logo
RU

Günün xəbərləri

Jurnalist Mahmud Rasimoğlunun "cinayət işində" SÜBUTLARIN FALSİFİKASİYASI

img




Qondarma ittiham: Cinayət təqibinin məhkəməyədək icraatı gedişində təqsirsizlik prezumpsiyasına zidd çoxsaylı şübhələr
Bu bir həqiqətdir ki, Mahmud Rasimoğlunun rəhbəri olduğu "Qafqaz" Xəbər Agentliyi (qafqaznews.az xəbər portalı) təsis edildiyi gündən ölkənin elektron mətbuatında öz prinsipial mövqeyini ortaya qoymağı bacarıb. Bu gün isə, dövri mətbuatda dərc olunmuş kəskin və maraqlı məqalələriylə rəğbətlərini qazandığı çoxsaylı oxucuları bu nüfuzlu mətbu orqanın təəssüfünü çəkirlər. Daha doğrusu, mətbuat təəssübkeşləri özünəməxsus dəsti-xətti ilə seçilə, həqiqi müstəqilliyi ilə digər xəbər portallarından fərqlənə və bir çox mühüm məsələləri işıqlandırıb, gündəmə gətirməkdə prinsipiallıq nümayiş etdirə bilən bu xəbər portalının peşəkarlıqda və prinsipiallıqda seçilməyi bacaran rəhbərinin özünün taleyinə görə narahatdırlar. İctimaiyyət, onsuz da, hələ əvvəllər qaldırdığı məsələlərə görə dəfələrlə təyziqlərə məruz qalan, susdurulması məqsədiylə haqsız yerə bir neçə məhkəməyə verilən, bu məhkəmə proseslərində də haqqında hakimlər bəzilərinin göstərişi ilə sifarişli və ədalətsiz qərarlar çıxaran bu Baş redaktora görə dəfələrlə narahat olub.
Əvvəlkilərdən daha kəskin ictimai narahatlıq, hazırkı daha betər vəziyyətə görədir; Bu səbəbdən ki, həbsi xeyli gizli saxlanan jurnalist, heç nədən, 8 aydan çoxdur "dəmir barmaqlıqlar" arxasındadır və təcridxanada saxlanıldığı bu müddət ərzində, onunla doğmalarının görüşünə belə imkan verilməyib, nəinki ictimaiyyətin, hətta həmkarlarının onun tutulmasından uzun zaman xəbərləri olmayıb. Və ona görə "heç nədən"i israrla deyirik ki, tutulduğu gündən "intim videolarla şantaj" ittihamı ilə təqsirləndirilməsini qəbul etməyən bu media rəhbərinin həbsinin qərəzli və sifarişli olduğu, qondarma ittihamlı bu cinayət işini araşdıran Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə kollegiyasına onun vəkilinin Vəsatətindən də açıq-aydın görünür. Xatırladaq ki, həbsinə ötən ilin iyul ayında qərar verilən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə təqsirləndirilən Mahmud Rasimoğlunun (Tağıyevin) cinayət işini hakim Fikrət Qəribovun sədrliyi ilə, Əfqan Hacıyev və Telman Hüseynovdan ibarət məhkəmə kollegiyası araşdırır. 

Qondarma ittihamla təqsirləndirilən sayt rəhbərinin həbsinin baiskarlarından biri onun öz yeznəsi -- iş üzrə zərərçəkən qismində tanınan Toğrul Tağıyevdir. Digər əsas fiqur isə, Respublika Prokurorluğunun yüksək çinli vəzifə sahibidir. Toğrul Tağıyev şikayətində bildirib ki, qaynı ondan haqqında intim videoları yayacağı hədəsi ilə 120 min manat pul tələb edib. Əslində isə, Mahmud Rasimoğlu Togrul Tağıyevdən və yüksək çinli həmin prokurorluq əməkdaşından öz borcunu istəyib. Mahmud prokurora 400.000 manat qiyməti olan mülkünü satıb. Uzun zaman pulunun yarısını ala bilməyib. Restoranda görüş olub və pulunu verməmək üçün, onu qurama bir oyunla şərləyərək, tutdurmağa nail olublar.

Onu da deyək ki, bu cinayət işində Toğrul Tağıyevin intim videoları və onun şantaj edilməsi barədə sübut olmadığı üçün, istintaq orqanı işə digər şəxslərlə bağlı epizodlar da əlavə edib. Bütün istintaq müddətində Toğrul Tağıyevin intim videolarla bağlı şantaj edilməsi qeyd edilsə də, sonda, onun, rəhbərlik etdiyi istehsal sahəsi ilə bağlı yazılar yayacağı adı ilə jurnalist tərəfindən hədə-qorxu gəlindiyi ittihamda xüsusi vurğulanıb. 

Ötən yazımızda da qeyd etmişdik ki, borcunu verməmək üçün, qaynını bəlaya salan yeznə, onun həbsindən sonra da fırıldağa əl atıb. Nə sayt rəhbərinin ailəsinin, nə doğma və yaxınlarının, nə də həmkarlarının və dostlarının onun həbsi barədə danışmalarına imkan verməyib. Elə, deyib ki, boş şeydir, Mahmud tezliklə həbsdən çıxacaq. İstədiyinə nail olandan sonra, hamı "qatarın otdüyünü görüb". Beləcə, Mahmudun ailəsini gözləri yaşlı qoyub. İndi yeznə öz qaynına daha ağır cəza verdirmək üçün "baş sındırır". 

Onu da nəzərinizə çatdıraq ki, əvvəllər polis əməkdaşı olan Toğrul Tağıyev, indi Gəncədə metal maqnatıdır. Özü də həbsdə yatıb...

...Həmin vəkil Vəsatətində şübhə doğurmayan fakt və sübutlarla açıq-aydın göstərilib ki, qondarma ittihamla təqsirləndirilən Mahmud Rasimoğlunun ittihamı üzrə cinayət işinin istintaqı zamanı kobud prosessual pozuntulara yol verilib, təqsirləndirilən şəxsin müdafiə və digər hüquqları kobud şəkildə pozulub, işə saxta sübutlar qoyulub, onun lehinə olan sübutlar isə, qanunsuz olaraq, cinayət işinə daxil edilməyib. Bu səbəblər əsas olduğundan, cinayət işinin qondarma olduğu şübhə doğurmur.

Vəsatətdə gostərilir ki, onları aradan qaldırmadan işin qanuni həllinin mümkün olmadığını nəzərə alaraq, hazırkı cinayət işinə baxılmasına xitam verilməsi və onun, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məqsədəuyğundur: "İş materialları ilə tanışlıq iddia etməyə imkan verir ki, Mahmud Tağıyevin barəsində cinayət təqibi onun müdafiə hüququnun kobud pozuntuları ilə həyata keçirilmiş, ittiham tamamilə saxtalaşdırılmış, məhkəməyədək icraat gedişində sübutların çoxsaylı falsifikasiyası, sənədlərin saxtalaşdırılması baş vermiş, istintaq və prosessual hərəkətlər onlarin keçirilməsinin açıq-aşkar pozuntuları ilə aparılmışdır. Bu azmış kimi, Mahmud Tağıyevə bəraət qazandıran sənədlər və maddi sübutlar işdən qanunzuz olaraq çıxarılmış və gizlədilmişdir. Beləcə, Azərbaycan Respublikası CPM-nin müvafiq maddələrinin tələbləri qəsdən kobud şəkildə pozulmuşdur.

Bu da onun daha bir sübutudur ki, işdə Mahmud Tagiyevin təqsirini sübut edəcək bir dənə də olsun birbaşa mümkün sübut yoxdur. Müstəntiqin saxtalaşdırılmış iş materiallarindan irəli gələn uydurma fikirləri və ehtimalları heç nə ilə təsdiq olunmadan, öz təkzibini tapır. Lakin müdafiə hüququna zidd olaraq, təqsirləndirilən bu imkandan məhrum edilmişdir. Belə ki, onun dəlilləri yoxlanılmamış, əsassız və qərəzli şəkildə rədd edılmişdir.

Ən əsası isə, məhkəməyədək icraat gedişində sübutların saxtalaşdırılması və digər falsifikasiyalar nəticəsində, dələduzluq və digər ağır cinayətlər, o cümlədən onları törədən şəxslər gizlədilmiş, məsuliyyətə isə, qanunsuz olaraq, cinayətin qurbanı cəlb edilərək, həbs edilmişdir".

Mahmud Rasimoğlunun müdafiəçilərinin Vəsatətində qəti şəkildə o da bildirilib ki, bu cinayət işi üzrə ittiham aktı CPM-in 289-cu maddəsinin tələblərinin kobud pozuntuları ilə tərtib ediiib, cinayət təqibi gedişində toplanmış materialları əks etdirmir, sübutlar və onların təhlili əvəzinə, orada müstəntiqin məntiqə və iş materiallarına zidd olan fantaziya və uydurma fikirləri yer alıb. İşdə olan çoxsaylı şübhələr təqsirsizlik prezumpsiyasına zidd olaraq, özbaşına, hər hansı əsaslandırma olmadan ittiham tərəfinin sübutları kimi nəzərə alınıb.

Müdafiə hüququ isə, təqsiriəndirilən şəxsin öz xahişi ilə ifadə və vəsatətlər verməyi, cinayət işinə əlavə edilməsi üçün sübutlar və digər materiallar təqdim etməyi, müstəntiq və prokurorun hərəkətlərindən şikayəti, ona cinayət prosesi gedişində məlum olmuş hallara qarşı etirazları... nəzərdə tutur.

Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə huququnu təmin etmək müstəntiq və prokurorun vəzifəsidir, lakin Mahmud Tagıyevin barəsində cinayət işinin istintaqı zamanı qanun bu hissədə də kobud şəkildə pozulub.

Mahmud Tağıyevin bütün vəsatətləri hər-hansı əsaslandırma olmadan qanunsuz şəkildə rədd edilib, ifadə verməsinə icazə verilməyib. Bundan əlavə, Mahmud Tağıyev tərəfindən təqdim olunmuş sənədlər iş materiallarina əlavə olunmayıb, gizlədilmiş yolverilmiş falsifikasiyalar barədə şikayətlərinin yoxlanilması yeni faltifikasiyalarla icra edilib.

Qanun ittihamtardan müdafiə üçün başqa üsul və vasitələr nəzərdə tutmadığı üçün, belə demək olar ki, Mahmud Tağıyev müdafiə hüququndan tamamilə məhrum edilib. Və bu pozuntu tam şəkildə aradan qaldırılmalıdır -- bunu etmək mümkündür və yolveriləndir!

Bəli, sübutlarin falsifikasiyası yolu ilə müdafiə hüququnun kobud şəkildə pozulması göz önündədir. Cinayət işinin materiallarından da açıq-aşkar görünür ki, Mahmud Tağıyev onun əmlakını mənimsəmiş Toğrul Tağıyev və digər şəxslər tərəfindən provokasiyanın qurbanı olub. Onlar sonradan taladıqları əmlakı qaytarmamaqdan ötrü, sübutların falsifikasiyası yolu ilə ilə də, onun qanunsuz cinayət təqibini təşkil ediblər.
(Davamı var).

Məhi ELSEVƏR,


araz.az xəbər portalının xüsusi müxbiri.







Xəbər lenti

img Ölkə
Bazar gününə olan hava proqnozu

2019-08-24 / 16:54:01
img Dünya
Kosmosda ilk cinayət törədildi

2019-08-24 / 16:52:38
img Ölkə
Millimizin heyəti açıqlandı

2019-08-24 / 16:51:17
img Dünya
Abel Məhərrəmovun kürəkəni vəfat etdi

2019-08-24 / 16:49:30
img Cəmiyyət
Şeybani xanın Şah İsmayıla məktubu, Səfəvilərin Mərv zəfərinin sirri

2019-08-24 / 16:39:45
img Dünya
Makron: Demokratiya dəbdən düşüb, kapitalizm isə dəli olub

2019-08-24 / 12:32:32
img Hadisə
90-cı illərin məşhur film tərcüməçisi vəfat edib

2019-08-24 / 12:29:07
img Manşet xəbərləri
Tramp: G7 sammiti vaxt itkisidir

2019-08-24 / 12:27:47
img Dünya
Messinin Neymara görə qanı qaralıb

2019-08-24 / 12:25:40
img Cəmiyyət
Pəhrizsiz arıqlamağın sadə yolu

2019-08-24 / 12:20:15
img Günün xəbərləri
"Qarabağ"a 20 min avroluq cərimə

2019-08-24 / 12:18:13
img Manşet xəbərləri
Yoluxucu xəstəliklərin saglam insanlara kecməyəcəyinə kim zəmanət verə bilər?

2019-08-23 / 23:57:05
img Manşet xəbərləri
“Məni şərləyərək həbs ediblər”-Məhkum prezidentə müraciət edir

2019-08-23 / 17:54:02
img Manşet xəbərləri
Zelenski Belarusdan kömək istədi - Lukaşenko

2019-08-23 / 15:59:48
img Dünya
ABŞ boksçusu ilə döyüşdən sonra ölən Maksim Dadaşov qızıl medala layiq görülüb

2019-08-23 / 15:52:32
img Dünya
Başına böyük məbləğdə pul qoyulmuş PKK terrorçusu məhv olundu - Foto

2019-08-23 / 15:49:02
img Dünya
Zaxarovadan "Ləzginka" rəqsi -VİDEO

2019-08-23 / 15:46:06
img Günün xəbərləri
9 yaşlı övladını zəncirləyən anadan XƏBƏR VAR - Valideynin problemi var, cinayət işi açıldı – VİDEO

2019-08-23 / 15:42:59
img Dünya
İki ağızlı balıq tutuldu

2019-08-23 / 11:51:49
img Hadisə
“İnterpol”un axtardığı Almaniya vətəndaşı Azərbaycanda tutulub

2019-08-23 / 11:48:24
img Günün xəbərləri
Ermənistan ordusu atəşkəs rejimini 21 dəfə pozub

2019-08-23 / 11:46:33
img Dünya
Consonun Makrona qarşı hörmətsizliyi müzakirələrə səbəb olub – Video

2019-08-23 / 11:39:27
img Dünya
Aleksey Navalnıy azadlığa buraxılıb

2019-08-23 / 11:21:15
img Dünya
Qadınlar üçün dəhşətli ölkə: Ağlasığmaz 10 qadağa

2019-08-23 / 11:18:54
img Dünya
İran filmi “Oskar”a təqdim olunacaq

2019-08-23 / 11:17:10

Bütün xəbərlər