logo
RU

Manşet xəbərləri

Tovuz “Aqrolizinq”dən daha bir şikayət – Fermer kombaynsız qalıb, taxıllar məhv olur

img




Ölkə mətbuatında “Aqrolizinq” ASC ilə bağlı şikayət xarakterli yazılara tez-tez rast gəlmək olur. “Aqrolizinq” ASC-nin rayon filiallarında dövlət tərəfindən fermerlərə verilən azot gübrəsinin dəyərindən qat-qat baha qiymətə satılması barədə yüzlərlə şikayət var. Bu sarıdan ən çox şikayət olunan rayonlardan biri isə Tovuz rayonudur.

365info saytı bu yaxınlarda Tovuz “Aqrolizinq” və onun rəhbəri Vidadi Əkbərov barədə yazı dərc edib. Tovuz sakinləri tərəfindən göndərilən şikayət əsasında 365info saytının yazdığı yazıda bildirilir ki, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun(Hal-hazırda icra başçısı vəzifəsindən azad edilib. Amma yazı dərc olunanda hələ vəzifəsindən kənarlaşdırılmamışdır.-red) Vidadi Əkbərovla “qaranlıq işləri” mövcuddur. Və bu arxayınçılıq Vidadi Əkbərova hər il dövlət tərəfindən ayrılan subsidiyaları cəzasız mənimsəməsinə imkan yaradıb.

Yazıda Tovuz “Aqrolizinq”də baş verən korrupsiyanın mexanizimi göstərilir. Bu mexanizmə görə keçmiş icra başçısı Tofiq Zeynalovun göstərişi ilə kənd Bələdiyyələri Vidadi Əkbərova saxta arayış təqdim ediblər ki, guya hansısa kəndlərdə filan əkinçilərin hektarlarla torpaq sahələri var: “Məsələn, hansısa icra nümayəndəsi fantaziyaya əsasən kiminsə adına saxta sənəd tərtib edir ki, bəs onun 50 hektar torpaq sahəsi var və kartof əkir. Və verilən həmin saxta arayışlar əsasında Vidadi Əkbərov “Aqrolizinq”dən dövlət tərəfindən ayrılan subsidiya əsasında yerli əkinçilərə 70 faiz güzəştli qiymətlərlə satılması nəzərdə tutulan mineral gübrələri götürərək yerli alverçilərə dövlət qiymətindən baha qiymətə sataraq ikitərəfli xeyir götürüb.

Bu maxinasiyalardan bixəbər sadə rayon əkinçiləri Tovuz “Aqrolizinq”ə gübrə almağa gələndə isə Vidadi Əkbərov onlara bildirib ki, “gübrə başqa əkinçilərə paylanıb və artıq sizə veriləsi gübrə qalmayıb”. Kvartalın sonunda isə kənd bələdiyyələri tərəfindən V.Əkbərova verilən arayışlar Kənd Təsərrüfatı Nazirliyinin Tovuz rayon Kənd Təsərrüfatı İdarəsində yaradılan Dövlət komissiyası təsdiq edir. Dövlət komissiyasına icra başçısı T.Zeynalov rəhbərlik edib. Komissiyanın üzvləri isə 8 nəfərdən ibarət olur. Bu komissiyaya, rayonun bələdiyyə sədrləri, icra nümayəndələri, rayonun Torpaq söbəsinin müdiri, rayonun kənd təsərrüfatı idarəsinin rəisi daxildir. V.Əkbərov Tovuz “Aqrolizinq”ın mühasibi Eldar adlı şəxsi işdən çıxardaraq mühasib vəzifəsini öz oğluna həvalə edib. Hansı ki, mühasibliyə başlar-başlamaz “888” dövlət nömrə nişanı olan, 70 min manat qiymətinə “Hyundai” markalı avtomobil əldə edib”.(365info.org)

Bu günlərdə isə “Legion”a Tovuz “Aqrolizinq”dən daha bir şikayət daxil olub. "Legion”a şikayət edən sahibkar Aslanov Aslan İsfəndiyar oğlu bildirir ki, onun 90 hektar taxıl sahəsi var, ancaq taxılını biçdirmək üçün kombayn tapa bilmir: “Kombayn üçün Tovuz “Aqrolizinq”ə dəfələrlə müraciət etsəm də hər gün “bu gün , sabah” deyə aldadırlar. Buna görə də taxılımı biçə bilmirəm və taxıl sahəm məhv olmaq üzrədir, ”.

Biz “Legion” olaraq məsələ ilə bağlı Kənt Təsərrüfatı Nazirliyinin mətbuat xidməti ilə dəfələrlə əlaqə saxladıq, ancaq nə mətbuat xidmətinin rəhbərini, nə də qurumun hər hansı bir işçini yerində tapa bilmədik.

Onu da qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov keçən ayın əvvəlində vəzifəsindən azad edilib və onun yerinə Seymur Mövlayev təyin olunub. Ancaq kadr dəyişikliyinə baxmayaraq görünür “Aqrolizinq”də keçmişdən qalan problemlər hələ də həll olunmamış qalmaqdadır...

Murad İbrahimli 

Legion







Xəbər lenti

img Manşet xəbərləri
İlham Əliyev və Ərdoğan bugünkü paradda olacaq, qırıcılar riskli manevrlər edəcək - DETALLAR

2018-09-15 / 12:13:11
img Cəmiyyət
Bu gün Azərbaycanda Bilik günüdür

2018-09-15 / 11:59:19
img Günün xəbərləri
Bir əsr öncəki zəfər tarixi: Bakının azad edilməsindən 100 il ötdü

2018-09-15 / 11:57:28
img Cəmiyyət
“Xəstəliyi qəfil üzə çıxdı” - Ailəsi Nigar İsmayılqızını DƏFN ETDİ

2018-09-14 / 19:47:33
img Manşet xəbərləri
İlham Əliyev TOTAL şirkətinin baş icraçı direktorunu qəbul edib

2018-09-14 / 17:40:19
img Günün xəbərləri
Bu çörək zavodları təhlükə saçır – RƏSMİ SİYAHI

2018-09-14 / 17:31:55
img Video xəbərlər
Bakıda təcavüzdən qurtulmaq üçün özünü binadan atdı: “Yalvardım, dedim anan yaşda qadınam” – VİDEO

2018-09-14 / 13:05:52
img Foto xəbər
63 yaşlı məşhur bədəni ilə gənc qızları kölgədə qoydu – FOTO

2018-09-14 / 12:54:28
img Hadisə
Tovuzda DƏHŞƏTLİ OLAY: 21 yaşlı oğlanın qulağını kəsdilər - TƏFƏRRÜAT (YENİLƏNDİ)

2018-09-14 / 12:48:27
img Cəmiyyət
Qırmızı bibər xərçəng xəstəliyinə dərmandır

2018-09-14 / 12:42:57
img Manşet xəbərləri
Maştağadakı 28 nömrəli tam orta məktəbin açılışı olub, İlham Əliyev açılış mərasimində iştirak edib YENİLƏNİB

2018-09-14 / 12:34:39
img Dünya
ABŞ-ın 5 ştatında fövqəladə vəziyyət elan olundu

2018-09-14 / 12:21:00
img Sosial
Saxta tibbi sənədlərlə alınan əlillik təyinatları LƏĞV EDİLİB

2018-09-14 / 12:19:03
img Ölkə
Xəzərin çirklənməsinə laqeyd yanaşan rəsmi qurumlar –SİYAHI

2018-09-14 / 12:17:06
img Dünya
Azyaşlı qıza cinsiyyət orqanını göstərən kişini linç etdilər

2018-09-13 / 15:55:45
img Günün xəbərləri
İşdən çıxarılan icra başçısı barəsində araşdırma başladı - Ölkədən çıxışına QADAĞA QOYULDU

2018-09-13 / 15:29:36
img Qafqaz
ATƏT regiona yeni xüsusi nümayəndə təyin edəcək

2018-09-13 / 15:17:06
img Manşet xəbərləri
Prezident İlham Əliyev İsrailin müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB

2018-09-13 / 15:05:06
img Sosial
“Ketchi”nin məhsulları TƏHLÜKƏLİDİR - Agentlikdən XƏBƏRDARLIQ

2018-09-13 / 14:56:16
img Manşet xəbərləri
Prezident İlham Əliyev Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub YENİLƏNİB

2018-09-13 / 14:47:11
img Cəmiyyət
Canlı oxumaq istəməyən Sevda efiri tərk etdi - Video

2018-09-13 / 14:42:42
img Ölkə
Ziya Məmmədov özünə 270 minlik maşın aldı

2018-09-13 / 14:40:59
img Manşet xəbərləri
İlham Əliyev 187 nömrəli tam orta məktəbdə təmirdən sonra yaradılan şəraitlə tanış olub YENİLƏNİB

2018-09-13 / 14:38:45
img Günün xəbərləri
"Tolikin Elçibəyi bu dərəcədə aşağılaması tərbiyəsizlikdir" - Deputatdan SƏRT REAKSİYA

2018-09-13 / 14:29:44
img Manşet xəbərləri
Prezident İlham Əliyev Nardarandakı 295 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub YENİLƏNİB

2018-09-13 / 14:22:36

Bütün xəbərlər