logo
RU

Sosial

Bu gündən problemli kreditləri olanlara 500 manatdan yuxarı kompensasiya verilir

img




Bu gündən etibarən kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb nağdlaşdıra biləcəklər.   “Azərpoçt”dan Modern.az-a verilən məlumata görə, qurum tərəfindən Bakı ərazisində yerləşən şöbələr və bölgələrdə kompensasiya kartlar vasitəsilə respublika üzrə 77 şöbədə təqdim ediləcək.   
Problemli kreditlərin həlli ilə bağlı prezident İlham Əliyevin 28 fevral tarixli fərmanı üzrə Bank olmayan kredit təşkilatları və bağlanan bankların müştəriləri aprel ayının 22-dən  Azərpoçt MMC-nin respublika üzrə 1497 şöbəsindən kompensasiyalarını ala bilirlər. 
Artıq 10 gündür ki, problemli kredit sahiblərinə kompensasiyaların ödənilməsinə başlanılıb. Belə ki, son 8 gün ərzində 43 min 350 nəfər 500 manatdan aşağı kompensasiyası olan vətəndaş ona düşən məbləği nağd olaraq alıb. Bank olmayan kredit təşkilatları və bağlanan bankların müştəriləri 8 gün ərzində “Azərpoçt” MMC-dən  11 milyon 347 min 668 manat vəsaiti nağd formada alıb. 
Paytaxt Bakı istisna olmaqla, respublika ərazisində Sumqayıt, Gəncə, Tovuz, Qazax, Yevlax, Ağdam, Masallı, Cəlilabad, Şəmkir ərazisinə düşən kart sayı 1000-dən yuxarı, digər bölgələrdə isə 1000-dən aşağıdır. Qeyd edək ki, yalnız Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların problemli kredit sahibləri “Azərpoçt” MMC-yə müraciət etməlidirlər. Bank olmayan kredit təşkilatları və bağlanan bankların problemli kredit sahibləri məbləğı nağd və nağdsız formalarda olmaqla “Azərpoçt” MMC-dən ala biləcəklər.  
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunan siyahıya əsasən “Azərpoçt” MMC-nin icra edəcəyi əməliyyat 121 minə yaxın nəfərə şamil olunacaq. 45 minə yaxın vətəndaşın kompensasiyası 500 manatdan yuxarı olduğuna görə “Azərpoçt”un kartları vasitəsilə, 77 minə yaxın vətəndaş isə məbləği 500 manatdan aşağı olduğu üçün nağd şəkildə əldə edəcəklər. Problemli kreditli vətəndaşlar və onlara ödəniləcək kompensasiya barədə bütün məlumatlar “Azərpoçt” MMC-yə işin əsas icraçısı olan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ötürülüb. “Azərpoçt” MMC-nin rəsmi internet səhifəsində azerpost.az-da “Problemli kreditinzə düşən kompensasiya haqqında məlumat” bölməsindən də kompensasiyasını nağd və kart vasitəsilə alacaq vətəndaşlarla bağlı bütün məlumatlar yerləşdirilib.
Vətəndaş “Azərpoçt”un saytı vasitəsilə məlumatları qeyd edərkən, onun kredit məbləğı, kredit aldığı bank və ya BOKT, ona düşən kompensasiya haqda ətraflı məlumat ala bilir. Eyni zamanda onun kartını ala biləcəyi şöbə və ünvanı həmin məlumatlar arasında qeyd olunub. Daha sonra  vətəndaş orda göstərilən poçt şöbəsinə şəxsiyyət vəsiqəsi və onun surəti ilə yaxınlaşıb, zəruri sənədlərə imza atır. Bu əməliyyatlar yerinə yetirildikdən sonra vətəndaşa plastik kart və PIN kod təqdim olunur. Qeyd olunan ödənişlər həyata keçirilərkən müştərilərin eyniləşdirilməsinə, sistemdə olan məlumatlarla müştərinin şəxsiyyət vəsiqəsindəki məlumatlarin üst-üstə düşməsinə ciddi diqqət yetiriləcək.
Eyni zamanda PIN kodlar və kartlar müştərilərə təqdim edilərkən reyestrdə imza etdiriləcək və şəxsiyyət vəsiqəsinin surəti alınaraq reyestrə əlavə olunacaq. Müştərilər nəinki “Azərpoçt”un bankomatlarında və post terminallarla təhciz olunan şöbələrində plastik kart vasitəsilə, eyni zamanda Millikart MMC tərəfindən şəbəkəyə daxil olan bütün ATM-lər vasitəsilə rüsum tutulmadan, yəni komissiyasız nağdlaşdırma əməliyyatı həyata keçirə biləcəklər. Millikart MMC-nin şəbəkəsində daxil olan ATM-lər ASB (Azərbaycan Sənaye Bankı), AccessBank, Bank Melli İran, Bank of Baku, ExpressBank,Gunay Bank, NaxçıvanBank, Unibank bankları daxildir.
Problemli kredit sahibi ölkədə yoxdursa və ya vəfat edibsə, ödəniş zamin tərəfindən edilibsə, eləcə də bu və ya digər müzakirəli məsəslələrdə, yalnız Qanunvericiliklə nəzərdə tutulan hallarda varislik və ya etibarnamə ilə ödənişlər həyata keçirilə biləcək. Varisliyin təyin olunması və etibarnamənin verilməsi ilə bağlı yaranan problemlərin həll olunması “Azərpoçt”un səlahiyyətində deyil. Problemli kreditlərin fiziki şəxslərə qaytarılması işində “Azərpoçt” MMC sadəcə icraçı tərəf kimi çıxış edir.
“Azərpoçt” tərəfindən problemli kreditlərin ödənilməsilə bağlı göstərilən xidmətlər pulsuz həyata keçiriləcək.







Xəbər lenti

img Ölkə
Azərbaycanda orkestrin bədii rəhbəri rüşvətə görə həbs edildi

2020-07-08 / 15:27:17
img Günün xəbərləri
Azərbaycanın baş epidemioloqu istefa verdi

2020-07-08 / 14:07:39
img Qafqaz
Gürcüstanda koronavirusa yoluxanların sayı 960-ı ötdü

2020-07-08 / 10:45:03
img Günün xəbərləri
"Bu il Azərbaycanda gündəlik neft hasilatı 50-100 min barel azalacaq" - EIA

2020-07-08 / 10:44:06
img Hadisə
Bu ölkədə COVID-19-la bağlı məhdudiyyətlər iğtişaşlara YOL AÇDI

2020-07-08 / 10:41:39
img Dünya
Rusiyada Safronovu dəstəkləyən 20-dən çox jurnalist saxlanılıb

2020-07-08 / 10:40:19
img Günün xəbərləri
Türkiyədə müalicə olunan Vahid Əhmədovdan yeni xəbər var

2020-07-08 / 10:38:46
img Dünya
Jurnalistlər prezidenti məhkəməyə verəcək

2020-07-08 / 10:37:47
img Günün xəbərləri
Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

2020-07-07 / 19:14:32
img Günün xəbərləri
Bakıda koronavirusa ən çox yoluxma bu rayonlardadı...

2020-07-07 / 16:43:27
img Manşet xəbərləri
16 MİLYONLUQ KORRUPSIYA FAKTI İFŞA EDİLDİ - Zakir Qaralov himayə edirmiş...

2020-07-07 / 16:40:37
img Cəmiyyət
Miri Yusif xüsusi reyslə xaricə istirahətə getdi - FOTO

2020-07-07 / 16:35:29
img Cəmiyyət
Koronavirusa görə min nəfərə yaxın məhkum şərti azadlığa buraxıldı

2020-07-07 / 16:33:31
img Günün xəbərləri
Cənub küləyi əsəcək, temperatur 39 dərəcəyə yüksələcək

2020-07-07 / 16:31:57
img Ölkə
Azərbaycanda 16 milyonluq korrupsiya faktı: Vəzifəli şəxs həbs edildi - RƏSMİ

2020-07-07 / 16:31:21
img Sosial
Manat və dollar yeni günə bu MƏZƏNNƏ ilə başladı

2020-07-07 / 10:24:05
img Cəmiyyət
Koronavirusun uşaqlar üçün yeni fəsadları aşkarlandı - Diqqət!

2020-07-07 / 10:21:20
img Dünya
Hindistanda koronavirusa yoluxanların sayı 700 mini keçdi

2020-07-07 / 10:19:57
img Dünya
Britaniya 25 Rusiya vətəndaşına qarşı fərdi sanksiya tətbiq edib

2020-07-07 / 10:18:51
img Hadisə
Neft ucuzlaşıb

2020-07-07 / 10:09:12
img Günün xəbərləri
Anormal həyat tərzi ilə gündəmə gələn varlı balaları - səbəb...

2020-07-07 / 10:05:35
img Günün xəbərləri
Ağdərənin işğalından 27 il ötür

2020-07-07 / 10:04:10
img Manşet xəbərləri
Kamal Qılıcovun həyat yoldaşının mobil telefonundan Ermənistana zəng olunub?

2020-07-06 / 23:58:32
img Günün xəbərləri
190 manatın verilməsinə başlanıldı - BU QAYDALARLA VERİLƏCƏK

2020-07-06 / 18:38:47
img Günün xəbərləri
Bir neçə rayona yeni prokurorlar təyin olundu

2020-07-06 / 18:16:29

Bütün xəbərlər