logo
RU

Cəmiyyət

Nəsimidə 16 mərtəbəli mənzil kompleksi TİKİLİR – SAKİNLƏR NARAZIDIR

img




“Sasbak-Trade” MMC tikinti şirkətinin Nəsimi rayonundakı Ceyhun Səfərəliyev küçəsində yerləşən evlərin arasında diqqət çəkən “Park Kolizey” adı ilə 16 mərtəbəli mənzil kompleksi ucaltmaq planı sakinlərdə hiddət doğurub.
Məlum olduğu kimi, Roma imperatoru Vespasian tərəfindən tikilmiş Kolizeyin səhnəsi qladiator döyüşləri və edamlar yeri idi. Səfərəliyev küçəsindəki “Kolizey” barədə isə hələ yalnız fikirləşirlər, amma tikinti şirkəti və tikinti sahəsinə yaxınlıqda yerləşən evlərin etiraza qalxmış sakinləri arasında qladiator döyüşləri daim müşahidə olunur.
LEGİON.AZ  “virtualaz.org”a istinadən xəbər verir ki, 7A saylı evin sakinləri bildiriblər ki, onların doqquzmərtəbəli panel evi və “Sasbak-Trade”nin öz “Kolizey”ini tikmək istədiyi ərazi Azərbaycan Müdafiə Nazirliyinin balansındadır. Əvvəl burada bağça, uşaq meydançası, köşklər, avto-yuma obyekti olub. Amma dörd ay əvvəl inşaatçılar gəliblər və böyük sahəni – blokların pillələrinə qədər, hətta sakinlərin şəxsi vəsaitləri hesabına tikdikləri ehtiyat su anbarını belə, daş hasara alıblar. Sonra da iki metr hündürlüyündə hasarın arxasındakı yelləncəkləri, köşkləri və qonşular tərəfindən yaradılan və qayğı ilə qulluq edilən bütün məhəllədaxili “infrastrukturu” dağıdıblar.
Bir gün isə “Sasbak-Trade” ortaya çıxıb və bəyan edib ki, bu yerdə 16 mərtəbəli bina ucaldılacaq. Ancaq yeni “Kolizey”in inşaatçıları yerli sakinləri nahaq sakit plebs hesab ediblər – istefaya çıxmış hərbçilər istənilən qladiatorların boğazını üzərlər. Səfərəliyev küçəsindəki həmin evdə isə məhz ölkənin Silahlı Qüvvələri sıralarında olmuş və bu gün də xidmət keçən şəxslər məskunlaşıblar.
Sakinlərin “kəşfiyyatı” xəbər çatdırıb ki, “kolizeyçilərin” şirkəti güləş üzrə olimpiya çempionu Namiq Abdullayevə məxsusdur. Ancaq pəhləvan və Açıq Səhmdar Cəmiyyətinin sahibi özü heç vaxt gələcək “qədim Roma səhnəsinin” ərazisinə baş çəkməyib, onun yerinə, necə deyərlər, sakinlərlə döyüşü qardaşı Natiq Abdullayev qəbul edib.
Qonşuların “hərbi dəstəsi” “Park Kolizey”in tikintisinə əngəl olmaq üçün əvvəlcə onun bütün reklam bannerlərini və daş hasarının bir hissəsini dağıdıb, inşaat texnikasının yolunu kəsib və bunlara görə şirkət tərəfindən məhkəməyə verilib. Sakinlərin xüsusi təşəbbüslü qrupu isə müxtəlif instansiyalara məktublar göndərmək və aparmaqla məşğul olub.
Və döyüşün qalibi idmançılar yox, hərbçilər olub. Belə ki, texnikanı özülü qazmağa vaxt tapmamış ərazidən çıxarıb, tikintini saxlayıblar.
Sakinlərin şikayəti üzrə əraziyə gələn Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inspektorları tikintinin aparılması üçün 20 sot ərazinin, harada ki, 32 ədəd ağac da var, qanunsuz daş hasara alınması ilə bağlı akt tərtib ediblər. Ekologiya Nazirliyi yaşıllığa təhlükə yaradan qanunsuz hasarın dərhal sökülməsi barədə qərar verib. Müvafiq telefonoqram Bakı Şəhər İcra Hakimiyyətinə də göndərilib.
Amma ağaclar – hələ dərd yarıdır. Bu yerlərin sakini Arif Fərzəliyev deyir ki, küçə tərəfdən metro stansiyasının tikintisi gedir, böyük çuxur – “kotlavan” qazılıb. Və indi “Sasbak-Trade” həyətdə, yaşayış binalarının 20 metrliyində ikinci “kotlavan”ı qazmağa hazırlaşır.
“Bakının, torpağın dayanıqlığı onsuz da şübhəli olan bu zonasında həmin iki “kotlavan” ən azı 500-dən çox insanın yaşadığı iki evə real sürüşmə təhlükəsi yaradır” deyə, Fərzəliyev haqlı olaraq qeyd edir.
…Biz bu tikintiyə baş çəkdik, özü də o vaxt ki, Natiq Abdullayev “öz torpaqlarını” yoxlamağa gəlmişdi. O özünü “Sasbak-Trade” MMC-nin təsisçilərindən biri kimi təqdim etdi, hansı ki, sakinlərin buna böyük şübhələri var. Və həqiqətən də onun adı nə təsisçilərin siyahısında, nə də başqa sənədlərdə yoxdur.
“Müdafiə Nazirliyinin tabeçiliyində olan ərazidə şəxsi obyektin tikintisinə necə icazə alınıb” sualından sonra bizim məlumatsızlığımıza təəccüblənən Natiq Abdullayev bildirdi ki, “idarələr – icra hakimiyyəti və bələdiyyələr arasında torpaq sahələrinin transferi adi işdir”.
Deyək ki, belədir. Amma “Kolizey”in tikintisinə icazə verən və Bakı Şəhər İcra Hakimiyyətinin məmurları tərəfindən imzalanan bütün sənədlərdə “Sasbak-Trade”yə cəmi 7 sot ərazi ayırılıb, qalan 13 sot park olmalıdır.
“Biz bütün sahəni elə buna görə hasarlamışıq ki, eyni vaxtda burada həm də park salınsın. Yeri gəlmişkən, “Kolizey”ə cüzi sahə qalır, avtodayanacaq binanın altında olacaq” – adlı-sanlı pəhləvanın qardaşı qürurla bildirdi.
Ümumiyyətlə, belə çıxır ki, gələcək “qladiatorlar arenasının” yanındakı evlərin sakinləri hələ öz xoşbəxtliklərini – onlar üçün park, avtodayanacaq yaradılacağını, “kolizeyçilərin” daha nələr fikirləşəcəklərini dərk etmirlər.
Tikintiyə ən yaxın məsafədə yerləşən və 30 il əvvəl tikilmiş 9 mərtəbəli evin hündürlüyü təxminən 26 metr təşkil edir. Planlaşdırılan 16 mərtəbəli binanın hündürlüyü isə təxminən 48 metr olacaq.
İnşaat normalarına görə, onların arasındakı məsafə tikilən binanın hündürlüyünün ən azı 2/3 hissəsinə çatmalıdır. Əks halda “Kolizey” zəlzələ, yanğın və başqa təbii fəlakət halında 9 mərtəbəli yaşayış binasını, sözün həqiqi mənasında, basıb əzəcək.
Ancaq Natiq Abdullayev tamamilə qanuni olan bütün sənədləri-meriyanın icazəsini, layihə cizgilərini və s.-də göstərdi. Neyləyəsən, görünür, Bakı meriyasında bütün dünyada, o cümlədən Azərbaycanda qəbul edilmiş inşaat standartları ilə tanış deyillər…
“Sasbak-Trade”nin məxsusi sənədi – Bakı Şəhər İcra Hakimiyyətinin Şəhərsalma və Arxitektura İdarəsi tərəfindən verilmiş “xüsusi nişan”ı da var. Yeri gəlmişkən, belə çıxır ki, şəhərsalma ilə bağlı qaydalar haqda orada da bilmirlər.
Natiq Abdullayevlə sakinlər arasında az qala əlbəyaxa davaya keçəcək ən yüksək tonda söz “atışması” bizim gözlərimiz önündə oldu.
“Bu xadimin burada dediklərinin hamısı gözdən pərdə asmaq üçündür, sadəcə olaraq bizi heç olmasa müəyyən bir müddətə neytrallaşdırmaq istəyirlər. Axı daş hasarı indiyə qədər sökməyiblər?!” deyə, Fərzəliyev sonda vurğuladı…

LEGİON.AZ







Xəbər lenti

img Qafqaz
Azərbaycanlı şəxs yemək yeyib ağzını pulla sildi – VİDEO

2018-12-14 / 18:40:59
img Günün xəbərləri
“Özkardeşlər” və “Qızıl balıq” BAĞLANDI

2018-12-14 / 18:29:46
img Manşet xəbərləri
Prezident İlham Əliyev İranın informasiya və milli təhlükəsizlik nazirini qəbul edib YENİLƏNİB

2018-12-14 / 18:23:29
img Manşet xəbərləri
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

2018-12-14 / 13:02:19
img Cəmiyyət
Agentlik “quş qripi” ilə bağlı əhaliyə xəbərdarlıq etdi

2018-12-14 / 12:44:46
img Hadisə
Gəncədə qadını “İnstagram” vasitəsilə şantaj edən şəxs saxlanıldı

2018-12-14 / 12:34:13
img Dünya
Hindistanda uçqun altında qalan fəhlələrin axtarışları nəticə verməyib

2018-12-14 / 12:25:20
img Ölkə
Gələn ildən Bakı Limanında elektron bilet satışı tətbiq olunacaq

2018-12-14 / 12:20:11
img Günün xəbərləri
Oqtay Əsədov: Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir

2018-12-14 / 12:14:10
img Cəmiyyət
Qadınlarda xərçəng xəstəliyinin ən VACİB 5 ƏLAMƏTİ

2018-12-13 / 17:20:27
img Dünya
2 min illik qəbirdə şok detal — Ayaqlarını kəsib dəfn ediblər (FOTOLAR)

2018-12-13 / 16:59:50
img Sosial
Azərbaycanda kolbasa “poroşok”dan hazırlanır? – İddia

2018-12-13 / 16:45:09
img Cəmiyyət
Kartof yuxu üçün səmərəli qidadır

2018-12-13 / 16:36:16
img Ölkə
Prezident Xətainin icra başçısını işdən çıxardı

2018-12-13 / 16:34:19
img Manşet xəbərləri
Azərbaycan Prezidenti: Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib

2018-12-13 / 16:32:20
img Manşet xəbərləri
Əli Həsənov: Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq...

2018-12-12 / 18:48:54
img Cəmiyyət
Bakıda məktəbə buraxılmayan qızla bağlı YENİ XƏBƏR - İŞƏ POLİS QARIŞDI

2018-12-12 / 18:27:30
img Manşet xəbərləri
İlham Əliyev Rusiya və NATO generallarının Bakı görüşündən danışdı - YENİLƏNİB

2018-12-12 / 16:00:04
img Manşet xəbərləri
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib + FOTO

2018-12-12 / 12:15:07
img Manşet xəbərləri
Heydər Əliyevin anım günüdür - FOTOLAR

2018-12-12 / 11:09:49
img Ölkə
Azərbaycanda bağça müəlliminin videosu yayıldı: Uşaqların yanında söyüş söyür - VİDEO

2018-12-11 / 18:01:06
img Müsahibə
Məşhur aktrisa unuda bilmədiyi insan haqqında: “Həyatımda olmayan…” - MÜSAHİBƏ

2018-12-11 / 17:24:52
img Sosial
Bakıda şirkət xaricdə işləmək istəyən qardaşlardan pul aldı - Biri Polşada küçələrdə qaldı (VİDEO)

2018-12-11 / 17:08:04
img Günün xəbərləri
Bakı meri sabiq deputatın restoranını SÖKDÜRÜR - FOTO

2018-12-11 / 16:54:08
img Manşet xəbərləri
Tarixə yazılan epoxa, tarixə çevrilən şəxsiyyət...

2018-12-11 / 16:49:06

Bütün xəbərlər