logo
RU

Müsahibə

Məşhur aktrisa unuda bilmədiyi insan haqqında: “Həyatımda olmayan…” - MÜSAHİBƏ

img




"Qayınana 2" filmində əsas rolu canlandıran aktrisa Sevinc Əliyeva Publika.az-ın "Üç nöqtə" layihəsinin yarımçıq qalan suallarını tamamlayıb.
Tamaşaçıları yeni rolları ilə sevindirməyə hazırlaşan kino ulduzunun cavablarını təqdim edirik.
İndiki ağlım olsaydı...
- Yaşadığım həyatı səhv adlandıra bilmərəm. Hesab etmirəm ki, doğru verilməyən qərar və addımlarım səhvdir. Çalışıram ki, onlardan nəticə çıxarım və ikinci dəfə eyni hərəkəti təkrarlamayım.
Dünyanı dəyişmək imkanım olsaydı...
- Bütün uşaqların sağlam, firavan və xoşbəxt cəmiyyətdə böyüməsi üçün əlimdən gələni edərdim.
Kişilər o qadınlara xəyanət etmir ki...
-
 Burada qadının sahib olduğu ali keyfiyyətlər və zahiri görünüşünün heç bir rolu yoxdur. Kişilər xəyanət etmək istəyirsə, onsuz da edəcək.
Seviləsi qadın olmağın ilkin şərti...
- İlk növbədə özünə hörmət böyük rol oynayır. Həmçinin özünə qarşı diqqət görən xanım da artıq sevməyə başlayır.
Qadınlar yaşını ona görə gizlədir ki...
- Yaşımı gizlətmirəm, bəlkə də bəxtim gətirib ki, yaşımdan daha gənc görürəm. Yaşadığım həyat və yaşım mənim qürurumdur.
Qadına qarşı şiddət...
- Həmcinslərimin şiddət və zorakılığa məruz qaldığını eşitmək məni bir qadın kimi narahat edir. Tez-tez sosial layihələr həyata keçirilmədir ki, nəinki qadının, ümumiyyətlə, insanın bu cür alçaldılmasının qarşısı alınsın. Çalışıram ki, belə xəbərlər oxumayım, əhvalım pisləşir. Bununla belə sosial şəbəkələrin hesabına istər-istəməz kriminal xəbərlər qarşımıza çıxır.
Şükür Allaha ki, bu vaxta qədər fiziki şiddətə məruz qalmamışam. Bizim Fuadla (keçmiş həyat yoldaşı .red) boşanma səbəbimiz tamam başqa məsələ olub. Ataları hər zaman uşaqlarımın yanındadır.
Psixoloji təzyiqlə manipulyasiya altında olmaq fiziki təzyiqdən daha çətindir. İllərlə davam edən psixoloji təzyiq komplekslərə və daha ciddi problemlərə gətirib çıxara bilər. Xanımlara məsləhət görürəm ki, öz həyatlarını qurmağa və yeni bir səhifə açmağa qorxmasınlar. Həyata baxışları doğru və sağlamdırsa, gələcəklərini qura biləcəklər. Sözsüz ki, ətrafın sənə olan etibar və hörmətini itirməmək şərtiylə.
Tez-tez təəssüf edirəm ki...
- Vaxtında anamın “get yat, gecdir” sözünə əməl etmədiyim üçün peşmanam. İndi yuxu üzünə həsrət qalmışam.
Vanqa nənə ilə görüşsəydim...
- Öncəgörmələrə skeptik yanaşıram, amma uşaqlarının gələcəyindən narahat olan ana kimi bu barədə maraqlanardım.
Vicdan...
- Gecələri oyanmadan, tam rahat yata bilirəmsə, deməli, vicdanım rahatdır. Vicdan mənim üçün ən rahat yastıqdır. Franklinin bu barədə dəyərli sözləri var: "Əgər gecə rahat yatmaq istəyirsənsə, özünlə yatağa təmiz vicdan apar".
Küsülü olduğum insana demək istəyirəm ki…
- Vallah-billah deyiləsi sözüm yoxdur.
Unuda bilmədiyim insan bilməlidir ki...
- Həyatımda olmayan insana deməyə sözüm də yoxdur.
Tənhalıq insan üçün lənətdir, yoxsa...
- Bu, insana görə dəyişə bilər. Tənhalıq kimin üçünsə azadlıq, digərləri üçün də depressiyanı ifadə edir. Hər halda özümü tənha qadın hiss etmirəm, 3 övladım var, xoşbəxt anayam.
Kiminsə yalan danışdığını hiss edəndə...
- Üzünə baxıb gülürəm.
Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...
- Tarazlığı biz özümüz yarada bilək.
Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...
- Onu daha xoşbəxt təsəvvür edirəm.
Günahlarım yadıma düşəndə...
- Şükürlər olsun ki, bu vaxta qədər ağır günah sahibi olmamışam. Sözsüz ki, səhvlərim var və buna görə üzr istəməkdən heç vaxt utanmamışam.
Övladlarıma ən çox onu məsləhət görürəm ki…
- Xüsusilə oğluma məsləhət görürəm ki, qızlara qarşı diqqətli olsun, onları incitməsin. Uşaqlarım balaca olsa da, özündən böyüklərə hər zaman “siz” deyə müraciət edirlər. Etiket və nəzakət qaydalarını onlara lap kiçik yaşlarından aşılamışam.
İlahi ədalətə inancımı o zaman itirdim ki…
- Qarşılaşdığım haqsızlıqlara baxmayaraq, hər zaman ümid edirəm.
Mənə qarşı edilən ən böyük ədalətsizlik...
- Zaman-zaman həyat bizi insanlarla sınağa çəkir. Bunu ədalətsizlik kimi deyil, həyatın göndərdiyi dərs kimi qəbul etməyi bacarmalıyıq. Artıq elə yaşdayam ki, gözləmədiyim kəsdən pislik görəndə, üzünə gülüb keçə bilirəm və onu həyatımdan uzaqlaşdırıram. İnsanları olduğu kimi qəbul etməyi öyrənmişəm. Ümumiyyətlə, heç vaxt verdiklərinizi almağa ümid etməyin, heç kimin ürəyini özünüzlə bir tutmayın.
Heç vaxt heç kimə icazə vermirəm ki...
- Uşaqlarımın və mənim şəxsi həyatıma kiminsə müdaxilə etməsinə icazə vermirəm.
O zaman düşünmədən riskə gedirəm ki...
- Uduzmaq ehtimalını gözə ala bilən, uduzmağı bacaran insanları risk qorxutmur. Bu həyatda bir dəfə yaşayırıq, odur ki, risk etmək və mübarizə aparmaq lazımdır. Risk həyatı daha rəngli edir, hətta yolun sonunda bizi məğlubiyyət gözləsə belə... Mənim üçün risk istədiyinə nail olmaq yolunda atılan cəsarətli bir addımdır. Əlbəttə ki, bu, vəziyyətlərdən asılı olaraq dəyişir. Bəzi məsələlər barədən düşünmədən qərar vermək qeyri-mümkündür.
Hər dəfə çıxılmaz vəziyyətə düşəndə...
- Özümü savadsız insan hesab etmirəm, kifayət qədər həyat təcrübəsi olan qadınam. Savad və həyat təcrübəsi üst-üstə gələndə problemi məntiqlə və alnıaçıq şəkildə yoluna qoymaq olur.
Yaxşı gündə, pis gündə...
- Əzizlərim və doğmalarım yanımda olsun.
Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik.
- Minnətdaram.

"Legion"







Xəbər lenti

img Ölkə
Bazar gününə olan hava proqnozu

2019-08-24 / 16:54:01
img Dünya
Kosmosda ilk cinayət törədildi

2019-08-24 / 16:52:38
img Ölkə
Millimizin heyəti açıqlandı

2019-08-24 / 16:51:17
img Dünya
Abel Məhərrəmovun kürəkəni vəfat etdi

2019-08-24 / 16:49:30
img Cəmiyyət
Şeybani xanın Şah İsmayıla məktubu, Səfəvilərin Mərv zəfərinin sirri

2019-08-24 / 16:39:45
img Dünya
Makron: Demokratiya dəbdən düşüb, kapitalizm isə dəli olub

2019-08-24 / 12:32:32
img Hadisə
90-cı illərin məşhur film tərcüməçisi vəfat edib

2019-08-24 / 12:29:07
img Manşet xəbərləri
Tramp: G7 sammiti vaxt itkisidir

2019-08-24 / 12:27:47
img Dünya
Messinin Neymara görə qanı qaralıb

2019-08-24 / 12:25:40
img Cəmiyyət
Pəhrizsiz arıqlamağın sadə yolu

2019-08-24 / 12:20:15
img Günün xəbərləri
"Qarabağ"a 20 min avroluq cərimə

2019-08-24 / 12:18:13
img Manşet xəbərləri
Yoluxucu xəstəliklərin saglam insanlara kecməyəcəyinə kim zəmanət verə bilər?

2019-08-23 / 23:57:05
img Manşet xəbərləri
“Məni şərləyərək həbs ediblər”-Məhkum prezidentə müraciət edir

2019-08-23 / 17:54:02
img Manşet xəbərləri
Zelenski Belarusdan kömək istədi - Lukaşenko

2019-08-23 / 15:59:48
img Dünya
ABŞ boksçusu ilə döyüşdən sonra ölən Maksim Dadaşov qızıl medala layiq görülüb

2019-08-23 / 15:52:32
img Dünya
Başına böyük məbləğdə pul qoyulmuş PKK terrorçusu məhv olundu - Foto

2019-08-23 / 15:49:02
img Dünya
Zaxarovadan "Ləzginka" rəqsi -VİDEO

2019-08-23 / 15:46:06
img Günün xəbərləri
9 yaşlı övladını zəncirləyən anadan XƏBƏR VAR - Valideynin problemi var, cinayət işi açıldı – VİDEO

2019-08-23 / 15:42:59
img Dünya
İki ağızlı balıq tutuldu

2019-08-23 / 11:51:49
img Hadisə
“İnterpol”un axtardığı Almaniya vətəndaşı Azərbaycanda tutulub

2019-08-23 / 11:48:24
img Günün xəbərləri
Ermənistan ordusu atəşkəs rejimini 21 dəfə pozub

2019-08-23 / 11:46:33
img Dünya
Consonun Makrona qarşı hörmətsizliyi müzakirələrə səbəb olub – Video

2019-08-23 / 11:39:27
img Dünya
Aleksey Navalnıy azadlığa buraxılıb

2019-08-23 / 11:21:15
img Dünya
Qadınlar üçün dəhşətli ölkə: Ağlasığmaz 10 qadağa

2019-08-23 / 11:18:54
img Dünya
İran filmi “Oskar”a təqdim olunacaq

2019-08-23 / 11:17:10

Bütün xəbərlər