logo
RU

Sosial

“Yeni Yasamal” MTK jurnalisti də aldadıb: 125 minlik mənzil daha 3 nəfərə satılıb

img




Mənzil Tikinti Koperativi (MTK) adı altında fırıldaqçılıq edən bəzi “şirkətlər”in “fəaliyyəti” zaman-zaman mətbuatın gündəmində olub. Vətəndaşların etibarından sui-istifadə edən belə “şirkətlər” əksər hallarda inşa etdikləri çoxmərtəbəli binalardakı eyni mənzili bir neçə nəfərə satmaqla qanunsuz qolla pul qazanmağa çalışıblar.
Fırıldaqçı MTK-ların toruna düşənlərdən biri də tanınmış tənqidçi-publisist, jurnalist Nərgiz Cabbarlıdır. 4 ildir 125 min manat ödədiyi mənzildə yaşamaq uğrunda mübarizə aparan N.Cabbarlı nəticə hasil olmadığından çıxış yolunu məsələni ictimailəşdirməkdə görüb.
LEGİON.AZ xəbər verir ki, bu barədə Modern.az-a danışan N.Cabbarlı bildirib ki, 2015-ci ildə “Yeni Yasamal” MTK-nın binasında mənzil sahibi olmaq üçün 125 min manat ödəyib. Amma məlum olub ki, həmin mənzil ondan başqa daha 3 nəfərə satılıb:
“2015-cü ildə “Yeni Yasamal” MTK-ya ödəniş edib, ev almışam. Mənzil yoldaşım Abdullayev Natiq Alı oğlunun adınadır. Bununla bağlı mənə sənəd veriblər. Mən bu binada mənzilə sahib olmaq üçün bankdan kredit götürmüşəm, atamgilin evini girov qoymuşam. 4 ildir ki, banklara pul ödəyirəm. Əlimdə müqaviləm, çıxarışım, ödənişlə bağlı sənədim var. Dörd otaqlı mənzil üçün 125 min manat ödəmişəm. Yeni Yasamal MTK-nın sədri Cahangir Alışova ilkin olaraq 40 min manat verdim, daha sonra bankdan kredit götürüb qalanını da ödədim.
Keçən ilin yanvar ayında qərara gəldim ki, mənzilə qapı qoydurum. Getdim gördüm ki, mənzilə artıq qapı qoyulub. Halbuki, bir ay əvvəl mənzildə olmuşdum.  Araşdıranda mənə məlum oldu ki, mənzil başqasına da satılıb. MTK-nın sədri Cahangir Alışovla görüşdüm. Məni əmin etdi ki, “yanlışlıq olub, narahat olmayın, ev sizindir”.
O mənə əlavə olaraq 5 min manat da ödəməli olduğumu bildirdi. Dedi ki, “qarışıqlıq olub, əlavə 5 min də ödəyin, heç bir problem qalmasın”. Getdim borc tapdım 5 min manatı onun vəkili Habil Fətəliyevə verdim. Sonra getdim əvvəlki qapını çıxartdırıb öz qapımı qoydum. Qonşuluqdakı mənzili təmir edən ustalardan xahiş etdim ki, nəsə problem olsa ,mənə xəbər etsinlər. Üstündən bir neçə gün keçmiş usta mənə zəng etdi ki, “tez gəlin, sizin qapını çıxarıb yerinə başqa qapı qoyurlar”.
Və daha bir araşdırmadan sonra məlum oldu ki, bu mənzil məndən əvvəl – 2007-ci ildə Etibar Quliyev adlı şəxsə də satılıb. Mənim əlimdə olan sənədlərdən onda da var. Məsələ ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etdik. Orda da məlum oldu ki, 138 nömrəli mənzil 4 adama – 2007-ci ildə Etibar Quliyevə, 2014-cü ildə başqa birinə, 2015-ci ildə mənə və 2016-cı ildə daha bir nəfərə satılıb. Və qapını qoyan da 2016-cı ildə ortaya çıxan adamdır”
Şikayətçi bildirir ki, qaz verilməsə də, hazırda həmin binada yaşayış var:
“Təxminən 30 faizə yaxın mənzildə sakin yaşayır. Cahangir Alışov 5 mini alandan sonra mənə yol göstərdi. Dedi məhkəməyə müraciət edim ki, mənzil hüququm tanınsın. Sədr mənə dedi ki, “Etibar Quliyev pulu tam ödəməyib, özü də ödənişi podratçıya edib. Həmin podratçı indi tutulub. Yaxşı olar ki, siz məhkəməyə müraciət edəsiniz ki, mənzil hüququnuz tanınsın”.
Mən 2017-ci ildə Yasamal rayon Məhkəməsinə müraciət etdim. Prosesə Xuraman adlı hakim baxdı. Sonra məlum oldu ki, Etibar Quliyev də məhkəməyə müraciət edib və onun da iddiasına Xuraman xanım baxır. Mənim isə bütün bunlardan xəbərim yoxdur. Yalnız bir gün əvvəl mənə məhkəmənin vaxtı barədə mesaj göndərdilər. Getdim, mənə söz verilmədən, şikayətim dinlənilmədən Etibar Quliyevin xeyrinə qərar çıxarıldı. Və məlum oldu ki, İqtisad Məhkəməsi binadakı 34 mənzilə həbs qoyub. Qərar verilib ki, məsələ aydınlaşdırılana qədər mənzillər satıla bilməz. Yəni 34 mənzil mübahisəlidir. Mənə hələ də qaranlıqdır ki, əgər İqtisad Məhkəməsi mənzillərin satışına icazə vermirsə, Etibar Quliyevin xeyrinə necə qərar çıxarılıb? Bunu aydınlaşdırmaq üçün də apellyasiya şikayəti vermişəm”.
Şikayətçi Nərgiz Cabbarlı bildirir ki, hazırda həmin mənzildə yaşayış yoxdur:
“Məni narahat edən bilirsinizmi nədir? Lap tutaq ki, məhkəmə pulların geri qaytarılması qərarını çıxaracaq. Amma Cahangir Alışov həbsdədir. Vəkili Habil Fətəliyev həbsdədir. Kim bilir Alışov nə vaxt çıxacaq, pulumu nə vaxt qaytaracaq, mən mənzilimdə yaşaya biləcəm? Çünki bu pulun qaytarılma mexanizmi yoxdur.
Mən heç o pulu istəmirəm, mənzilimi istəyirəm. Çünki həmin pul dəyərdən düşüb devalvasiyadan sonra. 2014-cü ildə mən 125 min manat ödəmişəm. 2007-ci ildə mənzili alan adam 76 min manat ödəyib. Bizdən sonrakı 35 min manat ödəyib, qalanını da ödəyəcəyini bildirib. Baxın vəziyyət belədir. Mən illərdir qazandıqlarımı evə qoymuşam, o da mənim deyil. Mən bir ildir təkbaşına mübarizə aparıram. Gördüm daha çarəm yoxdur. Ona görə məsələnin ictimailəşməsini istəyirəm”.
Qeyd edək ki, “Yeni Yasamal” MTK-nın Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi 5 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binası ilə bağlı doqquz il əvvəl başlamış qalmaqala görə tikinti şirkətinin rəhbəri Cahangir Alışov həbs edilib. Şirkət rəhbəri evlərin qanunsuz satışını vəkili Habil Fətəliyev vasitəsi ilə həyata keçirdiyindən o da saxlanılıb.

LEGİON.AZ







Xəbər lenti

img Dünya
“Anam məni gecə 3-də Adnan Oktara aparırdı” – 13 yaşında zorlanan qızdan DƏHŞƏTLİ ETİRAF - FOTO

2018-07-18 / 14:40:04
img Video xəbərlər
"Azpetrol"dan növbəti "UNİKAL" ADDIM: 68 litr tutumu olan çənə 75 litr benzin vurdu (VİDEO)

2018-07-18 / 14:24:09
img Cəmiyyət
Bu dərmanlar məhv edilir - Xərçəng yaradır

2018-07-18 / 13:08:20
img Günün xəbərləri
Bayıl sakinlərinin pulu kəsilib: "Sualı olan "JEK"ə getsin

2018-07-18 / 12:58:58
img Qafqaz
Xanım həkimin bu görüntüləri olay oldu - VİDEO

2018-07-18 / 12:33:35
img Dünya
Adnan Oktarın daha bir DƏHŞƏTLİ ƏMƏLİ ORTAYA ÇIXDI: qızları ələ keçirmək üçün analarını... - ŞOK ETİRAF

2018-07-18 / 12:24:43
img Manşet xəbərləri
Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü oldu

2018-07-18 / 11:52:45
img Ölkə
Polis 59 nəfəri saxladı

2018-07-18 / 11:29:30
img Manşet xəbərləri
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşdü

2018-07-18 / 11:25:34
img Sosial
“İsgəndər Qida” MMC-nin bu kolbasalarından iyrənc görüntü – VİDEO

2018-07-17 / 19:11:40
img Günün xəbərləri
Komandir Qarabağ əlilinin oğlunu döyüb, həbs etdirdi

2018-07-17 / 16:15:53
img Video xəbərlər
Qartal 10 yaşlı qıza hücum etdi – VİDEO

2018-07-17 / 13:52:15
img Günün xəbərləri
“Kontakt Home”dan daha bir şikayət: 1400 manata televizor aldı, amma…

2018-07-17 / 13:27:30
img Sosial
“Atam illərdir epilepsiya xəstəsidir, lakin heç bir xəstəxana…” – Şikayət

2018-07-17 / 12:52:58
img Dünya
Barmen qız ona təcavüz edən müştəriyə görün nə etdi - VİDEO

2018-07-17 / 12:42:28
img Manşet xəbərləri
İlham Əliyevdən şəxsiyyət vəsiqəsi ilə bağlı SƏRƏNCAM

2018-07-17 / 12:35:02
img Hadisə
Sərhədçilər ilan sancan Alxanlı sakinini xilas etdi

2018-07-17 / 12:27:10
img Cəmiyyət
Şəkidən Bakıya gələn 78 yaşlı kişi itkin düşdü

2018-07-17 / 12:22:27
img Ölkə
Avtobusların 77 faizi istismara yararsızdır

2018-07-17 / 12:18:19
img Dünya
Adnan Oktar işində ŞOK DETALLAR - 3 ağlasığmaz qaçış planı, FETÖ və azyaşlı uşaqlar

2018-07-13 / 19:51:58
img Manşet xəbərləri
Prezident İnzibati Prosessual Məcəlləsinə dəyişiklikləri təsdiqlədi

2018-07-13 / 19:50:18
img Sosial
Mübariz Mənsimovun qardaşı qaçqın və məcbur köçkün ailəsinin borcunu qaytarmır (MÜRACİƏT)

2018-07-13 / 17:54:07
img Günün xəbərləri
İcra başçısı fəhlələri öz zavodunda işlədib, pullarını vermir: “Pulum yoxdur”

2018-07-13 / 17:24:41
img Qafqaz
Rusiyaya "qırmızı yağış" yağdı

2018-07-13 / 17:22:01
img Hadisə
Bakının məşhur restoranında dava düşdü – “Ərəbə görə mənə yer vermədilər”

2018-07-13 / 17:17:23

Bütün xəbərlər