logo
RU

Müsahibə

“Vidalaşacağımı bilməsəm də, bilən kimi idim” - Qurban Qurbanov

img




Azərbaycan millisinin baş məşqçi postundan gedən Qurban Qurbanov brifinq keçirib.
“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
“Açığı, iclasda az iştirak etdim. çünki mənim məsələm çox müzakirə olunurdu. Ona görə kənarda durmalı idim. İcraiyyə Komitəsinin üzvlərinin hər birinə təşəkkür etdim ki, bu 1 ildə millidə oldum. İşimizi vicdanla yerinə yetirməyə çalışdıq. Futbolda nəticələr alına da bilər, alınmaya da. Əlbəttə, uzunmüddətli proqram əsasında çalışmaq danışığımız olmuşdu. Ancaq hər bir halda, işimiz elədir ki, nə qədər uzun müddətə müqavilə bağlasaq da, çemodanımız yanımızda olmalıdır. Çünki fikirlər dəyişə, üst-üstə düşməyə bilər".
- Bəs aşağı yaş qruplarındakı baş məşqçilər necə olacaq?
- Hələ dünəndən məlumat verilmişdi ki, hamı istefaya göndəriləcək. Həmin müzakirə hissəsində mən olmadım. Sonra iclasa daxil oldum, onda Hakimlər Komitəsinin tərkibi müzakirə olunurdu. Məşqim olduğu üçün 10-15 dəqiqə oturdum və çıxdım.
- Nəzərdə tutulan proqramla qalsaydı, millini yeni mərhələ çıxa bilərdinizmi?
- İndi durub hər hansı fikir bildirməyim düzgün olmazdı ki, qalsaydım, belə olardı. Artıq yollarımızı ayırmışıq. Ümumiyyətlə, kollektiv oyunda təməli möhkəm etməlisən ki, sonra nəticə olsun.
- “Sıfırdan başlamışıq” fikrinizi ifadə edəndən sonra sizə qarşı münasibət dəyişdi...
- Yox, inanmıram. Bu gün də deyirəm ki, həqiqətən sıfırdan başlamalıyıq. Ümumiyyətlə, bu gün futbolumuzun çatışmayan cəhətləri çoxdur. Hələlik fakt budur.
- Hər halda, 6 illik müqavilənin qarşılığında müəyyən plan irəli sürmüşdünüz. Niyə buna imkan vermədilər?
- Onlara 6 illik plan verməmişdik. Bu, elə bir şeydir ki, mərhələ-mərhələ bunu etməliyik. Sonda belə oldu.
- Üzərinizdən böyük bir yük qalxdığını düşünürsünüzmü?
- Bilmirəm, ola bilər. Mənə sual verilmişdi ki, iki yerdə işləyəndə necə etmək olar? Mən “Qarabağ”la millini bir-birindən ayırmamışdım. Hər biri böyük məsuliyyət tələb edir və hər birində çox vicdanla çalışmalıyıq. Bunu elədim. Rahatam. Bu işlərdə daha diqqətli olmalıyıq.
- Azərbaycan məşqçiləri arasında uğurlarınıza görə ən elitada siz idiniz. Onda belə çıxır ki, yaxın bir neçə ildə millinin "sükanı arxası"nda yerli mütəxəsssis gözləməyək?
- Bilmirəm ki, bu suala mənə vermək olar, ya yox.
- Artıq millidən getmisiniz və kənardan baxırsınız...
- Cavan məşqçilərimiz gəlir və hələ ki, federasiyanın üzərinə buraxmaq lazımdır. Dəfərlərlə demişəm ki, cavabdeh AFFA-dır və daha düzgününü axtarıb tapacaqlar.
- Düşünmürüsünüz ki, sizə qarşı haqsızlıq oldu?
- Ümumiyyətlə heç vaxt belə fikirdə olmamışam. Dəfələrlə belə təcrübənin şahidi olmuşuq.
- İclasa gələndə, artıq bilirdinizmi ki, milliylə vidalaşaqsınız?
- Bilməsəm də, belə deyək bilən kimi idim.
- Qurban Qurbanov millidən göndərildi, yoxsa özü getdi?
- Qarşılıqlı oldu. İK üzvləri belə qərara gəldilər ki, iki yerdə işləməklə bağlı səhv addım atıblar.
- Nəyi düz, nəyi səhv etdiniz? Qalsaydınız, nəyi aradan qaldırmaq istərdiniz ki, məhz bu səhvə göər işiniz düz getmədi?
- Gəlin, qalsaydıq deyə düşünməyək. Ancaq olduğum müddətdə çalışdım ki, hər şeyi düz edim. Əlbəttə, düşüncələrim belə idi ki, nəticə olsun. Bəlkə bilmədən, düşünmədən hər hansı səhvə yol verə bilərik. Ancaq inanın ki, hər bir şeyi düz etməyə çalışdım.

"Legion"
   







Xəbər lenti

img Dünya
Ərdoğanla Əsəd görüşəcək? - Rusiyadan AÇIQLAMA

2019-10-16 / 18:53:31
img Qafqaz
XİN-dən həmsədrlərin Qarabağa səfəri ilə bağlı AÇIQLAMA

2019-10-16 / 18:51:46
img Günün xəbərləri
Ronaldo "Instagram" gəlirlərində Messini iki dəfə üstələyir

2019-10-16 / 18:50:45
img Hadisə
75 yaşlı qadın 80 yaşlı ərindən uşaq dünyaya gətirdi

2019-10-16 / 18:49:29
img Cəmiyyət
Mədəsində helikobakteriyası bu qidaları yesin – Yanma və köpə qarşı

2019-10-16 / 18:48:27
img Manşet xəbərləri
Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal

2019-10-16 / 15:57:15
img Manşet xəbərləri
Rusiya bu qərardan sonra 7,7 milyard dollar itirdi

2019-10-16 / 15:55:51
img Dünya
Məşhur restoran müştərilərinə eşşək əti yedizdirirmiş

2019-10-16 / 15:52:48
img Dünya
Böyük Britaniya Brexit müqaviləsinin astanasındadır

2019-10-16 / 15:51:32
img Ölkə
Hansı məhsullar bahalaşıb? - RƏSMİ

2019-10-16 / 15:50:25
img Cəmiyyət
Azərbaycanlılar ruslardan 2 il çox, ingilislərdən 6 il az yaşayır – İLGİNC STATİSTİKA

2019-10-16 / 15:48:54
img Dünya
Hər il dünyada nə qədər ərzaq israf olunur? - Baş katib açıqladı

2019-10-16 / 15:43:18
img Cəmiyyət
Haker hücumundan müdafiənin YOLLARI

2019-10-16 / 13:50:14
img Cəmiyyət
Hündürdaban ayaqqabı xəstəlik yaradır (VİDEO)

2019-10-16 / 13:48:56
img Dünya
“Apple” ucuz “iPhone” buraxacaq

2019-10-16 / 13:46:31
img Ölkə
Hava yağmursuz olacaq

2019-10-16 / 13:42:13
img Hadisə
Ölümcül infarkta qarşı vasitə tapılıb

2019-10-16 / 13:41:04
img Dünya
Oktyabrın 16-sı Dünya Anestezioloq Günüdür

2019-10-16 / 13:03:11
img Günün xəbərləri
UNEC-dən neftin qiyməti ilə bağlı PROQNOZ

2019-10-16 / 13:02:12
img Dünya
ABŞ-da demokratik debatların dördüncü turu keçirilib

2019-10-16 / 13:00:59
img Qafqaz
Gürcüstanda qız qaçırılmasını sərt tənqid edən azərbaycanlı müəllim ictimai qınaqla üzləşib

2019-10-15 / 17:35:53
img Manşet xəbərləri
Türkiyəyə futbolda da təzyiq başladı – UEFA-dan qərar

2019-10-15 / 17:30:47
img Günün xəbərləri
Prokuror BDU-nun qalmaqallı müəlliminin 50 min rüşvət verdiyi şəxsə cəza istədi

2019-10-15 / 17:29:32
img Dünya
Terrorçular Suriyadan Türkiyəyə top atıb, 2 dinc sakin ölüb

2019-10-15 / 17:28:00
img Cəmiyyət
Səhvən 19 il həbsdə yatdı, 4,8 milyon dollar təzminat aldı

2019-10-15 / 17:26:50

Bütün xəbərlər