logo
RU

Qafqaz

Rusiyada ticarət mərkəzində yanğında ölənlərin sayı 64-ə çatdı - YENİLƏNİB

img




Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğında 64 nəfər ölüb.
APA-nın "ria-novosti"-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov deyib. Nazir bunun son rəqəm olduğunu bildirib.
Onun sözlərinə görə, xəsarət alanların sayı 50 nəfərdən çoxdur.
Qeyd edək ki, dünən Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı ölən və xasərət alanların arasında Azərbaycan vətəndaşları olmayıb.
***
09:55
Rusiyanın Kemerovo vilayətində ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 53 nəfərə çatıb.
Lent.az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə hadisə ilə bağlı yaradılan İstintaq Komitəsi məlumat yayıb. Hadisə nəticəsində ölənlərdən 9-u uşaqdır. 16 nəfər itkin düşmüş sayılır. 
***
07:58
Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın söndürülüb.
APA-nın REN TV-yə istinadən verdiyi xəbərə görə, son məlumatlara əsasən, hadisə nəticəsində 37 nəfər ölüb, 40 nəfər xəsarət alıb.
Bundan başqa, 27 nəfərin itkin düşmüş hesab edildiyi bildirilir.
***
Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın lokallaşdırılıb.
APA-nın xəbərinə görə, bu barədə “İnterfaks” agentliyi Rusiya FHN-nin regional idarəsinə istinadən məlumat verib.
Məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb. Kemerovo şəhərindəki dördmərtəbəli "Qış albalısı" ticarət mərkəzində yanğın martın 25-i, günün ikinci yarısında başlayıb. Yanğın 1500 kvadrat metr sahəni əhatə edib.  Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
***
Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 43 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı 69 nəfərin itkin düşdüyü təsdiqlənib.
***
Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yaralıların sayı 43 nəfərə çatıb. 20 nəfərin xilas, 100 nəfərin təxliyə edildiyi bildirilir.
Təsdiqlənməmiş məlumata görə, hadisə zamanı 70-dək insan itkin düşüb.
Kemerova şəhərindəki dördmərtəbəli "Qış albalısı" ticarət mərkəzi 2013-cü ildə istifadəyə verilib. Yanğının binanın 4-cü mərtəbəsində yerləşən batut zalında başladığı ehtimal edilir.
***
Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, xilasedicilər daha 2 nəfərin meyitini aşkarlayıblar. Bundan əvvəl 5 nəfərin öldüyü, 30 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilirdi.
Məlumata əsasən, Rusiya Fövqəladə Hallar naziri Vladimir Puçkov prezident V.Putinin tapşırığı ilə Kemerovoya yollanıb. İlkin versiyaya görə, yanğın ticarət mərkəzində yerləşən batut zalında başlayıb. İnsidentin səbəbləri araşdırılır.
***
Bu gün Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində yanğın olub.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, yanğın zamanı tüstüdən zəhərlənən 4 uşaq ölüb.
Yanğının əhatə etdiyi sahə və yanğının səbəbi dəqiqləşdirilir.

LEGİON.AZ








Xəbər lenti

img Ölkə
Bazar gününə olan hava proqnozu

2019-08-24 / 16:54:01
img Dünya
Kosmosda ilk cinayət törədildi

2019-08-24 / 16:52:38
img Ölkə
Millimizin heyəti açıqlandı

2019-08-24 / 16:51:17
img Dünya
Abel Məhərrəmovun kürəkəni vəfat etdi

2019-08-24 / 16:49:30
img Cəmiyyət
Şeybani xanın Şah İsmayıla məktubu, Səfəvilərin Mərv zəfərinin sirri

2019-08-24 / 16:39:45
img Dünya
Makron: Demokratiya dəbdən düşüb, kapitalizm isə dəli olub

2019-08-24 / 12:32:32
img Hadisə
90-cı illərin məşhur film tərcüməçisi vəfat edib

2019-08-24 / 12:29:07
img Manşet xəbərləri
Tramp: G7 sammiti vaxt itkisidir

2019-08-24 / 12:27:47
img Dünya
Messinin Neymara görə qanı qaralıb

2019-08-24 / 12:25:40
img Cəmiyyət
Pəhrizsiz arıqlamağın sadə yolu

2019-08-24 / 12:20:15
img Günün xəbərləri
"Qarabağ"a 20 min avroluq cərimə

2019-08-24 / 12:18:13
img Manşet xəbərləri
Yoluxucu xəstəliklərin saglam insanlara kecməyəcəyinə kim zəmanət verə bilər?

2019-08-23 / 23:57:05
img Manşet xəbərləri
“Məni şərləyərək həbs ediblər”-Məhkum prezidentə müraciət edir

2019-08-23 / 17:54:02
img Manşet xəbərləri
Zelenski Belarusdan kömək istədi - Lukaşenko

2019-08-23 / 15:59:48
img Dünya
ABŞ boksçusu ilə döyüşdən sonra ölən Maksim Dadaşov qızıl medala layiq görülüb

2019-08-23 / 15:52:32
img Dünya
Başına böyük məbləğdə pul qoyulmuş PKK terrorçusu məhv olundu - Foto

2019-08-23 / 15:49:02
img Dünya
Zaxarovadan "Ləzginka" rəqsi -VİDEO

2019-08-23 / 15:46:06
img Günün xəbərləri
9 yaşlı övladını zəncirləyən anadan XƏBƏR VAR - Valideynin problemi var, cinayət işi açıldı – VİDEO

2019-08-23 / 15:42:59
img Dünya
İki ağızlı balıq tutuldu

2019-08-23 / 11:51:49
img Hadisə
“İnterpol”un axtardığı Almaniya vətəndaşı Azərbaycanda tutulub

2019-08-23 / 11:48:24
img Günün xəbərləri
Ermənistan ordusu atəşkəs rejimini 21 dəfə pozub

2019-08-23 / 11:46:33
img Dünya
Consonun Makrona qarşı hörmətsizliyi müzakirələrə səbəb olub – Video

2019-08-23 / 11:39:27
img Dünya
Aleksey Navalnıy azadlığa buraxılıb

2019-08-23 / 11:21:15
img Dünya
Qadınlar üçün dəhşətli ölkə: Ağlasığmaz 10 qadağa

2019-08-23 / 11:18:54
img Dünya
İran filmi “Oskar”a təqdim olunacaq

2019-08-23 / 11:17:10

Bütün xəbərlər