logo
RU

Manşet xəbərləri

Jurnalistlər Vəkillər Kollegiyasına müraciət etdilər

img




“Vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır.”

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Abbasov Xaliq Nərman oğlunun “Qafqaz Xəbər Agentliyi” MMC-nin qafqaznews.az saytına qarşı qaldırdığı əsassız iddia ilə bu ilin yanvar ayında Nərimanov rayon Məhkəməsində başlanan məhkəmə çəkişməsi hal-hazırda Xətai rayon Məhkəməsində davam etdirilir.

İddiaçı – “Şurataz” şirkətinin sahibi Xaliq Abbasovu 1 saylı Hüquq Məsləhətxanasının vəkili Rəfiyev Şahin təmsil edir.

02.04.2018-ci il tarixdə Xətai rayon Məhkəməsində hakim İlahə xanım Abbasovanın sədrliyi ilə keçirilən növbəti məhkəmə iclasında vəkil Rəfiyev Şahin ictimai yerdə, hakim İlahə xanım Abbasovanın, məhkəmənin katibinin və məhkəmə zalında əyləşən bir neçə vətəndaşın yanında “Qafqaz Xəbər Agentliyi”nin jurnalistlərini “hədə-qorxu ilə tələb etmə”də ittiham edib.

Belə ki, vəkil Rəfiyev Şahin mülki iddia üzrə araşdırma aparılan məhkəmə iclasında “Qafqaz Xəbər Agentliyi”nin kollektivinin, onun sözləri ilə desək “mətbuat reketçiliyi ilə məşğul olmaqda” ittiham edib və bildirib ki, sitat: “qafqazxəbər reket jurnalistlərdir. Həmin yazıların dərc edilməməsi üçün onlar dəfələrlə müxtəlif şəxslərlə Xaliq Abbasova müəyyən sözlər-ismarıclar yollayıblar ki, istəmirsinizsə sizdən yazaq, bizə 20.000-30.000 pullar ödəyin, yoxsa biz başlayacağıq yazmağa. Bu da mətbuat reketçiliyidir. Onları həbs etdirmək üçün müraciət etmişəm. Yazılar reket istiqamətində aparılır.”

Aparılan məhkəmə iclası mülki işlə əlaqədar olduğu halda hakim İlahə xanım Abbasova vəkilin çıxışını kəsməli və mülki iddianın mahiyyəti üzrə izahat verməsini tələb etmək əvəzinə ona sərbəstlik verib. El dili ilə ifadə etsək bu “buyur eninə-boyuna döşə, ürəyini boşalt!” deməkdir.

Öz pafoslu çıxışından zövq alan və hakimin onu özbaşına buraxmasından daha da ruhlanan Rəfiyev Şahin, özünü öyməklə çıxışını mülki işə aidiyyəti olmayan və rabitəsiz sözlərdən ibarət cümlələrlə davam etdirib ki, sitat: “Bildirirəm ki, Xaliq Abbasov “şurataz” şirkətinin direktoru deyil. Bundan başqa, qeyd edilir ki, Xaliq Abbasov öz işi ilə əlaqəli olaraq, keçmiş MTN-nin 4-cü baş idarəsinin rəisi Akif Çovdarov, Bunlar heç bilmirlər ki, Rəşid Əmircanov Akif Çovdarovun kiçik kürəkənidir, amma bu günki gündə, sadəcə olaraq, mən bir şeyi nəzərinizə çatdırıram ki, Akif Çovdarovun vəkili mənəm, o işlə əlaqədar heç hökm də qanuni qüvvəyyə minməyib, hələ apellyasiyaya da getməyib, mən danışa bilmərəm, dövlət sirri olduğu üçün mən burda məlumat verə bilmərəm, çünki, dövlət sirri olduğu üçün iltizama imza etmişəm, həmin işdə Xaliq Abbasov anlayışı, “şurataz” anlayışı, təkər biznesi anlayışı yoxdur. İnanın mənim səmimiyyətimə, möhtərəm hakim, sadəcə olaraq dövlət sirrinə imza etdiyim üçün sübutları təqdim edə bilmərəm.” Onun bu çıxışı özünün məhkəmə iclasında çəkdiyi atalar sözünü xatırladır: “Aşığın sözü qurtaranda nanay-nanay oxuyur.”

Bir az qabağa gedib bildirək ki, hakim İlahə xanım Abbasovanın da şahidə çevrildiyi məhkəmə iclasında jurnalistləri ağır cinayətdə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182. Maddəsi ilə nəzərdə tutulan – “Hədə-qorxu ilə tələb etmə”- cinayət əməlini törətməkdə ittiham etməsi ilə əlaqədar vəkil Rəfiyev Şahinin həmin Məcəllənin 147. (Böhtan) və 147.2. (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə məsuliyyətə cəlb olunması barədə xüsusi ittiham qaydasında məhkəməyə müraciət olunub.

Jurnalistlər tələb edirlər ki, Rəfiyev Şahinin vəkil adına ləkə gətirən əməllərinə dərhal Vəkillər Kollegiyası tərəfindən qiymət verilsin.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl 365info saytı Vəkillər Kollegiyasının 1 saylı hüquq məsləhətxanasının rəhbəri Sümbülə Əliyeva haqqında yazı dərc etmişdi.

Yazıda bildirilirdi ki, Sümbülə Əliyeva vəkillərin əmək haqqlarını mənimsəyir və bununla bağlı hüquq məsləhətxanasının vəkilləri mətbuat vasitəsi ilə Vəkillər Kollegiyasının sədri Anar Bağırova müraciət etmişdilər: “Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanasının kollektivi adından ərizə ilə Sizə müraciət etməyimizin səbəbi 1 saylı Hüquq Məsləhətxanasının müdiri Sümbülə Əliyevanın qeyri-qanuni əməlləridir.

Belə ki, S.Əliyeva uzun illərdir məsləhətxanada vəzifəsindən sui-istifadə edib, əvvəlki rəhbərliyin himayədarlığı ilə korrupsiya, mənimsəmə hallarına yol vermiş və qanunsuz əməllərini indi də davam edir. Lakin buna baxmayaraq ona qarşı heç bir tədbir görülmür və o öz çirkin, cinayətkar əməllərini davam etdirir.

Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanasının vəkillərinin əksəriyyətinin pul vəsaitləri S.Əliyeva tərəfindən mənimsənilibdir.Vəkillər 2017-ci ilin sentyabr-oktyabr-noyabr aylarının əmək haqqlarını ala bilmirlər və hər dəfə S.Əliyeva vəkillərə deyir ki, guya mühasib Sveta işə gəlmir, onun günahıdır (Svetanı da S.Əliyeva özü işə qəbul edibdir)

Vəkillərin pulları da düzgün hesablanmır. Məsləhətxanada başqa qanun pozuntuları da kifayət qədərdir.

Sizdən xahiş edirik müdir S.Əliyevaya məlumat vermədən “Kapital Bank”ASC-nin 1 saylı Yasamal Filialında 1 saylı Hüquq Məsləhətxanasının bank hesabında olan pul vəsaitlərini (hesab qalığını) yoxlayasınız, bununla bağlı komissiya yaradılsın.

Vəkillərin müqavilələrdən daxil olan pul vəsaitləri müqavilələrlə faktiki pulun hesabda olan vəziyyəti yoxlanılsa, məsləhətxananın pulları bank hesabından məxaric edilərək S.Əliyeva və mühasib Sveta tərəfindən mənimsənilərək qanunsuz xərclənməsi üzə çıxar. S.Əliyeva əmək haqqlarını necə istəyir, elə də verir. Plastik kartlar bütün vəkillərə verilməyibdir, əmək haqqının bir qismini karta, bir qismini tabelə, bir qismini isə məxaric orderinə yazmaqla verir. Məsləhətxananın bank hesabında olan yüz minlərlə pullar onun tərəfindən mənimsənilibdir.

Sizdən xahiş edirik audit keçirib bu faktları aşkara çıxarılmasına göstəriş verəsiniz.
Düşünürük ki, Sümbülə Əliyevanın korrupsiya və cinayət əməllərinə son qoyacaqsınız və biz vəkillərin yaxasını onun əlindən qurtaracaqsınız, iclasda vəd etdiyiniz islahatları burada aparacaqsınız. Çünki 1 saylı Hüquq Məsləhətxanasında artıq dözülməz bir vəziyyətdir!”,- həmin müraciətdə bildirilirdi.

Ancaq nədənsə 1 saylı hüquq məsləhətxanasının müdiri Sümbülə Əliyeva 365info saytına yox, “Qafqaz Xəbər” qəzetinin redaksiyasına müraciət edərək onun barəsində gedən yazıya iradlarını bildirmişdir.
Əlbəttə ki, obyektivlik naminə biz Sümbülə Əliyevanın da fikirini olduğu kimi dərc etmişdik. Ancaq həmin dərcin üstündən yarım saat keçməmiş Vəkillər Kollegiyasının sədri Anar Bağırovun dostu bizim redaksiya ilə əlaqə saxlayaraq Agentliyin rəhbərliyndən həmin yazının silinməsini tələb etmişdir. Tələbə rədd cavabı alan şəxs hətta Agentliyin rəhbərliyindən küsdüyünü büruzə vermişdir.

İndi də hadisələrin bu istiqamətdə cərəyan etməsindən aydın olur ki, vəkil Şahin Rəfiyevin bizi əsassız olaraq ağır cinayətdə ittiham etməsi, onun vəkillik fəaliyyəti ilə məşğul olduğu 1 saylı hüquq məsləhətxanasının rəhbəri Sümbülə Əliyeva barəsində “Qafqaz Xəbər”qəzetində dərc olunan məqalə ilə bağlıdır. Çox güman ki, Şahin Rəfiyev bu “fədakar xidməti” ilə müdiri Sümbülə Əliyevaya öz vəfadarlığını nümayiş etdirmək istəyib.

Baş verən hadisə ilə bağlı jurnalistlər Vəkillər Kollegiyasından tələb edirlər ki, Şahin Rəfiyevin vəkil adına ləkə gətirən hərəkətlərinə dərhal qiymət verilsin.
Tamerlan Zeynallı
“Qafqaz Xəbər” qəzeti







Xəbər lenti

img Günün xəbərləri
Yeni hökumət tam tərkibdə - Prezident sərəncam imzaladı

2018-04-23 / 19:44:29
img Sosial
Ağalar Vəliyevin “Kristal Abşeron”unda özbaşınalıq

2018-04-23 / 17:03:23
img Manşet xəbərləri
“Çıxarışdan” Əmlak Komitəsinə gedən yol

2018-04-23 / 16:05:45
img Dünya
Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

2018-04-23 / 14:07:18
img Qafqaz
Sarkisyanın son saatları: Rusiya Ermənistana ordu yeridir - Aprel döyüşçüləri MEYDANDA - CANLI YAYIM (YENİLƏNİR)

2018-04-23 / 13:35:49
img Hadisə
Göygöldə qar uçqunu altında qalanlar xilas edildi

2018-04-23 / 12:52:07
img Manşet xəbərləri
Prezident Oreşkini qəbul etdi

2018-04-23 / 12:31:26
img Cəmiyyət
Dar paltar geyməyin QORXUNC NƏTİCƏLƏRİ - İnanmayacağınız 6 FƏSAD

2018-04-23 / 12:17:55
img Ölkə
Bakıda azyaşlıların da cəlb edildiyi gizli ibadət yeri aşkarlandı

2018-04-23 / 12:03:11
img Video xəbərlər
Arvadını kişi ilə yataqda tutan kişi: Bağışlayın narahat etdim – ŞOK VİDEO (+18)

2018-04-23 / 00:56:09
img Günün xəbərləri
“Quska”nı Türkiyədə tutub, Bakıya gətirdilər – günün sensasiyası (YENİLƏNDİ)

2018-04-23 / 00:03:03
img Manşet xəbərləri
Özünü “yetim-yesir anası” adlandıran qızıl alverçisi pula görə bir çoxlarını məhkəməyə çəkib…

2018-04-21 / 18:38:23
img Manşet xəbərləri
“Azərsu”da korrupsiya xərçəng xəstəliyinə çevrilib

2018-04-21 / 18:15:38
img Günün xəbərləri
Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi - SİYAHI

2018-04-21 / 18:01:51
img Cəmiyyət
“Atena” şirkətində QALMAQAL – Çıxarılan 250 işçi aksiyaya hazırlaşır

2018-04-21 / 17:36:37
img Sosial
“Rahat”da narahatlıq: Supermarketdə baş verən cinayət gizlədilir – VİDEO

2018-04-21 / 12:47:37
img Günün xəbərləri
Milli Məclis təsdiqlədi: Yeni baş nazir çıxış etdi

2018-04-21 / 12:37:46
img Hadisə
Evə silahlı basqın oldu, ev sahibi bıçaqlandı

2018-04-21 / 12:33:26
img Ölkə
Milli Məclisin toplantısı başladı: Baş nazirin təsdiqi

2018-04-21 / 12:16:22
img Qafqaz
Ordu ağır hərbi texnikanı Moskvaya yeritdi

2018-04-21 / 12:11:26
img Dünya
Bütün dünya BU TOYDAN danışır - 100 aşpaz, 40 müğənni, 20 ölkədən gələn qonaqlar - VİDEO

2018-04-21 / 12:05:48
img Ölkə
Nazirlik bələdiyyə sədrini 4000 manat cərimələdi

2018-04-20 / 19:13:03
img Sosial
“Unibank” əhalini təşvişə salır: Dollar “bahalaşdırılır”

2018-04-20 / 18:34:31
img Hadisə
Bakıda 6 yaşlı qıza qarşı valideynlərindən İYRƏNC ƏMƏL: Hər gün zorla... - DƏHŞƏT

2018-04-20 / 17:24:46
img Günün xəbərləri
Oqtay Şirəliyev jurnalisti döyən şəxsləri gizlədir – Nazir çıxılmaz durumdadır

2018-04-20 / 14:05:01

Bütün xəbərlər