logo
RU

Sosial

“Standart Sığorta” qanunları necə pozur

img




Vətəndaş Cəfərov Fariz Xanoğlan oğlu Azinforum.az İnformasiya Portalınamüraciət edərək, “Standart Sığorta” şirkətinin  ona qarşı etdiyi qanunsuzluqdan danışıb. Şikayətçi bildirir ki, 10 may 2018-ci il tarixində onun idarə etdiyi  99 MB 061 seriyalı “Mercedes Vito”  avtomobili  Samux rayonu ərazisində,  Göy-Göl istiqamətinə gedən yolda, Quliyev Həbib Məmmədəli oğluna məxsus 20 CG 312seriyalı “Kamaz” markalı  avtomobil tərəfindən vurulub:
“Hadisə nəticəsində mənim avtomobilimə ciddi ziyan dəyib.  Prosedura uyğun olaraq, hadisə yerinə DYP əməkdaşları gəldi. Onların apardıqları araşdırmadan sonra, gəldikləri ilkin rəy bundan ibarət oldu ki,  qəzada günahkar  “Kamaz”-ın sürücüsüdür. Hər ikimizi müayinə etdilər. Heç birimizdə alkaqol aşkar edilmədi. “Kamaz”-ın sürücüsü verdiyi izahatda təqsirli olduğunu etiraf edib. “Kamaz”-ın icbari sığortası  “Standart Sığorta”da olduğu səbəbindən,  dəymiş ziyanı almaq üçün məni Heydər Əliyev Sarayının  yaxınlığındakı “Standart Sığorta”nın ofisinə yönəltdilər. İki fərqli  ekspetin verdiyi rəyə əsasən mənə dəyən ziyan  1960 manat dəyərində  müəyyənləşdi.
Yuvarlaq olaraq 1700 manata razılaşdıq. Lakin sonra həmin sığorta şirkətində ekspert kimi çalışan Məmmədov Hicran adlı keçmiş polis işçisi  qəribə məntiqlə ziyanın mənə verilməsinə maneçilik törətdi. Məmmədov Hicran deyir ki, həmin qəzada günah “Kamaz”ın sürücüsündə deyil, məndə olub. Onun məntiqi ilə, mənə müəyyənləşən ziyanın yarısı verilməlidir, yəni 850 manat. Başa düşə bilmirəm, sığorta işçisi nə vaxtdan DYP-nin yerinə kimin  günahkar olduğunu müəyyənləşdirmək kimi funksiyanı mənimsəyib? Həmin Məmmədov Hicran mənə deyir ki, sən DYP-yə rüşvət verib bu rəyi alıbsan. Fikirini də belə əsaslandırır ki, onu özünü  DYP saxlayanda 20 manat verib, yoluna davam edir. Şirkətin öz işçiləri belə Hicrana pulun mənə verilməli olduğunu izah edə bilmir. Açıqca deyir ki, bu oğlanı süründürəcəm, hara istəyir şikayət etsin”.
Şikayətçinin bizə təqdim etdiyi sənədlərdən və fotolardan aydın görünür ki, baş vermiş qəzanın günahkarı doğrudan da “Kamaz” avtomobilidir. Belə olan təqdirdə, sığorta şirkəti səlahiyyətini aşaraq, DYP-nin rəyini şübhə altına qoyaq cəhdi zərərçəkənə ziyanın ödənməsindən yayınmaq cəhdi kimi qiymətləndirilə bilər.
Zərərçəkən deyir ki, problemi həllini tapmasa, sığorta şirkətinə qarşı dəymiş maddi və mənəvi ziyanla bağlı məhkəmə iddiası qaldıracaq.
Mövzu ilə bağlı “Standart Sığorta” şirkətinin də mövqeyini  öyrənməyə çalışacayıq.

LEGİON.AZ







Xəbər lenti

img Qafqaz
Kəlbəcərdə avtomobil dərəyə aşıb, 3 erməni ölüb, 1-i yaralanıb

2019-01-21 / 11:40:02
img Günün xəbərləri
Bu gün Cahangir Hacıyevin 4,7 milyard manatlıq cinayət işi üzrə məhkəməsi başlayır

2019-01-21 / 11:30:56
img Cəmiyyət
Abituriyentlərin NƏZƏRİNƏ - yeni model üzrə sınaq imtahanı keçiriləcək

2019-01-21 / 11:20:27
img Hadisə
Ötən iki gündə respublikanın avtomobil yollarında yeddi yol-nəqliyyat hadisəsi baş verib

2019-01-21 / 11:12:38
img Dünya
Böyük Britaniya şahzadəsi cəzalandırıla bilər

2019-01-21 / 11:03:38
img Sosial
Qadın əməliyyat zamanı öldü

2019-01-21 / 10:58:02
img Günün xəbərləri
Sükut dəqiqəsi

2019-01-20 / 12:03:20
img Manşet xəbərləri
Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib YENİLƏNİB

2019-01-20 / 12:23:17
img Günün xəbərləri
Azərbaycanda Ümumxalq Hüzn Günüdür

2019-01-20 / 00:41:53
img Günün xəbərləri
Ümumxalq Hüzn Günü ilə bağlı qanvermə aksiyası keçirilib

2019-01-19 / 20:44:06
img Manşet xəbərləri
DTX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi

2019-01-19 / 20:35:15
img Ölkə
Sabahın havası - şaxta olacaq

2019-01-19 / 14:03:52
img Ölkə
Gömrükçülər narkotik vasitə aşkarlayıb

2019-01-19 / 13:26:08
img Manşet xəbərləri
Azərbaycan və Zimbabve prezidentlərinin görüşü olub

2019-01-19 / 12:38:34
img Dünya
Qadının efirdə dediyi bu sözlərə görə veriliş bağlandı: Ərim heç vaxt..

2019-01-19 / 12:15:41
img Video xəbərlər
Abel Məhərrəmov toyda "Yallı" oynadı - VİDEO

2019-01-19 / 12:00:45
img Hadisə
Borca görə 19 nəfər tutuldu

2019-01-19 / 11:57:27
img Qafqaz
Ermənilər kəndlərimizi atəşə tutdu

2019-01-19 / 11:48:41
img Cəmiyyət
Böyüklərin qızılca-məxmərəyə qarşı peyvənd edilməsi üçün ölkəmizə vaksinlər gətiriləcək

2019-01-19 / 11:46:05
img Günün xəbərləri
Şəhidlərimizin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq

2019-01-19 / 11:39:50
img Dünya
Qumarda udduğu 671 min dolları kasıblara payladı

2019-01-18 / 21:05:42
img Günün xəbərləri
Cavanşir Feyziyev: Avropa Parlamentinin bu addımı Azərbaycanla Aİ arasında inkişaf edən əməkdaşlığa qarşı təxribatdır

2019-01-18 / 20:55:39
img Dünya
Zimbabvenin Prezidenti Emmerson Mnanqaqva Azərbaycana işgüzar səfərə gəlib

2019-01-18 / 20:24:02
img Sosial
Şəkər xəstələri ÇARƏSİZ VƏZİYYƏTDƏ - Bu dərman TAPILMIR (FOTO)

2019-01-18 / 20:17:03
img Qafqaz
Gürcü nazir: Ölkədə qızılca ciddi təhlükə mənbəyinə çevrilib

2019-01-18 / 20:08:47

Bütün xəbərlər