logo
RU

Cəmiyyət

Abituriyentlər Azərbaycan dilindən imtahan verəcək

img




Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 10-da ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarına əsasən, qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili fənnindən test imtahanı keçiriləcək.
Bu barədə Publika.az-a DİM-dən məlumat verilib.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 4 imtahan mərkəzində aparılacaq.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayır.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;
- şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər icazə vəsiqələrini və pasportlarını, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini.
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Qeyd edək ki, abituriyentlərə imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Ali təhsil müəssisələri və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı ilə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı məzmun baxımından bir-birindən fərqlənir.
İmtahanda iştirakı nəzərdə tutulan (9 illik və 11 illik təhsil bazasında ) 1359 (264+1095) abituriyentdən 691(99+592) nəfəri oğlan, 668 (165+503) nəfəri qızdır. 976 (238+738) abituriyent orta ümumtəhsil müəssisələrinin builki məzunu, 383 (26+357) nəfər isə əvvəlki illərin məzunlarıdır.
Ümumilikdə, Bakıda 1354 , Naxçıvanda 5 abituriyentin imtahan verməsi nəzərdə tutulub.
İmtahanın idarə olunması üçün 10 imtahan rəhbəri, 108 nəzarətçi-müəllim ayrılıb.

LEGİON.AZ







Xəbər lenti

img Dünya
15 yaşlı qıza təcavüz etdilər - SONRA TELEFONA ÇƏKDİLƏR

2018-06-22 / 20:11:15
img Manşet xəbərləri
Keçmiş nazirin qohumları da işdən qovuldu – SON DƏQİQƏ

2018-06-22 / 18:21:31
img Cəmiyyət
Soyundu, adını kriminal avtoritetlə hallandırdı, indi də şantaja keçdi – Çılpaq Afaqın macəraları (VİDEO)

2018-06-22 / 18:08:29
img Sosial
Bakıdakı turistlər sürücünü döyən yol polisini lentə aldılar: "Bu vəhşiliyi hər kəs görsün" (VİDEO)

2018-06-22 / 17:58:35
img Günün xəbərləri
“Epidbiomed İŞİ”nin qaranlıqları

2018-06-22 / 17:42:17
img Manşet xəbərləri
Baş prokuror Ağstafa rayonunda vətəndaşları qəbul edib

2018-06-22 / 17:25:26
img Manşet xəbərləri
Pambıq tarlalarındakı zəhərlənməyə görə 5 nəfər həbs edilib – RƏSMİ

2018-06-22 / 17:19:47
img Dünya
Məktəbdə əxlaqsızlıq edən müəllimlər kameraya düşdülər - FOTO

2018-06-22 / 11:42:46
img Cəmiyyət
Cazibədar aparıcı şortik qalmaqalından danışdı: "Özbaşına deyil ki..."

2018-06-22 / 11:20:41
img Sosial
Həkim azərbaycanlı müğənninin üstünə hücum çəkdi - Anbaan VİDEO

2018-06-22 / 11:18:18
img Hadisə
Yepiskop ağlayan çağanı şillələdi - Qəribə vəftiz mərasimi - VİDEO

2018-06-22 / 11:15:48
img Dünya
Həkimlər xəstəliyinə carə tapa bilmədi - Həyatını santexniklər qurtardı

2018-06-22 / 11:13:18
img Ölkə
Təyyarə və helikopterləri Bakı səmasında

2018-06-22 / 11:12:05
img Ölkə
O qızı tapın — Bakı polisi şortikli qızı axtarır

2018-06-21 / 19:10:01
img Dünya
Avropada növbəti rəzalət — Evli cütlüklər üçün “seks oteli” açılır

2018-06-21 / 19:05:34
img Cəmiyyət
Efirdə BİABIRÇILIQ! Mikrofon açıq qaldı : İfritəyə oxşayan...

2018-06-21 / 17:24:10
img Sosial
"Mediland Hospital”da insanlığa yaraşmayan hərəkət – “Pul ödə, təyziqini ölçək”

2018-06-20 / 19:19:49
img Manşet xəbərləri
Agentliyin baş direktoru onu təhqir edən “Azərsu” ASC-nin əməkdaşından nazirə müraciət etdi

2018-06-20 / 17:08:37
img Günün xəbərləri
İlqar Yusubov “Rolls-Royce”də hansı pullarla gəzir?

2018-06-20 / 16:57:57
img Sosial
Məmurlara ağır ittiham: “Arxası möhkəmdir, fəhlələrlə qul kimi davranır”

2018-06-20 / 16:45:45
img Ölkə
Kürdəmirdə şok: İnsan və heyvan dərmanları eyni aptekdə satılır

2018-06-20 / 16:42:00
img Manşet xəbərləri
Bu dəfə “Azərsu”nun əməkdaşı jurnalisti təhqir etdi – Nazirə müraciət olundu

2018-06-20 / 13:29:17
img Günün xəbərləri
Qalmaqallı bankirin iqtidarın düşməni ilə gizli əlaqələri üzə çıxdı – ŞOK TƏFƏRRÜAT

2018-06-20 / 01:04:00
img Günün xəbərləri
Ərziman Əliyevin qohumu da jurnalisti təhqir etdi

2018-06-19 / 18:03:04
img Video xəbərlər
Azərbaycanlı ailə 4 yaşlı qızlarını porno videoya çəkdi - Dünya şokda VİDEO

2018-06-19 / 16:15:31

Bütün xəbərlər