logo
RU

Manşet xəbərləri

Prezident İlham Əliyev Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub YENİLƏNİB

img




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
AZƏRTAC xəbər verir ki, məktəbin direktoru Hüseynqulu Əliəsgərov Prezident İlham Əliyevə təmir və yenidənqurma işləri ilə bağlı ətraflı məlumat verdi.
Bildirildi ki, 192 nömrəli tam orta məktəbin binası 1936-cı ildə inşa olunub və bu günədək burada heç bir əsaslı təmir işləri aparılmayıb. Məktəbin binası 1941-1945-ci illərdə təxliyə hospitalı kimi fəaliyyət göstərib. Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən bu ilin may ayından əsaslı təmir və bərpa işlərinə başlanıb. Yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib. Hazırda məktəbdə 2136 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 105 müəllim məşğul olur. Məktəbdə 22 sinif, 5 laboratoriya, akt zalı, hərbi otaq, kitabxana və yeməkxana var.
Qeyd olundu ki, məktəbin şagird və məzunları müxtəlif beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda mühüm uğurlara imza atıblar. Bu təhsil ocağının məzunları ali məktəbə qəbul imtahanlarında yüksək nəticələri ilə seçilirlər. 2018-ci ilin statistikasına görə, məktəbi bitirən məzunların 90 faizi tələbə adını qazanıb. Onlardan biri 700 bal, 9 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.
Zəngin təbii sərvətlərindən səmərəli istifadə edən Azərbaycan insan kapitalının daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son illərdə müasir məktəb binaları, yeni korpuslar tikilir. Bu proses Azərbaycanın bütün bölgələrini əhatə edir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də ardıcıl işlər həyata keçirilir. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də 192 nömrəli tam orta məktəbdir. Burada təlim-tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Məktəb müasir tədris avadanlıqları və dərs ləvazimatları ilə təchiz edilib. Bu təhsil ocağının həyətində də geniş abadlıq və quruculuq işləri görülüb. Həyətdə futbol və voleybol meydançaları yaradılıb.

"Legion"













Xəbər lenti

img Manşet xəbərləri
Prezident və birinci xanım açılış ETDİ

2018-11-12 / 18:30:41
img Sosial
Qarabağ qazisi "Bank of Baku"ya görə böyrəyini satışa çıxarır...

2018-11-12 / 18:25:13
img Günün xəbərləri
“Uğur” lift servisinin uğursuz fəaliyyəti

2018-11-12 / 18:13:43
img Video xəbərlər
Daxili işlər naziri Qənirə Paşayevaya mükafat verdi - VİDEO

2018-11-12 / 18:06:49
img Günün xəbərləri
"Fədayə Laçının səhhəti ağırdır" - Vəkili

2018-11-12 / 12:37:24
img Cəmiyyət
Balığın heç yerdə rast gəlməyəcəyiniz 10 FAYDASI

2018-11-12 / 12:31:46
img Sosial
Fasadı bəzəyib sakinləri yenidən qəzalı binaya köçürdülər

2018-11-12 / 12:13:32
img Manşet xəbərləri
İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentini qəbul edib

2018-11-12 / 12:06:09
img Qafqaz
Ermənistan cəbhədə təxribata ara vermir

2018-11-12 / 12:00:10
img Dünya
Cəzaçəkmə müəssisəsində qiyam - 47 nəfər öldü

2018-11-12 / 11:54:45
img Ölkə
Müstəqil Azərbaycanın 23 yaşlı Konstitusiyası

2018-11-12 / 11:48:49
img Dünya
Dünyada ilk dəfə opera mahnıları oxuyan eşşəyin videosu internetdə rekord qırır

2018-11-10 / 17:58:15
img Dünya
Nəhəng ilan kişinin cinsiyyət orqanını dişlədi - Ayaqyolunda dəhşət - FOTO

2018-11-10 / 17:54:35
img Ölkə
Ərəblər Bakı bulvarında bunu da etdi - Hamı bu videodan danışır

2018-11-10 / 17:51:42
img Sosial
BAKIDA XƏSTƏXANADA DƏHŞƏT – 7 HƏKİM ZƏHƏRLƏNDİ, XƏSTƏLƏR TƏXLİYYƏ OLUNDU – FOTO – VİDEO

2018-11-09 / 11:32:03
img Hadisə
Körpələr evində DƏHŞƏT - Azyaşlı uşaq öldü - VİDEO

2018-11-09 / 11:23:06
img Dünya
Braziliya Federal polisi 10 deputatı həbs etdi

2018-11-09 / 11:12:38
img Manşet xəbərləri
Prezident İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

2018-11-09 / 11:10:10
img Qafqaz
Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub

2018-11-09 / 11:03:41
img Günün xəbərləri
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

2018-11-09 / 10:58:38
img Cəmiyyət
Azərbaycanda evlənmək istəyən şəxslərdə qorxulu xəstəliklər tapıldı

2018-11-08 / 18:51:49
img Manşet xəbərləri
DTX-da bayraq günü qeyd edilib

2018-11-08 / 18:43:46
img Günün xəbərləri
“AG Bank” hesabatını gizlədir – FOTO

2018-11-08 / 16:01:48
img Manşet xəbərləri
Prezident Metropoliten əməkdaşlarını təltif etdi - SİYAHI

2018-11-08 / 15:50:33
img Ölkə
Elmira Axundova ünvanlı sosial yardımın ləğvini İSTƏDİ

2018-11-08 / 15:42:08

Bütün xəbərlər