logo
RU

Müsahibə

"Baloğlan və Namiqlə duet oxumaq arzusundayam" - "Səni deyirlər"in İFAÇISINDAN MÜSAHİBƏ

img




Son günlər Cənubi Azərbaycanda və ölkəmizdə məşhurlaşan, hamının dinlədiyi və rəqs etdiyi "Səni deyirlər" mahnısı ilə tanınan İbrahim Əlizadə fikirlərini bildirib.
İbrahim Əlizadənin Unikal.org-a  müsahibəni təqdim edirik:
-Necə oldu ki, bu mahnını oxudunuz?
-Bu mahnı 25 il öncə oxunmuşdu. Aşıq musiqisi idi. Heç bu qədər məşhur deyildi. Hətta mənim atam Əlixan Əlizadə davul ifaçısıdır. O da getdiyi toylarda aşıq ritmində bu mahnını ifa edirdi. Amma, mən mahnının musiqisinə dəyişiklik elədim, ritmik formada xalqa təqdim etdim. Hazırda bütün Cənubi Azərbaycan toylarında bu mahnını sevir və rəks edirlər.
-Bu mahnıdan sonra sizi toya dəvət edənlərin sayı artdımı?
-Mənim onsuzda hər zaman toylarım çox idi. Bu mahnıdan sonra bu siyahı bir qədər də artdı. Ayın bütün günləri demək olar ki, toylardayam.
-Siz yalnız oxuyursuz?
-Xeyr. Mən həm oxuyur və həmdə sintizatorda ifa edirəm. O görüntülərdə də göründüyü kimi mən həm oxuyur, həm də sintizatorda çalırdım. Yanımda oturan şəxs də nəmər yığırdı.
-Siz neçə ildir toylarda müğənnilik edirsiz?
-Mənim hazırda 31 yaşım var. Ailəliyəm, iki övladım var. Onlardan biri oğlan, digəri qızdır. 12 ildir müğənniliklə məşğulam. Atamın yolunu davam etdirirəm. Fəxr edirəm ki, azəri, türkçə musiqilər ifa edirəm.
-İfa etdiyiniz bu mahnının Azərbaycan da da sevildiyini bilirsinizmi?
(Gülür) Mən çox xoşbəxt insanam ki, mənim ifamı xalqımız sevdi. Mahnımın Azərbaycanda da seviləcəyini heç ağlıma da gətirməzdim. Çox sevinirəm. Allah Azərbaycan xalqını qorusun. Bütün Azərbaycan xalqına sizin vasitənizlə salamlarımı və sevgilərimi göndərirəm.
Bu vaxta qədər Azərbaycanda olmusunuz?
-Xeyr, olmamışam. Amma çox istərdim ki, Azərbaycana gəlim. Bakını görmək ən böyük arzumdur. Toylara, məclislərə çağrılsam gələrəm. Həmdə gözəl Bakımızı görərəm.
-Yeri gəlmişkən, Azərbaycana toya dəvət etsələr neçəyə gələrsiniz?
(Gülür)Əvvala, Azərbaycan da mənim Vətənimdir. Bu ölkənin xalqı isə mənim qardaş və bacılarımdır. Pul mənim üçün önəmli deyil. Pulu hər zaman qazanıram və maddiyat mənim üçün hazırda ikinci dərəcəlidir.  Məni kim ilk dəvət etsə, təmənnasız gəlib ifa edəcəm. Bakıda konsert proqramı ilə də çıxış etmək arzusundayam. Yetər ki, dəvət etsinlər və bu məclis təşkil olunsun.
-Azərbaycan müğənnilərindən kimləri dinləyirsiz?
-Azərbaycan müğənnilərindən ən çox dinlədiyim əməkdar artist Baloğlan Əşrəfovdur. Bu insanın musiqilərini, özünü çox sevirəm. Ailəliklə onu bəyənirik. Toylarda hər zaman onun mahnılarını da ifa edirəm. Bu da təbrizlilər tərəfindən çox sevilir. Bununla yanaşı, məşhur müğənni Namiq Qaraçuxurlunu da çox bəyənirik və onu dinləyirik. Hər iki şəxs məni dəvət etsə, gəlib onlarla duet oxuyaram və bu məni çoox sevindirər.
-İlk müsahibənizdə Azərbaycan xalqına sözünüz nədir?
-Sizin vasitənizlə Azərbaycan xalqına demək istəyirəm ki, biz ailəliklə türkük. Azərbaycanı sevirik. Məni mahnım vasitəsilə sevənlərə demək istəyirəm ki, "SİZİ DEYİRƏM".

"Legion"








Xəbər lenti

img Ölkə
Bazar gününə olan hava proqnozu

2019-08-24 / 16:54:01
img Dünya
Kosmosda ilk cinayət törədildi

2019-08-24 / 16:52:38
img Ölkə
Millimizin heyəti açıqlandı

2019-08-24 / 16:51:17
img Dünya
Abel Məhərrəmovun kürəkəni vəfat etdi

2019-08-24 / 16:49:30
img Cəmiyyət
Şeybani xanın Şah İsmayıla məktubu, Səfəvilərin Mərv zəfərinin sirri

2019-08-24 / 16:39:45
img Dünya
Makron: Demokratiya dəbdən düşüb, kapitalizm isə dəli olub

2019-08-24 / 12:32:32
img Hadisə
90-cı illərin məşhur film tərcüməçisi vəfat edib

2019-08-24 / 12:29:07
img Manşet xəbərləri
Tramp: G7 sammiti vaxt itkisidir

2019-08-24 / 12:27:47
img Dünya
Messinin Neymara görə qanı qaralıb

2019-08-24 / 12:25:40
img Cəmiyyət
Pəhrizsiz arıqlamağın sadə yolu

2019-08-24 / 12:20:15
img Günün xəbərləri
"Qarabağ"a 20 min avroluq cərimə

2019-08-24 / 12:18:13
img Manşet xəbərləri
Yoluxucu xəstəliklərin saglam insanlara kecməyəcəyinə kim zəmanət verə bilər?

2019-08-23 / 23:57:05
img Manşet xəbərləri
“Məni şərləyərək həbs ediblər”-Məhkum prezidentə müraciət edir

2019-08-23 / 17:54:02
img Manşet xəbərləri
Zelenski Belarusdan kömək istədi - Lukaşenko

2019-08-23 / 15:59:48
img Dünya
ABŞ boksçusu ilə döyüşdən sonra ölən Maksim Dadaşov qızıl medala layiq görülüb

2019-08-23 / 15:52:32
img Dünya
Başına böyük məbləğdə pul qoyulmuş PKK terrorçusu məhv olundu - Foto

2019-08-23 / 15:49:02
img Dünya
Zaxarovadan "Ləzginka" rəqsi -VİDEO

2019-08-23 / 15:46:06
img Günün xəbərləri
9 yaşlı övladını zəncirləyən anadan XƏBƏR VAR - Valideynin problemi var, cinayət işi açıldı – VİDEO

2019-08-23 / 15:42:59
img Dünya
İki ağızlı balıq tutuldu

2019-08-23 / 11:51:49
img Hadisə
“İnterpol”un axtardığı Almaniya vətəndaşı Azərbaycanda tutulub

2019-08-23 / 11:48:24
img Günün xəbərləri
Ermənistan ordusu atəşkəs rejimini 21 dəfə pozub

2019-08-23 / 11:46:33
img Dünya
Consonun Makrona qarşı hörmətsizliyi müzakirələrə səbəb olub – Video

2019-08-23 / 11:39:27
img Dünya
Aleksey Navalnıy azadlığa buraxılıb

2019-08-23 / 11:21:15
img Dünya
Qadınlar üçün dəhşətli ölkə: Ağlasığmaz 10 qadağa

2019-08-23 / 11:18:54
img Dünya
İran filmi “Oskar”a təqdim olunacaq

2019-08-23 / 11:17:10

Bütün xəbərlər