logo
RU

Manşet xəbərləri

Prezident: “Bu il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilərək istifadəyə verilib”

img




“Bu il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib. Artıq köçkünlərin bu evlərə, mənzillərə yerləşməsi prosesinə start verilib. Bu, rekord göstəricidir. Biz hər il minlərlə köçkün ailəsini yeni evlərlə, mənzillərlə təmin edirik. Bir daha demək istəyirəm ki, bu il bu, ən yüksək səviyyədə öz həllini tapıb. Bizim vəzifəmiz ondan ibarətdir ki, bütün köçkün ailələri normal şəraitlə təmin olunsunlar. Bu istiqamətdə böyük işlər görülür, həm Bakı şəhərində, Abşeron rayonunda, Sumqayıt şəhərində, həm də digər şəhər və rayonlarımızda. Son illərdə yüzdən çox köçkün şəhərciyi tikilib istifadəyə verilib”. 

Modern.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev bu gün Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı deyib.
Prezident  hələ də çətin vəziyyətdə yaşayan köçkünlərimizin olduğunu qeyd edib: “Onların problemləri də öz həllini tapacaq. Hazırda Dövlətqaçqınkom bu istiqamətdə öz işini davam etdirir, siyahılar dəqiqləşdirilir və növbəti ildə görüləcək işlərlə bağlı indi hazırlıq tədbirləri aparılır. Gələn ilin dövlət xərclərimizdə köçkünlərin problemlərinin həlli üçün kifayət qədər böyük vəsait nəzərdə tutulub.
Onu da bildirməliyəm ki, bu il, eyni zamanda, köçkünlərin məişət problemlərinin həlli işində bir yenilik də olub. O da ondan ibarətdir ki, özəl sektor köçkünlər üçün mənzillərin tikintisinə başlayıb. Bu il “Qobu Park” köçkün şəhərciyinin açılışı bunun bariz nümunəsi idi. Orada da mindən çox ailə üçün yeni binalar, evlər tikilib, bütün infrastruktur yaradılıb. O layihə özəl sektor tərəfindən təmin edilib, tikilib və maliyyələşdirilib.
Bu, onu deməyə əsas verir ki, biznesin sosial məsuliyyəti də artır. Ümid edirəm ki, növbəti illərdə bizim böyük biznes strukturlarımız bu işlərdə köçkünlərə kömək göstərəcəklər. Əlbəttə, əsas işi dövlət öz üzərinə götürüb. Köçkünlərin problemlərinin həlli, onların məşğulluğunun artırılması üçün son illərdə milyardlarla manat vəsait xərclənmişdir. Ancaq imkanı olan şirkətlər əlbəttə ki, bu sahədə öz sözünü deməlidirlər və biz bunu görürük. Ümid edirəm ki, gələn il də biznes strukturları bu istiqamətdə öz sözünü deyəcəklə”.
Prezident vurğulayıb ki, bu il bir neçə yerdə köçkünlər üçün yeni şəhərciklər salınıb: “Onların arasında iki layihəni xüsusilə qeyd etmək istərdim. Bu il Cocuq Mərcanlı qəsəbəsində işlərin ikinci mərhələsi başa çatıb. Bildiyiniz kimi, keçən il mənim iştirakımla Cocuq Mərcanlıda köçkün qəsəbəsinin açılışı olub. O vaxt biz 50 evin açılışını qeyd etdik. Qarşıya vəzifə qoyulmuşdu ki, evlərin sayı daha da artmalıdır. Əlavə 100 evin tikilməsi də bu il təmin edildi. Bu, əlbəttə ki, tarixi hadisədir. Çünki uzun fasilədən sonra Cocuq Mərcanlıda həyat yenidən qurulur, vətəndaşlar öz doğma torpağında yaşayırlar, qururlar, yaradırlar. Bilirsiniz ki, orada bütün infrastruktur yaradılıb, yollar, elektrik xətləri, məktəb, ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəri olan məscid tikilib. Biznes üçün də çox gözəl şərait yaradılıb. Hazırda 150 evdən ibarət qəsəbə bizim iradəmizin rəmzinə çevrilibdir. Bu qəsəbənin yaşaması, yenidən qurulması onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Hər bir köçkün bir arzu ilə, bir amalla yaşayır ki, tezliklə öz doğma torpağına qayıtsın. Biz bunu Cocuq Mərcanlı qəsəbəsinin timsalında görürük. Çünki uzun illər başqa yerlərdə yaşamış Cocuq Mərcanlı sakinləri imkan olan kimi, əlbəttə, öz doğma kəndinə üz tutdular. Hətta Cocuq Mərcanlını görməyən uşaqlar, yeniyetmələr böyük həvəslə o kəndə üz tutub, orada - doğma torpağında öz həyatlarını qururlar.
Digər layihə Tərtər rayonunun Şıxarx qəsəbəsində tikilmiş şəhərcikdir. O şəhərcik təxminən 1200 mənzildən ibarətdir. Hündürmərtəbəli binalar tikilib. O layihənin də əhəmiyyəti ondadır ki, vaxtilə işğal edilmiş və işğaldan azad olunmuş torpaqlarda belə böyük, gözəl şəhərcik tikilib. Əlbəttə, hər bir köçkün şəhərciyinin istifadəyə verilməsi önəmli hadisədir və bizi, köçkünləri sevindirir. Ancaq bu iki layihəni xüsusilə qeyd etmək istəyirəm. Çünki məhz işğalçılardan azad edilmiş torpaqlarda biz bu gözəl şəhərcikləri qurmuşuq. Bu, bir daha onu göstərir ki, torpaqlarımız işğaldan azad olunandan sonra biz ermənilər tərəfindən dağıdılmış bütün şəhər və rayonlarımızı, kəndlərimizi bərpa edəcəyik. Buna bizim gücümüz də çatacaq, iradəmiz də var. Bizim siyasətimiz, bir daha demək istəyirəm ki, məcburi köçkünlərin problemlərinin həlli işinə dəstək verməkdən ibarətdir. Mən əminəm ki, bu gün hələ də işğal altında olan bütün torpaqlar azad ediləndən sonra o torpaqlarda gözəl şəhərlər, kəndlər yenidən qurulacaq. Azərbaycan xalqı işğalla barışmayacaq”.

"Legion"   







Xəbər lenti

img Ölkə
Bu gün cərimələnənlərin sayı açıqlandı

2020-06-06 / 19:39:33
img Ölkə
Azərbaycanda COVID-19-a yoluxanların sayı 7 mini ötdü

2020-06-06 / 19:35:24
img Hadisə
OPEC+ neft hasilatının azalmasını bir ay uzadacaq

2020-06-06 / 19:33:52
img Günün xəbərləri
Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

2020-06-06 / 18:17:23
img Hadisə
DİM onlayn imtahanların ilk sınağını keçirdi

2020-06-06 / 17:34:27
img Günün xəbərləri
Bu şəxslər küçəyə çıxsalar cərimələnəcəklər (RƏSMİ)

2020-06-06 / 17:33:25
img Günün xəbərləri
Azərbaycanda ilk dəfə dəniz suyu çaya qarışdı, kəndlər susuz qaldı

2020-06-06 / 17:31:01
img Günün xəbərləri
Azərbaycanda deputatın yaxın qohumu koronovirusdan öldü

2020-06-06 / 17:29:09
img Cəmiyyət
“İki günlük qadağaya görə aylıq ərzaq almağa ehtiyac yoxdur”

2020-06-06 / 17:28:04
img Hadisə
İlk milyarder futbolçu - Kriştianu Ronaldu

2020-06-06 / 11:31:59
img Günün xəbərləri
Bu gün avtomobil sürmək qadağandır - CƏRİMƏ VƏ HƏBS...

2020-06-06 / 11:17:19
img Günün xəbərləri
Həftəsonu küçəyə çıxanları hansı cəzalar gözləyir?

2020-06-06 / 11:15:28
img Cəmiyyət
“İşə velosipedlə gedib-gəlin“ - DYP rəsmisi

2020-06-06 / 11:14:32
img Ölkə
2 gün üçün 5 günlük çörəyi kimlər alır və ya varlılar anlamaz...

2020-06-06 / 11:07:32
img Günün xəbərləri
Belə getsə, vəziyyət nəzarətdən çıxa bilər... - Alim

2020-06-06 / 11:04:56
img Ölkə
Şəxsi avtomobildə maskadan istifadə etməklə bağlı rəsmi açıqlama

2020-06-06 / 11:03:00
img Sosial
Azərbaycanda bu gün işləyən dövlət qurumlarının siyahısı

2020-06-06 / 11:01:38
img Ölkə
Azərbaycanda küçəyə çıxmaq qadağası başladı

2020-06-06 / 10:59:29
img Dünya
Liviyada qiyamçı feldmarşal rəsmən məğlub elan olundu

2020-06-06 / 10:57:54
img Müsahibə
"Cümə günü də tam məhdudiyyətlər tətbiq edilsin" - Baş infeksionist

2020-06-05 / 19:10:37
img Günün xəbərləri
Azərbaycanda koronavirusa yoluxanların sayı yenə 300-ü keçdi - Ölənlər var

2020-06-05 / 18:29:11
img Günün xəbərləri
Gürcü polisi Zakir Qaralovun qardaşına cinayət işi açdığını təsdiqlədi - SƏNƏD

2020-06-05 / 18:04:46
img Günün xəbərləri
Mehman Hüseynov üçün 140 min manat TOPLANDI

2020-06-05 / 16:34:04
img Dünya
Tramp Çini cəzalandırmağın yolunu tapdı: İki aya yeni qaydalar gəlir

2020-06-05 / 16:32:17
img Günün xəbərləri
Bazar ertəsi ölkədə vəziyyət necə olacaq?

2020-06-05 / 16:30:51

Bütün xəbərlər