logo
RU

Müsahibə

“...açıq geyinirsən, deyirlər, kişi sponsor axtarır” - Pərviz Bülbüləlinin xanım duet ortağı

img




Müğənni Türkan Vəlizadə: “Pərvizlə aramda üçüncü adamı qəbul etmərəm”
Meyxanaçı Pərviz Bülbülə ilə ifa etdiyi duetlərdən sonra məşhurlaşan müğənni Türkan Vəlizadə musavat.com saytının redaksiyasında qonaq olub. Suallarımıza cavab verən ifaçı ilə yeni yaradıcılıq işlərindən, qarşılaşdığı maneələrdən və şəxsi həyatından  danışdıq:
- Pərviz Bülbülə ilə işbirliyiniz necə başladı?
- Pərvizə hər zaman minnətdaram. Düzdür, illərdir mən solo ifa edirdim. 3-5 il deyil, illərdir ki, oxuyuram. Müğənnilərin 90 faizi məni tanıyırdı, el şənliklərində birlikdə iştirak edirdik. Əvvəl qəbul olunmurdum, indi artıq qəbul olunuram.  Efirlərə çıxmağa gücüm çatmırdı. Özüm işləyib, qazanırdım, kimsə mənə kömək etmirdi, istəmirdim də. Pərvizlə çalışandan sonra vəziyyət dəyişdi. Pərvizlə məclislərdə bir araya gəlirdik, bir toyda “Aşiq-canan” mahnısını oxuduq, yaxşı qarşılandı. Sonra Moskvada “Vegas”da konsertimiz oldu. Beləcə, uğurlu işbirliyi qurduq.
- Bir qrup müğənnilər var - Talıb Tale, Damla, Şəbnəm Tovuzlu, Vasif Əzimov, həmçinin sən və Pərviz Bülbülə - həm izləyiciniz çoxdur, həm də tənqidçiniz...
- Düşünürəm, insanlar məni çox qınamırlar. Əslində, biz zamanın tempinə və insanların istəyinə uyğun mahnılar oxuyuruq. Bizi böyük kütlə sevir. Bizi qınayanlar bekar adamlardı, “İnstagram”da oturub ona-buna pis şeylər yazıb, içlərindəki qurdları tökürlər.
- Sadaladığım müğənnilərə qarşı formalaşmış mənfi fikir var. Talıb Tale “Maşın” şoudan sonra özünə qarşı olan önyarğını dəyişə bildi, insanlar onu daha yaxşı tanıdı, sevdi.
-  Göz önündə olan insanlarıq, hər an müsbət tərəflərimizi göstərməyə çalışırıq. Amma hər bütün növ fəaliyyətimizi gün ərzində təbliğ edə bilmərik. Buna nə vaxtımız yetər, nə də enerjimiz. Elə zaman da olur biz göstəririk, onlar görmək istəmir. Onlara deyəcək, sözüm yoxdur. İnsan dünyaya sevgi ilə baxmalıdır.
- Əsasən, Rusiyaya toylara gedirsiniz, orada konsertlər verirsiniz. Qazancınız sizi qane edir?
- Min şükür olsun. Ruzini verən Allahdır. Hər manatın bizim üçün önəmi var. Allah ruzimizi verir, ailəmizi dolandırırıq. Şükür etməyi çox sevirəm.
- Meyxana və musiqili meyxana deyən xanımlar adətən daha oğlansayağı stildə olur. Meyxanaçının duet ortağının bu qədər baxımlı olması az hallarda rast gəlinir. Özünüzə hansı qulluqları edirsiniz?
- Mən meyxana deyən deyiləm. Meyxanaçı ilə işbirliyim ola bilər, amma mən müğənniyəm. Solo fəaliyyətim də var. Xüsusi mənə yazılan mahnılarım var. Yəni, tək də mahnılar oxuyuram, ancaq duet oxumuram ki... Ancaq tamaşaçılar daha çox duetlərimizi qəbul etdikləri üçün solo karyeram sanki kənarda qalıb. Yeni layihələrimiz var, yeni mahnılar yazdırmışıq, foto-sessiyamız olacaq. Dayanmırıq. Bir insan bu sənətdədirsə, mütləq yenilik etməlidir. Tamaşaçı eyni ifalardan yorulmasın.
“Dünən səni alqışlayan, sevən tamaşaçı, istənilən an səndən üz çevirə bilər. Vallah, hərdən heç bilmirik, nə istəyirlər”

Xarici görünüşümə gəldikdə isə hər zaman baxımlı olmuşam, geyimimə fikir vermişəm.
- Nə vaxta kimi Pərviz Bülbülə ilə çalışmaq fikriniz var?
- Qismət Allahdandır. Bizi ayırana kimi birlikdə çalışacağıq. 
- Pərviz Bülbülə sizinlə yanaşı başqa ifaçı ilə çalışsa, razı olarsınız?
- Üçüncü şəxsi qəbul etmərəm. Həm Pərviz də istəməz ki, iki müğənni ilə birgə çalışsın. O, hədəfinə çatan insandır. Bir işini yarımçıq qoymaz. Məndən sonra istənilən müğənni ilə çalışa bilər. Mənim buna qarışmaq haqqım yoxdur.
- Qorxmursunuz ki, Pərvizlə ayrılandan sonra yenidən efir qapıları üzünüzə bağlanar?
- Niyə bağlansın ki? Axı, Türkan dəyişməyəcək, başqa Türkan olmayacaq. Məni sevən tamaşaçı yenə sevəcək. Telekanallar isə dəvət etsələr də, təşəkkür edirəm, etməsələr də. Qismət.
- 10 il öncəki müğənnilər daha cəsarətli idi. Açıq-saçıq kliplər, davalar, qalmaqallar. İndi isə sanki müğənnilər qorxaq olublar.
- Düz deyirsiniz. O zaman daha çox qınaq obyektinə çevrilsələr də, cəsarətli idilər. Həm də sosial şəbəkələr yox idi. İnsanlar bu qədər müğənninin üzərinə gəlmirdi. Əslində, indi zaman dəyişib. Müasirləşmə getsə də, insanlar müğənnini qaralayır. Dekolten olsa, mini geyinsən, adamı topa tuturlar. Elə xanımlar var, bizdən də açıq-saçıq geyinirlər. Onlara heç nə deyən olmur. Qapalı geyinəndə deyirlər ki, min oyundan çıxır, geyiminə bax, gözdən pərdə asır. Açıq geyinirsən, deyirlər kişi sponsor axtarır. Biz səhnə üçün yaranmışıq, insanların zövqünü oxşayırıq. Niyə geyimimizə qarışırlar? Mən 8 Martda sosial layihə etdim, 8 qadın obrazını canlandırdım. Hamı məni alqışladı. Amma mükafatlanma mərasiminə azca açıq geyindim, məni tənqid etdilər, dünən etdiyim layihəni unutdular. Dünən səni alqışlayan, sevən tamaşaçı, istənilən an səndən üz çevirə bilər. Vallah, hərdən heç bilmirik, nə istəyirlər. Sanki cəsarətimiz əlimizdən alınıb.
- Tanınmışların mal-mülkü də çox müzakirə olunur.
- Biri maşın alır, deyirlər, bahalı maşın aldı. Yəqin, kimsə alıb. Filankəs bahalı telefon işlədir, yəqin, hədiyyədir. Niyə? Biz 6 saat toy oxuyuruq. Maşın da, evdə ala bilərik. Niyə kiminsə kölgəsində olduğumuzu düşünürlər? Özümüz əziyyətlə qazanırıq. İstəyirik, normal evimiz, maşınımız olsun.
- Sponsorunuz var? Yəqin ki, olmaq istəyənlər olub.
- Sponsor sözü səhv anlaşılır. Elə prodakşınlar var ki, sənət adamına kömək olur. Düzdür, indi yoxdur. Amma bizdə sponsora sevgili kimi baxılır. Mən öz pulumu qazanıram. Kiməsə ehtiyacım yoxdur. Nə elə şey təklif edən olub, nə də mən bu barədə düşünmüşəm.
- Sizin video-görüntülərinizi izləyəndə naz-qəmzən bir an mənə Sibel Canı xatırlatdı.
- Özümü heç kimə oxşatmıram. Mən müğənni olmamışdan öncə də xanım kimi çox naz-qəmzəli idim. Çox adam deyir ki, məni naz-qəmzəmə, səhnədə özümü aparmağıma görə sevir. Səhnədə fərqliyəm. Həyatda aqressivəm, tez özümdən çıxıram.
“Hamilə olmağımla bağlı deyilənlər yalandı, çünki subayam”

- Fərdanın verilişində gül götürmək istədin, dedi ki, sənə ağır olmaz. Bu da insanlarda hamilə olmağınızla bağlı fikir yaratdı.
- Mən subay xanımam, ailə qurmamışam. Həyatımda heç kim yoxdur. Ona görə də, hamilə ola bilmərəm. Səhv başa düşülüb. Fərda demək istəyirdi ki, xanımsan, ağır qaldırma. Ağır qaldırmaq kişi işidir.
- Son günlər müğənnilər əməliyyatları, silikonları ilə gündəmdədir. Siz əməliyyat etdirmisinizmi?
- Hamı elə bilir ki, burnumu əməliyyat etdirmişəm. Amma öz burnumdur. Üzümdə əməliyyat yoxdur. Əməliyyat olunanlara pis baxmıram. Ola bilər, bir müddət sonra mən də etdirim. Burada qeyri-adi heç nə yoxdur. Düzü, indi bir az kökəlmək istəyirəm.
- DJ Kazım Sübhan belə bir şərh yazmışdı ki, müğənnilər idman zalına foto çəkdirib sponsor tapmaq üçün gedirlər. Onun fikirləri ilə razısınız?
- (Gülür-red.) Yaxşı ki, mən idmana getmirəm. İş rejimimlə əlaqədar  onsuz arıqlayıram. Sponsor axtarıb-axtarmadıqlarını bilmirəm, özləri bilər. Bunu idmana gedən ifaçılardan soruşun, kiminsə yerinə necə cavab verim.musavat.com

LEGİON.AZ








Xəbər lenti

img Günün xəbərləri
DİN rayonlara gediş-gəlişlə bağlı detalları açıqladı

2020-08-04 / 15:58:47
img Ölkə
Nazirlik icra hakimiyyətini 15 000 manat cərimələdi

2020-08-04 / 15:57:44
img Günün xəbərləri
190 manatlıq yardım üçün 114 milyon manat tələb olunur – İqtisadçı

2020-08-04 / 15:55:18
img Cəmiyyət
Toysuz qalıb, pulsuz qalmayan məşhurlar – Pandemiyada dönərxana açdılar

2020-08-04 / 15:53:30
img Günün xəbərləri
“Həm keçən ay, həm də bu ay üçün 190 manat verilməlidir” – Deputatdan AÇIQLAMA

2020-08-04 / 15:52:25
img Günün xəbərləri
ƏDV-nin geri qaytarılmasında pozuntular aşkarlanıb

2020-08-04 / 15:49:54
img Ölkə
DİN rayonlara getməyin qaydalarını açıqladı

2020-08-04 / 15:47:32
img Ölkə
Sabah Bakıda yağış gözlənilir - PROQNOZ

2020-08-04 / 15:27:56
img Günün xəbərləri
Fəttah Heydərov dəfn edildi - Fotolar

2020-08-04 / 13:29:04
img Ölkə
Baş Nazir QƏRAR VERDİ - Müddət sentyabrın 1-dək uzadıldı

2020-08-04 / 13:28:17
img Günün xəbərləri
190 manat yenidən gündəmdə - Nazirliyə tapşırıq verildi

2020-08-04 / 11:55:05
img Günün xəbərləri
Fəttah Heydərov I Fəxri xiyabanda dəfn ediləcək

2020-08-04 / 11:05:43
img Ölkə
Bu günə olan rəsmi məzənnələr

2020-08-04 / 11:01:20
img Hadisə
Çempionlar Liqasında ilk iki mərhələnin bütün iştirakçıları bəlli olub

2020-08-04 / 11:00:13
img Dünya
Belarusda Tixanovskaya fenomeni

2020-08-04 / 10:59:16
img Dünya
ÜST: Dünyada COVID-19 qurbanlarının sayı 686 mini ötdü

2020-08-04 / 10:25:12
img Günün xəbərləri
Fəttah Heydərov VƏFAT ETDİ

2020-08-04 / 10:11:15
img Günün xəbərləri
Medianın hüquqi durumu – iyul, 2019 – iyul, 2020

2020-08-04 / 09:37:17
img Manşet xəbərləri
190 manat yenidən veriləcək? - RƏSMİ AÇIQLAMA

2020-08-03 / 20:47:38
img Manşet xəbərləri
Zakir Qaralov və müavini Rüstəm Usubovun sifarişi ilə şərlənərək 12 il azadlıqdan məhrum edilən jurnalist Baş Prokurora müraciət etdi

2020-08-03 / 20:33:50
img Günün xəbərləri
Operativ Qərargahdan toy və yas mərasimləri ilə bağlı açıqlama

2020-08-03 / 19:29:30
img Manşet xəbərləri
Azərbaycanda daha 241 nəfər koronavirusa yoluxub - 647 nəfər sağalıb

2020-08-03 / 19:28:33
img Manşet xəbərləri
Rayonlara gediş-gəliş yalnız bu halda mümkündür - RƏSMİ

2020-08-03 / 19:27:05
img Manşet xəbərləri
Rayonlara gediş-gəlişlə bağlı qərar verildi - RƏSMİ

2020-08-03 / 17:02:34
img Günün xəbərləri
13 şəhər və rayonda bu məhdudiyyətlər qüvvədə qalır - SİYAHI

2020-08-03 / 16:23:27

Bütün xəbərlər