logo
RU

Günün xəbərləri

Karqo qiymətləri niyə artır? – “Vergidən əlavə gömrük “şapka” da istəyir”

img




“Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinə sədr təyin edildikdən sonra karqo qimətlərində artım baş verib”.
Yenicag.az bildirir ki, bu sözləri adlarının çəkilməsini istəməyən sahibkarlar deyib.
Onların verdiyi məlumata görə, əvvələr kubu 2.5 dollara gələn karqolar, artıq bahalaşaraq 3,5- 4 dollar olub. Sahibkarlar Karqo qiymətlərinin qalxmasının malların satışına da təsir göstərəcəyini vurğulayıblar. Çünki, gətirilən hər malın satışa çıxma anına qədər xərcləri hesablanır və buna uyğun olaraq da qiymətlər təyin edilir.
Karqo şirkətlərindən səbəbləri öyrəndikdə, qeyri-rəsmi olaraq aldığımız cavab bu oldu: “36% vergidən əlavə, Gömrük “şapka” da istəyir. Buna görə də, daşımada qiymətin qalxması normal bir haldır”.
Böyük karqo şirkətləri ölkənin iki ən böyük bazarı sayılan Sədərək və Binə ticarət mərkəzlərində yerləşirlər. Həmin şirkətləri isə bazar rəhbərliyi ilə ya qohumluq, ya da hansısa bir bağ birləşdirir. Karqo şirkətlərindən yerində məlumat almaq isə mümkünsüzdür, sahibkarlar bildirir ki, ən adi bir narazılıq, artıq sual vermək mühafizəçilərin təhqiri, döyməsi, ən yaxşı halda isə Qaradağ rayon Polis İdarəsinə aparılmaqla nəticələnir.
Sədərək Ticarət Mərkəzində sahibkarların təkcə narazılığı karqoların qiymət artımı ilə bağlı deyil. Son günlər bazarda mağazaların qarşısındakı jalüzlər sökülərək, yerinə şüşələr quraşdırılır. Belə baxanda burada qeyri-adi nəsə yoxdur. Hətta yaxşı hal sayıla bilər. Ancaq məsələnin bir əmması var.
Deməli, Sədərək Ticarət Mərkəzindəki mağazaların qarşısı 2 metr önə çəkilir. Bu da hər mağaza sahibinə 1670 manata başa gələcək. Mağazların önə çəkilməsi sıralar arasındakı məsafəni darlaşdıracaq və nəticədə bazara gələn müştərilərin narahatlığına səbəb olacaq. Belə olan halda yanğın söndürmək üçün quraşdırılmış su kranları da mağazaların daxilində qalacaq. Əgər bazarda yanğın baş verərsə, yanğını söndürmək üçün öncə mağazaların önündəki şüşələri sındırmaq lazım olacaq. Sahibkarlar bildirirlər ki, bazar rəhbərliyinin bu qərarı kiçik bir şey kimi görünsə də, əslində, bu addımla milyonlarla pul əldə edəcək.
Hər mağazanın 2 metr önə çəkilməsi, hazırda mağazaların sahəsinə, arenda qiymətlərinə təsir etməsə də, iş yekunlaşdıqdan sonra əlavə haqq tələb ediləcəyi söylənilir.
Sahibkarlar qeyd edir ki, yaxın günlərdə bazar rəhbərliyinin atdığı addıma görə etiraz aksiyası keçirən şəxslər analoji addımla üzləşiblər. Bu rəhbərliyin atdığı addıma qarşı çıxmaq olmur. Çünki rəhbərliyin saxladığı “qoçu dəstəsi” onları döyür. Qaradağ rayon Polis İdarəsi isə Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin verdiyi əmrləri yerinə yetirir. Polis rəisi polkovniki Əli İbrahimovun Yusif Qədimbəylinin bacanağı olduğu bildirilir.

LEGİON.AZ







Xəbər lenti

img Dünya
Sürücünün sükan arxasında infarkt keçirdiyi DƏHŞƏTLİ ANLAR - VİDEO

2018-08-16 / 18:16:52
img Günün xəbərləri
"Turan Bank" Qarabağı erməni dilində təqdim edir - FOTO-FAKT

2018-08-16 / 17:34:23
img Ölkə
DİM 596 bal toplayıb müsabiqədən keçə bilmədiyini iddia edən abituriyentlə bağlı məsələyə aydınlıq gətirib

2018-08-16 / 16:26:30
img Video xəbərlər
ABŞ-ı boykot etmək üçün "İphone"-ları belə qırdılar - VİDEO

2018-08-16 / 14:00:08
img Foto xəbər
"Qadın arıq olmamalıdır, mənim kimi" - məşhur müğənni - FOTOLAR

2018-08-16 / 13:20:55
img Manşet xəbərləri
Dövlət Sərhəd Xidmətinin 3 hərbçisinə general rütbəsi verildi - SİYAHI

2018-08-16 / 13:11:53
img Günün xəbərləri
Bakıda avtobus dayanacağı zəbt edildi - FOTOLAR

2018-08-16 / 13:07:41
img Sosial
DİM-in sistemində boşluq: 596 bal yığdı, amma heç bir yerə qəbul olmadı

2018-08-16 / 11:55:49
img Hadisə
"İkinci ərim burnumu qırdı, iki uşaqla evdən qaçdım" - VİDEO

2018-08-16 / 11:45:58
img Qafqaz
İrandan Azərbaycana narkotik gətirən mütəşəkkil dəstə ifşa olundu

2018-08-16 / 11:39:27
img Dünya
Van Damın oğlu törətdiyi cinayəti etiraf etdi

2018-08-16 / 11:38:05
img Cəmiyyət
Son 6 ayda Azərbaycanda 7 min 200-dən çox ailə dağılıb

2018-08-16 / 11:37:01
img Ölkə
Bakıda kirayə evlərin qiyməti qalxdı

2018-08-16 / 11:35:19
img Manşet xəbərləri
Azərbaycan-Tacikistan sənədləri imzalandı

2018-08-10 / 12:25:32
img Sosial
Bakıda işçilər restoran sahibinə etiraz etdilər: "Hər dəfə pulumuzu kəsirlər" - FOTOLAR

2018-08-10 / 11:48:55
img Dünya
3 yaşlı qız bütün dünyanı MAT QOYDU - Eynşteyni də qabaqladı

2018-08-10 / 11:45:33
img Manşet xəbərləri
Azərbaycan və Tacikistan prezidentləri təkbətək görüşdü - FOTO (YENİLƏNDİ)

2018-08-10 / 11:42:02
img Ölkə
Gəncədə 16 yaşlı qız itkin düşdü

2018-08-10 / 11:40:14
img Hadisə
Gəncədə körpə doğuş zamanı öldü

2018-08-10 / 11:32:31
img Qafqaz
Cəbhədə silahlar susmadı

2018-08-10 / 11:30:08
img Manşet xəbərləri
Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşü oldu

2018-08-10 / 11:28:41
img Cəmiyyət
Diş əti qanamalarından əziyyət çəkənlər üçün ən effektiv və asan YOLLAR

2018-08-10 / 11:26:46
img Günün xəbərləri
Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi oldu

2018-08-10 / 11:23:23
img Foto xəbər
Dünyanın ən gözəl polis zabitinin FOTOLARI

2018-08-06 / 20:25:01
img Sosial
“Azərsu”ya görə maddi ziyan görənlər qurumu məhkəməyə verə bilər

2018-08-06 / 17:01:06

Bütün xəbərlər