logo
RU

Manşet xəbərləri

“STANDART İNSURANCE” SIĞORTA ŞİRKƏTİNİN FIRILDAĞINA GÖZ YUMULUR

img




Baş Prokurorluq və Maliyyə Nazirliyi vətəndaşın əmlakının talanmasına ögey münasibət bəsləyir?

İki il əvvəl öz təzə avtomobilini “Standart İnsurance” sığorta şirkətində sığortalayan vətəndaş Rövşanə Qafarlı həmin şirkət tərəfindən aldadılması ilə bağlı bu yaxınlarda “Qafqaz Region” İctimai Birliyinə müraciət edib. Bu barədə “Qafqaz Xəbər” qəzetinə “Qafqaz Region” İctimai Birliyinin sədri Mahmud Rasimoğlu bildirib.

“Standart İnsurance” sığorta şirkətinin özbaşınalığına məruz qalan vətəndaş Qafarlı (müqavilə bağlanarkən Mehtiyeva) Rövşanə Daşqın qızı “Qafqaz Region” İctimai Birliyinə etdiyi müraciətdə bildirir ki, 21.08.2015-ci il tarixdə “Bank Standart” QSC KB-dan kreditə götürdüyü 31.200 ABŞ dolları məbləğində pula “Toyota Bakı Mərkəzi”ndən “Toyota Prado” markalı avtomaşın alıb.

22.08.2015-ci il tarixdə isə “Standart İnsurance” sığorta şirkəti Qafarlı Rövşanəyə şirkətin hesabına 2.547,88 manat pul ödətdirərək, onunla 3 il müddətinə həmin nəqliyyat vasitəsinin “Kasko sığortası müqaviləsi” bağlamış və ona ABFH-00058 №-li “Nəqliyyat vasitəsinin sığortası şəhadətnaməsi” verib.

19.05.2016-cı il tarixdə Masallı rayonu ərazisində yol-nəqliyyat qəzası nəticəsində avtomaşına texniki ziyan dəyib. Həmin vaxt DYP əməkdaşları və “Standart İnsurance” sığorta şirkətinin sığorta mütəxəssisləri hadisə yerinə gələrək müvafiq qaydada sənədləşmə apardıqdan sonra, sığorta şirkətinin mütəxəssisləri qəzalı vəziyyətdə olan avtomaşını evakuatorla, özlərinin deməsinə görə, təmir etdirmək məqsədilə Bakı şəhərinə, “Toyota Bakı Mərkəzi”nə aparmışlar.

Lakin “Standart İnsurance” sığorta şirkəti bu günə qədər sığorta müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən, yəni avtomobili təmir etdirmək üçün pulu vətəndaşa ödəməkdən müxtəlif bəhanələrlə yayınır.

Dəfələrlə edilmiş sorğulara da qeyri-dəqiq cavablar verməklə yaxasını kənara çəkmək istəyən sığorta şirkəti, sonuncu dəfə – 08.12.2017-ci il tarixdə vətəndaşa bildirib ki: “Sığorta şəhadətnaməsinə əsasən fayda götürən şəxs QSC “Bank Standard” KB qeyd olunmuşdur. 29 iyul 2016-ci il tarixdə tərəfimizdən “Bank Standard”a 847 saylı məktub ünvanlanaraq sığorta ödənişinin kimə ödənilməsi ilə bağlı məlumat verilməsi xahiş olunmuşdur, lakin həmin müraciətə bu günə qədər cavab verilməmişdir. Vurulmuş zərərin dəyərini müəyyən etmək üçün avtomobilin qalıqlarına baxış keçirmək üçün şərait yaradılması xahiş olunur.”

Bu məktubdan sonra Qafarlı Rövşanəyə aydın olmuşdur ki, sığorta şirkəti ilk öncədən, yəni “sığorta müqaviləsi bağlamaq” adı ilə onu aldadaraq şirkətin hesabına 2.547,88 manat pulu ödətdirdikdən sonra, ona bildirmədən və gələcək hüquqi nəticələrini izah etmədən sığorta şəhadətnaməsində 3-cü tərəfi, yəni sığorta şirkətinin öz şəriki olan QSC “Bank Standard” KB-nı müqavilədə “fayda götürən şəxs” qismində göstərərək sığorta şəhadətnaməsini Qafarlı Rövşanəyə imzalatdırmışlar. Elə bu səbəbə də, sığorta şirkəti 2 ildir ki, sığorta pulunu ona ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırır və adını da qoyur ki, “fayda götürən şəxsdən icazə ala bilmirik”.Haqsızlığa düçar olmuş vətəndaşın müraciət etdiyi “Qafqaz Region” İctimai Birliyinin sədri Mahmud Rasimoğlu məsələ ilə bağlı bildirib ki, faktiki olaraq sığorta şirkətinin əməkdaşları əvvəlcədən, məqsədyönlü olaraq Qafarlı Rövşanənin etibarından sui-istifadə etməklə və aldatma yolu ilə sığorta şirkətində şəhadətnaməni ona elə şərtlə imzlatdırıblar ki, gələcəkdə pulu vətəndaşa yox, öz banklarına ödəsinlər. Əgər Qafarlı Rövşanəyə izah edilsəydi ki, 2.547,88 manat məbləğində sığorta pulunu sığorta şirkətinə o, ödəmiş olsa da, gələcəkdə zərurət yarandıqda yəni, qəzaya uğramış avtomobili təmir etdirmək üçün sığorta pulunu Qafarlı Rövşanəyə yox, şəhadətnamədə göstərilən “fayda götürən şəxsə”, yəni QSC “Bank Standard”a ödəyəcəklər, nəinki, Qafarlı Rövşanə, heç kim belə bir aldadıcı sövdələşməyə razılaşmazdı.

Hələ bu azmış kimi, qəzalı avtomobili hadisə yerindən 19.05.2016-cı il tarixdə Masallı rayonu ərazisində yerləşən DYP postundan evokuatorla “təmirə aparan” “Standart İnsurance” sığorta şirkətinin mütəxəssisləri avtomobili elə “itiriblər” ki, 2 ildən sonra vətəndaşa məktub yazaraq avtombilə vurulmuş zərərin dəyərini müəyyən etməkdən ötrü avtomobilin qalıqlarına baxış keçirməsi üçün Qafarlı Rövşanədən şərait yaradılmasını xahiş edirlər.

Bu məktubla “Standart İnsurance” sığorta şirkəti öz mütəxəssislərinin “itirdiyi” avtomobili vətəndaşdan tələb edir. Sual yaranır ki, vətəndaşa 2.547,88 manat məbləğində sığorta pulunu öz hesabına ödətdirən sığorta şirkətinin fəaliyyəti bəs nədən ibarətdir?! Vətəndaşı aldadıb onun pulunu və avtomobilini mənimsəməkdənmi?!

Qafqaz Region” İctimai Birliyinin sədri Mahmud Rasimoğlunun dediyinə görə vətəndaşın şikayəti ilə bağlı tədbir görülməsi üçun Baş prokuror Zakir Qaralova, Maliyyə naziri Samir Şərifova dəfələrlə müraciət olunmuşdur. Maliyyə Nazirliyi məsələnin yoxlanılıb tədbir görülməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına yazılı göstəriş versə də, Palata departamentinin direktoru Əfqan Baxışovun imzaladığı 15.05.2018-ci il tarixli 1821013459 saylı məktubla vətəndaşa “hüquq-mühafizə orqanlarına müraciət etmək” tövsiyyə olunsa da, gələcəkdə belə fırıldaqların baş verməməsi barədə nədənsə Palata “Standart İnsurance” sığorta şirkəti barəsində heç bir tədbir görmür ki, görmür.Baş Prokurorluq isə, ümumiyyətlə susmaq mövqeyini tutaraq özünü necə deyərlər, “görməməzliyə” və ”bilməməzliyə” vurub. Bu da onu düşünməyə əsas verir ki, şikayət məktubları Baş prokurorluğa “yetişməyib”.Bu səbəbdən “Qafqaz Region” İctimai Birliyi məsələnin ictimailəşməsi üçün ölkə mətbuatından dəstək gözləyir. Yaddan çıxartmayaq ki, bu cür qanunsuzluqla hər birimiz üzləşə bilərik.

Sənan Məmmədli

“Qafqaz Xəbər” qəzeti


“STANDARD İNSURANCE” sığorta şirkətindən müştərisinə qarşı görünməmiş fırıldaq

Bank Standard qanunu pozub?

«Standart Insurance sığorta haqqını ödəməkdən imtina edir”








Xəbər lenti

img Sosial
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi - MedEra Hospitalda BİABIRÇILIQ

2018-10-15 / 17:40:06
img Günün xəbərləri
Qızına yarım milyonluq toy edən məmur polisin nəzarətinə verildi

2018-10-15 / 17:18:36
img Manşet xəbərləri
On beş il: sabit və təhlükəsiz Azərbaycan

2018-10-15 / 17:12:02
img Qafqaz
Rəsmi Bakıdan Ermənistana XƏBƏRDARLIQ

2018-10-13 / 16:18:51
img Dünya
Müdir yaxşı işləməyən işçilərini küçədə biabır etdi - Lüt soyunduraraq... - VİDEO

2018-10-13 / 16:07:56
img Günün xəbərləri
Şirkətlər “Günay Bank”dan pullarını geri götürüb

2018-10-13 / 15:58:56
img Manşet xəbərləri
Mehriban Əliyeva Birinci Moskva Dövlət Tibb Universitetini təbrik etdi + FOTO

2018-10-13 / 15:11:19
img Hadisə
Əfqanıstanda terror: 12 ölü, 32 yaralı

2018-10-13 / 15:06:46
img Sosial
Məşhur professordan SƏRT SÖZLƏR: “Bunu etməyin, hamımızın gələcəyi...”

2018-10-13 / 13:56:41
img Cəmiyyət
Astma, revmatizm, allergiyaya SON - Orqanizmi təmizləməyin metodu

2018-10-13 / 13:43:46
img Ölkə
Sabah yağış, leysan, DAŞQIN OLACAQ - XƏBƏRDARLIQ

2018-10-13 / 13:32:02
img Dünya
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq - Hesabınız ələ keçə bilər

2018-10-13 / 13:28:19
img Günün xəbərləri
“Sürüşmələr davam etsə, sahildə tikilən hündür binaların hamısı çökəcək” – Memar həyəcan təbili çaldı

2018-10-13 / 13:20:30
img Video xəbərlər
Məktəblilərin həyatı təhlükədə - VİDEO

2018-10-12 / 11:52:29
img Manşet xəbərləri
Qərb və Şərq mədəniyyətlərini birləşdirən düşüncə körpüləri

2018-10-12 / 11:42:18
img Hadisə
Şəhərin mərkəzində tələbəyə qarşı ŞOK HƏRƏKƏT - AZƏRBAYCANDA

2018-10-12 / 11:35:44
img Cəmiyyət
Agentlikdən pestisid idxal edənlərə XƏBƏRDARLIQ

2018-10-12 / 11:31:18
img Dünya
İnternet fenomenini qətlə yetirib VİDEOYA ÇƏKDİLƏR

2018-10-12 / 11:27:08
img Günün xəbərləri
Cahangir Hacıyevin həyat yoldaşının Londonda xərclədiyi vəsait Azərbaycana qaytarıla bilər

2018-10-12 / 11:25:29
img Cəmiyyət
“Kapitalbank” şəhidlərin qanpulundan pul tutur- NARAZILIQ

2018-10-11 / 21:16:16
img Sosial
"Koroğlu" firmasından ŞİKAYƏT - Fəhləlik də təcrübə ilədir?

2018-10-11 / 21:02:55
img Günün xəbərləri
Daha bir bank quyunun dibinə doğru yön alıb... - "GünayBank”da BÖHRAN işartıları...

2018-10-11 / 20:55:56
img Video xəbərlər
Direktorun uşaqları işlətməsi görüntülərini çəkən müəllim efirə çıxdı – Video

2018-10-11 / 20:44:31
img Cəmiyyət
Bu qidalar xolesterolu stabilləşdirir – Siyahı

2018-10-11 / 20:40:39
img Manşet xəbərləri
İlham Əliyev Qubada yeni müəssisələrin açılışında - YENİLƏNDİ

2018-10-11 / 20:37:59

Bütün xəbərlər