logo
RU

Manşet xəbərləri

“Kapital Bank” vətəndaşları belə aldadır – FOTOFAKT

img




“Kapital Bank”ın kredit kartı olan “BirKart”a kütləvi etiraz

Saytlarında son iş yerindən staj 3 ay, bankda isə 6 ay tələb edirlər…


Zaman-zaman bankların vətəndaşlara yaratdığı problemlərlə bağlı bir çox şikayətlər olub. Bankların müştərilərini aldatması, başlarına min cür oyun gətirməsi ilə bağlı mətbuatda kifayət qədər şikayətlər işıqlandırılıb.

Budəfəki şikayət “Kapital Bank”ın məhsulu olan, kredit və taksit funksiyalarını özündə birləşdirən “BirKart” kartındandır.

Yəqin ki, oxucularımızın bir çoxu “BirKart”ın reklamına sosial şəbəkələrdə, bəzi saytlarda və şəhərin müxtəlif yerlərində rast gəlmiş olar.

“Kapital Bank” hər yerdə ağızdolusu “Birkart”ını reklam edərək bu kartın vətəndaşlar üçün səmərəli bir kart olduğunu, bu kartla alış -verişin faizsiz olduğunu, 40 günə qədər faiz tutulmadığını, faiz dərəcələrinin daha az olduğunu və sairəni bəyan edir.

Hətta bu kartı, istənilən bankda əmək haqqı alan şəxslərin, yəni, iş yerində rəsmi qeydiyyatda çalışanların əldə edə bilməsi reklam olunur.

Ancaq əslində reallıq heç də reklam edilən kimi deyil.

“Kapital Bank”dan çoxsaylı şikayətçilərdən biri də “Qafqaz Xəbər Agentliyi”nin baş direktoru Araz Məmmədov olub. Araz Məmmədov “Kapital Bank”da başına gələnləri LEGİON-la bölüşüb:
“Mən də bir çox vətəndaşlar kimi bu bankın reklamına inanıb “BirKart” əldə etmək istədim və bu haqda ətraflı məlumat əldə etmək üçün bankın “qaynar xətt”inə zəng etdim. Ancaq qaynar xətdə bununla bağlı heç bir məlumat verilmədi və filiala yaxınlaşmağımı məsləhət gördülər. Mən kartın, bankın , yaşadığım ünvana yaxın olan filialından ala bilib- bilməyəcəyimi soruşdum, operator isə “yox” deyərək şəhərin daha uzaq nöqtələrində olan filiallarını sayaraq ancaq onlara yaxınlaşıb ala biləcəyimi bildirdi. Mən bir neçə saat dəyərli vaxtımı sərf edib qeyd edilən filiala yaxınlaşdım, amma orada mənə verilən cavaba çox təəccübləndim. Bankın əməkdaşı harda işlədiyimi soruşduqdan sonra bildirdi ki, “sizə kart verə bilmərik”. Mən niyəsini soruşduqda isə o bildirdi ki “bizdə xüsusi siyahı var, ancaq o siyahıda olanlara veririk”.

Mən buna etiraz edərək “Axı reklamda belə yazılmayıb, orada qeyd olunub ki, rəsmi qeydiyyatla çalışan istənilən şəxs kartı ala bilər”dedim və soruşdum ki, ”niyə insanları aldadırsız?”. Bank əməkdaşı isə cavab olaraq bildirdi ki, ”bizə belə deyirlər, biz də deyirik”.

“Axı mən bura gəlməmişdən əvvəl opertorla əlaqə yaratdım, soruşdum. Əgər belə idisə niyə bu barədə mənə heç nə bildirmədilər?! Mən bilsəydim bu qədər yolu heç gəlməzdim, vaxtımı da itirməzdim ”,-deyə iradımı bildirdim.

Bank əməkdaşları isə bu haqlı iradlara heç bir cavab vermədilər və ya sadəcə “biz bilmirik” deyə deməklə kifayətləndilər.

Gördüyünüz kimi bu bank vətəndaşları belə aldadır. Hələ üstəlik saytlarında son “iş yerindən staj 3 ay olmalıdır” qeyd ediblər, ancaq banka yaxınlaşanda 6 ay staj tələb edirlər.

Məsələ ilə bağlı əməkdaşımız adıçəkilən bu bankın mətbuat xidmətinin rəhbəri ilə də əlaqə saxlayaraq onun fikirlərini də öyrənib.
“Kapital Bank”ın mətbuat xidmətin rəhbəri Pərviz Sədrəddinov bildirdi ki:“Biz o siyahını birdən-birə bazara vermirik. Hər ay o siyahını genişləndirərək ora bir çox şirkətlərin adları əlavə olunur. Nə vaxtsa digər banklardan maaş alanlar da o siyahıda olacaq”.

Müxbirimiz “onda niyə reklam olunur ki, digər bankdan əmək haqqı alanlar da sizdən kart ala bilər” sualını verdikə isə Pərviz Sədrəddinov jurnalistimizi demoqoqluqda ittiham etdi və “siz elə danışırsız ki, elə bil mənim sizə borcum var”,- deyə cavab verdi.

“Sonda isə əməkdaşımızın bildirdiyi iradları Pərviz Sədrəddinov “haqlı iradlardır və bunlar nəzərə alınacaq” deyə bildrib”,- Araz Məmmədov LEGİON-a bildirdi.

Biz də LEGİON.AZ olaraq məsələ ilə bağlı araşdırma apardıq və sosial şəbəkələrdə “Kapital Bank”ın “Birkart”ı ilə bağlı daha çox şikayətə rast gəldik.

Fotolardan da göründüyü kimi “Birkart”dan şikayət edənlərin sayı yüzlərlədir və şikayətlərin əksəriyyəti də eynilə onun yalan reklamından və bankın “faizsiz” adı ilə vətəndaşları aldatmasından bəhs edir.

Maraqlıdır ki, “Birkart”ın reklamında da ziddiyət və yalan var. Belə ki,“Kapital Bank”ın saytında qeyd edilir ki, bu kart kredit və taksit kartıdır , amma “Birkart”ın reklamında yazılıb ki, o kredit kartı yox, taksit kartıdır.

Necə deyərlər şərhə ehtiyac yoxdur…

LEGİON.AZ
 olaraq həmin şikayətlərin bir hissəsini fotolarda təqdim edirik.

LEGİON.AZ


Murad İbrahimli





























Xəbər lenti

img Manşet xəbərləri
İlham Əliyev və Ərdoğan bugünkü paradda olacaq, qırıcılar riskli manevrlər edəcək - DETALLAR

2018-09-15 / 12:13:11
img Cəmiyyət
Bu gün Azərbaycanda Bilik günüdür

2018-09-15 / 11:59:19
img Günün xəbərləri
Bir əsr öncəki zəfər tarixi: Bakının azad edilməsindən 100 il ötdü

2018-09-15 / 11:57:28
img Cəmiyyət
“Xəstəliyi qəfil üzə çıxdı” - Ailəsi Nigar İsmayılqızını DƏFN ETDİ

2018-09-14 / 19:47:33
img Manşet xəbərləri
İlham Əliyev TOTAL şirkətinin baş icraçı direktorunu qəbul edib

2018-09-14 / 17:40:19
img Günün xəbərləri
Bu çörək zavodları təhlükə saçır – RƏSMİ SİYAHI

2018-09-14 / 17:31:55
img Video xəbərlər
Bakıda təcavüzdən qurtulmaq üçün özünü binadan atdı: “Yalvardım, dedim anan yaşda qadınam” – VİDEO

2018-09-14 / 13:05:52
img Foto xəbər
63 yaşlı məşhur bədəni ilə gənc qızları kölgədə qoydu – FOTO

2018-09-14 / 12:54:28
img Hadisə
Tovuzda DƏHŞƏTLİ OLAY: 21 yaşlı oğlanın qulağını kəsdilər - TƏFƏRRÜAT (YENİLƏNDİ)

2018-09-14 / 12:48:27
img Cəmiyyət
Qırmızı bibər xərçəng xəstəliyinə dərmandır

2018-09-14 / 12:42:57
img Manşet xəbərləri
Maştağadakı 28 nömrəli tam orta məktəbin açılışı olub, İlham Əliyev açılış mərasimində iştirak edib YENİLƏNİB

2018-09-14 / 12:34:39
img Dünya
ABŞ-ın 5 ştatında fövqəladə vəziyyət elan olundu

2018-09-14 / 12:21:00
img Sosial
Saxta tibbi sənədlərlə alınan əlillik təyinatları LƏĞV EDİLİB

2018-09-14 / 12:19:03
img Ölkə
Xəzərin çirklənməsinə laqeyd yanaşan rəsmi qurumlar –SİYAHI

2018-09-14 / 12:17:06
img Dünya
Azyaşlı qıza cinsiyyət orqanını göstərən kişini linç etdilər

2018-09-13 / 15:55:45
img Günün xəbərləri
İşdən çıxarılan icra başçısı barəsində araşdırma başladı - Ölkədən çıxışına QADAĞA QOYULDU

2018-09-13 / 15:29:36
img Qafqaz
ATƏT regiona yeni xüsusi nümayəndə təyin edəcək

2018-09-13 / 15:17:06
img Manşet xəbərləri
Prezident İlham Əliyev İsrailin müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB

2018-09-13 / 15:05:06
img Sosial
“Ketchi”nin məhsulları TƏHLÜKƏLİDİR - Agentlikdən XƏBƏRDARLIQ

2018-09-13 / 14:56:16
img Manşet xəbərləri
Prezident İlham Əliyev Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub YENİLƏNİB

2018-09-13 / 14:47:11
img Cəmiyyət
Canlı oxumaq istəməyən Sevda efiri tərk etdi - Video

2018-09-13 / 14:42:42
img Ölkə
Ziya Məmmədov özünə 270 minlik maşın aldı

2018-09-13 / 14:40:59
img Manşet xəbərləri
İlham Əliyev 187 nömrəli tam orta məktəbdə təmirdən sonra yaradılan şəraitlə tanış olub YENİLƏNİB

2018-09-13 / 14:38:45
img Günün xəbərləri
"Tolikin Elçibəyi bu dərəcədə aşağılaması tərbiyəsizlikdir" - Deputatdan SƏRT REAKSİYA

2018-09-13 / 14:29:44
img Manşet xəbərləri
Prezident İlham Əliyev Nardarandakı 295 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub YENİLƏNİB

2018-09-13 / 14:22:36

Bütün xəbərlər