logo
RU

Müsahibə

Rəşid Mahmudov: “İki müəllim mənim üçün məktəbin həyətində əlbəyaxa dava elədi”

img




Tibb elmləri namizədi, dosent Rəşid Mahmudov “Bizimyol.info” saytına verdiyi müsahibədə maraqlı məqamlara toxunub.
İki müəllim mənim üçün məktəbin həyətində əlbəyaxa dava elədi

-Rəşid müəllim, son günlərdə mətbuatda ATV kanalınıən Rəhbərliyi və aparıcı Zaur Baxşəliyevlə aranızda söz-söhbət olması barədə xəbərlər yayıldı.

-Zaurun və ATV rəhbərliyinin haqqında mən elə söz deməmişəm, mənim leksikonumda elə söz yoxdur, bu uydurma xəbər idi. Mən tamam başqa söz demişdim , onu dəyişib belə şəklə saldılar. Amma ümumiyyətlə televiziya kanalları ilə verilən bəzi proqramları qınamışam. Ziyalı olaraq çatışmayanları göstərmək mənim borcumdur. Ziyalı yal üçün hürürsə, it kimi bir şeydir mən onu insan hesab etmirəm. Ziyalı dedyin cəmiyyətin yaralı cəhətlərini göstərməyə borcludur. İnsan nədən qorxmalıdr? İnsan gərək əvvəlcə özünü öldürüb, sonra yaşaya. Nədən qorxuruq? Əvvəl- axır ölüm deyilmi? Mənim bu günkü Rəşid olmağımda müəllimimin böyük rolu olub. Orta məktəbdə yaxşı oxuyurdum. Bir gün direktor dedi ki, sənə qızıl medal verəcəyik. Bilirdim ki, qızıl medalı rüşvətsiz verməyəvəklər. Ona görə dedim istəmirəm. Kasıb ailə idik, elə imkanlarımız yox idi.Direktor məndən incidi.

Kamal attestatı alan gün 40 biletlik sualların hamısını bilirdim. Direktor da gəldi girdi sinifə. O mənim tarix müəllimimlə çox yaxın dost idi. Suallara cavab verdim, dedi ki, bir sual da mən verəcəm. Tarix müəllimim Əhməd Vəliyev məndən çox razıydı.Lakin direktor sual verdi ki, Lenini müalicə edən həkimin adı nə olub? Mən bu sualın cavabını verə bilmədim.Direktor tarix müəllimimə dedi ki, buna 3 yazın. Bunun müqabilində mən üsyan elədim. Əhməd müəllim də narazıllığını bildirdi, dedi bu sulaı mən heç özüm də bilmirəm. Bu iki müəllim mənim üstümdə məktəbin həyətində əlbəyaxa dava elədilər. İki ən yaxın dost düz bir saat 10 dəqiqə çöldə dalaşdılar. Mənim qiymətimi həmin gün beş yazdılar. Lakin, bu hadisə mənim həyatımda dönüş nöqtəsi oldu. Rəşid kimi idi ki?!Özümə dedim ki, Rəşid sən kimsən ki, sənin üçün iki dost düşmən oldu. Əhməd müəllim mənim deyil, ədalətin üstündə dostu ilə düşmən oldu. O gündən özümə and içdim ədalətli olacam, ancaq düzünü danışacam.
-Bir məsəl var, doğru danışanı doqquz köydən qovarlar. Doğruları dediyinizə görə başınız ağrımayıbmı?

-Bundan ötrü başım çox ağrıyıb. İnsan qəribə məxluqdur. Kiçik qardaşım həmişə deyirdi ki, səni ata anama döydürəcəm. Ata-anam onun yalanına inanırdı, mənim doğru danışdığıma yox. İndi hamı yalana inanır.Yalandan sevirik, yalandan evlənirik. Biz əyrilərimiz düzəltməliyik.
Bu gün cəmiyyətin korlanmasında ən böyük günahkar zilayılardır.Bəlkə də mən güllələnməliyəm. Biz sussaq kim danışacaq?. Ziyalılar xalqa düzgünlüyü öyrətməlidirlər.
– Bu günlərdə maraqlı bir faktla qarşılaşdım. İsveçrədə rüşvət alıb vermək leqaldır. Onlar bunu görülən iş müqabilində zəhmət haqqı kimi qiymətləndirirlər. Sizcə Azərbaycan cəmiyyətində ən yaralı yerimiz olan rüşvətin ayağını kəsmək üçün  nə eləmək lazımdır?
-Dünyada 6 mindən çox etnik qrup  və millət var. Cəmi iki yüzdən çox dövlət var.Bioz sevinməliyik ki, 10 milyonluq bir xalq olaraq dövlətimiz var. Məmmədəmin Rəsulzadənin  vaxtında azərbaycanın ərazisi 114min kv. kilometr idi. Sonra bir az rus aldı , bir az iran bir az erməni, indi 86,6 min kv. kilometr qaldı.
Ölkədən qaçanların hamısı fərarilər idi

-Vətəni sevmək lazımdır. Vətənini, dövlətini, xalqını sevməyən arvadını da sevməz, anasını da. Mən Xoşqədəm xanımın verilişinə çıxanda ( Səni axtarıram proqramı) deyirdim ki, ölkədən çıxıb getmiş o adamları niyə geri qaytarırsan. Onların əksəriyyəti 90-cı illərdə müharibədən qaçıb gedən adamlar idilər, vətənini sevmədilər, çoxusu düşdü bomj gününə. 25-30 il müddətində anasını, atasını, sevddiyi qadını axtarmayan oğul gəlib vətənə oğul olacaq?Birinci növbədə dövləti sevmək lazımdır. Elə bir dövlət yoxdur ki, orda rüşvət olmasın. Amma mən şükür oxuyuram ki mənim dövlətim var.Ölkəmizdə onlarla etnik qruplar var. Demək olar ki hamısı müsəlmandır. Öncə düşünürdüm ki,I onları müsəlmanlıq bir araya gətirə bilər. Amma mən din dövləti olmağımızı istəmirəm.Bu ölkədə müxtəlif millətlər bir arada yaşayırlar. Əsas insan olmaqdır. Çexin Allahı ilə bizim Allahımızın arasında fərq varmı. O bizim hamımızı insan olaraq yaradıb. Mən həmişə rəhmətlik Heydər Əliyevin bir fikirini çox bəyənmişəm. “Biz hamımız azərbaycanlıyıq”. Qardaş olmağı bacarmalıyıq. Mənim üçün dünyada  millətindən asılı olmayaraq iki cür insan var- yaxşı adam , pis adam .
-Rəşid müəllim, keçmiş nəsil həkimlər xəstənin zahiri əlamətləri haqqında diaqnoz qoya bilirdilər. İndiki həkimlər USM, roentgen, müxtəlif analizlər olmadan bunu edə bilmirlər.

-Keşmiş həkimlər Zaxarin-Hed zonalarını yaxşı öyrənirdilər. Bu nə deməkdir? Daxili orqanların xəstəlikləri zamanı insanın dəri səthində ağrı yaranan yüksək həssas sahələridir.Bu onunla izah olunur ki,zədələnmiş orqanlardan simpatik sinir liflərilə onurğa beyinə daxil olan ağrı qıcıqları həmin seqmentdə olan bütün hissi hüceyrələrə yayılır.Nəticədə bu seqmentlə əlaqəli olan dəridə də ağrı yaranır.Bu reflektor proses əksinə də baş verə bilir,belə ki,dəridə olan patoloji proses daxili orqanlarda ağrını provokasiya edir.Daxili orqanların xəstəlikləri zamanı bu reflektor zonalarda dərinin qalınlaşması,sərtləşməsi,dərialtı şişkinliklərin olması,dəri elastikliyinin pozulması ,davamlı ağrı müşahidə oluna bilir.
Bu reflektor zonaların öyrənilməsi xəstəliklərin müalicəsində geniş tətbiq olunur Məsələn öd ağrıları sağ ayağın aşağı üçdə bir hissəsində ağrı kimi özünü göstərirdi, və ya ürək ağrıları sol qolda və kürəkdə ağrılara səbəb olurdu.Çoxsaylı araşdırmalar sübut edib ki,bu Zaxarin-Hed zonalarına fiziki faktorlarla təsir etməklə,daxili orqanların həyati vacib funksiyalarını yaxşılaşdırmaq mümkündür.Müalicə məqsədilə müvafiq dəri səthinə tətbiq olunan massaj,refleksoterapiya,neyrostimulyasiya və s. prosedurları orqan patologiyasından asılı olaraq mədənin evakuator və sekresiya funksiyasını yaxşılaşdırır,ağciyərlərdə xəstəliklərdən sonra durğunluğu aradan qaldırır,plevrada çapıq və bitişmələrin yaranmasının qarşısını alır,toxumalarda regenerasiyanı yaxşılaşdırır,qan dövranını tənzimləyir,başağrılarını,xronik yorğunluğu aradan qaldırır.
Bu virus nə sən ölüm qanır, nə mən ölüm

-Həkim, bir izləyicimiz sual verir ki, saç göbələyə görə tökülürsə bunun qarşısını almaq olarmı?

-Bəli. Saç tökülmələrinə 80 faiz ayaqdakı göbələk xəstəlikləri səbəb olur. Ayaqda göbələk varsa əl vasitəsi ilə saça düşür və problem yaradır Ayağı müalicə edin, saçınız sağlam olsun.
-Revmatizm xəstəliyinin tam müalicəsi varmı?

-Bəli vardır.Revmatizmi A qrupu Beta hemolitik streptokok virusu törədir.Angina, tonzilit, burnunda iltihab, polip olan adamların əksəriyyəti gələcəkdə revmatizm xəstələri olurlar.Bu virusun sevdiyi yer oynaqların mayesi və qığırdaqlarıdır.Onlar burda toksin ifraz edir,və oynaq zədələnir.Bizim bir çox həkimlər səbəbə yox nəticəyə baxır. Damdan yağış damırsa  döşəmə çürüyür. Həkimlər damı düzəltmədən döşəməni sağaltmağa çalışırlar. Təbii ki,belə olanda  bu azar yenidən təkrarlanmalıdır. Bu virus nə sən ölüm qanır, nə mən ölüm. O düz 3 ilə sağalır.Xəstə yaz  payız müalicə almalıdır.Revmatizm mikrobları beyinə gedə bilən 3 mikrobdan biridir. Bir də görürsən uşaq durduğu yerdə gözünü döyür,çiynini atır. Nevropotoloqa aparırlar, o da özünəuyğun dərmanlar yazır. Bunlar beyin revmatizminin əlamətləridir.Nevropotoloqluq  məsələ deyil.
-Bir isləyicimiz sizə sual verir ki, iynə vurulduqdan sonra 15 dəqiqə özümdə olmuram, tərləyirəm, özümü pis hiss edirəm. Bu nədən ola bilər?

-Bu nevroz əlamətidir.Yüngül müalicə ilə sağaılmaq olar.
-Bu il Azərbaycan xəstəxanalarında miningitdən ölüm halları qeydə alındı. Bu xəstəlik müalicəyə tabe olurmu, necə müalicə edilməlidir?

-Miningiti onurğa beynin mayesinə bir sutkada vurulan 3 qram həddində pensilinlə müalicə etmək lazımdır. Artıq miqdarda olarsa bu xəstəyə sudurğalar verə bilər. Uzun müddət həkimlər düşünürdülər ki, bu şok vəziyyət xəstəlikdən irəli gəlir. Halbuki pensilinin artıq vurulması ilə yaranırdı. Mən israrla bildirirəm, miningit xəstəliyi zamanı əzələyə vurulan pensilinin faydası.Meninqakoku məhv etmək üçün onurğa beyin mayesinə pensillin vurulmalıdır.beyində hər gün 200 qram yeni maye əmələ gəlir. Vurulan pensilin sirkulasiya edib sağalmaya səbəb olur.
-Metobolizmi necə sürətləndirmək olar?

-Qalxanabənzər vəzdə yod çatışmazlığından tiroksin maddəsi az yaranırsa bu problemlərə səbəb olur.Tiroksin əmələ gələn kimi 95 faiz zülalla birləşir, 5 faiz isə bədəndə 5 dəfə dövr edir ki bütün hüceyrələrə çatsın. Hüceyrənin qızdırıcısı mitoxondiridir. Bu tiroksin mitoxondiriyə daxil olub qıcıqlandırır, həırkətə keçirir.Adam var yerində durammır. Adam var yerindən duranmır Bunun hamsı ionlaşmı yodun çatışmazlığından irəli gəlir. Böyük Qafqaz sıra dağalrında yod miqdarı 30-31 pikoqram, Kiçik Qafqaz sıra dağlarında 45 pikoqram təşkil edir. Biz isə bunu gün ərzində100- 300 pikoqram qəbul etməliyik. Ala bilmədiyimiz üçün mübadilə zəifləyir, yediyimiz piyə dönür. Suyu yodlaşdırsalar hər butulkaya bir qəpik xərc düşər. Amma etmirlər, edəndə də od qiymətinə verirlər. Yodomarin istifadə etmək olar. Feyxoa, yerli xurma, alma tumu, qoz qabığı kimi maddələrdə çiy halda istifadə etsəniz yod almaq olar.
-Sonda bir ağsaqqal məsləhətiniz nə olardı?

-Başımıza gələn bəlaların hamısı savadsızlıqdandır. Əlinizdə imkan varsa balalarınızın təhsil almasına imkan yaradın.Bizim xalqımız gözəl xalqdır. Qoy balalarımız oxuyub ziyalı olsunlar, savadlı olsunlar və bu xalqın gələcəyi üçün can yandırsınlar.

LEGİON.AZ







Xəbər lenti

img Qafqaz
Azərbaycanlı şəxs yemək yeyib ağzını pulla sildi – VİDEO

2018-12-14 / 18:40:59
img Günün xəbərləri
“Özkardeşlər” və “Qızıl balıq” BAĞLANDI

2018-12-14 / 18:29:46
img Manşet xəbərləri
Prezident İlham Əliyev İranın informasiya və milli təhlükəsizlik nazirini qəbul edib YENİLƏNİB

2018-12-14 / 18:23:29
img Manşet xəbərləri
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

2018-12-14 / 13:02:19
img Cəmiyyət
Agentlik “quş qripi” ilə bağlı əhaliyə xəbərdarlıq etdi

2018-12-14 / 12:44:46
img Hadisə
Gəncədə qadını “İnstagram” vasitəsilə şantaj edən şəxs saxlanıldı

2018-12-14 / 12:34:13
img Dünya
Hindistanda uçqun altında qalan fəhlələrin axtarışları nəticə verməyib

2018-12-14 / 12:25:20
img Ölkə
Gələn ildən Bakı Limanında elektron bilet satışı tətbiq olunacaq

2018-12-14 / 12:20:11
img Günün xəbərləri
Oqtay Əsədov: Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir

2018-12-14 / 12:14:10
img Cəmiyyət
Qadınlarda xərçəng xəstəliyinin ən VACİB 5 ƏLAMƏTİ

2018-12-13 / 17:20:27
img Dünya
2 min illik qəbirdə şok detal — Ayaqlarını kəsib dəfn ediblər (FOTOLAR)

2018-12-13 / 16:59:50
img Sosial
Azərbaycanda kolbasa “poroşok”dan hazırlanır? – İddia

2018-12-13 / 16:45:09
img Cəmiyyət
Kartof yuxu üçün səmərəli qidadır

2018-12-13 / 16:36:16
img Ölkə
Prezident Xətainin icra başçısını işdən çıxardı

2018-12-13 / 16:34:19
img Manşet xəbərləri
Azərbaycan Prezidenti: Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib

2018-12-13 / 16:32:20
img Manşet xəbərləri
Əli Həsənov: Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq...

2018-12-12 / 18:48:54
img Cəmiyyət
Bakıda məktəbə buraxılmayan qızla bağlı YENİ XƏBƏR - İŞƏ POLİS QARIŞDI

2018-12-12 / 18:27:30
img Manşet xəbərləri
İlham Əliyev Rusiya və NATO generallarının Bakı görüşündən danışdı - YENİLƏNİB

2018-12-12 / 16:00:04
img Manşet xəbərləri
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib + FOTO

2018-12-12 / 12:15:07
img Manşet xəbərləri
Heydər Əliyevin anım günüdür - FOTOLAR

2018-12-12 / 11:09:49
img Ölkə
Azərbaycanda bağça müəlliminin videosu yayıldı: Uşaqların yanında söyüş söyür - VİDEO

2018-12-11 / 18:01:06
img Müsahibə
Məşhur aktrisa unuda bilmədiyi insan haqqında: “Həyatımda olmayan…” - MÜSAHİBƏ

2018-12-11 / 17:24:52
img Sosial
Bakıda şirkət xaricdə işləmək istəyən qardaşlardan pul aldı - Biri Polşada küçələrdə qaldı (VİDEO)

2018-12-11 / 17:08:04
img Günün xəbərləri
Bakı meri sabiq deputatın restoranını SÖKDÜRÜR - FOTO

2018-12-11 / 16:54:08
img Manşet xəbərləri
Tarixə yazılan epoxa, tarixə çevrilən şəxsiyyət...

2018-12-11 / 16:49:06

Bütün xəbərlər