logo
RU

Hadisə

Azərbaycanda 28 yaşlı gənc 200 iynə uddu - "Deyir yuxarıdan ona vəhy gəlib" (FOTO)

img




28 yaşlı Şəmkir rayon sakini hər gün 6-7 ədəd iynə udur. Rayon xətəxanasında maraqlı hadisə baş verib.
Unikal.org  xəbər verir ki, rayon sakini, 28 yaşlı İsayev Emin ayın 17-də Şəmkir Mərkəzi rayon Xəstəxanasına müraciət edib.
O bildirib ki, mədəsində narahatlıq hiss edir. Xəstənin müayinəsi zamanı MRT (Maqnit rezonans tomoqrafiya) çəkilib və məlum olub ki, onun mədəsində, bağırsaqlarında 200-dən çox tikiş iynəsi var. Xəstənin həyati təhlükəsi olduğunu düşünən həkimlər onu dərhal Bakıya Respublika Klinik Xəstəxanasına göndəriblər. Hazırda onun xəstəxanada olduğu deyilir.
Faktla bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Oxu.Az-a verdiyi açıqlamasında bildirib ki, həmin şəxs xəstəxanaya özü müraciət edib:
“Həmin şəxs özü çox rahat şəkildə xəstəxanaya gəlib. Bildirib ki, bir müddətdir narahatlıq hiss edir. Həkimlər nə ilə bağlı narahatlıq duyduğunu soruşduqda, onlara bir iynə udduğunu deyib. MRT çəkilişi zamanı həkimlər gördükləri görüntüyə inana bilməyiblər. 28 yaşlı xəstənin mədə və bağırsaqlarında 200-dən çox iynə olduğu aşkarlanıb. Professorlar hadisənin necə baş verdiyini anlamağa çalışırlar. Bu insanın sağ qalması möcüzədir”.
P.Abubəkirov onu da əlavə edib ki, həkimlər xəstənin psixoloji problemləri olduğunu təsdiqləyəcək rəy çıxara bilmirlər:
“Xəstə ilə bütün profillərdən olan həkimlər görüşüb. Hazırda psixoloqlar, psixiatrlar onunla söhbət edir. Həkimlər xəstənin verilən bütün suallara adekvat və normal cavablar verdiyini deyir. Xəstədən bu iynələri nə üçün udduğu soruşulub. O deyir ki, artıq iki ildir iynə udur. Onun sözlərinə görə, yuxarıdan ona vəhy gəlib ki, hər gün müəyyən miqdarda (6-7 ədəd) iynə udsun.
Xəstənin əməliyyat olunması olduqca risklidir. Hazırda həkimlər bu istiqamətdə nə edə biləcəklərinə dair iclas keçirir, fikir mübadiləsi aparır. Xəstə iki ildir bu vəziyyətlə yaşayır. Əməliyyat zamanı onun ölmə ehtimalı böyükdür.
Xəstənin ailəsi xəstəxanaya gəlib və onu evə aparmaq istədiklərini deyiblər. Həkimlər onun vəziyyətini ailəsinə izah etməyə çalışsalar da, ailəsi israrla bütün məsuliyyəti öz üstlərinə götürdüyünü deyərək onu evə aparıblar”.

"Legion"
   







Xəbər lenti

img Cəmiyyət
Qaymaqda narkotik gətirməkdə suçlanan şəxs bəraət aldı - 500 min təklif edən iş adamının cəza azaldıldı

2019-10-23 / 16:51:42
img Dünya
İngiltərədə dəhşətli hadisə: yük maşınından 39 nəfərin meyiti tapıldı

2019-10-23 / 16:49:44
img Dünya
Türkiyə Suriyada hərbi əməliyyatın dayandırıldığını elan edib

2019-10-23 / 16:48:44
img Hadisə
Rusiya Federasiya Şurasının binasında təxliyə başladı

2019-10-23 / 16:46:45
img Dünya
Jirinovski Zatulini Qarabağa görə qınadı və dedi

2019-10-23 / 16:45:45
img Manşet xəbərləri
Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib - SƏRƏNCAM

2019-10-23 / 16:44:43
img Manşet xəbərləri
Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinin strukturuna daxil edildi

2019-10-23 / 16:43:38
img Günün xəbərləri
Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edildi

2019-10-23 / 16:42:21
img Dünya
Rusiyanın trilyonluq meqalayihəsi

2019-10-23 / 16:41:33
img Hadisə
Milli komandamızın üzvləri oteli "yandırdı": AFFA cərimələndi - ŞOK OLAY

2019-10-23 / 11:57:43
img Dünya
Prezidentin oğlu ABŞ-da səfir vəzifəsindən imtina edib

2019-10-23 / 11:53:36
img Dünya
“Whatsapp”dan yeni funksiya

2019-10-23 / 11:51:52
img Dünya
Konoru təcavüz etməkdə təqsirləndirdilər

2019-10-23 / 11:50:49
img Cəmiyyət
Türk çayçı çay evinə elə bir ad qoydu ki, eşidinən-bilən ora axışdı - Foto

2019-10-23 / 11:49:13
img Ölkə
Fırıldaqçılar smartfonlardan pul oğurlamağın yeni yolunu tapıblar

2019-10-23 / 11:46:24
img Manşet xəbərləri
Akif Əlizadə istefasının səbəbini açıqladı

2019-10-23 / 11:44:52
img Hadisə
Bakıda ana qızları ilə birləşib keçmiş ərini və oğlunu döydü

2019-10-23 / 11:43:45
img Hadisə
Çempionlar Liqası: Milanda mərkəzi qarşılaşma, “Barselona” lider ola bilər

2019-10-23 / 11:40:03
img Günün xəbərləri
İşsiz qalan Abutalıbovun məşhur obyektləri - bazar, restoranlar və...

2019-10-23 / 11:37:36
img Hadisə
Yaponiyada Naruhitonun dövrü başladı - Taxtaçıxma mərasimindən fotolar

2019-10-23 / 11:34:27
img Dünya
“Özümə “KVN”-çilər yox, siyasətçilər komandası yığardım” - Zelenskini tənqid etdi

2019-10-23 / 11:31:27
img Dünya
Dünyanın ən isti iş yeri necə görünür? - FOTO

2019-10-22 / 18:22:11
img Cəmiyyət
İlk türk astronavt 2023-cü ilə qədər kosmosa uça bilər

2019-10-22 / 18:21:18
img Dünya
Bu kənddə evlərə boya vurulmur - FOTO

2019-10-22 / 18:18:33
img Ölkə
Dolların sabaha olan məzənnəsi

2019-10-22 / 18:17:07

Bütün xəbərlər