logo
RU

Manşet xəbərləri

Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusu əsaslı bərpa və yenidənqurmadan sonra açılıb, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər YENİLƏNİB

img




Dekabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva binada yaradılan şəraitlə tanış oldular.
Mədəniyyət naziri Əbülfəs Qarayev dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verdi.
Qeyd edildi ki, Azərbaycan Milli İncəsənət Muzeyi XIX əsrdə inşa edilən iki yanaşı tarixi binada yerləşir. 1891-1893-cü illərdə Bakının baş memarı Nikolay fon der Nonne tərəfindən inşa edilən binada ayrı-ayrı vaxtlarda müxtəlif idarə və təşkilatlar yerləşib. 1936-cı ildə əsası qoyulan İncəsənət Muzeyi 1951-ci ildən bu binada fəaliyyətini davam etdirib. Burada çox sayda qiymətli sənət əsərinin yerləşdirilməsi və ekspozisiyanın ildən-ilə zənginləşdirilməsi bu sənət məbədinə marağı daha da artırıb. Zaman keçdikcə təbii aşınmalar nadir sənət nümunələrinin toplandığı bu binanın təmiri zərurətini yaradıb. Əvvəllər burada belə genişmiqyaslı təmir işləri aparılmayıb. Prezident İlham Əliyevin Sərəncamı ilə muzeydə əsaslı təmir və yenidənqurma işləri görülüb. "Mariinski Qadın Gimnaziyası" adlanan birinci korpus 2009-cu ilin sentyabrında istifadəyə verilib.
2014-2018-ci illərdə isə muzeyin "De Burun malikanəsi" adlanan korpusunda İtaliya və Azərbaycan mütəxəssislərinin birgə səyləri ilə əsaslı təmir işləri həyata keçirilib. Bərpa-təmir işlərinə başlamazdan əvvəl muzey binasında xüsusi tədqiqat aparılıb. Binanın fiziki və texniki vəziyyəti öyrənilib. Ölkə əhəmiyyətli bu memarlıq abidəsinin tavan və divarlarında mövcud yapma rəsm bəzək və digər işlər ilkin vəziyyətə gətirilib. Memarlıq və bəzək elementləri təmizlənib, bərkitmə işləri yerinə yetirilib. Uzun illər ərzində cari təmir işləri aparmaqla tavan və divarlarda yeddi qat üst-üstə vurulan boya xüsusi texnologiya ilə təmizlənərək birinci rəng qatı müəyyən edilib. Əsas giriş qapıları və bir çox daxili qapılar təmizlənərək bərpa olunub. Milli İncəsənət Muzeyində yeni yaradılan şərait sərgi zallarında yerləşdirilən əsərlərin bütün təsiredici amillərdən - nəmişlik, temperatur, ultra şüalar və digər amillərdən qorunmasını və təhlükəsizliyini təmin edir, bununla bərabər, muzeyə gələn insanların rahatlığına, eyni zamanda, baxdıqları əsərlərdən zövq almalarına şərait yaradır.
Binanın memarlığı və qədimliyi saxlanılmaqla həm texniki, həm də texnoloji baxımdan lazım olan innovativ və yeni funksionallığı təmin edilib. Yenidənqurma və əsaslı təmir işləri ilə yanaşı, binada ekspozisiya zalları genişləndirilib, binanın seysmik davamlılığı artırılıb. On səkkiz mindən çox eksponatın saxlanıldığı Milli İncəsənət Muzeyində rəngkarlıq, qrafika, heykəltəraşlıq və tətbiqi sənət nümunələri nümayiş olunur. Üçüncü korpusda isə 2 mindən çox eksponat saxlanılır.
Bildirildi ki, Azərbaycan Milli İncəsənət Muzeyinin mövcud binaları arasında mərkəzləşdirilmiş giriş yaratmaq üçün 2013-cü ildə açılışı olan keçid korpusu da var. Bina memarlığın həm ampir, həm də barokko üslublarının istifadə edildiyi tarixi memarlıq abidəsidir. Xüsusi sifariş edilmiş güzgülər, çıraqlar və sobalar bu məkana gözəllik verir.
Muzeydə dünya incəsənəti nümunələri də nümayiş etdirilir. Ekspozisiya planına əsasən kolleksiyanı Qərbi Avropa, o cümlədən İtaliya, Hollandiya, Almaniya, Fransa, həmçinin Rusiya və Çin, Türkiyə, İran və Hindistan da daxil olmaqla Şərq incəsənəti təşkil edir. İlk dəfə olaraq yeni ekspozisiyada qədim dünya incəsənəti də təqdim olunur: buraya qədim Misir, qədim Yunanıstan, qədim Roma və qədim İran incəsənətləri daxildir. Bununla yanaşı, ilk dəfə olaraq Fransa zallarında fransız impressionistlərin əsərlərini görmək mümkündür. Bundan başqa, muzeyin ekspozisiyasında Rusiya avanqardı ilə yanaşı, avanqard çini məmulat və əsərləri də seyr etmək imkanı olacaq. Dünyanın istənilən muzeyi burada təqdim olunan əsərlərlə fəxr edə bilər.
Binada aparılan yenidənqurma və əsaslı təmir işləri, nümayiş etdirilən zəngin kolleksiya ilə yaxından tanış olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət ocağının fəaliyyətinə uğurlar arzuladılar.

"Legion"
 






 







Xəbər lenti

img Dünya
Nigeriyada Türkiyə vətəndaşlarını azad etmək üçün əməliyyat başladı

2019-07-22 / 11:14:19
img Ölkə
Dollar kreditləri ilə bağlı daha bir problem - Palata yalan məlumat verib

2019-07-22 / 10:47:13
img Dünya
Çernobılın bitkiləri: öldürücü radiasiya onları niyə öldürmədi?

2019-07-22 / 10:32:15
img Manşet xəbərləri
Bu gün Milli Mətbuat Günüdür

2019-07-22 / 10:30:27
img Ölkə
Atəşkəs pulemyot və snayperlərlə pozuldu - 16 dəfə

2019-07-22 / 10:28:38
img Hadisə
Yalçın Rzazadə: "İki gün də geciksəydim, ölə bilərdim"

2019-07-22 / 10:27:12
img Dünya
İraqda Türkiyə diplomatını öldürən terrorçu tutulub

2019-07-20 / 17:51:15
img Manşet xəbərləri
Şirin şirələrin xərçəng riskini artırdığı bir daha təsdiqləndi- elmi araşdırma

2019-07-20 / 17:50:29
img Dünya
Gürcüstanda onkoloji xəstələrin sayı artıb

2019-07-20 / 17:48:40
img Manşet xəbərləri
İranlı nazir: "Britaniya gəmisi beynəlxalq qanunlara uyğun saxlanılıb

2019-07-20 / 17:41:51
img Dünya
Donald Tramp Aya göndəriləcək yeni missiyaya şübhə ilə yanaşır

2019-07-20 / 17:39:57
img Dünya
Argentina Hizbullahı terror təşkilatı elan etdi

2019-07-20 / 16:19:09
img Ölkə
"Qarabağ" yeni transferlərini sifariş etdi (SİYAHI)

2019-07-20 / 16:18:00
img Cəmiyyət
Ailəsi sevdiyi qıza elçi getmədiyi üçün özünü öldürdü - Mahirin intiharının təfərrüatı

2019-07-20 / 16:14:35
img Ölkə
Xalq artisti: "Biz niyə Messi və Ronaldo kimi futbolçu yetişdirə bilmirik?"

2019-07-20 / 16:13:01
img Ölkə
“İdeal” mağazalar şəbəkəsi cərimələndi

2019-07-20 / 16:11:22
img Dünya
Putin: Yorulsaydım, prezidentliyə namizədliyimi irəli sürməzdim

2019-07-20 / 11:56:43
img Cəmiyyət
Mühacirlərlə rəftara etiraz edən 70 katolik Vaşinqtonda həbs olunub

2019-07-20 / 11:51:48
img Cəmiyyət
Dünyanın ən hündür binasının memarı vəfat etdi

2019-07-20 / 11:39:45
img Dünya
Baş nazir istefa verdi

2019-07-20 / 11:37:24
img Hadisə
Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

2019-07-20 / 11:36:20
img Dünya
Face App: istifadəçilərin təlaşına əsas var

2019-07-20 / 11:33:09
img Ölkə
"Müştəri 50 qəpik ödəməlidir" - 9111-dən kondisioner açıqlaması

2019-07-20 / 11:30:42
img Cəmiyyət
Hər kəs qocalır: Əyləncə, yoxsa təhlükə? (VİDEO)

2019-07-19 / 18:15:54
img Manşet xəbərləri
Mədəniyyət Nazirliyi: “Keşikçidağ” kompleksi Azərbaycanın dövlət tarix-mədəniyyət qoruğudur

2019-07-19 / 16:20:30

Bütün xəbərlər