logo
RU

Cəmiyyət

DİM statistik məlumatları açıqladı - Abituriyentlərin 40 faizi uğur qazanıb

img




Dövlət İmtahan Mərkəzi iyunun 30-da keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və müxtəlif ali təhsil müəssisələrini bitirmiş şəxslərin nəticələri haqqında növbəti statistik məlumatları açıqlayıb. DİM-dən Publika.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1376 namizəddən 1231 nəfər DİM-in (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının) keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olub. Bu şəxslərdən 492 (40.0%) nəfər imtahandan uğurla keçib. Cədvəldə bu şəxslərin TQDK-nın (DİM-in) keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə test imtahanından qeydiyyatdan keçənlərin və imtahanlarda uğur qazananların sayı, faiz göstəriciləri verilmişdir. 301-400, 401-500, 501‑600, 601-700 intervalında bal toplayanların müvafiq olaraq 35.4%-i, 50.5%-i, 48.7%-i, 56.3%-i test imtahanından uğurla keçib. Verilənlərə əsasən, əvvəlki imtahanlarda olduğu kimi bu imtahanda da uğur qazananların faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə olunur.

Bal intervalı Qeydiyyatdan keçib Test imtahanından uğurla keçib Faizlə (%)
0-100 11 2 18.2
101-200 71 15 21.1
201-300 255 76 29.8
301-400 342 121 35.4
401-500 311 157 50.5
501-600 193 94 48.7
601-700 48 27 56.3
Yekun: 1231 492 40.0
Qeyd etmək lazımdır ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olub. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1376 namizəddən 145 nəfər ali təhsil müəssisələrinə TQDK-nın (DİM-in) əmri ilə qəbul olmayıb. Onlardan yalnız 16 nəfər (11.0%) imtahanda uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən 4 nəfər xaricdə yerləşən təhsil müəssisələrini, 12 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.

“Legion”







Xəbər lenti

img Sosial
Müəllim direktordan prokurora şikayət etdi

2019-02-15 / 21:11:28
img Ölkə
Azərbaycanda sürücü sərnişinin qucağında oturub, avtobusu idarə edir- VİDEO

2019-02-15 / 20:49:12
img Günün xəbərləri
Deputat boşanmaların artmasından narahatdır: “Ev, mülk, maşın önə keçir”

2019-02-15 / 16:40:02
img Dünya
Tacikistan sakinlərinə qızıl hasil etməyə icazə veriləcək

2019-02-15 / 16:28:41
img Qafqaz
Azərbaycanlı biznesmenə silahlı hücum – 100 nəfər əlbəyaxa oldu

2019-02-15 / 16:18:07
img Hadisə
Dünya çempionu həbs edildi - Arvadını döyüb

2019-02-15 / 16:04:06
img Müsahibə
Transplantoloq: İnsanlar orqanları marketlərdən ala biləcəklər

2019-02-15 / 12:33:55
img Sosial
Novruz bayramı ərəfəsində növbəti “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

2019-02-15 / 11:48:44
img Ölkə
Sevgilisi Şəbnəm Tovuzluya 380 minlik hədiyyə verdi

2019-02-15 / 11:36:23
img Cəmiyyət
DİM ilk peşə-ixtisas təhsili müəssisələrinin 3432 şagirdi üçün buraxılış imtahanı keçirəcək

2019-02-15 / 11:28:49
img Manşet xəbərləri
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncənin “Xan bağı”nda sakinlərlə görüşüb YENİLƏNİB

2019-02-14 / 22:33:57
img Manşet xəbərləri
Gəncədəki 32 nömrəli körpələr evi-uşaq bağçası yenidən qurulacaq

2019-02-14 / 22:00:04
img Manşet xəbərləri
Azərbaycanın Birinci vitse-prezidenti Gəncədə Mir Cəlal Paşayevin ev-muzeyində olub

2019-02-14 / 21:33:18
img Manşet xəbərləri
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədəki uşaq evinə baş çəkib YENİLƏNİB

2019-02-14 / 21:05:54
img Manşet xəbərləri
Azərbaycanın Birinci vitse-prezidenti Gəncədəki 18 nömrəli tam orta məktəbdə olub YENİLƏNİB

2019-02-14 / 20:40:24
img Manşet xəbərləri
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədə “İmamzadə” dini kompleksini ziyarət edib

2019-02-14 / 19:51:02
img Manşet xəbərləri
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Gəncə şəhərinə səfəri, Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət

2019-02-14 / 19:00:49
img Ölkə
Şirkət rəhbərinə 8 il həbs cəzası – Mənzil dələduzluğu

2019-02-14 / 18:03:49
img Günün xəbərləri
“Damlanın sevgilisi sabiq nazirin vəzifəli qohumudur”

2019-02-14 / 17:35:25
img Hadisə
Minik avtomobili “BakuBus” avtobusuna çırpıldı – 1 nəfər ağır yaralandı

2019-02-14 / 13:59:01
img Cəmiyyət
Eldar Əziziovdan sakinlərin “restoran şikayəti”nə cavab + FOTO

2019-02-14 / 13:51:58
img Ölkə
Qalmaqallı xanım direktordan XƏBƏR VAR

2019-02-14 / 13:44:11
img Sosial
Direktor bu uşağı 153 saylı məktəbdən qovdu – QƏRİBƏ SƏBƏB - VİDEO

2019-02-14 / 13:39:08
img Günün xəbərləri
“Nikoyl” Bankın vəzifəli şəxsləri dələduz çıxdılar

2019-02-14 / 13:32:42
img Manşet xəbərləri
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevin Beyləqana səfəri zamanı dövlət başçısına göstərilən səmimi qəbula görə beyləqanlılara təşəkkürünü bildirib (FOTO/VİDEO)

2019-02-13 / 22:00:15

Bütün xəbərlər