logo
RU

Manşet xəbərləri

Prezident İlham Əliyev yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub YENİLƏNİB

img




Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 10-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi, döyüş texnikası və silah-sursatla tanış olub.
AZƏRTAC xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.
Sonra Elçin Quliyev görülən işlər barədə məlumat verdi.
Dövlətimizin başçısına “Savalan” tipli müasir sərhəd gözətçi gəmisinin layihəsi, həmçinin “Milli Boat” proqramı çərçivəsində yeni itisürətli üzmə vasitələri, yedək gəmiləri təqdim olundu.
Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin tikintisini əks etdirən videoçarxa baxdı, onların texniki göstəriciləri ilə tanış oldu.
Sonra Prezident İlham Əliyevə yeni xüsusi təyinatlı döyüş texnikası və silah-sursat, pilotsuz uçan aparatlar, tank əleyhinə idarə olunan raketlər, lazer hədəf tuşlama sistemləri, termal müşahidə cihazları təqdim olundu. Bu döyüş texnikası və silah-sursat dünyanın ən aparıcı ölkələrinin məhsullarıdır.
Qeyd edək ki, Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətinin formalaşdırılması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində bu xidmət keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlətimizin başçısının 2005-ci ilin fevralında imzaladığı Fərmanla sərhəd gözətçi gəmilər dəstəsinin əsasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin təsis edilməsi nəticəsində Xəzər dənizində dövlət maraqlarımızın yüksək səviyyədə qorunması və dəniz sərhədlərinin etibarlı mühafizəsi üçün daha geniş imkanlar yarandı. Dövlət Sərhəd Xidməti dənizdə sərhəd mühafizəsinin təşkili üzrə beynəlxalq təcrübədən istifadə edərək Xəzərdə səmərəli sərhəd mühafizə sisteminin formalaşdırılması istiqamətində mühüm işlər gördü.
Prezident İlham Əliyevə mobil qida maşınlarının istehsalı, sərhəd gözətçi katerlərin təmiri üçün nəzərdə tutulmuş texnika nümayiş olundu. Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində xidmətin istifadəsində olan üzmə vasitələrinin, o cümlədən gəmilərin inşası və təmirini yüksək səviyyədə aparmaq üçün müasir qurğular quraşdırılıb. Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində hərbi və mülki təyinatlı müxtəlif məhsulların istehsalı və təmiri nəzərdə tutulub.
Dövlətimizin başçısına, həmçinin dövlət sərhədlərinin mühafizəsində yeni tətbiq olunan səhra qərargahları, səhra yataqxanaları və sərhədçilərin səhra məişət xidmətləri barədə məlumat verildi.
Bu gün sərhədçi dənizçilərin peşəkarlıq səviyyəsinin artırılması xüsusi diqqət mərkəzində saxlanılır. Xidmətin Sahil Mühafizəsinin şəxsi heyətinin cəlb olunduğu müxtəlif mövzulu döyüş və taktiki təlimlərin hər il keçirilməsi döyüş hazırlığının yüksəldilməsində, ekstremal şəraitdə peşə vərdişlərinin möhkəmləndilməsində böyük rol oynayır. Ötən ilin avqustunda “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində təhlükəsizliyinin təmin olunması” mövzusunda döyüş atışlı taktiki sərhəd təlimləri keçirilib, gəmi silahlarının gecə və gündüz şəraitində döyüş atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunub, şəxsi heyət böyük məharət nümayiş etdirib.
2018-ci il avqustun 12-də Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında milli diplomatiyamızın növbəti uğuru olan və dövlət maraqlarımızın qorunması üçün mühüm əhəmiyyət kəsb edən “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın imzalanması ilə dənizdə dövlət sərhədlərimizin mühafizəsi üzrə xidməti fəaliyyət yeni müstəvidə təşkil olundu.
Sonra dövlətimizin başçısı “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ötən il aprelin 30-da təməlini qoyduğu və qısa müddətdə inşası yekunlaşdırılmış yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı mübarizə kompleksi, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən, itisürətli qayıqla təchiz edilmiş və 62 metr uzunluğunda olan sərhəd gözətçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkündür. Yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhəd sularında rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə olunacaq.

"Legion"













Digər xəbərlər

img Manşet xəbərləri
Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib YENİLƏNİB

2019-01-20 / 12:23:17
img Manşet xəbərləri
DTX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi

2019-01-19 / 20:35:15
img Manşet xəbərləri
Azərbaycan və Zimbabve prezidentlərinin görüşü olub

2019-01-19 / 12:38:34
img Manşet xəbərləri
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

2019-01-18 / 20:04:56
img Manşet xəbərləri
Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq

2019-01-16 / 16:04:58
img Manşet xəbərləri
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb

2019-01-16 / 15:51:28
img Manşet xəbərləri
Prezident İlham Əliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

2019-01-16 / 13:40:03
img Manşet xəbərləri
Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib

2019-01-16 / 13:00:31
img Manşet xəbərləri
Prezident İlham Əliyev: Azərbaycanda qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb və bu, ən yüksək göstəricidir

2019-01-12 / 13:54:04
img Manşet xəbərləri
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

2019-01-11 / 14:09:47

Xəbər lenti

img Qafqaz
Kəlbəcərdə avtomobil dərəyə aşıb, 3 erməni ölüb, 1-i yaralanıb

2019-01-21 / 11:40:02
img Günün xəbərləri
Bu gün Cahangir Hacıyevin 4,7 milyard manatlıq cinayət işi üzrə məhkəməsi başlayır

2019-01-21 / 11:30:56
img Cəmiyyət
Abituriyentlərin NƏZƏRİNƏ - yeni model üzrə sınaq imtahanı keçiriləcək

2019-01-21 / 11:20:27
img Hadisə
Ötən iki gündə respublikanın avtomobil yollarında yeddi yol-nəqliyyat hadisəsi baş verib

2019-01-21 / 11:12:38
img Dünya
Böyük Britaniya şahzadəsi cəzalandırıla bilər

2019-01-21 / 11:03:38
img Sosial
Qadın əməliyyat zamanı öldü

2019-01-21 / 10:58:02
img Günün xəbərləri
Sükut dəqiqəsi

2019-01-20 / 12:03:20
img Manşet xəbərləri
Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib YENİLƏNİB

2019-01-20 / 12:23:17
img Günün xəbərləri
Azərbaycanda Ümumxalq Hüzn Günüdür

2019-01-20 / 00:41:53
img Günün xəbərləri
Ümumxalq Hüzn Günü ilə bağlı qanvermə aksiyası keçirilib

2019-01-19 / 20:44:06
img Manşet xəbərləri
DTX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi

2019-01-19 / 20:35:15
img Ölkə
Sabahın havası - şaxta olacaq

2019-01-19 / 14:03:52
img Ölkə
Gömrükçülər narkotik vasitə aşkarlayıb

2019-01-19 / 13:26:08
img Manşet xəbərləri
Azərbaycan və Zimbabve prezidentlərinin görüşü olub

2019-01-19 / 12:38:34
img Dünya
Qadının efirdə dediyi bu sözlərə görə veriliş bağlandı: Ərim heç vaxt..

2019-01-19 / 12:15:41
img Video xəbərlər
Abel Məhərrəmov toyda "Yallı" oynadı - VİDEO

2019-01-19 / 12:00:45
img Hadisə
Borca görə 19 nəfər tutuldu

2019-01-19 / 11:57:27
img Qafqaz
Ermənilər kəndlərimizi atəşə tutdu

2019-01-19 / 11:48:41
img Cəmiyyət
Böyüklərin qızılca-məxmərəyə qarşı peyvənd edilməsi üçün ölkəmizə vaksinlər gətiriləcək

2019-01-19 / 11:46:05
img Günün xəbərləri
Şəhidlərimizin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq

2019-01-19 / 11:39:50
img Dünya
Qumarda udduğu 671 min dolları kasıblara payladı

2019-01-18 / 21:05:42
img Günün xəbərləri
Cavanşir Feyziyev: Avropa Parlamentinin bu addımı Azərbaycanla Aİ arasında inkişaf edən əməkdaşlığa qarşı təxribatdır

2019-01-18 / 20:55:39
img Dünya
Zimbabvenin Prezidenti Emmerson Mnanqaqva Azərbaycana işgüzar səfərə gəlib

2019-01-18 / 20:24:02
img Sosial
Şəkər xəstələri ÇARƏSİZ VƏZİYYƏTDƏ - Bu dərman TAPILMIR (FOTO)

2019-01-18 / 20:17:03
img Qafqaz
Gürcü nazir: Ölkədə qızılca ciddi təhlükə mənbəyinə çevrilib

2019-01-18 / 20:08:47

Bütün xəbərlər