logo
RU

Manşet xəbərləri

VII Qlobal Bakı Forumu işə başlayıb, Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib YENİLƏNİB-2

img




Martın 14-də Azərbaycanın paytaxtında Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
Martın 16-dək davam edəcək VII Qlobal Bakı Forumunun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən Foruma hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər toplaşıblar. Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək. Dünyada mühüm beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumu çərçivəsində beynəlxalq əhəmiyyət daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Bu mövzular arasında “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digərləri var. Forumun əsas panel iclaslarından biri də gənc liderlərin qlobal siyasətdə roluna həsr olunacaq.
Yeddinci Qlobal Bakı Forumunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açaraq Forumun əhəmiyyətini vurğuladı. Dünyada sabitliyin olmadığı bir vaxtda planetimizi narahat edən mühüm məsələləri müzakirə etmək imkanı baxımından Bakı Forumunun çox vacib tədbir olduğunu deyən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri sözü Azərbaycan Prezidenti İlham Əliyevə verdi.
Azərbaycan Prezidenti İlham Əliyev Forumda nitq söylədi.
Dövlətimizin başçısı Forumun dünyada cərəyan edən vacib prosesləri müzakirə etmək üçün mühüm beynəlxalq platformaya çevrildiyini vurğuladı. Forumda dünyanın nəhəng intellektual potensialının cəmləşdiyini deyən Prezident İlham Əliyev bunun tədbirin miqyasını təcəssüm etdirdiyini, Bakı Forumunun beynəlxalq aləmdə misilsiz yeri olduğunu diqqətə çatdırdı.
Azərbaycanın xarici siyasətindən danışan dövlətimizin başçısı bildirdi ki, bu, proqnozlaşdırıla bilən, müstəqil və milli maraqlara əsaslanan, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionda sabitliyə yönələn siyasətdir. “Biz ənənəvi tərəfdaşlarla münasibətlərimizi daha da möhkəmləndirmişik, eyni zamanda, yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq”, - deyən Prezident İlham Əliyev Azərbaycanın qarşılıqlı hörmətə əsaslanan səmərəli əməkdaşlıq mühiti yarada bildiyini, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və sərməyə qoyuluşu sahələrində əməkdaşlıq qurduğunu diqqətə çatdırdı.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin nəticələri barədə ətraflı danışan Azərbaycan Prezidenti bir milyondan çox qaçqın və məcburi köçkünün bu gün də bu işğalın nəticələrindən əziyyət çəkdiyini, xalqımıza qarşı etnik təmizləmə aparıldığını, tarixi abidələrimizin dağıldığını xatırlatdı. Dövlətimizin başçısı bildirdi ki, bu işğal beynəlxalq təşkilatların beynəlxalq hüquqa əsaslanan qətnamələrinin pozulması deməkdir və status-kvo qəbuledilməzdir, onun dəyişdirilməsi üçün isə Ermənistan Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır. “Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqlar formatını dəyişdirməyə cəhd edir. Bu isə qəbuledilməzdir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu bəyan edirlər”, - deyən Prezident İlham Əliyev bu formatın artıq uzun illərdir mövcud olduğunu bildirdi və bunu dəyişdirmək cəhdini danışıqlar prosesini bloklamaq cəhdi kimi səciyyələndirdi. Vurğuladı ki, danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır. Dövlətimizin başçısı beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıqdan danışdı və diqqəti ölkəmizin təşəbbüsü ilə yaradılan və artıq 10 ildir ki, mövcud olan “Bakı Prosesi”nin əhəmiyyətinə yönəltdi, “Bakı Prosesi”nin BMT tərəfindən də dəstəklənən proses olduğunu vurğuladı.
Prezident İlham Əliyev Forum iştirakçılarının diqqətini dünyada sabitliyin bərqərar olması üçün mühüm amil olan multikulturalizmin Azərbaycandakı ənənələrinə də yönəltdi, bu ideyanın dünyada təbliğ edildiyini vurğuladı. “Bu gün Azərbaycan nümayiş etdirir ki, yalnız multikulturalizmin təşviqi ilə dünya irəli gedə, gərginlik azala bilər”, - deyən dövlətimizin başçısı Azərbaycanın gənc, müstəqil ölkə olmasına baxmayaraq, beynəlxalq təşkilatların dəstəyini qazandığını bildirdi. Ölkəmizin beynəlxalq təhlükəsizliyə töhfəsini qeyd edən Prezident İlham Əliyev nəqliyyat və enerji layihələrimizdən danışdı, həmin layihələrin beynəlxalq əməkdaşlığın mühüm hissəsi olduğunu dedi, bu istiqamətdə reallaşdırılan layihələrin ölkələri daha da yaxınlaşdırdığını, əməkdaşlıq üçün yeni körpülər saldığını, enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini vurğuladı.
Dövlətimizin başçısı Forumun işinə uğurlar arzuladı.
x x x

Sonra Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, Albaniya Prezidenti İlir Meta, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Moldova Prezidenti İqor Dodon, Monteneqro Prezidenti Milo Dukanoviç, Bolqarıstanın Baş naziri Boyko Borisov çıxış etdilər.
x x x

Daha sonra İtaliya Prezidenti Sercio Mattarellanın Forum iştirakçılarına məktubunu İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari oxudu. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Tereza Meyin müraciətini Birləşmiş Krallığın ölkəmizdəki səfiri Karol Krofts çatdırdı. BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru Miryana Eqqer BMT-nin baş katibi Antonio Quterreşin Foruma müraciətini oxudu.
Forumda Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike- Freyberqa çıxış etdi.
Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mükafatının 2019-cu ilin təqdimat mərasimi keçirildi.
Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə və Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennediyə Mərkəzin Qəyyumlar Şurasının qərarı ilə Nizami Gəncəvi Beynəlxalq mükafatları təqdim olundu.
Forum işini sessiyalarla davam etdirir.

"Legion"








   







Xəbər lenti

img Günün xəbərləri
Merkelin Türkiyədə verilən hədiyyəyə maraqlı reaksiyası - FOTO

2020-01-24 / 16:45:21
img Ölkə
ANAR: “AYB sədrliyinə namizədliyimi yenidən irəli sürəcəm”

2020-01-24 / 16:42:14
img Günün xəbərləri
BMT-dən həyacan təbili: Bütün ölkələr koronavirusa qarşı hazır olsun!

2020-01-24 / 16:41:05
img Cəmiyyət
“Əli və Nino”nun mübahisəli müəllifi olan AXC səfiri kimdir? - TARİX

2020-01-24 / 16:40:21
img Manşet xəbərləri
237 nəfər deputat olmaq istəyindən imtina etdi - RƏSMİ

2020-01-24 / 16:35:17
img Dünya
Bolqarıstan iki rusiyalı casusu deşifrə etdi

2020-01-24 / 16:32:10
img Dünya
"Fitch": Qlobal banklar üzrə neqativ proqnozların payında azalma var

2020-01-24 / 11:40:39
img Hadisə
Şimal bölgəsində temperatur mənfi 17 dərəcəyədək enib

2020-01-24 / 11:39:20
img Günün xəbərləri
Namizədlər İTV-nin ödənişli efir vaxtından istifadə edibmi?

2020-01-24 / 11:38:47
img Cəmiyyət
Ledi Qaqanın yeni mahnısı internetə sızdırılıb- VİDEO

2020-01-24 / 11:32:09
img Hadisə
Bakı məktəbində qızları oğurladığı deyilən qadınla bağlı polisdən açıqlama (FOTO)

2020-01-24 / 11:20:06
img Dünya
Rusiya vətəndaşlarına xəbərdarlıq etdi: “Çinə getməyin, getsəniz...”

2020-01-24 / 11:15:34
img Dünya
Şimali Koreya Çindən təyyarə səfərlərinə qadağa qoydu

2020-01-24 / 11:10:56
img Dünya
Məhəmməd adı Norveçdə ən populyar ad olub

2020-01-24 / 11:07:03
img Manşet xəbərləri
Türkiyədən Rusiyanı qıcıqlandıracaq açıqlama

2020-01-23 / 17:18:18
img Dünya
Dünyanı qorxuya salan dəhşətli virusun müalicəsi tapıldı

2020-01-23 / 17:17:14
img Manşet xəbərləri
Ali Məhkəmə bağça müdiri ilə bağlı qərar çıxardı

2020-01-23 / 17:16:22
img Qafqaz
Koçaryanın ofisi yerləşən oteldə atışma

2020-01-23 / 17:13:48
img Günün xəbərləri
Magistraturaya qəbul qaydaları açıqlandı

2020-01-23 / 17:10:33
img Dünya
Azərbaycanlı biznesmenlər “Rusiyada daşınmaz əmlak kralları”nın reytinqində liderdir

2020-01-23 / 17:06:34
img Cəmiyyət
Alkoqolun orqanizmə inanılmaz təsirləri

2020-01-23 / 12:57:00
img Dünya
“Böyük Britaniya yanvarın 31-də Avropa Birliyindən çıxmağa hazırdır” - Conson

2020-01-23 / 11:09:51
img Manşet xəbərləri
Ali məktəblərə qəbul imtahanların vaxtı

2020-01-23 / 11:07:54
img Manşet xəbərləri
İşsiz və təqaüdçü deputatlığa namizədlərin sayı məlum olub

2020-01-23 / 11:04:48
img Cəmiyyət
Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bəlli oldu

2020-01-23 / 11:02:06

Bütün xəbərlər