK-nın kreditlərlə bağlı qərarının detalları – Ekspert AÇIQLADI

2020-07-10 / 16:11:56
img Manşet xəbərləri
MƏMMƏDYAROVDAN DTX-nın ƏMƏLİYYATI İLƏ BAĞLI AÇIQLAMA - "İstefa verəcəyimlə bağlı..."

2020-07-10 / 16:09:36
img Günün xəbərləri
Azərbaycanda rəis müavini ailəsi ilə birgə koronavirusa yoluxdu

2020-07-10 / 16:08:19
img Dünya
İranda COVID-19-a yoluxanların sayı 252 720 nəfər olub

2020-07-10 / 16:07:24

Bütün xəbərlər