logo
RU

Müsahibə

“Avropalı deputatların bəyanatında Xocalı hadisələri “insanlığa qarşı cinayət” adlandırıldı”

img




Milli Məclisin deputatı, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Xocalı soyqırımı ilə bağlı fevral ayının 12-dən Brüsseldə səfərdədir.
Bəs bu səfər çərçivəsində hansı tədbirlər keçirilib, Xocalı soyqırımının dünya tərəfindən qəbul etdirilməsi ilə bağlı hansı işlər görülüb?
Cavanşir Feyziyev Modern.az-a bildirib ki, hər il olduğu kimi, bu il də fevral ayında dünyanın bir çox paytaxt şəhərlərində Xocalı soyqırımının tanıdılması ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilir. 

“Avropanın mərkəzi Brüsseldə bu il keçirilən tədbirlər sayına və əhatə dairəsinə görə daha geniş miqyas alıb. Bu tədbirlər ölkəmizin Belçikadakı səfirliyi, bu ölkədə yerləşən ictimai təşkilatlar, diaspor təmsilçiliyimiz və Milli Məclis üzvlərinin iştirakı ilə  keçirilib.
Fevralın 21-də Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirdə səfirliyin və ictimai təşkilatların nümayəndələri tərəfindən Belçikanın Konqres meydanında Xocalı şəhidləri anılıb. Rəsmi mərasimdə əbədi məşəl önünə əklil qoyulması ilə Xocalı  qurbanlarının xatirəsi yad edilib.
Başqa bir mədəniyyət tədbiri Kral İncəsənət muzeyində təşkil olunub. Burada təşkil olunmuş rəsm sərgisində Belçikada yaşayan azərbaycanlı rəssam Ramal Kazımlının Xocalı soyqırımına həsr olunmuş rəsm əsərləri nümayiş etdirilib. Sərgidə iştirak edənlərə Xocalı qətliamı haqqında geniş məlumat verilib, müstəqilliyimizin ilk illərində üzləşdiyimiz işğal faktı bir daha sərgiyə gələnlərin diqqətinə çatdırılıb”.
Millət vəkili diqqəti fevralın 23-də Brüssel şəhərində Avropa Azərbaycanlılarının Xocalı Soyqırımına həsr olunmuş Ümumavropa Qarabağ mitinqinə yönəldərək qeyd edib ki, bu çox möhtəşəm tədbir idi: 


“Bu mitinqi Avropadakı diaspor təşkilatlarımız təşkil etmişdi. Avropanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılardan ibarət izdihamlı yürüş şəhərin mərkəzi küçələrindən keçərək, Avropa Parlamentinin qarşısında Müraciətin səsləndirilməsi ilə başa çatdı. Hesab edirəm ki, bu mitinq həm dünya Azərbaycanlılarının Qarabağ ətrafında toparlanması, həm də dünyanın Xocalıya diqqətinin artırılmasından ötrü bundan sonra da mühüm rol oynayacaq”. 

Xocalı hadisələrinin ildönümü ərəfəsində Avropa Parlamentində aparılan təşviqat işi ilə bağlı sualımıza cavab verən deputat qeyd edib ki, Azərbaycanın nümayəndə heyəti tərəfindən ətraflı məlumatlandırma işləri aparılıb:
“Fevralın 12-dən başlayaraq bu günə qədər keçirilmiş çoxsaylı görüşlərdə Avropa İttifaqının müxtəlif ölkələrini təmsil edən deputatlara Xocalı soyqırımı haqqında ətraflı məlumat verdik. Eyni zamanda onları bu qanlı cinayətə münasibət bildirməyə dəvət etdik. Nəticədə bu il Avropa Parlamentinin 60-dan çox üzvü Xocalı hadisələri ilə bağlı xüsusi Bəyanat imzaladılar. Avropa deputatları öz Bəyanatlarında Xocalı hadisələrini “insanlığa qarşı cinayət” adlandırıb və eləcə də 26 Fevral tarixinin bütün Avropada “Xocalının anım günü” kimi qeyd olunmasına çağırış ediblər. Bu çağırışa qoşulan deputatlar Avropa İttifaqı ölkələrinin yarıdan çoxunu, 16 ölkəni təmsil edirlər və onlar Avropa Parlamentindəki 8 siyasi partiya qrupunun üzvləridirlər”.
Deputat bildirib ki, görülən işlər nəticəsində Avropa Parlamenti üzvlərinin Xocalı soyqırımı haqqında bilgiləri çoxalır və Azərbaycanın haqlı mövqeyini dəstəkləyənlərin sayı artmaqdadır.
Sonda deputat Xocalı soyqırım faktının Holokost və Srebrenitsa kimi beynəlxalq təşkilatlar səviyyəsində tanıdılmasının vacibliyini vurğulayıb və bunun Xocalı qurbanlarının xatirəsinə ən böyük ehtiramın ifadəsi olacağını bildirib.

"Legion" 







Xəbər lenti

img Dünya
Bitkoinin qiyməti yenidən 10 min dollardan aşağı düşüb

2019-07-17 / 15:12:43
img Hadisə
Bakıda geyim mağazasından oğurluq olub- VİDEO

2019-07-17 / 15:11:43
img Dünya
Türkiyə təhlükəsizlik qüvvələri başına 1.5 milyon mükafat qoyulmuş PKK-çını məhv etdi

2019-07-17 / 15:10:37
img Dünya
Ələkbərov ən varlı 59-cu iş adamıdır

2019-07-17 / 15:09:47
img Ölkə
Məzuniyyət depressiyası: normal istirahət üçün nə etməli?

2019-07-17 / 15:07:41
img Dünya
“Sotheby’s” hərracında Azərbaycan: Nobel qardaşlarının saatından Tahir Salahovun rəsm əsərinədək - FOTO

2019-07-17 / 14:35:48
img Ölkə
Sabah rayonlarda şimşək çaxacaq, dolu düşəcək

2019-07-17 / 14:07:06
img Ölkə
Azərbaycanda əhalinin sayı daha 13 133 nəfər artıb

2019-07-17 / 11:09:19
img Manşet xəbərləri
Bu ilin ilk beş ayında İstanbulu rekord sayda turist ziyarət edib

2019-07-17 / 10:04:00
img Dünya
"Telegram" və "WhatsApp"da yeni boşluq aşkar edildi

2019-07-17 / 10:00:13
img Günün xəbərləri
Manatın MƏZƏNNƏSİ

2019-07-17 / 09:57:43
img Ölkə
Təmas xəttində SON DURUM

2019-07-17 / 09:56:20
img Hadisə
Avtovağzal kassirlə bağlı ciddi ölçü götürdü - 5 yaşlı uşağa tam bilet satıb

2019-07-17 / 09:51:37
img Dünya
Dünya Səhiyyə Təşkilatı: İnternet oyunları müasir dövrün xəstəliyidir

2019-07-17 / 09:50:02
img Manşet xəbərləri
“Sədərək” Ticarət Mərkəzinin sahibi cərimələndi - Sahili hasarladığına görə

2019-07-16 / 18:08:25
img Dünya
Almaniyadan ən çox Türkiyə silah alır

2019-07-16 / 18:03:06
img Ölkə
Rusiya vətəndaşları Tbilisidə aksiya keçiriblər

2019-07-16 / 18:01:45
img Cəmiyyət
Ulduz futbolçudan daha bir nümunəvi addım

2019-07-16 / 18:00:15
img Hadisə
"Bibim oğlu böyrəyini satanda mən də satıb bəzi problemləri həll etmək istədim"- məhkəmə işi

2019-07-16 / 17:56:42
img Dünya
Nigeriyada 10 türk dənizçi girov götürülüb

2019-07-16 / 17:54:53
img Cəmiyyət
"Mənə dedi ki, özünə Şəbnur, Şəbtac adını qoy" - Şəbnəm Tovuzlu Şəbnəm Tapdıqdan danışdı

2019-07-16 / 17:52:48
img Ölkə
Dilgəm Əsgərovun oğlu atasına məktub göndərib

2019-07-16 / 17:50:17
img Cəmiyyət
Məni öldürməsələr, yaxşı olacaq – Musa Yaqub

2019-07-16 / 16:20:24
img Manşet xəbərləri
Ekspert: Bakıda meyvə-tərəvəz rayonlardan iki dəfə baha satılır

2019-07-16 / 14:37:59
img Dünya
Onların bir də “qoca” halını görün... - FOTOLAR

2019-07-16 / 14:35:46

Bütün xəbərlər