logo
RU

Manşet xəbərləri

Ağcabədinin Hindarx qəsəbəsində pambıq sahəsinə baxış

img




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfəri çərçivəsində Ağcabədi rayonunun Hindarx qəsəbəsində Əsmər Hüseynovaya məxsus 4 hektar pay torpağında əkilmiş pambıq sahəsi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və Əsmər Hüseynova təsərrüfatda görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdilər.
Bildirildi ki, ötən il bu fermer təsərrüfatında 70 hektar sahədə pambıq əkilib və 253 ton məhsul götürülüb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva pambıqçılarla görüşüb söhbət etdilər.
Qeyd edək ki, dövlətimizin başçısının ölkədə aqrar sektorun ənənəvi sahəsi olan pambıqçılığın inkişafı ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlara müvafiq olaraq, son illər bu sahənin dirçəldilməsi üçün mühüm addımlar atılıb. Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən dövlət qayğısı Ağcabədi rayonunda da torpaq sahiblərinin bu sahəyə marağını ildən-ilə artırır. Əgər ötən il Ağcabədi rayonu ərazisində 9550 hektarda pambıq əkilmişdisə, bu il 10 min hektar sahədə “ağ qızıl” becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərmə qaydalarına ardıcıl və düzgün əməl olunub, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə tarlalarda bol məhsul yetişib.
Diqqətə çatdırıldı ki, pambığın maşınla yığılması üçün defolyasiya işləri aparılıb. Hazırda bütün qüvvələr mühüm strateji məhsul olan pambığın tez və itkisiz yığılmasına səfərbər edilib. Pambıq yığımına 41 kombayn, 108 traktor, 200-dən artıq qoşqu cəlb edilib. Ağcabədili “ağ qızıl” ustaları təsərrüfat ilini uğurla başa vurmaq, 25 min tondan artıq pambıq istehsal edərək strateji məhsulun tədarükündə respublikanın qabaqcılları sırasında olmağı hədəfləyiblər.
Pambıqçılar ölkəmizdə kənd təsərrüfatının bu sahəsinin inkişafına göstərilən yüksək qayğıya görə minnətdarlığını bildirdilər.
Sonda xatirə şəkli çəkdirildi.

"Legion"










Xəbər lenti

img Manşet xəbərləri
Azərbaycanın igid döyüşçüsünə medal təqdim edilib

2019-04-20 / 19:21:10
img Video xəbərlər
Elmə məlum olmayan məxluq tapılıb - VİDEO

2019-04-20 / 17:43:53
img Günün xəbərləri
Nizami Cəfərov: “Bəzi sözlərin yazılış qaydası ilə bağlı mübahisələr var”

2019-04-20 / 17:38:14
img Manşet xəbərləri
Azərbaycan dilinin yeni orfoqrafiya normalarında alınma sözlərin yazılış qaydası müəyyənləşib

2019-04-20 / 17:33:23
img Ölkə
Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq - SABAHIN HAVASI

2019-04-20 / 17:32:14
img Hadisə
Lənkəran sakini 7 növ fərqli meyvəni bir ağacda yetişdirib - VİDEO

2019-04-20 / 17:30:49
img Manşet xəbərləri
Əli Əhmədov: "Prezident üçün ən vacib məsələ odur ki..."

2019-04-20 / 17:29:05
img Hadisə
Bakıda dayısının himayəsində qalan 11 yaşlı qız evdən qaçıb

2019-04-20 / 17:27:22
img Manşet xəbərləri
Daha bir vəzifəli şəxs barəsində cinayət işi başlandı

2019-04-20 / 14:36:53
img Günün xəbərləri
Yüksək dövlət vəzifələrinin yazılış qaydaları müəyyənləşib

2019-04-20 / 14:32:39
img Günün xəbərləri
Ordubadda qarın hündürlüyü 15 sm-ə çatıb

2019-04-20 / 14:31:18
img Ölkə
Baş nazirdən elektrik enerjisi ilə bağlı qərara dəyişiklik

2019-04-20 / 11:32:58
img Dünya
Trampın reytinqində rekord azalma

2019-04-20 / 11:27:10
img Sosial
Bərdə doğuş evində daha bir körpə öldü

2019-04-20 / 11:25:35
img Cəmiyyət
Bəzi geyimlər sağalmaz xəstəliklər yaradır - VİDEO

2019-04-20 / 11:23:22
img Ölkə
Azərbaycanın müxtəlif bölgələrinə qar yağdı

2019-04-20 / 11:17:58
img Hadisə
Brent markalı neft ucuzlaşıb

2019-04-20 / 11:09:53
img Cəmiyyət
Hindistanlı kişi barmağını kəsib atdı - Qəribə siyasi səbəb - VİDEO

2019-04-20 / 11:08:46
img Dünya
Poroşenko ilə Zelenskinin debatı baş tutdu – VİDEO

2019-04-20 / 11:06:47
img Günün xəbərləri
Orfoqrafiya qaydalarına bu dəyişikliklər edildi - SİYAHI

2019-04-20 / 10:58:39
img Dünya
Xəzinə tapdılar, varlanmaq əvəzinə borca düşdülər

2019-04-20 / 10:57:45
img Ölkə
Rafael Ağayev Premyer Liqada bürünc medal üçün döyüşəcək

2019-04-20 / 10:56:20
img Hadisə
Əkizlər 97 gün fərqlə doğuldular

2019-04-20 / 10:55:11
img Qafqaz
Gürcüstan Prezident Administrasiyasının rəhbəri istefa verdi

2019-04-20 / 10:53:57
img Manşet xəbərləri
Beş nazirliyin yol verdiyi qanun pozuntularının üstü açıldı - SİYAHI

2019-04-19 / 16:59:48

Bütün xəbərlər