logo
RU

Manşet xəbərləri

İlham Əliyev and içib – YENİLƏNİB-3-(FOTO+VİDEO)

img




Fotolar əlavə olunub
*** 10:08

LEGİON.AZ
  “Report”a istinadən xəbərinə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olunublar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək deyib ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2018-ci il 17 aprel tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan edib: “Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət olunur”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içib: “Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam”.
Prezident İlham Əliyev təzim edərək, Azərbaycanın dövlət bayrağını öpüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyib.
Bununla da andiçmə mərasimi başa çatıb.



Bakı. 18 aprel. REPORT.AZ/ Prezident İlham Əliyevi müşayiət edən fəxri kortej Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasiminin keçirildiyi Milli Məclisə yola düşüb.
“Report”un xəbərinə görə, Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriblər.
*** 09:37
Bakı. 18 aprel. REPORT.AZ/ Aprelin 11-də keçirilən Prezident seçkilərində qalib gələn İlham Əliyevin andiçmə mərasimi başlayıb.
“Report”un xəbərinə görə, tədbir Milli Məclisdə keçirilir.
Mərasimdə Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak edirlər. Andiçmə bitəndən sonra Nazirlər Kabineti istefaya gedəcək və hökumətin yeni tərkibi elan olunacaq.
Qeyd edək ki, Konstitusiya Məhkəməsi Azərbaycan Prezidenti seçkilərinin nəticələrini təsdiqləyib, seçkilərdə ən çox səs toplamış, namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev Prezident elan edilib. Konstitusiyanın 103-cü (Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı) maddəsinə əsasən, Azərbaycan Prezidenti seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın
elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir.
Andın mətni belədir: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.
And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
Xatırladaq ki, aprelin 11-də keçirilmiş Prezident seçkilərində keçirilən səsvermənin nəticələrinə əsasən, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 %, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3.02%, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3.12 %, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3.03%, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1.38%, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1.52%, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1.17%, “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0.74% səs toplayıb.

LEGİON.AZ















Xəbər lenti

img Günün xəbərləri
ABŞ “Huawei” üçün lisenziyanı daha 90 günlüyə uzadacaq

2019-08-19 / 19:16:27
img Ölkə
Deputat İqbal Məmmədovun oğlu həbs olunub - RƏSMİ

2019-08-19 / 19:15:08
img Dünya
Özbəkistanda 120 yaşlı qadına biometrik pasport verilib

2019-08-19 / 19:13:51
img Dünya
Netanyahu Zelenskini İsrailə dəvət etdi

2019-08-19 / 19:01:13
img Günün xəbərləri
Gəlirsiz turizm: hara gedirik? – Məmur hərisliyi, boş qalan otellər

2019-08-19 / 18:57:39
img Cəmiyyət
Enerji içkiləri bizi necə məhv edir?

2019-08-19 / 16:11:28
img Dünya
1700 məhkum əfv edildi

2019-08-19 / 16:09:24
img Hadisə
"Real", "Barselona" və "Liverpul"un ulduzları Bakıya gəlir

2019-08-19 / 16:08:29
img Dünya
"WhatsApp"da iki gözlənilməz yenilik var

2019-08-19 / 16:07:04
img Hadisə
Sabiq prezident məhkəmə qarşısında

2019-08-19 / 16:05:31
img Günün xəbərləri
Azərbaycanda vahid məktəbli forması tətbiq ediləcək - Tarix AÇIQLANDI

2019-08-19 / 16:03:54
img Sosial
Boşanmış ailənin uşağı kimin yanında qalmalıdır? - Ali Məhkəmənin GÖSTƏRİŞİ

2019-08-19 / 12:05:52
img Ölkə
Vəzifəli şəxs kobud nöqsanlara görə işdən çıxarıldı

2019-08-19 / 12:04:22
img Dünya
ABŞ-ın İrana qarşı sanksiyaları Ermənistana da toxundu

2019-08-19 / 12:02:30
img Ölkə
Könül Xasıyeva haqqında yalan yazanlardan şikayət edəcək

2019-08-19 / 12:01:10
img Qafqaz
Gürcüstanda güclü fırtına ilə bağlı xəbərdarlıq edilib

2019-08-19 / 11:49:14
img Hadisə
Səudiyyə Ərəbistanında yataqlara edilən hücum fonunda neft bahalaşır

2019-08-19 / 11:47:48
img Manşet xəbərləri
BMT-nin Baş katibi Ümumdünya Humanitar Yardım günü ilə əlaqədar müraciət yayıb

2019-08-19 / 11:45:57
img Dünya
"Grace 1" Cəbəllüttariqi tərk etdi

2019-08-19 / 11:33:44
img Qafqaz
Rusiya Ermənistana sabiq millət vəkilini təhvil verməyi rədd edib

2019-08-17 / 17:29:10
img Manşet xəbərləri
“Fitch” Gürcüstanın iqtisadi artım proqnozunu azaldıb

2019-08-17 / 17:27:49
img Cəmiyyət
Əzələlərini iynə ilə şişirdənin qolları kəsilə bilər – Foto

2019-08-17 / 17:25:29
img Günün xəbərləri
Avqustun 17-nə olan hava proqnozu

2019-08-17 / 17:24:16
img Dünya
Yerdə istilik rekord həddi aşıb

2019-08-17 / 17:23:17
img Dünya
ABŞ "Huawei"ə güzəştə gedə bilər

2019-08-17 / 11:39:22

Bütün xəbərlər