logo
RU

Ölkə

Bakıda istifadəsiz geyim əşyaları toplanacaq - Məntəqələr açıldı + FOTO

img




Təkrar istifadənin ətraf mühitə müsbət təsirini və geyim əşyalarına olan tələbatı nəzərə alaraq, IDEA İctimai Birliyi tərəfindən Bakıda istifadəsiz paltar və ayaqqabıların toplanması üçün ianə qutuları quraşdırılıb.
İctimai Birlikdən Modern.az-a verilən məlumata görə, şəhərimizin müəyyən nöqtələrində yerləşdirilən qutulara insanlar artıq istifadə etmədikləri və paylaşmaq istədikləri geyimlərini yerləşdirə bilər. Bu cür xeyriyyə məqsədli təkraristifadə qutuları ilkin olaraq “Bravo” hipermarketləri və Babək prospektində yerləşən “Bravo” superstorda, həmçinin həmin prospektdəki “SOCAR Petroleum” yanacaqdoldurma məntəqəsində quraşdırılıb. Yaxın vaxtlarda oxşar paltar toplanma qutularının Bakının digər münasib yerlərində də quraşdırılması nəzərdə tutulur.
IDEA İctimai Birliyi səhərimizin sakinlərini qarderobunda istifadəsiz, yararlı və saf qalan geyim əşyalarını tullamaq əvəzinə IDEA-nın ianə qutularına yerləşdirməklə ehtiyacı olan insanlara öz yardım əlini uzatmağa, eyni zamanda təkrar istifadə vasitəsilə təbiətə vurulan zərəri azaltmağa çağırır. Eyni zamanda, ianə edilən geyim əşyalarının qutulara atmaqdan öncə yuyulub-təmizlənməsi, qutulara kənar əşyalar və ya zibilin atılmaması xahiş edilir.


İanə qutularına toplanan əşyalar mütamadi olaraq müxtəlif paylanma məntəqələri, o cümlədən “Güvən Xeyriyyə və Dostluq Cəmiyyəti” və “Birlik” xeyriyyə təşkilatı vasitəsilə insanlara paylanacaq. Layihəyə qoşulmaq istəyən digər xeyriyyə təşkilatlarından IDEA İctimai Birliyinə müraciət edilməsi xahiş edilir (012 497 6316).
Məlum olduğu kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə müxtəlif ekoloji və sosial layihələrə start verilib. Tullantıların azaldılması, təkrar istifadəsi və təkrar emalına xüsusi önəm verən IDEA İctimai Birliyi tərəfindən bu istiqamətdə geniş miqyaslı təbliğat və təşviqat tədbirləri həyata keçirilməkdədir. Bu xüsusda qeyd olunmalıdır ki, 2017-ci ildən başlayaraq IDEA tərəfindən yüzlərlə ofis və müəssisələrdə yerləşdirilən xüsusi təkrar emal qutuları vasitəsilə minlərlə ton kağız və plastik tullantı toplanaraq təkrar emala göndərilir. Bununla yanaşı, IDEA tərəfindən yaxın zamanlarda işlənmiş batareyaların toplanması üçün xüsusi qutuların da kütləvi şəkildə müəssisələrə paylanması planlaşdırılır.
Digər məhsullar kimi, geyim əşyalarının da tullanması və çürüməsi ətraf mühitə zərərsiz otüşmür. Bu həm tullanılan məhsulların çürüməsi zamanı təbiətə buraxılan zəhərli maddə və qazlar, həm də yeni məhsulların istehsalından irəli gələn zərər ilə bağlıdır.

"Legion"



 







Xəbər lenti

img Qafqaz
Kəlbəcərdə avtomobil dərəyə aşıb, 3 erməni ölüb, 1-i yaralanıb

2019-01-21 / 11:40:02
img Günün xəbərləri
Bu gün Cahangir Hacıyevin 4,7 milyard manatlıq cinayət işi üzrə məhkəməsi başlayır

2019-01-21 / 11:30:56
img Cəmiyyət
Abituriyentlərin NƏZƏRİNƏ - yeni model üzrə sınaq imtahanı keçiriləcək

2019-01-21 / 11:20:27
img Hadisə
Ötən iki gündə respublikanın avtomobil yollarında yeddi yol-nəqliyyat hadisəsi baş verib

2019-01-21 / 11:12:38
img Dünya
Böyük Britaniya şahzadəsi cəzalandırıla bilər

2019-01-21 / 11:03:38
img Sosial
Qadın əməliyyat zamanı öldü

2019-01-21 / 10:58:02
img Günün xəbərləri
Sükut dəqiqəsi

2019-01-20 / 12:03:20
img Manşet xəbərləri
Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib YENİLƏNİB

2019-01-20 / 12:23:17
img Günün xəbərləri
Azərbaycanda Ümumxalq Hüzn Günüdür

2019-01-20 / 00:41:53
img Günün xəbərləri
Ümumxalq Hüzn Günü ilə bağlı qanvermə aksiyası keçirilib

2019-01-19 / 20:44:06
img Manşet xəbərləri
DTX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi

2019-01-19 / 20:35:15
img Ölkə
Sabahın havası - şaxta olacaq

2019-01-19 / 14:03:52
img Ölkə
Gömrükçülər narkotik vasitə aşkarlayıb

2019-01-19 / 13:26:08
img Manşet xəbərləri
Azərbaycan və Zimbabve prezidentlərinin görüşü olub

2019-01-19 / 12:38:34
img Dünya
Qadının efirdə dediyi bu sözlərə görə veriliş bağlandı: Ərim heç vaxt..

2019-01-19 / 12:15:41
img Video xəbərlər
Abel Məhərrəmov toyda "Yallı" oynadı - VİDEO

2019-01-19 / 12:00:45
img Hadisə
Borca görə 19 nəfər tutuldu

2019-01-19 / 11:57:27
img Qafqaz
Ermənilər kəndlərimizi atəşə tutdu

2019-01-19 / 11:48:41
img Cəmiyyət
Böyüklərin qızılca-məxmərəyə qarşı peyvənd edilməsi üçün ölkəmizə vaksinlər gətiriləcək

2019-01-19 / 11:46:05
img Günün xəbərləri
Şəhidlərimizin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq

2019-01-19 / 11:39:50
img Dünya
Qumarda udduğu 671 min dolları kasıblara payladı

2019-01-18 / 21:05:42
img Günün xəbərləri
Cavanşir Feyziyev: Avropa Parlamentinin bu addımı Azərbaycanla Aİ arasında inkişaf edən əməkdaşlığa qarşı təxribatdır

2019-01-18 / 20:55:39
img Dünya
Zimbabvenin Prezidenti Emmerson Mnanqaqva Azərbaycana işgüzar səfərə gəlib

2019-01-18 / 20:24:02
img Sosial
Şəkər xəstələri ÇARƏSİZ VƏZİYYƏTDƏ - Bu dərman TAPILMIR (FOTO)

2019-01-18 / 20:17:03
img Qafqaz
Gürcü nazir: Ölkədə qızılca ciddi təhlükə mənbəyinə çevrilib

2019-01-18 / 20:08:47

Bütün xəbərlər