logo
RU

Cəmiyyət

50 bal toplayanlar ali məktəbə qəbul üçün müsabiqəyə buraxılacaq - EKSPERT

img




Dövlət İmtahan Mərkəzi tərəfindən 2018-ci il martın 29-dan aprelin 30-dək Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu elan edilib. 12 gün ərzində ali məktəblərə qəbul olmaq üçün qeydiyyatdan keçənlərin sayı 30 mini keçib.
Təhsil eksperti Kamran Əsədov isə Publika.az-a açıqlamasında bu rəqəmin çox az olduğunu deyib. Onun sözlərinə görə, bundan sonrakı günlərdə 100 faiz artım olsa belə, yenə də sənəd verənlərin sayı əvvəlki illərdən az olacaq:
“Geridə qoyduğumuz 12 gün ərzində ali məktəbə qəbul olmaq üçün 30900 nəfərə qədər abituriyent qeydiyyatdan keçib. Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə ciddi şəkildə azalma deməkdir. Nəzərə alsaq ki, geridə 21 gün vaxt qalıb və bundan sonra qeydiyyatdan keçənlər maksimum 100 faiz artsa, bu da böyük rəqəm etmir. Nəzərə alsaq ki, ali məktəblərə azı 43 min plan yeri ayrılır və qəbul imtahanlarında iştirak edənlərin 50 faizi keçid balını toplamır, bu o deməkdir ki, universitetlərdə plan yerləri boş qala bilər.
Son illərdə məzunların sayında kəskin azalma olmasa da, ali məktəblərə sənəd təqdim edənlərin sayında kəskin azalma var. Belə ki, 2010-cu ildə ali məktəblərə qəbul olmaq üçün 110 min abituriyent sənəd təqdim etmişdisə, 2017-ci ildə bu rəqəm 79 min olmuşdu. Cari ildə isə bu rəqəmin daha da az olması qaçılmazdır”.
Ekspert qəbul imtahanlarından sonra müsabiqə şərtinin daha da yumşalacağını düşünür:
“Abituriyentlərin ərizə qəbulunda sayının azalamsına təsir göstərən üç amil var. Onlardan birincisi qəbul imtahanları üçün tələb olunan xidmət haqqının çox olmasıdır. Bildiyiniz kimi, bir ixtisas qrupu üzrə 1 imtahan üçün 40 manat ödəniş tələb olunur. Digər səbəb elektron ərizə qəbulu prosedurunun qəliz olmasıdır. Çünki bəzən abituriyentlər kənar dəstək olmadan bunu demək olar ki, edə bilmir. İkinci səbəb Azərbaycanda ali məktəblərin təhsil haqlarının Türkiyə və digər ölkələrdə daha yüksək olmasıdır. Həmin ölkələrdə ucuz və keyfiyyətli təhsil daha əlçatımlıdır. Artıq ali məktəblərə qəbul qaydaları elan olunub. Bu il ilk dəfə olaraq necə deyərlər “ağ bayraq” qaldırılıb. İmtahanlar keçirilməmişdən keçid balı 200, bəzi ixtisaslar üzrə hətta 100 və 150 bal olan və ixtisas qrupuna daxil olan fənlərdən birindən 0 bal toplayan müsabiqəyə buraxılır. Belə başlanılıbsa, düşünürəm ki, qəbul imtahanından sonra balı 50-dən yuxarı və 4 fəndən 0 bal toplayanlar müsabiqəyə buraxılacaq”.
Xatırladaq ki, bu il qəbul imtahanları keçən il olduğu kimi iki dəfə yaz (may ayında) və yay (İyul ayında) keçriləcək.

LEGİON.AZ







Xəbər lenti

img Manşet xəbərləri
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

2019-03-19 / 13:10:43
img Video xəbərlər
Müğənni Damla Həccə gedir - VİDEO

2019-03-19 / 12:53:01
img Cəmiyyət
Sabahdan 7 günlük bayram tətili başlayır

2019-03-19 / 10:35:31
img Günün xəbərləri
Bu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunur

2019-03-19 / 10:13:15
img Video xəbərlər
Avtomobil od tutub YANDI - VİDEO

2019-03-18 / 16:01:54
img Dünya
Deputatlar əlbəyaxa oldu - Nəzarətçilər köməyə gəldi

2019-03-18 / 15:50:20
img Manşet xəbərləri
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib YENİLƏNİB

2019-03-18 / 15:29:26
img Sosial
İcra başçısı konserv zavodunun 150 səhmdarını çölə atdırıb - reportaj

2019-03-18 / 14:44:35
img Günün xəbərləri
Oliqarx deputatın narazılıq yaradan “Kristal Abşeron”u: elə yerlərdə bina tikir ki… FOTOLAR

2019-03-18 / 11:49:53
img Dünya
Ana 9 dəqiqəyə 6 uşaq dünyaya gətirdi

2019-03-18 / 11:34:29
img Qafqaz
Yerə saniyədə 5 km sürətlə ASTEROİD yaxınlaşır

2019-03-18 / 11:23:05
img Hadisə
Azərbaycanda 1 yaşlı uşaq yandı

2019-03-18 / 11:15:34
img Cəmiyyət
Azərbaycanda övladlığa götürmə qaydaları DƏYİŞİR

2019-03-18 / 11:06:19
img Ölkə
Sənədsiz evlər konsepsiyası Prezident Adminstrasiyasına təqdim olunacaq

2019-03-18 / 11:00:12
img Günün xəbərləri
AzTV-də QALMAQAL - Faiq Hüsiyev də vəzifəsindən azad olundu

2019-03-16 / 12:56:42
img Dünya
Londonda da məscidə HÜCUM oldu - VİDEO

2019-03-16 / 12:51:04
img Ölkə
“Facebook”da vətəndaşları aldadan iş adamına qarşı cinayət işi açıldı

2019-03-16 / 12:40:23
img Ölkə
Ayselin adı hallandığı ailə münaqişəsinin detalları – Varlı biznesmen… (FOTO)

2019-03-14 / 23:01:44
img Günün xəbərləri
Rüşvət verən iş adamı məhkəməyə məcburi gətiriləcəkdi, amma…

2019-03-14 / 22:49:24
img Dünya
Pasinetləri səhv saldılar, sağlam orqanını kəsdilər

2019-03-14 / 16:16:20
img Manşet xəbərləri
VII Qlobal Bakı Forumu işə başlayıb, Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib YENİLƏNİB-2

2019-03-14 / 14:18:59
img Dünya
Məktəblilər arasında yayılmış oyun təşviş yaradıb

2019-03-14 / 14:06:42
img Hadisə
Ərli bacısının sevgilisini öldürdü: ELÇİLİK DAVASI

2019-03-14 / 13:54:00
img Sosial
Dünyada sosial şəbəkə BÖHRANI: TƏHLÜKƏ VAR

2019-03-14 / 13:47:52
img Video xəbərlər
Azərbaycanda qeyri-adi ev hazırlandı - VİDEO

2019-03-14 / 13:41:30

Bütün xəbərlər