logo
RU

Günün xəbərləri

Ölkənin işıqsız qalmasında günahkar Pirverdiyevdir, yoxsa... - SƏRT REAKSİYA

img




İyulun 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş verib. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranıb. Hazırda qəzanın səbəbləri araşdırılır. 
Energetika Nazirliyi və "Azərenerji” ASC Mingəçevir İES-də baş verən hadisə ilə bağlı birgə rəsmi məlumat yayıblar. Rəsmi məlumatda bəyan edilib ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın ciddi şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Unikal.org-a açıqlamasında bildirib ki, baş verən hadisədənin birbaşa məsuliyyətini "Azərenerji”nin prezidenti Etibar Pirverdiyev daşıyır: 
"Əlbəttə ki, baş verən hadisə hər kəs kimi, məni də təəssüfləndirir. Hazırda əksər rayonlarda işıq yoxdur. İnsanların kasıbçılıqla aldıqları ərazq məhsulları soyuducularda qalaraq yararsız vəziyyətə düşüb. Baş verən hadisədə birbaşa məsuliyyəti "Azərenerji”nin prezidenti Etibar Pirverdiyev daşıyır. Onun səhlənkar münasibəti, yalançı məlumatları ölkəni işıqsız qoyub. Necə olur ki, ərəb dövlətlərində ilin 12 ayı 45 dərəcə isti olur. Ancaq belə hadisələr baş vermir? Ona görə də baş verən hadisəni pis qiymətləndirirəm. Bu ölkəmizin imicinə ciddi zərbə vuran hadisədir. Hər il belə hadisələrin təkrarlanmaması üçün "Azərenerji” rəhbərliyi istefaya getməlidir və bu dövlətə xəyanətdir. Mən hər zaman ölkə başçısını müdafiə edən və onun yolunda həyatını qoymuş bir insanam. Ona xəyanət edən hər kəsi lənətləyirəm. Gecədən mənə insanlar zəng edir. Deyirlər ki, Hafiz bəy kasıbçılıqla bir toyuq almışdıq, o da soyuducuda xarab oldu. Millət ahu-nalə içindədir. Düşünürəm ki, biz təmkinli olmalıyıq. Hər kəs güahı qədər cəzasını alacaq”. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib ki, Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza ilə bağlı ciddi araşdırma aparılmalı və buna reaksiya verilməlidir: "Bu məsələ ölkə başçısının nəzarətindədir. Düzdür, son illər Azərbaycanda elektrik enerji təchizatına xeyli irəliləyişlər olub. Lakin dünən gecə ölkə ərazisində işıqların olmaması ciddi hadisədir. Araşdırıldıqdan sonra günahkar qurumlar cəzalandırılmalıdırlar ki, bir daha belə xoşagəlməz hallar təkrar olmasın”.
V.Əhmədov həmçinin qeyd edib ki, ölkə üzrə elektrik enerji təchizatının dayanması iqtisadi tərəfdən də itkilərə məruz qalmasına gətirib çıxarıb: "İqtisadi tərəfdən itkiləri də hesablamaq lazımdır. Çünki hər dəqiqənin bir hökmü var. Bəzi müəssisələrin alternativ enerji mənbələri var. Buna baxmayaraq istənilən halda iqtisadi itkilərin olması da istisna edilmir”.
Deputat Fazil Mustafa da həmçinin əlavə edib ki, ərazilərimizin 20 faizindən çoxu düşmən tapdağı altındadır və ölkəmiz müharibə aparan tərəf kimi belə bir hadisənin baş verməsi təəssüfləndiricidir:  "İşıq sahəsində ölkəmizdə xeyli irəliləyişlər olub. Əvvəlki illərdən fərqli olaraq bəlkə də problem olmayan sahə bu idi. Amma gecə baş verən hadisə bu sahədə də problemin hələ də olmasından bizi bir daha xəbərdar etdi. Hər halda, bunu araşdırmaq lazımdır. Bütün sahələrdə olduğu kimi, enerji sahəsində də məsuliyyətlə yanaşılmalıdır. Biz müharibə aparan dövlətik. 7-8 saat işığın olmaması ciddi siqnaldır. Araşdırıldıqdan sonra günahkarlar cəzalandırılacaq. Düşünürəm ki, bundan sonra belə hallar olmayacaq”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalıbaş verən hadisənin araşdırıldığını dilə gətirib: "Əminəm ki, aparılan araşdırmalar buna tam aydınlıq gətirəcək. Hadisədə "Azərenerji” ASC məsuliyyət daşıyır və bu qurum günahkardır. Araşdırmalardan sonra isə ciddi addımlar atılmalıdır. Belə halların növbəti dəfə təkrarlanmaması üçün kimsə və ya hansı məmurun günahı varsa, ona güzəştə gedilməməlidir. Çünki İstilik Elektrik Stansiyası olduqca strateji əhəmiyyət daşıyan mühüm dövlət əhəmiyyətli obyektlərdən biridir. Belə halların baş verməməsi üçün vacib tədbirlər görülməlidir. Baş verən hadisə məni çox təəssüfləndirir”.
Qeyd edək ki, "Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevdir.

“Legion”







Xəbər lenti

img Manşet xəbərləri
İlham Əliyev və Ərdoğan bugünkü paradda olacaq, qırıcılar riskli manevrlər edəcək - DETALLAR

2018-09-15 / 12:13:11
img Cəmiyyət
Bu gün Azərbaycanda Bilik günüdür

2018-09-15 / 11:59:19
img Günün xəbərləri
Bir əsr öncəki zəfər tarixi: Bakının azad edilməsindən 100 il ötdü

2018-09-15 / 11:57:28
img Cəmiyyət
“Xəstəliyi qəfil üzə çıxdı” - Ailəsi Nigar İsmayılqızını DƏFN ETDİ

2018-09-14 / 19:47:33
img Manşet xəbərləri
İlham Əliyev TOTAL şirkətinin baş icraçı direktorunu qəbul edib

2018-09-14 / 17:40:19
img Günün xəbərləri
Bu çörək zavodları təhlükə saçır – RƏSMİ SİYAHI

2018-09-14 / 17:31:55
img Video xəbərlər
Bakıda təcavüzdən qurtulmaq üçün özünü binadan atdı: “Yalvardım, dedim anan yaşda qadınam” – VİDEO

2018-09-14 / 13:05:52
img Foto xəbər
63 yaşlı məşhur bədəni ilə gənc qızları kölgədə qoydu – FOTO

2018-09-14 / 12:54:28
img Hadisə
Tovuzda DƏHŞƏTLİ OLAY: 21 yaşlı oğlanın qulağını kəsdilər - TƏFƏRRÜAT (YENİLƏNDİ)

2018-09-14 / 12:48:27
img Cəmiyyət
Qırmızı bibər xərçəng xəstəliyinə dərmandır

2018-09-14 / 12:42:57
img Manşet xəbərləri
Maştağadakı 28 nömrəli tam orta məktəbin açılışı olub, İlham Əliyev açılış mərasimində iştirak edib YENİLƏNİB

2018-09-14 / 12:34:39
img Dünya
ABŞ-ın 5 ştatında fövqəladə vəziyyət elan olundu

2018-09-14 / 12:21:00
img Sosial
Saxta tibbi sənədlərlə alınan əlillik təyinatları LƏĞV EDİLİB

2018-09-14 / 12:19:03
img Ölkə
Xəzərin çirklənməsinə laqeyd yanaşan rəsmi qurumlar –SİYAHI

2018-09-14 / 12:17:06
img Dünya
Azyaşlı qıza cinsiyyət orqanını göstərən kişini linç etdilər

2018-09-13 / 15:55:45
img Günün xəbərləri
İşdən çıxarılan icra başçısı barəsində araşdırma başladı - Ölkədən çıxışına QADAĞA QOYULDU

2018-09-13 / 15:29:36
img Qafqaz
ATƏT regiona yeni xüsusi nümayəndə təyin edəcək

2018-09-13 / 15:17:06
img Manşet xəbərləri
Prezident İlham Əliyev İsrailin müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB

2018-09-13 / 15:05:06
img Sosial
“Ketchi”nin məhsulları TƏHLÜKƏLİDİR - Agentlikdən XƏBƏRDARLIQ

2018-09-13 / 14:56:16
img Manşet xəbərləri
Prezident İlham Əliyev Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub YENİLƏNİB

2018-09-13 / 14:47:11
img Cəmiyyət
Canlı oxumaq istəməyən Sevda efiri tərk etdi - Video

2018-09-13 / 14:42:42
img Ölkə
Ziya Məmmədov özünə 270 minlik maşın aldı

2018-09-13 / 14:40:59
img Manşet xəbərləri
İlham Əliyev 187 nömrəli tam orta məktəbdə təmirdən sonra yaradılan şəraitlə tanış olub YENİLƏNİB

2018-09-13 / 14:38:45
img Günün xəbərləri
"Tolikin Elçibəyi bu dərəcədə aşağılaması tərbiyəsizlikdir" - Deputatdan SƏRT REAKSİYA

2018-09-13 / 14:29:44
img Manşet xəbərləri
Prezident İlham Əliyev Nardarandakı 295 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub YENİLƏNİB

2018-09-13 / 14:22:36

Bütün xəbərlər