logo
RU

Sosial

Rövşən Bağırovla Qorxmaz Hüseynov 3 kəndi susuz qoyur – Prezidentə MÜRACİƏT

img




“Bizə Kərbəla müsibəti yaşatmaq istəyirlər”
Lerik rayonun Şivlə, Biləvər və Geskön kəndləri yenidən ölkə başçısına müraciət ediblər.
Yenicag.az xəbər verir ki, onlar göndərdikləri müraciətdə icra başçısı Rövşən Bağırovun zülmündən bezdiklərini deyirlər.
Belə ki, məlum 17 milyonluq yol qalmaqalından sonra icra başçısı indi də kəndin ərazisindəki suyu qonşu kəndə aparmaq, bununla da adıçəkilən kəndləri susuz qoymaq istəyir.
Sakinlər Prezidentə və Birinci Vitse-prezidentə müraciətlərində xahiş ediblər ki, ya onları bu kəndlərdən köçürsünlər, ya da bu zülmə son versinlər:
“Kəndimizin ərazində Şüpək deyilən meşə massivində kiçik bir çeşmə axır. Yay aylarında demək olar ki, su tamamilə azalır. Güclə özümüzü təmin edirik. Dəfələrlə Şingədulan kənd sakinləri bu suyu aparmaq istəyiblər. Amma 90-ci illərdən bəri bir neçə icra başçısı o çeşməyə baş çəkib, suyun aparılmasının mümkün olmadığını deyiblər. Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyi də o vaxt rəy verib ki, bu çeşmədən su götürüləcəksə, 15 hektar meşə zolağı və 6 hektar yeni salnmış meşə massivi (əsasən qoz ağacları) məhv ola bilər. Həmin çeşmənin sahilində yeni meşə zolağının da salnması nəzərdə tutulub. Suyun mənbədən götürülməsi isə qadağan edilib. Amma icra başçısı deyir ki, zorla da olsa, bu suyu aparacağam. Baxmayaraq ki, Şingədulan kəndi ərazisində bir neçə bulaq və həmin Şüpəklə eyni istiqamətdə “Alaşa” çayında bir çeşmə axır. Amma həmin sualara toxunmayıb məhz bizim suyu aparmaq istəyirlər. Niyə oradan su götürmürlər? Bizim ərazidəki su aparılacaqsa, böyük bir meşə zolağı, üç kəndin sakinləri, təsərrüfat sahələri, mal-qara məhv olacaq. Bu isə icra başçısını qətiyyən narahat etmir. Bu suyun aparılması bir tərəfi diriltməkdirsə, digər tərəfi öldürməkdir. Bunun başqa adı yoxdur”.
Sakinlər müraciətlərində qeyd edirlər ki, icra başçısı onları “qara siyahı”ya salıb: “Cənab Prezident, Siz Noda-Şingədulan-Xanagah yolunun çəkilməsi üçün ümumilikdə 17 milyon manat vəsait ayırdınız. Yol keyfiyyətli çəkilmədi və rəsmi açılışı olmadan dağıldı. Biz sizə müraciət etdik. Bundan sonra icra başçısı bizə təzyiqləri artırdı. O və müavinləri müntəzəm bizi hədələməyə başladılar. Sizin adınızdan istifadə edib deyirlər ki, Prezident pul ayırıb, biz bu kəndə su aparacağıq. Biz o kəndə su aparılmasının əleyhinə deyilik, amma kəndin öz ərazisində xeyli su hövzəsi var. Hətta “Alaşa” çayı da oraya daha yaxındır. Görünən odur ki, Rövşən Bağırov bizimlə qərəzli davranır. 1500-dən çox sakini olan bu kəndləri məqsədli şəkildə susuz qoymaq istəyir. Hətta rayona gedib icra başçsı ilə görüşüb ondan xahiş də etdik. Dedi ki, “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynovla da danışıb, razılaşıblar. Biz Qorxmaz Hüseynova da müraciət etdik, Ekologiya Nazirliyinə də yazdıq. Rövşən Bağırov bu kəndləri köçmə təhlükəsi ilə üz-üzə qoyub. Hətta başçının müavini Habil Məlikov bizə dedi ki, siz yoldan yazandan sonra icra başçısı sizi “qara siyahı”ya salıb, acığa sizin suyunuzu aparacaq. Başçı özü də görüşdə bizə dedi ki, “siz mənim qara siyahımdasınız”. Yaxşı, bəs biz hara köçək? Sizə müraciət etdik ki, bizi Yardımlı rayonuna birləşdirin, bu da olmazsa, köçürün. Əks halda özümüz qaçqın düşəcəyik”.
“Cənab Prezident, biz bu gün rəsmi qaydada yenə Sizə müraciət etdik. Mətbuat vasitəsilə də müraciətimizi işıqlandırmaq istəyirik. Bizi qəbul edib dinləməyinizi xahiş edirik. Düzdür, İcra Hakimiyyətində bizə deyirlər ki, sizin məktublarınız Prezidentə çatmayacaq. Məktubların qarşısını Prezident Adminstrasiyasında da olsa, kəsərik. Amma biz ümid edirik ki, siz bizi dinləyəcəksiniz. Bu gün icra başçısı kəndə polis göndərib bizi hədələmək istədi. O bilir ki, Sizə müraciətimiz nəticəsiz qalmayacaq. Hətta müavini dedi ki, “hara istəyirsiniz yazın, şikayət edin, icra başçısına kimsə bir söz deməz”. Bəs o zaman biz nə edək, hara müraciət edək? Bizdə olan məlumata görə, icra başçısı Şingədulanda salınan istirahət mərkəzində Rusiyada çalışan və həmin kənddən olan iş adamları ilə ortaqdır. Suyu da məhz o məqsədlə aparır. Hətta Şingədulan sakinləri deyirlər ki, bizim “haqqımız” icra başçısına çatıb, ona görə də suyu zorla olsa da, apararıq. Biz bilmək istəyirik ki, bu nə “haqq”dır? Sizin avqust ayında Lerik rayonuna səfəriniz gözlənilir. İcra başçısı dağılmış yolu yamamaqla məşğuldur ki, o eybəcərlikləri və korruspiya faktını görməyəsiniz. Amma təbii ki, bunu gizlətmək mümkün deyil. Hər şey ortadadır. Bizi narahat edən odur ki, vətəndaş öz dərdi, problemi ilə bağlı Prezidentə müraciət edəndə icra başçısı ondan qisas almalıdır? Necə 3 kəndi təhlükə ilə üz-üzə qoymaq olar?”, – deyə sakinlər bildiriblər.
Sözügedən kəndlərin sakinləri bildiriblər ki, yaxın zamanda kütləvi şəkildə ölkə başçısının qəbuluna gələcəklər: “Biz ümid edirik ki, Siz bu ədalətsiz qərarı durduracaqsınız və bizə Kərbəla müsibəti yaşatmaq istəyən məmurlara, məmur özbaşınalığına, korrupsiya faktlarına son verəcəksiniz. Bunun üçün səlahiyyəti nümayəndələrinizi əraziyə baş çəkməyə göndərə bilərsiniz. Əminik ki, onlar da durumu obyektiv qiymətləndirib sizə düzgün məlumat verəcəklər. Biz sizə güvənirik”.
Yazıdakı fikirlər sakinlərin ölkə başçısına rəsmi ünvanladıqları müraciətin surətindən götürülüb.

LEGİON.AZ







Xəbər lenti

img Sosial
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi - MedEra Hospitalda BİABIRÇILIQ

2018-10-15 / 17:40:06
img Günün xəbərləri
Qızına yarım milyonluq toy edən məmur polisin nəzarətinə verildi

2018-10-15 / 17:18:36
img Manşet xəbərləri
On beş il: sabit və təhlükəsiz Azərbaycan

2018-10-15 / 17:12:02
img Qafqaz
Rəsmi Bakıdan Ermənistana XƏBƏRDARLIQ

2018-10-13 / 16:18:51
img Dünya
Müdir yaxşı işləməyən işçilərini küçədə biabır etdi - Lüt soyunduraraq... - VİDEO

2018-10-13 / 16:07:56
img Günün xəbərləri
Şirkətlər “Günay Bank”dan pullarını geri götürüb

2018-10-13 / 15:58:56
img Manşet xəbərləri
Mehriban Əliyeva Birinci Moskva Dövlət Tibb Universitetini təbrik etdi + FOTO

2018-10-13 / 15:11:19
img Hadisə
Əfqanıstanda terror: 12 ölü, 32 yaralı

2018-10-13 / 15:06:46
img Sosial
Məşhur professordan SƏRT SÖZLƏR: “Bunu etməyin, hamımızın gələcəyi...”

2018-10-13 / 13:56:41
img Cəmiyyət
Astma, revmatizm, allergiyaya SON - Orqanizmi təmizləməyin metodu

2018-10-13 / 13:43:46
img Ölkə
Sabah yağış, leysan, DAŞQIN OLACAQ - XƏBƏRDARLIQ

2018-10-13 / 13:32:02
img Dünya
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq - Hesabınız ələ keçə bilər

2018-10-13 / 13:28:19
img Günün xəbərləri
“Sürüşmələr davam etsə, sahildə tikilən hündür binaların hamısı çökəcək” – Memar həyəcan təbili çaldı

2018-10-13 / 13:20:30
img Video xəbərlər
Məktəblilərin həyatı təhlükədə - VİDEO

2018-10-12 / 11:52:29
img Manşet xəbərləri
Qərb və Şərq mədəniyyətlərini birləşdirən düşüncə körpüləri

2018-10-12 / 11:42:18
img Hadisə
Şəhərin mərkəzində tələbəyə qarşı ŞOK HƏRƏKƏT - AZƏRBAYCANDA

2018-10-12 / 11:35:44
img Cəmiyyət
Agentlikdən pestisid idxal edənlərə XƏBƏRDARLIQ

2018-10-12 / 11:31:18
img Dünya
İnternet fenomenini qətlə yetirib VİDEOYA ÇƏKDİLƏR

2018-10-12 / 11:27:08
img Günün xəbərləri
Cahangir Hacıyevin həyat yoldaşının Londonda xərclədiyi vəsait Azərbaycana qaytarıla bilər

2018-10-12 / 11:25:29
img Cəmiyyət
“Kapitalbank” şəhidlərin qanpulundan pul tutur- NARAZILIQ

2018-10-11 / 21:16:16
img Sosial
"Koroğlu" firmasından ŞİKAYƏT - Fəhləlik də təcrübə ilədir?

2018-10-11 / 21:02:55
img Günün xəbərləri
Daha bir bank quyunun dibinə doğru yön alıb... - "GünayBank”da BÖHRAN işartıları...

2018-10-11 / 20:55:56
img Video xəbərlər
Direktorun uşaqları işlətməsi görüntülərini çəkən müəllim efirə çıxdı – Video

2018-10-11 / 20:44:31
img Cəmiyyət
Bu qidalar xolesterolu stabilləşdirir – Siyahı

2018-10-11 / 20:40:39
img Manşet xəbərləri
İlham Əliyev Qubada yeni müəssisələrin açılışında - YENİLƏNDİ

2018-10-11 / 20:37:59

Bütün xəbərlər