logo
RU

Müsahibə

Səbuhi Məmmədlinin kampaniyası zəif gedir: “Məndə o üz yoxdur ki...” - MÜSAHİBƏ

img




Bu yaxınlarda Ukraynanın Poltava şəhərində şəkərli diabet və qaraciyər xəstəliyindən müalicə olunarkən qəfil infarkt keçirən, daha sonra ürəyinə stent qoyulan tanınmış jurnalist Səbuhi Məmmədlinin yenidən əməliyyata ehtiyacı var.  Həkimlərin rəyinə görə, ürək damarlarının biri 85, digəri 70 faiz tutulan jurnalist oktyabrın sonunadək yenidən Poltavaya qayıdıb iki əməliyyat keçirməlidir. Ona daha iki stent qoyulmalı, qaraciyərinin müalicəsi davam etdirilməlidir. Maddi sıxıntılar yaşayan Səbuhi Məmmədli Poltavaya gedə biləcəkmi? 

Modern.az jurnalistlə əlaqə saxlayıb.

- Səbuhi müəllim, hazırda səhhətiniz necədir?

- Düzü hələ ki yaxşılığa doğru dəyişən nəsə yoxdur. Həkimim kardio-cərrah Roman Ryabuşka ilə danışarkən yenidən Poltavaya qayıdıb  əməliyyata girməyimi tövsiyə etdi. Damarlarımın biri 85%, o birisi 70% tıxanıb. Bütün dərman preparatlarından istifadə etməyimə baxmayaraq, bu tıxanma günü-gündən böyüyür. İkinci infarkt riski böyükdür. Bu da həyatım üçün həddindən artıq təhlükəlidir.

- İkinci dəfə əməliyyata getməniz üçün Facebookda yardım kampaniyasına start verilib. Kampaniyaya dəstək verənlər varmı?

- Hazırda səhhətimlə bağlı aparılan  kampaniya çox zəif gedir. Dünən Xoşqədəm Baxşəliyeva “Səni axtarıram” verilişində mənimlə bağlı kiçik xatırlatma etdi. Ona minnətdarlığımı bildirirəm. Yalnız bir neçə pulköçürmə var ki,  onun 2-si xaricdən, 2-si də buradandır. Sadəcə məndə o üz yoxdur ki, kimlərəsə müraciət edib kömək istəyim. Sağ olsun Facebook dostlarım ki, mənim yerimə müraciətlər edirlər.

- Sizə təxminən nə qədər vəsait lazımdır?

- Mənə 2 stent qoyulmalıdır. Qaraciyərimdə əvvəl bədxassəli şiş olduğu deyildi. Sonra bəlli oldu ki, şiş yoxdur, eləcə bərkimə və böyümə var. Mən şəkərin müalicəsi üçün getmişdim. İnfarkt keçirdiyimə görə şəkərin müalicəsi yarımçıq qaldı. Hardasa 20 günə yaxın şəkərin də müalicəsini davam etdirməliyəm. Bunun üçün o qədər də çox vəsait lazım deyil. Hardasa  6200 AZN lazımdır. Həmçinin dərmanlar da burada çox bahadır. Onlara da çox pul xərclənir.

- Əgər sirr deyilsə, keçəndəfəki əməliyyatınıza kimlər maddi yardım etmişdi?

- Ən böyük dəstəyi fəaliyyəti dayandırılmış “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı etdi. Qismən Mətbuat Şurasının üzvləri də yardım əllərini uzatdılar. Şəkərin müalicəsi ilə bağlı infakt keçirərkən vəziyyət daha da çətinləşdi. Demək olar ki, tam olaraq maddi dəstəksiz qalmışdım. Bu zaman Diasporla İş üzrə Dövlət Komitəsi mənə kömək oldu. Komitənin mətbuat katibi Vəsilə Vahidqızı mənimlə əlaqə saxladı. Komitənin sədri Fuad Muradovun xahişi ilə Ukraynadakı diaspor rəhbərləri Rövşən Tağıyev və Hikmət Cavadov mənə çox böyük maddi dəstək göstərdilər. Diaspor Komitəsinin dəstəyi olmasaydı, vəziyyət lap çətin olacaqdı. Ona görə də mənə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm.

"Legion"







Xəbər lenti

img Cəmiyyət
Stalin necə əylənirdi... - Fotolar

2020-02-19 / 19:19:17
img Dünya
Almanlar müharibədən sonra niyə Argentinaya qaçırdı...

2020-02-19 / 19:14:24
img Dünya
İdlib böhranı böyüyür: İrandan açıqlama

2020-02-19 / 19:12:42
img Ölkə
Fövqəladə Hallar Nazirliyi 92 min manat cərimələndi

2020-02-19 / 19:10:23
img Günün xəbərləri
Məzahir Pənahov seçki qutularından danışdı

2020-02-19 / 19:08:07
img Dünya
Putin maaşının azlığından şikayətləndi

2020-02-19 / 19:07:16
img Günün xəbərləri
MSK-nın İCLASI KEÇİRİLİR - Daha 10 məntəqənin nəticələri ləğv edildi (Yenilənir)

2020-02-19 / 17:46:07
img Günün xəbərləri
Özbəkistan prezidenti Türkiyəyə gedib

2020-02-19 / 17:23:57
img Cəmiyyət
Qar uçqunu altında qalan qadınlar belə qurtarıldı - VİDEO

2020-02-19 / 17:22:59
img Hadisə
"Bloomberg" "əl dəyişdirə" bilər

2020-02-19 / 17:21:58
img Ölkə
"Azərişıq" 5 min manat cərimə edildi

2020-02-19 / 17:20:51
img Günün xəbərləri
MSK iki dairə üzrə 5 məntəqənin nəticələrini etibarsız saydı

2020-02-19 / 17:19:21
img Dünya
Məşhur sosial şəbəkə çökdü

2020-02-19 / 17:18:14
img Hadisə
Yanvarda ölkəyə 7 elektromobil gətirilib

2020-02-19 / 17:17:05
img Manşet xəbərləri
Parlament seçkiləri: Şikayət daxil olan dairələrin sayı - SİYAHI

2020-02-19 / 12:04:37
img Günün xəbərləri
Nöqsanlara görə cəzalandırılan vəzifəli şəxslərin sayı açıqlandı

2020-02-19 / 12:02:39
img Manşet xəbərləri
Vətəndaşların Prezident Administrasiyasına şikayət etdikləri tikinti şirkətləri - SİYAHI

2020-02-19 / 11:57:00
img Günün xəbərləri
Ötən il ölkə rəhbərliyinə ən çox müraciət bu şəhər və rayonlardan edilib - RƏSMİ

2020-02-19 / 11:55:59
img Manşet xəbərləri
PA-ya ən çox hansı məhkəmələrlə bağlı müraciətlər daxil olur? - SİYAHI

2020-02-19 / 11:54:29
img Manşet xəbərləri
Prezidentə şikayətlərin artdığı və azaldığı rayonların adları - SİYAHI

2020-02-19 / 11:51:51
img Günün xəbərləri
Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq

2020-02-19 / 11:48:29
img Dünya
Cənubi Koreyanın sabiq prezidenti 17 il həbs cəzasına məhkum olundu

2020-02-19 / 11:46:52
img Dünya
Koronavirus qurbanlarının sayı iki min nəfəri ötdü

2020-02-19 / 11:45:41
img Manşet xəbərləri
Türkiyənin tikinti şirkəti “MİDA”nı məhkəməyə verib - QALMAQAL

2020-02-19 / 11:05:53
img Manşet xəbərləri
“Əfvin indi verilməsi olduqca vacibdir” - GƏLİŞMƏ

2020-02-19 / 11:04:09

Bütün xəbərlər