logo
RU

Hadisə

Prezident İlham Əliyev Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib

img




Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevamayın 7-də Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər. "Report" xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib. Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə dövlət başçısına və birinci xanıma məlumat verib. Bildirilib ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasının fəaliyyət göstərdiyi bina 1965-ci ildə Mərəzə Qəsəbə Xəstəxanası qismində istifadəyə verilib və 1991-ci ildən isə Qobustan Rayon Mərkəzi Xəstəxanası kimi fəaliyyət göstərib. Rayon Mərkəzi Xəstəxanası üçün yeni binanın tikintisinə 2014-cü ildə başlanıb. İnşaat işləri 2018-ci ildə başa çatdırılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, 90 çarpayılıq Qobustan Rayon Mərkəzi Xəstəxanasının inşası müasir səviyyədə və yüksək keyfiyyətlə həyata keçirilib. Xəstəxananın ümumi ərazisi 2,6 hektardan çoxdur. Burada əsas korpusla yanaşı, terapiya və təcili-tibbi yardım binası, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qobustan Rayon Şöbəsinin binaları inşa olunub. Xəstəxanada əsasən Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyədən alınan müasir tibbi avadanlıq quraşdırılıb. Bu avadanlığın hər biri istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir. Xəstəxanada cərrahiyyə, terapiya, təcili tibbi yardım, doğum və ginekologiya, uşaq xəstəlikləri, poliklinika, infeksiya xəstəlikləri, şüa-diaqnostika (radiologiya), reanimasiya və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxananın laboratoriyaları da müasir səviyyədədir. Burada laborator müayinələri yüksək dəqiqliklə və qısa müddətə aparmaq üçün hərtərəfli şərait var. Hazırda xəstəxanada 26 həkim və 51 orta tibb işçisi çalışır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu tibb ocağının kollektivi ilə görüşüblər. Dövlətimizin başçısı görüşdə çıxış edib. Sonda xatirə şəkli çəkdirilib.







Xəbər lenti

img Günün xəbərləri
Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib

2020-07-11 / 16:59:33
img Cəmiyyət
Aqolli millimizdə çalışa bilər

2020-07-11 / 16:04:45
img Cəmiyyət
"Öz balalarına Amerikada toy edirlər, burdakılara qadağa qoyurlar” - Baloğlan

2020-07-11 / 16:03:14
img Günün xəbərləri
Dərslər sentyabrda açılır? - RƏSMİ CAVAB

2020-07-11 / 16:01:04
img Dünya
Bloomberg: İlon Mask milyarderlərin reytinqində Uorren Baffeti ötdü

2020-07-11 / 15:58:54
img Cəmiyyət
"Mayda yubileyimi pandemiyaya görə keçirə bilmədim, qaldı, sentyabrda görək necə olur"

2020-07-11 / 15:56:57
img Cəmiyyət
Millət vəkili ilə bağlı sevindirici xəbər: “Səhhəti yaxşı və stabildir”

2020-07-11 / 15:55:30
img Ölkə
Sabah külək olacaq, yağış yağacaq

2020-07-11 / 15:53:57
img Günün xəbərləri
Arif Qasımovun işdən çıxarılmasına səbəb olan - Video

2020-07-11 / 15:51:06
img Manşet xəbərləri
2 saatlıq SMS icazə ilə bağlı dəyişiklik: sutkada 2 və ya 3 dəfə...

2020-07-11 / 14:00:41
img Günün xəbərləri
8 şəhər və 8 rayonda ictimai nəqliyyatın hərəkəti dayandırıldı

2020-07-11 / 10:30:02
img Qafqaz
Gürcüstanda əkiz qardaşlar illər sonra imtahanda görüşüblər

2020-07-11 / 10:27:24
img Dünya
Koronavirusla bağlı son STATİSTİKA

2020-07-11 / 10:26:12
img Günün xəbərləri
“15 faizlik gömrük rüsumu alınır, bu da süni qiymət artımı ilə nəticələnir” - ekspert

2020-07-11 / 10:25:16
img Günün xəbərləri
“Sentyabr ayında dərslərə başlamaq mümkündür” - GƏLİŞMƏ

2020-07-11 / 10:24:27
img Sosial
Elektrik enerjisinin güzəşt limiti artırılacaq? - AÇIQLAMA

2020-07-11 / 10:15:56
img Günün xəbərləri
“1-2 il cəzası qalan şəxsin koronavirusa yoluxaraq ağır duruma düşməsi heç kimə lazım deyil” - Novella Cəfəroğlu

2020-07-11 / 10:13:40
img Manşet xəbərləri
Azərbaycanda 526 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

2020-07-10 / 18:19:20
img Günün xəbərləri
Sabahdan bütün ictimai nəqliyyat dayandırılır – RƏSMİ

2020-07-10 / 16:24:19
img Günün xəbərləri
Dənizə getsəniz, koronavirusa yoluxa bilərsiniz – SƏBƏB AÇIQLANDI

2020-07-10 / 16:13:57
img Manşet xəbərləri
İnsanlar restoranlara, iş yerlərinə belə buraxıla bilər – YENİ TƏKLİF

2020-07-10 / 16:12:57
img Günün xəbərləri
NK-nın kreditlərlə bağlı qərarının detalları – Ekspert AÇIQLADI

2020-07-10 / 16:11:56
img Manşet xəbərləri
MƏMMƏDYAROVDAN DTX-nın ƏMƏLİYYATI İLƏ BAĞLI AÇIQLAMA - "İstefa verəcəyimlə bağlı..."

2020-07-10 / 16:09:36
img Günün xəbərləri
Azərbaycanda rəis müavini ailəsi ilə birgə koronavirusa yoluxdu

2020-07-10 / 16:08:19
img Dünya
İranda COVID-19-a yoluxanların sayı 252 720 nəfər olub

2020-07-10 / 16:07:24

Bütün xəbərlər