logo
RU

Sosial

Deputat sığorta bazarını tənqid etdi

img




“Azərbaycanda sığorta məsələləri ilə bağlı kifayət qədər qanunvericilik bazası var. Yəni, istənilən obyektin - evdir, maşındır, əmlakdır və sair sığortalanması üçün qanunvericilik hər cür imkan yaradır. Çox təəssüflər olsun ki, bu qədər deyilir, danışılır, amma əksər ticarət obyektləri və digər obyektlər sığorta etdirilmirlər. Sahibkarlar, iş adamları bunda maraqlı görünmürlər”.   Modern.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.   Onun sözlərinə görə, çünki ortada böyük pullardan söhbət gedir: “Bir var ki, maşını sığorta etdirirsən, bu da ildə təxminən 100-150 manat edir. Bir də var ki, böyük bir obyekti sığorta etdirirsən, artıq orada sığorta haqqı böyükdür. Məsələn, “Diqlas”la bağlı məsələdə məsuliyyəti dövlət öz üzərinə götürdü. Dövlət başçısı vəsait ayırdı ki, insanlar əziyyət çəkməsinlər. Düzdür, ikinci bir qərar da verildi ki, sahibkarlar vəsaiti geri qaytarmalıdırlar, amma hesab edirəm ki, bu da tamamilə düzdür. Axı, dövlət büdcəsindən buna niyə vəsait ayrılmalıdır ki?! Ona görə də bütün obyektlər, əmlaklar, mülklər və sair, hamısı sığorta olunmalıdır”. Millət vəkili bu yerdə xüsusilə, “Kənd təsərrüfatı əmlakının sığortalanması haqqında” qanun layihəsinin qəbuluna ciddi ehtiyac duyulduğunu söyləyib:   “Biz artıq həmin sənədin müzakirələrə gəlməsini gözləyirik. Buna ciddi ehtiyac var. Bu gün ölkədə kənd təsərrüfatının inkişafına diqqət böyükdür. Dövlət başçısı bu sahənin inkişafına ciddi diqqət yetirir, bu istiqamətdə bütün addımları atır. Amma kənd təsərrüfatına aid əmlaklar hələ də sığorta olunmur və nəticə etibarı ilə də insanlar əziyyət çəkirlər. Ona bu məsələsi ilə bağlı qanunvericilik aktının müzakirəsi və qəbul sürətləndirilməlidir. Eyni zamanda, bütün ticarət obyektləri hamısı sığorta olumalı və yalnız sığortalanandan sonra həmin obyektlər istifadəyə verməlidir. Sabah hansısa bir hadisə baş verəndə, fors-major situasiyalar yarananda onlar əlavə əziyyət çəkməsinlər, sığorta şirkətləri onlara kömək etsinlər”. Sığorta bazarının durumuna gəlincə, millət vəkili burada da xeyli problemlərin yaşandığını söyləyib: “Bir zamanlar vəziyyət lap pis idi. Sığorta deyəndə fikirləşirlər ki, yalnız maşınların sığortasından söhbət gedir. Amma sonradan biz “İcbari sığorta haqqında” qanuna dəyişiklik etdik. Həmçinin, əlavə qanun-mənzillərin sığortası ilə də bağlı qanunvericilik aktı qəbul etdik. Amma bu gün də hesab edirəm ki, bizdə sığorta bazarı çox zəifdir. Məsuliyyət hissi olmalıdır, əhali ilə işləmək lazımdır. Bu bazarda problemlər olduğu üçün də bəzən bütün məsuliyyəti dövlət öz üzərinə götürür.   Axı, dövlət nə vaxta qədər məsuliyyəti öz üzərinə götürməlidir?   Hesab edirəm ki, bu, düzgün deyil və sığorta bazarı canlanmalı, güclənməlidir”.







Xəbər lenti

img Günün xəbərləri
ABŞ “Huawei” üçün lisenziyanı daha 90 günlüyə uzadacaq

2019-08-19 / 19:16:27
img Ölkə
Deputat İqbal Məmmədovun oğlu həbs olunub - RƏSMİ

2019-08-19 / 19:15:08
img Dünya
Özbəkistanda 120 yaşlı qadına biometrik pasport verilib

2019-08-19 / 19:13:51
img Dünya
Netanyahu Zelenskini İsrailə dəvət etdi

2019-08-19 / 19:01:13
img Günün xəbərləri
Gəlirsiz turizm: hara gedirik? – Məmur hərisliyi, boş qalan otellər

2019-08-19 / 18:57:39
img Cəmiyyət
Enerji içkiləri bizi necə məhv edir?

2019-08-19 / 16:11:28
img Dünya
1700 məhkum əfv edildi

2019-08-19 / 16:09:24
img Hadisə
"Real", "Barselona" və "Liverpul"un ulduzları Bakıya gəlir

2019-08-19 / 16:08:29
img Dünya
"WhatsApp"da iki gözlənilməz yenilik var

2019-08-19 / 16:07:04
img Hadisə
Sabiq prezident məhkəmə qarşısında

2019-08-19 / 16:05:31
img Günün xəbərləri
Azərbaycanda vahid məktəbli forması tətbiq ediləcək - Tarix AÇIQLANDI

2019-08-19 / 16:03:54
img Sosial
Boşanmış ailənin uşağı kimin yanında qalmalıdır? - Ali Məhkəmənin GÖSTƏRİŞİ

2019-08-19 / 12:05:52
img Ölkə
Vəzifəli şəxs kobud nöqsanlara görə işdən çıxarıldı

2019-08-19 / 12:04:22
img Dünya
ABŞ-ın İrana qarşı sanksiyaları Ermənistana da toxundu

2019-08-19 / 12:02:30
img Ölkə
Könül Xasıyeva haqqında yalan yazanlardan şikayət edəcək

2019-08-19 / 12:01:10
img Qafqaz
Gürcüstanda güclü fırtına ilə bağlı xəbərdarlıq edilib

2019-08-19 / 11:49:14
img Hadisə
Səudiyyə Ərəbistanında yataqlara edilən hücum fonunda neft bahalaşır

2019-08-19 / 11:47:48
img Manşet xəbərləri
BMT-nin Baş katibi Ümumdünya Humanitar Yardım günü ilə əlaqədar müraciət yayıb

2019-08-19 / 11:45:57
img Dünya
"Grace 1" Cəbəllüttariqi tərk etdi

2019-08-19 / 11:33:44
img Qafqaz
Rusiya Ermənistana sabiq millət vəkilini təhvil verməyi rədd edib

2019-08-17 / 17:29:10
img Manşet xəbərləri
“Fitch” Gürcüstanın iqtisadi artım proqnozunu azaldıb

2019-08-17 / 17:27:49
img Cəmiyyət
Əzələlərini iynə ilə şişirdənin qolları kəsilə bilər – Foto

2019-08-17 / 17:25:29
img Günün xəbərləri
Avqustun 17-nə olan hava proqnozu

2019-08-17 / 17:24:16
img Dünya
Yerdə istilik rekord həddi aşıb

2019-08-17 / 17:23:17
img Dünya
ABŞ "Huawei"ə güzəştə gedə bilər

2019-08-17 / 11:39:22

Bütün xəbərlər