logo
RU

Qafqaz

Putinə TƏKLİF: bu ölkələr işğal olunmalıdır - Sabah böyük müharibə BAŞLAYA BİLƏR

img




“Qərb ölkələrində Rusiyanın təcavüzkar hərəkətləri ilə əlaqədar ümumavropa müharibəsinə ciddi baxılır”.
Publika.az xəbər verir ki, bu haqda “Apostrof” nəşrinə Rusiyanın hərbi eksperti və publisisti Pavel Felqenqauer yazıb.
Onun sözlərinə görə, real planlaşdırma gedir və istənilən vaxt ən kiçik hadisəyə görə müharibə başlaya bilər. Hərbi ekspert qeyd edib ki, belə müharibədə yalnız NATO ölkələri iştirak etməyəcək, çünki Baltikyanı ölkələrdə müharibə halında İsveç NATO-nun tərəfində vuruşacaq. O, Finlandiyanın Rusiyaya qarşı vuruşacağını da istisna etmir.
“Litvada artıq “Dəmir canavar” adlanan briqada gücləndirilir. İsveçdə əvvəllər ləğv edilən hərbi çağırış bərpa olunub. Polşa və Baltikyanı ölkələri Rusiyanın hücum edəcəyi təqdirdə müqavimət göstərmək üçün öz silahlı qüvvələrini gücləndirməlidir”, - Felqenqauer qeyd edib.
Hərbi ekspertin qənaətinə görə, Rusiya güclü qruplaşmanı daha sürətlə toplaya bilər. Qeyd edilir ki, Rusiya strateji portativliyi və böyük qoşun bölmələrinin göndərilməsi ssenarilərini artıq “Qafqaz” və “Qərb” tipli genişmiqyaslı təlimlərdə yerinə yetirib.
“Müharibəyə hamı hazırlanır. Başqa sual odur ki, ABŞ “soyuq müharibə” dövründə qurduğu daimi hərbi bazaları yenidən quracaqmı? İyulda NATO-nun sammitində yeni strategiya, yəni şərq cəbhəsində regional müharibə halında qoşunların genişləndirilməsinin planları qəbul ediləcək. Əlbəttə, Rumıniya üçün planlar hazırlanıb. Amma indi Polşa və Baltikyanı ölkələr daha təhlükəli istiqamətdir. Əgər Rumıniyadan söhbət gedirsə, Ukrayna üzərində keçmək lazımdır”, - ekspert yazıb.
Onun sözlərinə görə, ümumavropa müharibəsi ehtimal ki, ən yaxın 5 ildə başlamayacaq.
“Amma demək olmaz ki, ehtimal sıfıra bərabərdir. Hər şey hər hansı hadisədən başlana bilər. Məsələn, Baltikyanı ölkələrinin səmasında Rusiya və Amerika təyyarələri toqquşa və böhran başlana bilər. Onda qoşunların genişləndirilməsi və güclərin göndərilməsi planlarının icrası başlanacaq. Moskvada hansısa anda hərbçilər Putinə sübut etməyə başlayacaqlar ki, Texasdan gələcək Amerika diviziyalarını qabaqlamaq üçün Baltikyanı ölkələri təcili işğal etmək lazımdır, əks halda, onlar güclü müharibə meydanı yaradacaqlar və biz heç nə edə bilməyəcəyik, onlar Kalininqradı tuta bilərlər, Sankt-Peterburq və Moskvaya hücum etmək imkanına malik olacaqlar. Bu artan böhrandan ümumavropa müharibəsi başlana bilər”, - Felqenqauer hadisələrin gedişatını proqnozlaşdırıb.
Ekspert Qərbin Rusiyadan potensial olaraq əhalinin sayı, ümumi daxili məhsulun həcmi, hərbi potensial
(NATO və müttəfiqləri), iqtisadiyyat, maliyyə və resurslar baxımından daha güclü olduğunu bildirib. Onun sözlərinə görə, bütün bunlar potensial olaraq müharibəyə gətirib çıxaracaq vəziyyət yaradır.
“Ümid etmək olar ki, yekunda hamı böyük ümumavropa müharibəsi olmadan geri çəkiləcək. Amma Rusiyada böyük müharibə təhlükəsini rəsmən qəbul edirlər. Bu haqda Baş qərargah başçısı bir neçə dəfə danışıb və belə müharibə sabah başlana bilər. Və unutmamaq lazımdır ki, “soyuq müharibə” bitirdikdən sonra SSRİ-nin dağılması baş verdi. Eyni hal Rusiya ilə bağlı da mümkündür. Bu haqda yalnız publisistlər danışmırlar. Rusiyanın keçmiş maliyyə naziri və baş nazirin birinci müavini Anton Siluanov hələ ötən ilin oktyabrda deyirdi ki, Rusiya müdafiəyə həddən artıq çox vəsait xərcləyir və artıq SSRİ bunu etdiyi üçün dağılıb. Rusiyanın bu böhranda çox ciddi sınaqlarla qarşılaşacağı istisna olunmur”, - hərbi ekspert yekunlaşdırıb.

LEGİON.AZ







Xəbər lenti

img Sosial
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi - MedEra Hospitalda BİABIRÇILIQ

2018-10-15 / 17:40:06
img Günün xəbərləri
Qızına yarım milyonluq toy edən məmur polisin nəzarətinə verildi

2018-10-15 / 17:18:36
img Manşet xəbərləri
On beş il: sabit və təhlükəsiz Azərbaycan

2018-10-15 / 17:12:02
img Qafqaz
Rəsmi Bakıdan Ermənistana XƏBƏRDARLIQ

2018-10-13 / 16:18:51
img Dünya
Müdir yaxşı işləməyən işçilərini küçədə biabır etdi - Lüt soyunduraraq... - VİDEO

2018-10-13 / 16:07:56
img Günün xəbərləri
Şirkətlər “Günay Bank”dan pullarını geri götürüb

2018-10-13 / 15:58:56
img Manşet xəbərləri
Mehriban Əliyeva Birinci Moskva Dövlət Tibb Universitetini təbrik etdi + FOTO

2018-10-13 / 15:11:19
img Hadisə
Əfqanıstanda terror: 12 ölü, 32 yaralı

2018-10-13 / 15:06:46
img Sosial
Məşhur professordan SƏRT SÖZLƏR: “Bunu etməyin, hamımızın gələcəyi...”

2018-10-13 / 13:56:41
img Cəmiyyət
Astma, revmatizm, allergiyaya SON - Orqanizmi təmizləməyin metodu

2018-10-13 / 13:43:46
img Ölkə
Sabah yağış, leysan, DAŞQIN OLACAQ - XƏBƏRDARLIQ

2018-10-13 / 13:32:02
img Dünya
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq - Hesabınız ələ keçə bilər

2018-10-13 / 13:28:19
img Günün xəbərləri
“Sürüşmələr davam etsə, sahildə tikilən hündür binaların hamısı çökəcək” – Memar həyəcan təbili çaldı

2018-10-13 / 13:20:30
img Video xəbərlər
Məktəblilərin həyatı təhlükədə - VİDEO

2018-10-12 / 11:52:29
img Manşet xəbərləri
Qərb və Şərq mədəniyyətlərini birləşdirən düşüncə körpüləri

2018-10-12 / 11:42:18
img Hadisə
Şəhərin mərkəzində tələbəyə qarşı ŞOK HƏRƏKƏT - AZƏRBAYCANDA

2018-10-12 / 11:35:44
img Cəmiyyət
Agentlikdən pestisid idxal edənlərə XƏBƏRDARLIQ

2018-10-12 / 11:31:18
img Dünya
İnternet fenomenini qətlə yetirib VİDEOYA ÇƏKDİLƏR

2018-10-12 / 11:27:08
img Günün xəbərləri
Cahangir Hacıyevin həyat yoldaşının Londonda xərclədiyi vəsait Azərbaycana qaytarıla bilər

2018-10-12 / 11:25:29
img Cəmiyyət
“Kapitalbank” şəhidlərin qanpulundan pul tutur- NARAZILIQ

2018-10-11 / 21:16:16
img Sosial
"Koroğlu" firmasından ŞİKAYƏT - Fəhləlik də təcrübə ilədir?

2018-10-11 / 21:02:55
img Günün xəbərləri
Daha bir bank quyunun dibinə doğru yön alıb... - "GünayBank”da BÖHRAN işartıları...

2018-10-11 / 20:55:56
img Video xəbərlər
Direktorun uşaqları işlətməsi görüntülərini çəkən müəllim efirə çıxdı – Video

2018-10-11 / 20:44:31
img Cəmiyyət
Bu qidalar xolesterolu stabilləşdirir – Siyahı

2018-10-11 / 20:40:39
img Manşet xəbərləri
İlham Əliyev Qubada yeni müəssisələrin açılışında - YENİLƏNDİ

2018-10-11 / 20:37:59

Bütün xəbərlər