logo
RU

Ölkə

“Onlar haradadır?” – Turizm menecmentlərinə İTTİHAMLAR

img




Azərbaycanda ən çox tənqid olunan sahələrdən biri də turizmlə bağlıdır. İstər yayda, istərsə də qışda turizm sahəsi ilə bağlı çatışmazlıqlar ortaya çıxır.
Bildirilir ki, xidmətin aşağı səviyyədə olması bir yana, üstəlik qiymət siyasəti də ürəkaçan deyil.
Hazırda Azərbaycanda qış turizminə start verilib. Buna baxmayaraq əhalinin aztəminatlı təbəqəsi bundan yararlana bilmir. Şahdağ turizm mərkəzində xizəklərin qiyməti 40-50 manat civarında dəyişir.  Bu da yerli əhalinin qiymət siyasəti ilə uzlaşmır. Ona görə də insanlar xarici ölkələrin daha ucuz başa gələn turizmindən yararlanmağa çalışır.
O zaman  çatışmazlıqların səbəbi nədir?
Niyə görə qiymətlər cibimizə uyğun hesablanmır?
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Modern.az-a açıqlamasında deyib ki, ölkədə bir, iki ulduzlu otellər də olmalıdır.
“Bir və iki ulduzlu otellər yoxdur”
“Qış turizmi ən bahalı turizm növü hesab olunur. Ona görə də müxtəlif səviyyəli xidmətləri var. Məsələn, götürək Alp dağlarını. Fransa, İsveçrə, Avstriya və İtaliyada ən bahalı qış turizmi mövcuddur. Digər yerlər olan  Finlandiya, Norveç İsveçdir ki, orada qiymət səviyyəsi ortadır. Aşağı qiymət seqmentində Bolqarıstan, Slovakiya və Polşadır ki,  qış turizmi normaldır. Burada istirahət etmək olar. Azərbaycanda isə  hər şey yüksək qiymətlə yaradılır. Beş ulduzlu otellər tikilsə də bir və iki  ulduzlu otellər yoxdur.  Buna görə də təklif olaraq Azərbaycan Turizm Assosiasiyasına   Zaqatala, Qax  kimi dağlıq rayonlarında qış turizmini inkişaf etdirmək üçün infrastruktur yaradılmasını təklif etmişəm”.
“Öz arşınları ilə ölçürlər”
Müşavir bildirib ki,  burada ikinci əsas məqsəd menecmentin zəif olması ilə bağlıdır.
“Apardığımız müşahidələrə görə deyə bilərik ki, qış turizminin idarə olunması  xarici mütəxəssislərə verilir. Xarici idarəçilik də yerli turizmimizi öz arşını ilə ölçür. Məsələn, Şahdağ turizm mərkəzində də xarici mütəxəssislər çalışır. Onlar çox məsələləri bilmirlər. Çünki bizim ekologiya sistemimiz, həyat səviyyəmiz onlara yaddır. Ona görə də Fransa və digər ölkələrin qiymət siyasətini yeridirlər. Belə olmaz! Burada nüanslı, girintili çıxışlı çox çevik  qiymət siyasəti var. Görünür ki, menecment də düzgün qurulmayıb.  Qış turizminə rəhbərlik edən menecmentlərin müsabiqəsini  keçirsək, aydın olacaq ki, onların çatışmayan cəhətləri var. Biz turizmin inkişafından danışırıqsa və orada inkişaf sözü varsa, deməli bütün təbəqələr orada təmsil olunmalıdır. Həm daxildəki vətəndaşlarımız, həm də xaricdən gələn aztəminatlı qonaqlar da qış turizmindən istifadə etməlidir”.
“Turizm sahəsi üzrə kadrlar ortada yoxdur”
Müzəffər Ağakərimov kadrlardan da söz açıb.
“Öncə Azərbaycanda güclü və yerli kadrların potensialından tam istifadə etmək lazımdır. Halbuki, istifadə olunmur. Bundan qəti şəkildə əminəm. Çünki işin içində olduğumdan bunları bilirəm. Amma hansı səbəblərdən istifadə olunmadığını bilmirəm. 2006-cı ildən Azərbaycan Turizm İnstitutu fəaliyyət göstərir. 2000-ci illərdən Qərb Universiteti, Bakı Dövlət Universiteti, İqtisadiyyat Universiteti turizm üzrə kadrlar hazırlayır. Qusarda, Şəkidə turizm personalı hazırlanır. Onlar haradadır?! 20 il olar  ki, turizm mütəxəssisləri yetişdiririk, amma ortada bir adam yoxdur. Beş ulduzlu otellərə menecmentləri müsabiqə yolu ilə qəbul etməliyik. Kim güclüdürsə, o da qalib gəlsin. Gedib xaricdən yaxşı kadr deyib gətirməyin yeri yoxdur. Elə yaxşı kadrdırsa. Fransada İspaniyada qalardı da! Çünki orada üçqat, dördqat maaş verirlər”
“Ciddi işlər görülməlidir”
Sədrin müşaviri turizmin inkişafından sözdə danışmağın mənasız olduğunu söyləyib.
“Bayaq Bolqarıstanın, Slovakiyanın ucuz qış turizmini boşuna qeyd etmədim. Bu məlumatı alandan sonra imkanım orada dincəlməyə çatır. Bu zaman həmin ölkəyə axın edən turistlərin sayı daha da çoxalacaq. Eyni siyasəti biz də edə bilərik, amma etmirik. Ölkəyə çoxlu turist cəlb etmək üçün qiymət marketinqi  münasib olmalıdır. 
Yoxsa ümumi formada turizmin inkişafından danışmaq mənasızdır. Əməli iş görmək lazımdır.  Yoxsa belə alınmayacaq. Bu sahədə ciddi işlər görməliyik”.

"Legion"







Xəbər lenti

img Dünya
Nigeriyada Türkiyə vətəndaşlarını azad etmək üçün əməliyyat başladı

2019-07-22 / 11:14:19
img Ölkə
Dollar kreditləri ilə bağlı daha bir problem - Palata yalan məlumat verib

2019-07-22 / 10:47:13
img Dünya
Çernobılın bitkiləri: öldürücü radiasiya onları niyə öldürmədi?

2019-07-22 / 10:32:15
img Manşet xəbərləri
Bu gün Milli Mətbuat Günüdür

2019-07-22 / 10:30:27
img Ölkə
Atəşkəs pulemyot və snayperlərlə pozuldu - 16 dəfə

2019-07-22 / 10:28:38
img Hadisə
Yalçın Rzazadə: "İki gün də geciksəydim, ölə bilərdim"

2019-07-22 / 10:27:12
img Dünya
İraqda Türkiyə diplomatını öldürən terrorçu tutulub

2019-07-20 / 17:51:15
img Manşet xəbərləri
Şirin şirələrin xərçəng riskini artırdığı bir daha təsdiqləndi- elmi araşdırma

2019-07-20 / 17:50:29
img Dünya
Gürcüstanda onkoloji xəstələrin sayı artıb

2019-07-20 / 17:48:40
img Manşet xəbərləri
İranlı nazir: "Britaniya gəmisi beynəlxalq qanunlara uyğun saxlanılıb

2019-07-20 / 17:41:51
img Dünya
Donald Tramp Aya göndəriləcək yeni missiyaya şübhə ilə yanaşır

2019-07-20 / 17:39:57
img Dünya
Argentina Hizbullahı terror təşkilatı elan etdi

2019-07-20 / 16:19:09
img Ölkə
"Qarabağ" yeni transferlərini sifariş etdi (SİYAHI)

2019-07-20 / 16:18:00
img Cəmiyyət
Ailəsi sevdiyi qıza elçi getmədiyi üçün özünü öldürdü - Mahirin intiharının təfərrüatı

2019-07-20 / 16:14:35
img Ölkə
Xalq artisti: "Biz niyə Messi və Ronaldo kimi futbolçu yetişdirə bilmirik?"

2019-07-20 / 16:13:01
img Ölkə
“İdeal” mağazalar şəbəkəsi cərimələndi

2019-07-20 / 16:11:22
img Dünya
Putin: Yorulsaydım, prezidentliyə namizədliyimi irəli sürməzdim

2019-07-20 / 11:56:43
img Cəmiyyət
Mühacirlərlə rəftara etiraz edən 70 katolik Vaşinqtonda həbs olunub

2019-07-20 / 11:51:48
img Cəmiyyət
Dünyanın ən hündür binasının memarı vəfat etdi

2019-07-20 / 11:39:45
img Dünya
Baş nazir istefa verdi

2019-07-20 / 11:37:24
img Hadisə
Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

2019-07-20 / 11:36:20
img Dünya
Face App: istifadəçilərin təlaşına əsas var

2019-07-20 / 11:33:09
img Ölkə
"Müştəri 50 qəpik ödəməlidir" - 9111-dən kondisioner açıqlaması

2019-07-20 / 11:30:42
img Cəmiyyət
Hər kəs qocalır: Əyləncə, yoxsa təhlükə? (VİDEO)

2019-07-19 / 18:15:54
img Manşet xəbərləri
Mədəniyyət Nazirliyi: “Keşikçidağ” kompleksi Azərbaycanın dövlət tarix-mədəniyyət qoruğudur

2019-07-19 / 16:20:30

Bütün xəbərlər