logo
RU

Ölkə

Məzahir Pənahov: “Seçicilərə heç kim təzyiq edə bilməz”

img




Aprelin 11-də səhər saat 8.00-da Azərbaycan Respublikasının prezidenti seçkiləri başlayıb.
Modern.az xəbər verir ki, bu münasibətlə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Seçkilər” İnformasiya Mərkəzində mətbuat konfransı keçirib.
MSK sədri bildirib ki, 125 seçki dairəsinin əhatə etdiyi bütün seçki məntəqələrində normal səs vermək üçün Seçki Məcəlləsinin tələblərinə uyğun hər cür şərait yaradılıb. Prezident seçkilərində 5 milyon 300 mindən çox seçici 5 min 641 məntəqədə səs verəcək. Onlardan 41-i Azərbaycanın hüdudlarından kənardadır. Prezident postu uğrunda 8 namizəd mübarizə aparır.
"Bu gün biz gözləməliyik ki, Azərbaycan seçicisi öz hüququndan istifadə etməklə səsvermədə iştirak etsin. Bütün seçki məntəqələrində seçicilərin azad şəkildə səs verməsi üçün lazımi şərait yaradılıb".
M.Pənahov bildirib ki, seçki böyük bir prosesdir: “Müxtəlif fikirli insanlar var və biz çalışmalıyıq ki, hər bir tərəf üçün şərait yaradaq və heç bir tərəf narazı qalmasın. Bütün seçicilər azad və sərbəst şəkildə səs vermək hüququndan istifadə etməlidir”.
MSK sədri bildirib ki, seçicilərə heç kim hər hansı bir formada təzyiq edə bilməz: “Sonuncu seçici məntəqəni tərk etdikdən sonra saat 19:00-da seçki məntəqələri bağlanır. Artıq bundan sonra heç kim məntəqəyə daxil ola bilməz və heç bir müşahidəçi və ya KİV nümayəndəsindən məntəqəni tərk etməyi tələb etmək olmaz”.
Dairə seçki komissiyalarının hamısı kompüterləşdirilib və digər lazımi avadanlıqla təmin olunub. Kompüterlər Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminə qoşulub. Bu da bütün məlumatların MSK-nın “Seçkilər” İnformasiya Mərkəzinə operativ ötürülməsini təmin edəcək.
Gün ərzində beş dəfə “Seçkilər” İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair məlumatlar yayımlanacaq. Bu məlumatlar, həmçinin MSK-nın internet səhifələrində yerləşdiriləcək.
Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bu isə ümumi məntəqələrin 18 faizi deməkdir. Seçki prosesinin gedişini minə yaxın beynəlxalq müşahidəçi bütün məntəqələrdə maneəsiz izləyəcək. Yerli müşahidəçilərin ümumi sayı isə 58 mindən artıqdır. Çoxsaylı xarici kütləvi informasiya vasitəsi də seçkilərin işıqlandırılmasında iştirak edir.
Səsvermə saat 19:00-da başa çatacaq.

LEGİON.AZ







Xəbər lenti

img Qafqaz
Azərbaycanlı şəxs yemək yeyib ağzını pulla sildi – VİDEO

2018-12-14 / 18:40:59
img Günün xəbərləri
“Özkardeşlər” və “Qızıl balıq” BAĞLANDI

2018-12-14 / 18:29:46
img Manşet xəbərləri
Prezident İlham Əliyev İranın informasiya və milli təhlükəsizlik nazirini qəbul edib YENİLƏNİB

2018-12-14 / 18:23:29
img Manşet xəbərləri
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

2018-12-14 / 13:02:19
img Cəmiyyət
Agentlik “quş qripi” ilə bağlı əhaliyə xəbərdarlıq etdi

2018-12-14 / 12:44:46
img Hadisə
Gəncədə qadını “İnstagram” vasitəsilə şantaj edən şəxs saxlanıldı

2018-12-14 / 12:34:13
img Dünya
Hindistanda uçqun altında qalan fəhlələrin axtarışları nəticə verməyib

2018-12-14 / 12:25:20
img Ölkə
Gələn ildən Bakı Limanında elektron bilet satışı tətbiq olunacaq

2018-12-14 / 12:20:11
img Günün xəbərləri
Oqtay Əsədov: Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir

2018-12-14 / 12:14:10
img Cəmiyyət
Qadınlarda xərçəng xəstəliyinin ən VACİB 5 ƏLAMƏTİ

2018-12-13 / 17:20:27
img Dünya
2 min illik qəbirdə şok detal — Ayaqlarını kəsib dəfn ediblər (FOTOLAR)

2018-12-13 / 16:59:50
img Sosial
Azərbaycanda kolbasa “poroşok”dan hazırlanır? – İddia

2018-12-13 / 16:45:09
img Cəmiyyət
Kartof yuxu üçün səmərəli qidadır

2018-12-13 / 16:36:16
img Ölkə
Prezident Xətainin icra başçısını işdən çıxardı

2018-12-13 / 16:34:19
img Manşet xəbərləri
Azərbaycan Prezidenti: Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib

2018-12-13 / 16:32:20
img Manşet xəbərləri
Əli Həsənov: Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq...

2018-12-12 / 18:48:54
img Cəmiyyət
Bakıda məktəbə buraxılmayan qızla bağlı YENİ XƏBƏR - İŞƏ POLİS QARIŞDI

2018-12-12 / 18:27:30
img Manşet xəbərləri
İlham Əliyev Rusiya və NATO generallarının Bakı görüşündən danışdı - YENİLƏNİB

2018-12-12 / 16:00:04
img Manşet xəbərləri
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib + FOTO

2018-12-12 / 12:15:07
img Manşet xəbərləri
Heydər Əliyevin anım günüdür - FOTOLAR

2018-12-12 / 11:09:49
img Ölkə
Azərbaycanda bağça müəlliminin videosu yayıldı: Uşaqların yanında söyüş söyür - VİDEO

2018-12-11 / 18:01:06
img Müsahibə
Məşhur aktrisa unuda bilmədiyi insan haqqında: “Həyatımda olmayan…” - MÜSAHİBƏ

2018-12-11 / 17:24:52
img Sosial
Bakıda şirkət xaricdə işləmək istəyən qardaşlardan pul aldı - Biri Polşada küçələrdə qaldı (VİDEO)

2018-12-11 / 17:08:04
img Günün xəbərləri
Bakı meri sabiq deputatın restoranını SÖKDÜRÜR - FOTO

2018-12-11 / 16:54:08
img Manşet xəbərləri
Tarixə yazılan epoxa, tarixə çevrilən şəxsiyyət...

2018-12-11 / 16:49:06

Bütün xəbərlər