logo
RU

Foto xəbər

DSX-nin birgə taktiki döyüş təlimi sona çatdı - FOTOLAR

img




Dövlət Sər­həd Xidmətinin (DSX) silahlı birləşmələrinin birgə taktiki döyüş təlimi sona çatıb.
DSX-dən Modern.az-a verilən məlumata görə, “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölmə­sin­də təhlükəsizliyin təmin edilməsi” mövzusunda keçirilən taktiki döyüş təli­minin əsas hədəfləri Xəzər dənizində neft-qaz ehtiyatlarının hasilatı və daşınması infrastrukturunun, sualtı boru kəmərlərinin mü­ha­fi­zəsi­nin təşkili, sualtı müşahidə sistemləri vasitəsilə hədəflərin aşkarlan­ması, dənizdə və sahildə təxribat qruplarının axtarışı və zə­rər­sizləşdi­rilməsi, gəmi və helikopterlərlə sərhəd axtarışının aparıl­ması, raket-ar­tilleriya qurğularından atışların keçirilməsi, sərhəd sula­rından qa­nun­suz məqsədlərlə istifadə hallarının, narkotik vasitələrin və digər qa­çaqmalın, qeyri-leqal miqrasiya cəhdlərinin qarşısının alınma­sı üzrə şəxsi heyətin peşəkarlıq səviyyəsinin yoxlanılması və təkmil­ləşdi­ril­məsi olub.
DSX-nin Sahil Mühafizəsinin sərhəd gözətçi gə­milərinin, Çevik Hərəkət Qüvvələrinin pilotsuz uçuş aparatları və heli­kopterlərinin raket komplekslərindən, zenit-artilleriya qurğularından suüstü, sahil və hava hədəflərinə döyüş atışları müvəffəqiyyətlə hə­yata keçirilib, neft-qaz infrastrukturu istiqamətində təxribat qrupunu havadan dəstəkləyən pilotsuz uçuş aparatının, sualtı və sahildə dü­şərgə qurmuş təxribat qruplarının aşkarlanması və məhv edilməsi üz­rə tapşırıqlar yüksək məharətlə icra edilib. Təlimdə qarşıya qoyu­lan vəzifələr tam həcmdə icra olunub, şəxsi heyət möhkəm intizam, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirib.


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı İlham Əliyevin tapşırığı əsasında yaradılmış Dövlət Sər­həd Xidməti Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mər­kə­zi”ndə in­şa edilmiş, itisürətli və yüksək üzmə qabiliyyətinə malik, mükəmməl na­viqasiya və radiotexniki avadanlıqlarla, müasir silahlarla təchiz edil­miş sərhəd gözətçi gəmiləri taktiki döyüş təlimində yüksək manevr im­kanları və döyüş qabiliyyəti nümayiş etdiriblər.
DSX-nin rəisi general-polkovnik Elçin Quliyev taktiki döyüş təliminin uğurlu yekunu, nümayiş etdirilmiş yüksək döyüş qabiliyyəti münasibətilə şəxsi heyəti təbrik edib, Xəzər dənizində dövlət sərhədlərinin etibarlı mühafizəsinin, neft-qaz hasilatı və daşın­ması infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi üzrə vəzifələrin Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında yerinə yetirməyin böyük şərəf olmasını xü­su­si vurğulayıb, Xəzər dənizində sərhəd müha­fizə imkanlarının tək­mil­ləş­dirilməsi, şəxsi heyətin peşəkarlığının daha da təkmilləşdirilməsi üzrə tapşırıqlar verib, xidməti-döyüş fəaliyyə­tin­də növbəti uğurlar ar­zu­­layıb.

“Legion”

























Xəbər lenti

img Ölkə
Sahil Babayev: “Birdəfəlik yardım onlara verilməyəcək”

2020-04-07 / 19:23:12
img Cəmiyyət
Maskalarla bağlı gözlənilməz açıqlama: Yeddi gün…

2020-04-07 / 19:16:10
img Dünya
Lukaşenko Belarusda COVID-19-la bağlı yeni statistikanı açıqladı

2020-04-07 / 19:14:02
img Dünya
Koronavirusun hüceyrələrə yayılmasının görüntüləri - FOTO

2020-04-07 / 19:10:18
img Manşet xəbərləri
İşsiz şəxslərin qeydiyyata alınmaları üçün müraciət günləri açıqlandı - CƏDVƏL

2020-04-07 / 19:08:26
img Sosial
190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - Video

2020-04-07 / 15:44:57
img Günün xəbərləri
“Ağır cinayət törətməyən məhkumlar şərti cəza ilə azadlığa buraxılmalıdır” – Vəkil Kamandar Nəsibov

2020-04-07 / 15:43:26
img Dünya
İran koronavirusu nəzarət altına ala bilmədiyini açıqladı

2020-04-07 / 13:51:32
img Hadisə
Bakıda polis maşını yük avtomobili ilə toqquşdu - 6 nəfər xəsarət aldı

2020-04-07 / 13:50:30
img Günün xəbərləri
Məşhur ekstrasenslə bank arasında qalmaqal - Tofiq Dadaşovun 420 min dolları geri qaytarılmır

2020-04-07 / 13:48:49
img Ölkə
Aprelin 9-dək intensiv qar yağacaq - Faktiki hava

2020-04-07 / 13:40:53
img Günün xəbərləri
Aprelin 8-nə olan teledərslərin cədvəli açıqlandı

2020-04-07 / 13:37:23
img Günün xəbərləri
Akif Çovdarov və Sübahir Qurbanov azadlığa buraxılıb

2020-04-07 / 13:30:48
img Dünya
Türkiyədə maskaları pulla satmaq qadağan edildi

2020-04-07 / 10:29:54
img Qafqaz
Gürcüstanda koronavirusa yoluxanların sayı 195 nəfərə çatdı

2020-04-07 / 10:25:31
img Hadisə
İstehlak kreditlərinə niyə güzəşt edilmədi? – Ekspert şərhi

2020-04-07 / 10:23:54
img Hadisə
KORONAVİRUSU HAZIRLAYIB ÇİNƏ SATAN ALİM HƏBS EDİLDİ - Rəsmi məlumat

2020-04-07 / 10:16:04
img Dünya
Çində karantin qadağaları azaldı

2020-04-07 / 10:13:35
img Dünya
Rusiya Premyer Liqası bərpa oluna bilər

2020-04-07 / 10:11:53
img Günün xəbərləri
Zibil atmağa getmək üçün SMS göndərməyə ehtiyac yoxdur

2020-04-07 / 10:10:55
img Dünya
“Harri Potter”in yazarı koronavirusa yoluxub

2020-04-06 / 19:34:22
img Manşet xəbərləri
Əfv sərəncamı yaşı 65-dən yuxarı olan 176 məhkuma şamil olunub

2020-04-06 / 19:32:06
img Hadisə
Nuşirəvan Məhərrəmli işdən çıxarıldı - Yeni sədr

2020-04-06 / 18:45:05
img Günün xəbərləri
Prezident general Sübahir Qurbanovu da əfv etdi

2020-04-06 / 18:23:17
img Günün xəbərləri
Prezident Akif Çovdarovu əfv etdi

2020-04-06 / 18:11:23

Bütün xəbərlər