logo
RU

Günün xəbərləri

BAŞ REDAKTOR MƏHKƏMƏSİNDƏ OMBUDSMANIN DA İŞTİRAK ETMƏSİNİ İSTƏYİR

img




Jurnalistin "cinayət işində" sübutların falsifikasiyasının səbəbləri: Mahmud Rasimoğlu əmlakını mənimsəmiş şəxslərin öncədən təşkil etdikləri provokasiyanın qurbanı olub

Ölkənin elektron mətbuatında prinsipial mövqeyini ortaya qoymağı bacaran qafqaznews.az xəbər portalının ("Qafqaz" Xəbər Agentliyi) rəhbəri Mahmud Rasimoğlunun (Tağıyevin) müəmmalı həbsi barədə araz.az saytı ciddi araşdırma yazıları dərc edib. Bu yazımız isə, Baş redaktorun hüquqlarını müdafiə edən vəkillərinin vəsatətləri və ciddi jurnalist araşdırmalarımız əsasında qələmə alınıb. Bu yazının da əsas motivi ondan ibarətdir ki, həbsdə haqsız saxlanmasına etiraz əlaməti olaraq, hətta, müddətsiz quru aclıq aksiyalarına qərar verən qələm sahibinin qondarma ittihamlı "cinayət işində" həm sübutların falsifikasiyasına aid, həm də cinayət təqibinin məhkəməyədək icraatı gedişində təqsirsizlik prezumpsiyasına zidd çoxsaylı şübhələr var.
Həmin vəsatətlərdə şübhə doğurmayan fakt və sübutlarla açıq-aydın göstərilib ki, qondarma ittihamla təqsirləndirilən Mahmud Rasimoğlunun ittihamı üzrə cinayət işinin istintaqı zamanı kobud prosessual pozuntulara yol verilib. Bir sözlə, təqsirləndirilən şəxsin müdafiə və digər hüquqları kobud şəkildə pozulub. Bu azmış kimi, qanunsuz olaraq, işə saxta sübutlar qoyulub, onun lehinə olan sübutlar isə, cinayət işinə daxil edilməyib. Elə, bu qanunsuzluqlara görə, "dəmir barmaqlıqlar" arxasındakı jurnalist də, təcridxanada saxlanıldığı gündən "intim videolarla şantaj" ittihamı ilə təqsirləndirilməsini qəti şəkildə qəbul etmir. Media rəhbəri, artıq, qondarma ittihamlı bu saxta cinayət işinin məhkəmə araşdırmasını aparan Bakı Ağır Cinayətlər Məhkəməsinin proseslərində də, həbsinin qanunsuz, qərəzli və sifarişli olduğunu israrla bildirir. Bütün bunlar cinayət işinin qondarma olmasına və bizim də yazdıqlarımızın dəqiqliyinə bir daha şübhə yeri qoymur. 
Xatırladaq ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə təqsirləndirilən Mahmud Rasimoğlunun cinayət işini hakim Fikrət Qəribovun sədrliyi ilə, Əfqan Hacıyev və Telman Hüseynovdan ibarət məhkəmə kollegiyası araşdırır.
VƏKİL VƏSATƏTLƏRİNİN YEKUN NƏTİCƏSİ: İTTİHAM TAMAMİLƏ SAXTADIR

Jurnalistin vəkillərinin bütün vəsatətlərində qəti olaraq vurğulanır ki, işdə olan saysız-hesabsız saxtakarlıqları aradan qaldırmadan səs-küylü bu işin qanuni həlli mümkün deyil. Elə, bu ciddi fakt əsas verir ki, hazırkı cinayət işinə xitam verilsin və iş materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Çünki Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə kollegiyasına verilən vəsatətlərdən də açıq-aydın görünür ki, yüksək vəzifə sahibi olan prokurorluq əməkdaşına 400.000 manat qiyməti olan mülkünü satan media rəhbəri uzun zaman pulunun çox hissəsini ala bilməyib. Bununla bağlı restoranda olan bir görüşdə isə, yüksək çinli bu dövlət məmurunun əlaltıları, pulunu verməmək üçün, onun "torbasını tikiblər". Beləcə, Mahmud Rasimoğlu şərlənərək, tutulub.
Qondarma ittihamla təqsirləndirilən sayt rəhbərinin həbsində əsas fiqurlardan biri kimi, onun öz yeznəsi -- iş üzrə zərərçəkən qismində tanınan Toğrul Tağıyevin adı keçir. Və məlum olur ki, bütün istintaq gedişində, o, havadarı olan yüksək çinli həmin vəzifə sahibinin tapşırıq və göstərişlərini yerinə yetirib. Polisə şikayətində Toğrul Tağıyev bildirib ki, qaynı, haqqında intim videolar yayacağı hədəsi ilə, ondan 120 min manat pul tələb edib. Əslində isə, Mahmud Rasimoğlu yeznəsindən, onun yaxınında olan halal pulunu istəyib. 

Bu cinayət işində Toğrul Tağıyevin intim videoları və onun şantaj edilməsi barədə digər sübutlar olmadığı üçün, istintaq orqanı işə digər şəxslərlə bağlı epizodlar da əlavə edib. Bütün istintaq müddətində onun intim videolarla bağlı şantaj edilməsi qeyd edilsə də, sonda, onun, rəhbərlik etdiyi istehsal sahəsi ilə bağlı yazılar yayacağı adı ilə jurnalist tərəfindən hədə-qorxu gəlindiyi ittihamda xüsusi vurğulanıb. 
Bir daha nəzərinizə çatdırırıq ki, borcunu verməmək üçün, qaynını bəlaya salan yeznə, onun həbsindən sonra da fırıldağa əl atıb. Nə sayt rəhbərinin ailəsinin, nə doğma və yaxınlarının, nə də həmkarlarının və dostlarının onun həbsi barədə danışmalarına imkan verməyib. Elə, deyib ki, boş şeydir, Mahmud tezliklə həbsdən çıxacaq. İstədiyinə nail olandan sonra, hamı "qatarın otdüyünü görüb". Beləcə, Mahmudun ailəsini gözləri yaşlı qoyub. İndi yeznə öz qaynına daha ağır cəza verdirmək üçün "baş sındırır". 

Onu da nəzərinizə çatdırırıq ki, əvvəllər polis əməkdaşı olan, hətta həbsdə yatan Toğrul Tağıyev, indi Gəncədə metal maqnatı kimi ad çıxarıb...

...İş materialları ilə tanışlıq bir daha iddia etməyə imkan verir ki, Mahmud Tağıyevin barəsində cinayət təqibi onun müdafiə hüququnun kobud pozuntuları ilə həyata keçirilib və ittiham tamamilə saxtalaşdırılıb. Bu azmış kimi, Mahmud Tağıyevə bəraət qazandıran sənədlər və maddi sübutlar işdən qanunzuz olaraq çıxarılıb və gizlədilib. Beləcə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələrinin tələbləri qəsdən kobud şəkildə pozulub. Bu da onun daha bir sübutudur ki, işdə Mahmud Tagiyevin təqsirini sübut edəcək bir dənə də olsun birbaşa mümkün sübut olmayıb. Beləcə, müstəntiqin saxtalaşdırılmış iş materiallarindan irəli gələn uydurma fikirləri və ehtimalları heç nə ilə təsdiq olunmadan, öz təkzibini tapır. Lakin təqsirləndirilən şəxs müdafiə hüququna zidd olaraq, bu imkandan da məhrum edilib. Belə ki, onun dəlilləri yoxlanılmadan, əsassız və qərəzli şəkildə rədd olunub. Ən əsası isə, məhkəməyədək icraat gedişində sübutların saxtalaşdırılması və digər falsifikasiyalar nəticəsində, dələduzluq və digər ağır cinayətlər, o cümlədən onları törədən şəxslər gizlədilib, məsuliyyətə isə, qanunsuz olaraq, cinayətin qurbanı cəlb edilərək, həbsə göndərilib.

Mahmud Rasimoğlunun müdafiəçilərinin vəsatətlərində qəti şəkildə o da bildirilir ki, bu cinayət işi üzrə ittiham aktı CPM-in 289-cu maddəsinin tələblərinin kobud pozuntuları ilə tərtib ediiib, cinayət təqibi gedişində toplanmış materialları əks etdirmir, sübutlar və onların təhlili əvəzinə, orada müstəntiqin məntiqə və iş materiallarına zidd olan fantaziya və uydurma fikirləri yer alıb. İşdə olan çoxsaylı şübhələr təqsirsizlik prezumpsiyasına zidd olaraq, özbaşına, hər hansı əsaslandırma olmadan, ittiham tərəfinin sübutları kimi nəzərə alınıb.

Müdafiə hüququ isə, təqsiriəndirilən şəxsin öz xahişi ilə ifadə və vəsatətlər verməyi, cinayət işinə əlavə edilməsi üçün sübutlar və digər materiallar təqdim etməyi, müstəntiq və prokurorun hərəkətlərindən şikayəti, ona cinayət prosesi gedişində məlum olmuş hallara qarşı etirazları... nəzərdə tutur.
"TƏQSİRKAR" MÜDAFİƏ HÜQUQUNDAN DA TAMAMİLƏ MƏHRUM EDİLİB

Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə huququnu təmin etmək müstəntiq və prokurorun vəzifəsidir, lakin Mahmud Tagıyevin barəsində cinayət işinin istintaqı zamanı qanun bu hissədə də kobud şəkildə pozulub. Onun bütün vəsatətləri, hər-hansı əsaslandırma olmadan, qanunsuz şəkildə rədd edilib, ifadə verməsinə icazə verilməyib. Bundan əlavə, Mahmud Tağıyev tərəfindən təqdim olunmuş sənədlər iş materiallarina əlavə olunmayaraq, gizlədilib. Beləcə, yol verilmiş falsifikasiyalar barədə şikayətlərin yoxlanilması yeni falsifikasiyalarla icra edilib. Qanun ittihamlardan müdafiə məqsədilə başqa üsul və vasitələr nəzərdə tutmadığı üçün, belə demək olar ki, Mahmud Tağıyev müdafiə hüququndan tamamilə məhrum edilib. Və bu pozuntu tam şəkildə aradan qaldırılmalıdır -- bunu etmək mümkündür və yolveriləndir!

Bəli, sübutlarin falsifikasiyası yolu ilə, təqsirkarın müdafiə hüququnun kobud şəkildə pozulması göz önündədir. Cinayət işinin materiallarından da açıq-aşkar görünür ki, Mahmud Tağıyev onun əmlakını mənimsəmiş Toğrul Tağıyev və digər şəxslər tərəfindən əvvəlcədən planlaşdırılan provokasiyanın qurbanı olub. Onlar, sonradan, Toğrul Tağıyevin və digər şəxslərin vasitəsilə, Mahmud Tağıyevin 2007-ci ildə onlara satdığı Bakı şəhəri, M. İbrahimov küçəsi, 54 ünvanında yerləşən özünə məxsus tikilinin razılaşdırılmış pulunu ona verməmək üçün, borcun ödənilməsindən müxtəlif bəhanələrlə yayınıblar. Əmlak sahibinin dəfələrlə etdiyi inadlı tələblərdən sonra isə, ona qarşı "oyun qurulub"; Guya, jurnalist, Toğrul Tağıyev barəsində, onu rüsvay edəcək intim məlumatları yayması hədəsi ilə ondan 120.000 manat (70600 ABŞ dollan) tələb edib. Provokasiya sübutları saxtalaşdırılması yolu ilə belə təşkil olunub və onun qanunsuz cinayət təqibi başlanıb. 

Baş redaktor barəsində provokasiya və sübutların falsifikasiyası aşağıdakı materiallarla da təsdiqini tapır: 03 iyul 2018-ci il tarixində Mahmud Tağıyev polislər tərəfindən 20:19 radələrində tutulub və bu barədə şübhəli şəxsin tutulması haqqında qərarda qeydiyyat aparılıb. Keçirilmiş prosessual hərəkətlərin və işə tikilmiş prosessual sənədlənn xronologiyasına görə, bundan sonra, ona, şübhəli şəxsin müdafiəçisi qismində 16 saylı Vəkil Bürosunun vəkili Amid Bağırov təyin edilib. Daha sonra, 03 iyul 2018-ci il tarixində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları «ştatlı» hal şahidləri Anar İnqilab oğlu Əhmədovun və Rəşad Şamil oğlu Qurbanovun, eləcə də Togrul Tağıyevin iştirakları iiə saxta protokol tərtib ediblər ki, guya, həmin tarixdə, saat 2l:30-dan 22:45 radələrinədək, Mahmud Tağıyevə verilməsindən ötru, seriya və nömrələri göstərilməklə, 200 ədəd yüz dollarhq əskinaslar xüsusi toz vasitəsiiə tozlandırılıb və Məmmədəii Oruc oğlu Nəbizadəyə təqdim edilib. 

Daha sonra, BMCMİ-nin həmin əməkdaşları, yenə həmən «ştatlı» hal şahidlərinin iştirakları ilə, saxta protokol tərtib ediblər ki, guya, 03 iyul 2018-ci il tarixində, saat 2I:30-dan 22:45 radələrinədək, əməliyyat-axtarış təbdirləri həyata keçiriblər. Və əməliyyatın gedişində, Mahmud Tağıyev, Məmmədəli Nəbizadədən aldığı 20.000 ABŞ dolları ilə birlikdə tutulub.

Qeyd olunan protokolda vəkil Amid Bağırovun adı keçsə də, bu sənədə əsasən, onun, həmin əməliyyat-axtanş tədbiriərində iştirak etməsi tam yalandır. həmən tədbirlər başa çatdıqdan sonra, yəni, protokol tərtib olunandan xeyli əvvəl idarəyə dəvət olunub.

Beləliklə, saxtalaşdırılmış materiallardan görünür ki, Mahmud Tağıyev Məmmədəli Nəbizadəyə pullar təqdim olunmamışdan və əməliyyat-axtanş tədbirləri keçirilməmişdən əvvəl tutulub. Bu isə, provokasiya faktını və sübutların falsifıkasiyasını təsdiq edən daha bir özbaşınalıqdır.

Bundan əlavə, Mahmud Tağıyevin qanunsuz cinayət təqibi məqsədilə provokasiya faktını və sübutların falsifıkasiyasını, eyni vaxtda, 03 iyul 2018-ci il tarixində, saat 21:30 -- 22:45 radələrində tərtib olunan M. Nəbizadəyə pulların təqdim olunması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi protokolları təsdiq edir. Bu isə, təbiət qanunlarına ziddir, belə ki, eyni şəxslər eyni zamanda müxtəlif yerlərdə ola və müxtəlif hərəkətləri icra edə bilməzlər.

Əgər Mahmud Tağıyev Togrul Tağıyevdən hədə-qorxu ilə pul tələb etsəydi, həmin pulları Məmmədəli Nəbizadə yox, onun özü verməliydi.

Sənədlərə əsasən, 09 oktyabr 2018-ci il tarixində alınmış (?!) 9619200 nömrəli şəxsiyyət vəsiqəsi istintaq orqanına 04 iyul 2018-ci il tarixində təqdim olunub. Qeyd olunan bu fakt, həmçinin, Mahmud Tağıyevin qanunsuz cinayət təqibi məqsədilə iş materiallarının falsifikasiyasını təsdiq edir. Belə ki, 09 oktyabr 2018-ci il tarixində alınan bu sənəd, onun yaranmasından (hazır olmasından) hələ üç ay əvvəl -- 2018-ci ilin iyulunda işdə ola bilməzdi. Bunlar da, deməyə əsas verir ki, şəxsiyyət vəsiqəsi əvəzinə, işdə, Mahmud Tağıyevə bəraət qazandıran digər bir sənəd olub. Lakin onun qanunsuz cinayət təqibi məqsədilə, elə, qanunsuz olaraq da, sonradan işdən çıxarılıb.
YALANÇI HAL ŞAHİDLƏRİ, "ZƏRƏRÇƏKƏNLƏR" VƏ...

03 iyul 2018-ci il tarixli saxta protokolda hal şahidləri qismində Anar İnqilab oğiu Əhmədov və Rəşad Şamil oğlu Qurbanov keçir, hansılar ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ştatdankənar (bəlkə də, məxfı) əməkdaşlarıdır. Adları keçən bu şəxslər, bu polis idarəsi tərəfindən, mütəmadi olaraq, hal şahidləri və şərti alıcılar qismində cəlb olunurlar. Bu isə, Azərbaycan Respublikası CPM-in 94-cü maddəsinin tələblərinə ziddir və onların iştirakı ilə, tərtib edilmiş sənədlərin legitimliyini istisna edir. Beləcə, işdə adı keçən polis qurumu tərəfindən istintaqı aparılan F. P. Abdullayevin barəsində cinayət işi üzrə əlavə olunan ittiham aktından görünür ki, orada, hal şahidi qismində, Göyçay şəhəri, N. Nərimanov küçəsi, 35 ünvanında qeydiyyatda olan, 20.12.1980-ci il təvəllüdlü Əhmədov Anar İnqilab oğlunun adı keçir. Əlavə olunan vəsatətdən məlum olur ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən istintaqı aparılan digər bir iş üzrə, hal şahidi qismində, Balakən şəhəri, H. Əliyev prospekti, 48, mənzil, 5 ünvanında qeydiyyatda olan 1985-ci il təvəllüdlü Qurbanov Rəşad Şamil oğlu keçir.

Qeyd olunan bu faktlar da deməyə əsas verir ki, Mahmud Tağıyevin işi üzrə 3-4 iyul 2018-ci il tarixində tərtib edilmiş bütün sənədbr qeyri-legitim, onun qanunsuz cinayət təqibi məqsədilə saxtalaşdırılmış sübutlardır. Bu yerdə, ona da diqqət yetirmək vacibdir ki, BMCMİ-nin təhqiqatçıları (əməliyyatçıları) tərəfindən Mahmud Tağıyevin barəsində tərtib edilən cinayət işində, bir dənə də olsun protokol və qərar Azərbaycan Respublikası CPM-in 52-ci maddəsinin tələblərinə zidd olaraq, qeydiyyata alınmayıb, əksəriyyətində onların tərtib olunma vaxtı yoxdur. Bu da, öz növbəsində, onların legitimliyini istisna edir.
Azərbaycan Respublikası CPM-in 134.5 maddəsinin tələblərinə zidd olaraq, cinayət işi üzrə şahid qismində hal şahidləri və təhqiqatçıiar dindirilibiər. Lakin Mahmud Tağıyevin müdafıə hüququna zidd olaraq, onun dəlillərinin əsası kimi istinad etdiyi şahidlərdən heç biri dindirilməmişdir. Həbsdən sonra, Mahmud Tağıyevin mövcud olmayan təqsirini boynuna götürməsindən ötrü, o, qanunsuz psixi və flziki təzyiqlərə məruz qalmış, ailə üzvləri ilə bütün əlaqələr, ərzaq qəbui etməsi ona qadağan edilmişdir. Bununla əlaqədar olaraq, o, aclıq eian etməyə məcbur olmuş və barəsində yol verilən özbaşınalıqlar barədə, çoxsaylı şikayətlər göndərməyə başlamışdır. Toğrui Tağıyevi intim xarakterli məlumatlarla rüsvay etmək hədəsi ilə, ondan 120.000 manatın tələb edilməsi barədə, Mahmud Tağıyevin ittihamının qanunsuzluğunu və uydurma olmasını dərk edən cinayət təqibi orqanının nümayəndələri, jurnalistin şikayətlərinə mane olmaq və buna görə, ondan qisas almaq məqsədilə digər üsullara əl atmışlar. Bundan sonra, Toğrul Tağıyevin bilavasitə iştirakı ilə, faktlara və məntiq qanunlarına zidd olaraq, Mahmud Tağıyevin mövcud olmayan əməllərinin yeni epizodlarını saxtalaşdırmağa başlamışlar. Üstəlik, Mahmud Tağıyevin Toğrul Tağıyevi şantaj etdiyi intim xarakterli məlumatları tapmaq cəhdləri uğursuzluqla nəticələnmiş, belə məlumatlar aşkarlanmamış, «zərərçəkmiş» isə, istintaqın sonuna qədər izah edə bilməmişdir ki, o, nədən qorxub və onu nə ilə şantaj ediblər.

2018-ci ilin noyabrında istintaq Toğrul Tagıyevin və digərlərinin bilavasitə köməkliyi iiə, materialları belə saxtalaşdırmışdır ki, guya, Mahmud Tağıyev, rüsvayedici məlumatların yayılması hədəsi ilə, 10 fevral 2017-ci il tarixində «Yuxa» restoranının direktoru Həsənov Azər Cavanşir oğlundan 5000 manat, 2017-ci ilin ortalarında «Nord Vest Konstrakşn» firmasının rəhbəri Elçin Bədəlovdan eyni yolla 80000 manat, 2018-ci ilin fevralın sonlarında isə, fərdi sahibkar Abbasov Xaliq Nəriman oğlundan hədə-qorxu ilə 20000 manat tələb etmişdir.

İş materiallarına əsasən, adı sadalanan bütün şəxslər Toğrul Tağıyevin qohumları və ya dostlarıdır. Onlardan heç biri 2018-ci ilin noyabrına qədər Mahmud Tağıyevin hədə-qorxu ilə tələbetməsinə dair ərizə verməyib. Mahmud Tağıyevin hədə-qorxu ilə pul tələb etməsi X. N. Abbasovun 14.11.2018-ci il, A. C. Həsənovun 16.11.2018-ci il, E. T. Bədəlovun isə, 23.11 2018-ci il tarixlərində «yadlarına düşmüş» və həmin tarixlərdə onlar polisə ərizələr vermişlər. Bu isə, onların Toğrul Tağıyevlə əlbir olmaları faktını təsdiq edir.

Müstəntiqin 8 noyabr 2018-ci il tarixli qərarı ilə, X. N. Abbasov iş üzrə zərərçəkmiş qismində tanınmışdır ki, guya, Mahmud Tağıyev Toğrul Tağıyevdən 120.000 manat pulu (70.600 ABŞ dolları) hədə qorxu ilə tələb etmiş, bununla da, ona maddi ziyan vurmuşdur.

Qeyd olunan qərar da məntiqə ziddir və sübutların falsifıkasiyası və sənədlərin saxtalaşdırılması yolu ilə, Mahrnud Tağıyevin qanunsuz və qərəzli cinayət təqibi məqsədilə əlbirliyin növbəti dəfə təsdiq olunmasıdır. İşin X. N. Abbasov, A. C. Həsənov və E. T. Bədəlov hissəsində Mahmud Tağıyevin ittihamının saxtalaşdırılması həmçinin aşağıdakı faktlarla təsdiq olunur: X. N. Abbasovun ifadəsinə əsasən, Mahmud Tağıyev rüsvayedici rnəlumatlar yaymaqla, hədə-qorxu gələrək, ondan 2018-ci ilin aprelində (fevralında) 20.000 manat tələb etmişdir. Lakin, o, M. Tağıyevə pul verməmiş, bu barədə, Xətai rayon Məhkəməsinə müraciət etmişdir. 2018-ci ilin 24 -- 25 iyununda isə, o, Toğrul Tağıyevin xahişinə əsasən, Mahmud Tağıyevlə «Çanaqqala» restoranının yaxınlığında görüşmüş, "əsas zərərçəkənin" barəsində hədə-qorxuları dayandırmaqla bağlı onu yola gətirməyə çalışmışdır.

Bununla belə, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin işə əlavə edilmiş 10.04.2018 tarixli qətnaməsindən görünür ki, Xaliq Abbasovun barəsində məqalələr qafqaznews.az saytında («Qafqaz» Xəbər Agentliyində və qafqazxeber.az saytında) 2016-cı ilin mayında yerləşdirilib və bu səbəbdən, jurnalist Xaliq Abbasovu 2018-ci ilin fevralında (aprelində) məqalə yerləşdirəcəyi və ya onları silməyəcəyi ilə şantaj edə bilməzdi. Cünki həmin tarixdə onlar artıq silinmişdir. Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 10.04.2018-ci il tarixli qətnaməsinə əsasən, Xalıq Abbasovun iddiası üzrə cavabdehlər qafqaznews.az agentliyi, bu agentliyin rəhbəri Araz Məmmədov və müəlliflər -- Tamerlan Zeynallı və Sənan Məmmədli olublar. Mahmud Tağıyev isə, qeyd olunan iş üzrə proses iştirakçısı qismində keçmir. Xaliq Abbasovun iddiası üzrə, məhkəmə qətnaməsinə əsasən, həmin agentliyin üzərinə üzr istənilməsi, məqalələrin silinməsi və Silahlı Qüvvələrə Yardım Fonduna 2000 rnanat ödəmək öhdəliyi qoyulmuşdur. Xaliq Abbasovun 50.000 manat ödənilməsi tələbi isə, təmin edilməmişdir. Məhkəmənin qətnaməsində hədə-qorxu ilə 20.000 manat tələb edilməsindən söhbət getmir. Bu tələb Xaliq Abbasov tərəfindən heç zaman qaldırılmayıb və baxış predmeti olmayıb. Qeyd olunan qətnamə qanuni qüvvəsini almış və 2018-ci ilin aprelində tam şəkildə icra edilmişdir.

Azərbaycan Respublikası CPM-nin 142.2 maddəsinə əsasən mülki işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstənüq, prokuror və ya məhkəməyə hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını qabaqcadan həll etmir.

Preyudisiyaya əsasən, Mahmud Tağıyevin 2016-cı ilin mayında "Qafqaz" Xəbər Agentliyinin saytlarında çıxan məqalələrə aidiyyatının olmasına dair istintaqın qərarlarının hər hansı hüquqi qüvvəsi yoxdur. Xaliq Abbasovun ifadələri isə, açıq-aşkar yalandır, faktlarla zıddiyyət təşkil edir və tam təkzib olunur.

Bundan başqa, Mahmud Tağıyevin Xaliq Abbasovu ifşa edən məlumatları 365info.org saytında yaymaqla, guya, ona hədə-qorxu gəlməsinə dair istintaqın fikirlərinin də hər hansı əsası yoxdur, belə ki, Xaliq Abbasov bu barədə heç vaxt ifadə verməyib. Mahmud Tağıyevin sözlərinə görə, 365info.org saytı Toğrul Tağıyevə məxsudur, istintaq gedişində bu saytın sahibinin müəyyən edilməsindən ötrü hər hansı hərəkət edilməmişdir.

Qeyd olunanlar həm də, Mahmud Tağıyevin «Yuxa» restoranının sahibi Azər Həsənovdan 5000 manat və «Nort Vest Konstrakşn» şirkətinin rəhbəri Elçin Bədəlovdan 80000 manat tələb etməsinə dair ittihamma da aiddir. İttihama əsasən, 10 fevral 2017 tarixində Mahmud Tağıyev Azər Həsənovu rüsvay edən məlumatları KİV-də yaymaq hədəsi ilə ondan 5000 manat tələb etmiş, məbləği almadıqda isə, 365info.org saytında həqiqətə uyğun olmayan «Yuxa restoram xarici kəşfiyyat orqanlanna xidmət edir?» məqaləsini yerləşdirmişdir.

17 oktyabr 2018 tarixində Azər Həsənov hazırki iş üzrə şahid qismində dindirilmiş və göstərmişdir ki, xalası oğlu Toğrul Tağıyev bir müddət əvvəl ona şikayət edib ki, Mahmud Tağıyev onun barəsində intim xarakterli məlumatlar yaymaq hədəsi ilə ondan 120000 manat tələb edir. Azər Həsənovun ifadələrinə əsasən, o, Mahmudun bu cür hərəkətlərindən təəccüblənmiş, bundan sonra Mahmudla gorüşmüş və ondan Toğruldan əl çəkməyi xahiş etmiş, lakin Mahmud bununla razılaşmamış və büdirmişdir ki, Toğrul ona 120000 manatı verməyincə, ondan əl çəkən deyil. 17.10.2018-ci il tarixli dindirmədə Azər Həsənov Mahmud Tağıyevin ondan 10.02.2017-ci il tarixində 5000 manat tələb etməsi və vermədiyi üçün, 08 iyun 2018-ci il tarixində 365info.org saytında onu ifşa edən «Yuxa restoranı xarici kəşfiyyat orqanlanna xidmət edir?» məqaləsini yerləşdirməsinə dair heç nə deməyib.

Əgər, Mahmud Tağıyev, həqiqətən də, Azər Həsənovdan 5000 manat tələb etsəydi, o, bu barədə, 17.10.2018-ci il tarixli dindirmədə məlumat verərdi.

Azər Həsənovun bu cür davranışı təsdiq edir ki, Mahmud Tağıyevin barəsində aşkar yalan məlumatı, o, polisə 16.11.2018-ci il tarixində Toğrul Tağıyevlə və digər şəxslərlə qabaqcadan razılaşdıraraq, jurnalistin qanunsuz cinayət təqibi məqsədilə vermişdir.

İş materiallarına əsasən, Azər Həsənovun Mahmud Tağıyevin barəsində polisə verdiyi ərizə 19.11.2018-ci il tarixində qeydə alınıb, lakin onun üzərinə dərkənar 16.11.2016-ci il tarixində qoyulub, şikayətçi zərərçəkmiş şəxs qismində (hər hansı əsas olmadan) elə həmin tarixdə tanınmış və bu qismdə dindirilmişdir. Bu da, Azər Həsənovun Mahmud Tağıyev barəsində ərizəsinin qanunsuz, şəxsi sifariş xarakterli olduğunu növbəti dəfə təsdiq edir.

İş materiallarına «Qafqaz" Xəbər Agentliyinin saytından «Yuxa restoranı xarici kəşfiyyat orqanlarına xidmət edir?» məqaləsinin yalnız birinci vərəqəsi əlavə edilib, lakin orada qeyd olunub ki, bu məqalə agentlik tərəfindən 365info.org saytından götürülüb. Saytın kimə məxsusluğu isə, istintaq dövründə araşdırılmayıb, məqalənin müəlifi isə, heç vaxt dindirilməyib. Qeyd olunan və adları çəkilən digər məqalələrin işdə olmaması onların istiqaməti, qeyri-mötəbərliyi və qərəzli olması barədə nəticəyə gəlməyə əsas verir. Bundan əlavə, işdə 365info.org saytının təsisçisi və sahibi barədə rəsmi məlumatların olmaması, istintaqın onun Mahmud Tağıyevə məxsus olması fıkrini istisna edir. İstintaq 365info.org saytının kimə məxsusluğunun müəyyən edilməsindən ötrü hər-hansı hərəkət etməyib, müvafiq orqanlara və qurumlara sorğular göndərməyib.
ŞOK YARADAN DİGƏR MÜRACİƏT, ŞİKAYƏT ƏRİZƏSİ VƏ...

Tutulmasına ötən ilin iyul ayında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə qərar verilən və həbsiylə heç cür barışmayan Mahmud Rasimoğlu bütün narazılıqlarını, hətta, Novruz bayramı öncəsi özünün humanist əfv sərəncamı ilə ictimaiyyətin hədsiz rəğbətini qazanan Azərbaycan Respublikasının prezidenti möhtərəm İlham Əliyev cənablarına, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, dünyanın və ölkənin aidiyyatı qurumlarına, aparıcı media vasitələrinin rəhbərlərinə də ünvanlayıb. Jurnalistin

öz şəxsi imzasıyla təsdiqləyib, araz.az saytına da ünvanladığı müraciət və şikayət ərizələrində qeyd etdikləri bizim yazdıqlarımızın dəqiqliyinə belə şübhə yeri qoymur. Mahmud Rasimoğlunun şok yaradan bir müraciətini və ərizəsini nöqtəsinə, vergülünə toxunmadan oxucularımızın da diqqətinə çatdırırıq:
Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi -- şöbə müdiri

cənab Fuad Ələsgərova;

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbə müdiri 

cənab Şahin Məmmədova;

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının

şöbə müdiri cənab Eldar Nuriyevə;

Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Əli Hüseynova;


Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Zahid Oruca;


Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab İlham Əliyevə;


Azərbaycan Respublikası Milli Məclisinin

deputatı cənab Araz Əlizadəyə;

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri

cənab Mahmud Nəbiyevə;

ABŞ-ın Azərbaycandakı səfirinə;


Almaniyanın Azərbaycandakı səfirinə;


İsveçin Azərbaycandakı səfirinə;


Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbərinə;


Birləşmiş Millətlər Təşkilatının rəhbərinə;


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili -- Ombudsman Elmira xanım Süleymanovaya

Bakı İstintaq Təcridxanasında saxlanılan 
Mahmud Rasim oğlu Tağıyev tərəfindən
MÜRACİƏT

Çox hörmətli cənablar və xanımlar!

Uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olan bir mətbuat işçisi kimi sizlərə müraciət edir və bildirmək istəyirəm ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına, AR Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirləndirilməyimə dair qondarma ittihamlı cinayət işi daxil olub. Artıq, bu sifarişli işin məhkəmə araşdırması gedir. Prosesin icrası həmin məhkəmənin hakimlərindən -- Fikrət Qəribov (sədr), Əfqan Hacıyev və Telman Hüseynovdan ibarət məhkəmə kollegiyasına həvalə edilib. Məlumat üçün bir daha bildirirəm ki, yüksək çinli dövlət məmuru Kamal Qılıcovun mənə məxsus əmlakı dələduzluq yolu ilə ələ keçirməsi və 400 min manata satması tutulmağımın əsas səbəbi olub. Əmlakımın pulunu K. Qılıcovdan tələb etdiyim üçün, onun sifarişi ilə, 03.07.2018-ci il tarixində, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şərlənərək tutulmuş, bu azmış kimi, idarənin polisləri tərəfindən olmazın işgəncələrə məruz qalmışam. 

Həbsimin əsas sifarişçiləri Baş Prokurorluqda Daxili İşlər Orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Kamal Qılıcov və onun qardaşı -- Ali Məhkəmənin hakimi İlqar Qılıcov, məni şərləyib, yalandan üzümə duranların isə, onların adamları olduqları üçün, qəti olaraq inanmır və tam şübhə edirəm ki, mənə qarşı qaldırılan bu qondarma cinayət işinə respublikamızın məhkəmələrində obyektiv baxılsın və ədalətli bir qərar çıxarılsın. Bu barədə, hətta, 27.02.2019-cu il tarixində, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri cənab Mahmud Nəbiyevə də etirazımı yazılı şəkildə bildirmişəm. Həmin şikayət ərizəmdə, bu ciddi səbəblərə görə, ölkəmizdəki məhkəmələrin bütün hakimlərindən imtina etdiyimi xüsusi vurğulamış, bu məhkəmə işimə, insan hüquqlarını və ədaləti əsas sayan, ictimaiyyətin aşağı təbəqəsinin hüquqlarını tanıyan, tutduğu vəzifələrdə kök salan, -- Kamal və İlqar Qılıcov qardaşları kimi, -- azğınlaşmış dövlət məmurlarının əhaliyə qarşı yönələn cinayət əməllərinə göz yummayan istənilən bir xarici ölkənin məhkəməsində baxılmasını tələb etmişəm.

Əlavə olaraq, onu da bildirirəm ki, Ali Məhkəmənin hakimi İlqar Qılıcov, indi adını çəkmək istəmədiyim və ölkəmizdə sözü keçən yüksək çinli bir dövlət məmuru ilə kirvədir. Elə, bu qohumluq da, İlqar Qılıcovu hakim, Kamal Qılıcovu isə, Baş Prokurorluq kimi vacib bir dövlət qurumunda rəis səviyyəsinə çatdırıb.

Onu da bildirirəm ki, mən, Bakı İstintaq Təcridxanasından, 2018-ci ilin oktyabr ayında, Baş Prokuror Zakir Qaralova müraciət edib, onun özünü və qaynı Elmarı tənqid etdiyim üçün, Elmarın əlində girova çevrilən “Nortvest” şirkətinin rəhbəri Elçin Bədəlov məni şərləyərək, üzümə durdu. Elçin Bədəlov “Nortvest” şirkətinin rəhbəri vəzifəsinə təyin olunmamışdan əvvəl, -- 2009-2012-ci illər ərzində, -- “Akkord” şirkətində məsul rəhbər vəzifəsində çalışıb. “Akkord” şirkəti dövlət əhəmiyyətli bir-neçə tikinti-inşaat lahiyələrini həyata keçirən zaman, Elçin Bədəlov həmin lahiyələrdən 20 milyon manat pul mənimsəyib. “Akkord”un təsisçilərindən biri olan İlqar Hacıyevin tələbi ilə, prokurorluq şirkətdə yoxlamalara başlasa da, Elçin Bədəlovun törətdiyi cinayətin izinə düşməyib. Daha doğrusu, yoxlamaların yekununda, Elmar, Elçin Bədəlovun cinayət məsuliyyətindən yayınmasında əsas fiqur olub. 

Elçin Bədəlovun məni şərləməsinin əsas səbəbi, jurnalistlərin prokurorluq və Elmar barələrində yazdıqları yazılarla əlaqədardır. Kamal Qılıcov ona deyirmiş ki, guya, onlar barədə mətbuata məqalələri mən yazıb, ötürürəm. Hətta, Elmarın tələbi ilə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da, jurnalistlərə zəng edib, mənim həbs olunacağımın proqnozunu əvvəlcədən deyir, hədə-qorxu xəbərdarlığı edirmiş. Eldar Sultanovun bir nəfər jurnalistlə telefon danışığının audio-səs yazısı, vəkilim tərəfindən məhkəməyə də təqdim olunacaq.

Bütün bunları, yəni, sifarişli həbsimin iri çaplı məmurlar tərəfindən təşkil olunduğunu nəzərə alıb, vətəndaş hüquqları tam pozulan bir jurnalistin məhkəmə iclasında iştirak edərək, ədalətli qərar çıxarılacağına şahid olmağınızı Sizlərdən xahiş edirəm! Diqqətinizə görə, minnətdarlığımı da qabaqcadan sizlərə çatdırıram.
Hörmətlə, 


Mahmud Rasimoğlu.


28.02.2019-cu il.

*

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri cənab Mahmud Nəbiyevə

Surəti: Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribova

Bakı İstintaq Təcridxanasında saxlanılan Mahmud Rasim oğlu Tağıyev tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ

Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirləndirilməyimə dair cinayət işi daxil olmuşdur. Cinayət işinə baxılması Sizin sədrliyinizlə, Əfqan Niyətulla oğlu Hacıyev və Telman Qulaməli oğlu Hüseynova həvalə edilmişdir. 

Məlumat üçün bir daha bildirirəm ki, şərlənərək həbs olunmağıma səbəb Baş Prokurorluğun idarə rəisi, yüksək rütbəli dövlət məmuru Kamal Qılıcov mənə məxsus əmlakı dələduzluq yolu ilə ələ keçirərək, 400 min manata satması olub. Mənə məxsus əmlakın pulunu Kamal Qılıcovdan tələb etdiyim üçün, onun sifarişi ilə, 03.07.2018-ci il tarixində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şərlənərək, həbs olunmuş, işgəncələrə məruz qalmışam. Qondarma ittihamlı həbsimin sifarişçiləri Baş Prokurorluqda DİO-nun istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Kamal Qılıcov və qardaşı -- Ali Məhkəmənin hakimi İlqar Qılıcov olduğu üçün, bu məhkəmə işinə Azərbaycan Respublikasının məhkəmələrində obyektiv baxılaraq, ədalətli qərar çıxarılacağına şübhə edirəm. Onu da deyim ki, məni şərləyərək, yalandan üzümə duranlar da onların adamlarıdır. Göstərdiyim bu ciddi səbəblərə görə, ölkəmizdəki məhkəmələrin bütün hakimlərindən imtina edir, bu məhkəmə işimə, insan hüquqlarını və ədaləti əsas sayan, ictimaiyyətin aşağı təbəqəsinin hüquqlarını tanıyan, tutduğu vəzifələrdə kök salan, -- Kamal və İlqar Qılıcov qardaşları kimi, -- azğınlaşmış dövlət məmurlarının əhaliyə etdikləri əziyyətə, zülmə və cinayət əməllərinə göz yummayan istənilən bir xarici ölkənin məhkəməsində baxılmasını tələb edirəm.

Ümidvaram ki, insan taleyinə biganə qalmayacaq və istəyimin reallaşmasında mənə əlinizdən gələn köməyi göstərəcəksiniz. Kömək üçün Sizə qabaqcadan minnətdaram!
Hörmətlə, 


jurnalist Mahmud Rasimoğlu.


27.02.2019-cu il.


(Davamı var).

Məhi ELSEVƏR,


araz.az xəbər portalının xüsusi müxbiri.







Xəbər lenti

img Manşet xəbərləri
Həbsdə saxlanılan jurnalist prezidentə müraciət etdi

2019-09-23 / 01:53:05
img Manşet xəbərləri
Jurnalist prezidentə müraciət etdi

2019-09-23 / 00:42:32
img Günün xəbərləri
“Qarabağ” azarkeşlərə görə cərimələndi – UEFA-dan qərar

2019-09-21 / 16:34:43
img Günün xəbərləri
Elçin Şıxlı İctimai Televiziyadakı işindən DANIŞDI

2019-09-21 / 16:31:20
img Cəmiyyət
Səslərə qıcıq olmaq nevroloji xəstəlik ola bilər?!

2019-09-21 / 16:29:28
img Günün xəbərləri
“Tokio-2020” Olimpiadasına lisenziya qazanan 5 idmançımız kimdi? - SİYAHI

2019-09-21 / 16:27:36
img Dünya
Hər şey göründüyü kimi deyil...

2019-09-21 / 16:25:30
img Dünya
“Yadplanetlilərin bölgəsi”nə yürüş festivala çevrildi - FOTO

2019-09-21 / 10:41:47
img Ölkə
Premyer Liqa Sumqayıtda başlayıb, Zirədə başa çatacaq

2019-09-21 / 10:39:52
img Cəmiyyət
Məşhur aktrisanın erotik filmi qadağan edildi

2019-09-21 / 10:37:27
img Ölkə
Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

2019-09-21 / 10:34:01
img Dünya
Husilər Səudiyyə Ərəbistanına hava hücumlarını dayandırıblar

2019-09-21 / 10:33:03
img Dünya
“Oskar”a namizəd olmuş məşhur amerikalı aktyor Ukraynada dəfn olunmaq istəyir

2019-09-21 / 10:30:45
img Dünya
Dubay şahzadəsi ilə sevgi yaşadığı deyilən Hollivud ulduzundan şok etiraf

2019-09-20 / 19:21:08
img Dünya
Maduro Rusiyaya səfər edəcək

2019-09-20 / 19:19:22
img Ölkə
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

2019-09-20 / 19:17:57
img Cəmiyyət
Almaniyada 500-dən çox aksiya və nümayiş keçiriləcək

2019-09-20 / 14:20:36
img Hadisə
Nobel mükafatı laureatlarının adlarının açıqlanacağı tarixlər bilinib

2019-09-20 / 14:19:44
img Dünya
İran Səudiyyə Ərəbistanına sülh əlini uzatdı

2019-09-20 / 14:18:32
img Cəmiyyət
“Uşaqları universitetə tapşırıqla götürürlər” - Xalq artistindən ağır ittihamlar

2019-09-20 / 14:13:28
img Ölkə
Cahangir Hacıyevlə birgə ittiham olunan keçmiş direktorla bağlı çıxarılan qərar ləğv edildi

2019-09-20 / 14:11:48
img Cəmiyyət
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirildi

2019-09-20 / 14:09:36
img Günün xəbərləri
Şərqşünas alim: “Bu barədə heç kim bir ayə, istinad göstərə bilməz”

2019-09-20 / 13:59:34
img Qafqaz
Gürcüstan prezidenti barədə istintaq başladı

2019-09-20 / 13:57:56
img Cəmiyyət
Şagirdlərin nəqliyyatdan pulsuz istifadəsi mümkündürmü?

2019-09-20 / 13:56:59

Bütün xəbərlər