logo
RU

Manşet xəbərləri

İlham Əliyev: "Bir qəzaya görə bütün enerji sistemi çökməməlidir"

img




Bir daha demək istəyirəm ki, bir qəzaya görə bütün enerji sistemi çökməməlidir.
Bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Azərbaycan Prezidenti bildirib ki, son 15 il ərzində 2500 meqavat gücündə yeni generasiya gücləri yaradılmışdır. Əgər bu generasiya gücləri yaradılmasaydı biz bir neçə gün bundan əvvəl baş vermiş qəzadan belə çıxa bilməzdik. Daha çox vaxt aparacaqdı. Demək olar ki, 2003-cü ildə bizim enerji təsərrüfatımız tam köhnəlmişdi. Ancaq yeni elektrik stansiyalarının yaradılması və mövcud stansiyaların təmiri ilə bağlı atılan addımlar imkan verdi ki, biz enerji çatışmazlığını aradan götürdük. Çünki biz o vaxt xaricdən elektrik enerjisi alırdıq. Çox böyük investisiyalar qoyuldu, bir çox müasir stansiyalar tikildi. Mövcud stansiyalar, o cümlədən Mingəçevir İstilik Elektrik Stansiyasında bəzi təmir işlər aparılmışdır: “Ancaq buna baxmayaraq, baş vermiş qəza, əlbəttə, onu göstərir ki, bizim enerji təsərrüfatımızda çox böyük problemlər, qüsurlar var. Bir daha demək istəyirəm ki, bir qəzaya görə bütün enerji sistemi çökməməlidir. Qəza ola bilər, qəzanın müxtəlif səbəbləri ola bilər. Hətta ən inkişaf etmiş ölkələrdə, şəhərlərdə belə qəzalar baş verir, böyük fəsadlara, insan itkisinə gətirib çıxarır. Biz bunu yaxın tarixdən bilirik. Onlarla insan belə hadisələrdə həlak olur. Ancaq bir lokal qəza ümumi sistemin çökməsinə gətirib çıxarmamalıdır. Bunun heç cür izahatı ola bilməz. Mən heç bir izahatı da qəbul etmirəm. Bu gün işləyən komissiya yaxın gələcəkdə öz rəyini verəcək. Eyni zamanda, Mingəçevirə ekspertlər qrupu ezam edilmişdir. Onlar da öz sözünü deyəcəklər. Biz qəzanın səbəblərini əlbəttə ki, tam dəqiqliyi ilə bilməliyik. Nə üçün bu qəza bütün enerji sistemimizi belə vəziyyətə qoyub?! Biz bunun cavabını alacağıq. Ancaq ilkin məlumata görə, bunun səbəbi ondan ibarətdir ki, - mən, əlbəttə, komissiyanın rəyini qabaqlamaq, məhz buna görə bu məsələ ilə bağlı öz fikrimi bildirmək istəmirəm, - hətta son illər ərzində istifadəyə verilmiş stansiyalar da tam gücü ilə işləmir. Bunun səbəbi araşdırılmalıdır. Çox güman ki, bunların istismar dövründə səhvlər buraxılıb. Bütün işlərdə biz ədalətli olmalıyıq. Kimisə cəzalandıranda, kiməsə təşəkkür edəndə ədalət, dəqiq informasiya, təhlil olmalıdır. Ancaq əlbəttə ki, bu qəza çox ciddi bir siqnaldır. Hazırda enerji sistemimizdə struktur islahatları ilə bağlı işlər aparılır. Belə göstəriş verilibdir. Bütün enerji təsərrüfatımızın təftişi məsələsi öz həllini tapır. Komissiyada bu məsələ müzakirə ediləcək, mənə təkliflər veriləcək. Biz Azərbaycanın enerji sistemini ən müasir əsaslarla idarə etməliyik. Kifayət qədər enerji generasiya gücümüz var. Yarımstansiyalar tikilib və yenə də tikiləcək. Artıq göstəriş verilib, həm Bakıda, həm bölgələrdə bu il və gələn il yeni yarımstansiyaların tikintisi təmin ediləcək. Vaxtilə, sovet dönəmində tikilmiş enerji təsərrüfatının müasirləşdirilməsi üçün əlavə vəsait ayrılır. Biz vəsaiti ayırırıq, amma əsas məsələ ondadır ki, bu vəsaitdən səmərəli şəkildə istifadə edilsin və elə bir sistem qurulsun ki, enerji dayanıqlılığı təmin olunsun”.

“Legion”







Xəbər lenti

img Manşet xəbərləri
İlham Əliyev və Ərdoğan bugünkü paradda olacaq, qırıcılar riskli manevrlər edəcək - DETALLAR

2018-09-15 / 12:13:11
img Cəmiyyət
Bu gün Azərbaycanda Bilik günüdür

2018-09-15 / 11:59:19
img Günün xəbərləri
Bir əsr öncəki zəfər tarixi: Bakının azad edilməsindən 100 il ötdü

2018-09-15 / 11:57:28
img Cəmiyyət
“Xəstəliyi qəfil üzə çıxdı” - Ailəsi Nigar İsmayılqızını DƏFN ETDİ

2018-09-14 / 19:47:33
img Manşet xəbərləri
İlham Əliyev TOTAL şirkətinin baş icraçı direktorunu qəbul edib

2018-09-14 / 17:40:19
img Günün xəbərləri
Bu çörək zavodları təhlükə saçır – RƏSMİ SİYAHI

2018-09-14 / 17:31:55
img Video xəbərlər
Bakıda təcavüzdən qurtulmaq üçün özünü binadan atdı: “Yalvardım, dedim anan yaşda qadınam” – VİDEO

2018-09-14 / 13:05:52
img Foto xəbər
63 yaşlı məşhur bədəni ilə gənc qızları kölgədə qoydu – FOTO

2018-09-14 / 12:54:28
img Hadisə
Tovuzda DƏHŞƏTLİ OLAY: 21 yaşlı oğlanın qulağını kəsdilər - TƏFƏRRÜAT (YENİLƏNDİ)

2018-09-14 / 12:48:27
img Cəmiyyət
Qırmızı bibər xərçəng xəstəliyinə dərmandır

2018-09-14 / 12:42:57
img Manşet xəbərləri
Maştağadakı 28 nömrəli tam orta məktəbin açılışı olub, İlham Əliyev açılış mərasimində iştirak edib YENİLƏNİB

2018-09-14 / 12:34:39
img Dünya
ABŞ-ın 5 ştatında fövqəladə vəziyyət elan olundu

2018-09-14 / 12:21:00
img Sosial
Saxta tibbi sənədlərlə alınan əlillik təyinatları LƏĞV EDİLİB

2018-09-14 / 12:19:03
img Ölkə
Xəzərin çirklənməsinə laqeyd yanaşan rəsmi qurumlar –SİYAHI

2018-09-14 / 12:17:06
img Dünya
Azyaşlı qıza cinsiyyət orqanını göstərən kişini linç etdilər

2018-09-13 / 15:55:45
img Günün xəbərləri
İşdən çıxarılan icra başçısı barəsində araşdırma başladı - Ölkədən çıxışına QADAĞA QOYULDU

2018-09-13 / 15:29:36
img Qafqaz
ATƏT regiona yeni xüsusi nümayəndə təyin edəcək

2018-09-13 / 15:17:06
img Manşet xəbərləri
Prezident İlham Əliyev İsrailin müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB

2018-09-13 / 15:05:06
img Sosial
“Ketchi”nin məhsulları TƏHLÜKƏLİDİR - Agentlikdən XƏBƏRDARLIQ

2018-09-13 / 14:56:16
img Manşet xəbərləri
Prezident İlham Əliyev Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub YENİLƏNİB

2018-09-13 / 14:47:11
img Cəmiyyət
Canlı oxumaq istəməyən Sevda efiri tərk etdi - Video

2018-09-13 / 14:42:42
img Ölkə
Ziya Məmmədov özünə 270 minlik maşın aldı

2018-09-13 / 14:40:59
img Manşet xəbərləri
İlham Əliyev 187 nömrəli tam orta məktəbdə təmirdən sonra yaradılan şəraitlə tanış olub YENİLƏNİB

2018-09-13 / 14:38:45
img Günün xəbərləri
"Tolikin Elçibəyi bu dərəcədə aşağılaması tərbiyəsizlikdir" - Deputatdan SƏRT REAKSİYA

2018-09-13 / 14:29:44
img Manşet xəbərləri
Prezident İlham Əliyev Nardarandakı 295 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub YENİLƏNİB

2018-09-13 / 14:22:36

Bütün xəbərlər