logo
RU

Manşet xəbərləri

162 saylı məktəbin şagirdinə təcavüz olunub?

img




Direktor Sevinc Abbasova Təhsil Nazirliyində kimin dəstəyinə arxayındır?
365info saytına daxil olan məlumata görə 162 saylı orta məktəbin 14 yaşlı şagirdinə məktəb direktorunun yaxın adamı tərəfindən təcavüz olunub.
Əldə etdiyimiz məlumata görə 14 yaşlı şagirdin adı orta məktəbdə getsə də o məktəbə gəlib dərslərə qatılmır.
Bildirilir ki, baş verən hadisədən bərk narahat olan məktəbin direktoru Sevinc Abbasova vəziyyətdən çıxış yolu axtarır.
Sözügedən hadisə haqda redaksiyamıza məlumat daxil olan kimi, biz də 365info saytı olaraq məktəb direktoru ilə bağlı araşdırmalara başladıq.
Ölkə mətbuatının yazdığına görə, 1936-cı ildə əsası qoyulan, Böyük Vətən müharibəsinin sonunadək hərbi hospital kimi fəaliyyət göstərən, 1947-ci ildə isə təmir edilərək təhsil müəssisəsi kimi istifadəyə verilən, Bakı şəhəri, Səbail rayonu, Ömər Faiq Nemanzadə küçəsi ,15 ünvanında yerləşən Etibar Əliyev adına 162 saylı tam orta məktəbin fəaliyyəti, bu təhsil ocağında yaşananlar şagirdlərin və onların valideynlərinin kəskin etirazına, ciddi narazılığına səbəb olur.
Mətləbə keçməzdən öncə nəzərinizə çatdıraq ki, Sevinc Kamil qızı Abbasovanın direktor olduğu 162 saylı orta məktəb 880 yerlik əsas korpusdan ibarətdir. Hazırda məktəb 1-7-ci siniflərdə 5 günlük, 8-11-ci siniflərdə isə 5 günlük və 2 növbəli iş rejimində işləyir. Təhsil müəssisəsində 22-si ibtidai olmaqla 53 sinifdə 1206 şagird rus və azərbaycan bölmələrində təhsil alır. 1968-ci il təvəllüdlü Sevinc Abbasovanın 162 saylı orta məktəbin direktoru vəzifəsinə təyin olunmamışdan əvvəl Binəqədi rayonu ərasizində yerləşən 284 saylı məktəbin coğrafiya müəlliməsi kimi çalışdığı bildirilir.
Məlumatlı şəxsin paylaşdığı bilgidə qeyd olunur ki, direktor hər dərs ilinin əvvəlində bütün müəllim və pedeqoji işçilərin hər birindən “fond pulu” adıyla 30 manat, həmçinin sinif komplektlərini tənzimləmək üçün “yuxarılara veriləcək” adı ilə 100-150 manat pul toplayır: «Deyilənlərə görə, Sevinc Abbasovanın əməllərinə dözməyib yuxarı orqanlara şikayət edəcəyini bildirən müəllimlərə, direktor «əliniz hara çatır qoyun, mənim arxamda Təhsil Nazirliyinin yetkili şəxsləri dayanıb» deyir.
Bundan başqa, şagirdlər və onların valideynləri də təsdiqləyə bilərlər ki, direktor fəaliyyətində ciddi nöqsanlara yol verir.
Belə ki, ara-sıra 162 saylı orta məktəbdə çalışan müəllimlərin əməkhaqlarından heç bir tutarlı səbəb göstərilmədən müəyyən qədər tutulur və həmin vəsaitlərin hara xərclənməsi, kimin cibinə getməsilə bağlı heç kəsə məlumat verilmir.
Bundan başqa, imtahanlar zamanı şagirdlər gözümçıxdıya salınır, müxtəlif yollarla onlardan pul toplanılır. Bildiyiniz kimi, bu gün bir çox məktəblərdə təmir və “fond pulu” ləğv olunsa da, 162 saylı orta məktəbdə bu «ənənə» hələ də qalmaqdadır. Bir sözlə, şagirdlərdən müxtəlif adla pul yığırlar. Etiraz edənləri isə sinifdə saxlayacaqları ilə hədələyirlər».
Məhz elə bu kimi səbəblər üzündən Sevinc Abbasovanın kollektiv arasında bir o qədər də hörmətinin olmadığını qeyd edən mənbənin sözlərinə görə, onun rəhbərlik etdiyi təhsil müəssisəsində kitab bazarı açılıb:
«Bildiyiniz kimi, Təhsil Nazirliyi orta məktəblərdə təhsil alan şagirdləri müvafiq dərsliklərlə təmin edir və bu proses təmənnasız şəkildə həyata keçirilir. Yəni nazirlik təhsil müəssisələrinə verilən kitablara görə heç kimdən pul tələb etmir.
Lakin 162 saylı orta məktəbdə yaranmış vəziyyətdən sui-istifadə edərək dərsliklərdən belə, əlavə qazanc əldə etməyə çalışılır.
Ümumiyyətlə, Sevinc Abbasova məktəbə direktor təyin olunduğu gündən bu təhsil ocağının qara günləri başlayıb. Onun fəaliyyəti təkcə orta məktəbdə təhsil alan şagirdlərin, həmin şagirdlərin valideynlərinin deyil, müəllimlərin də ciddi narazılıqlarına səbəb olur.
Məktəbdə özbaşınalıq elə bir həddə çatıb ki, şagirdlərin və müəllimlərin məktəbə gəlmək həvəsi əməlli-başlı azalıb. Çünki şəxsi maraqlarının təmin olunmasına dair məsələlər direktorun başını necə qatıbsa, o, hətta məktəbdə keçirilən bir sıra tədbirlərə belə qatılmır».
Bu arada, bir müddət bundan öncə 162 saylı orta məktəbdə valideynlə məktəb rəhbərliyinin üz-üzə gəldiyini, ciddi narazılığın yaşandığını iddia edən məlumatlı şəxsin bildirdiyinə görə, əvvələr 203 saylı orta məktəbdə təhsil alan 4-cü və 6-cı sinif şagirdlərinin valideyni Nigar Köksal yeni mənzilə köçməsi səbəbindən övladlarını 162 saylı təhsil ocağına gətirdiyini qeyd edib. Yəni ,162 saylı orta məktəb mənzilə məsafəcə daha yaxın olduğundan, həm də bu məktəbdə rus dili bölməsinin mövcudluğu valideyn üçün əlverişli sayılıb. Lakin Nigar Köksalın övladları bir müddət sonra təhsil ocağından qovulub. Onun sözlərinə görə, məktəbə yeni direktor təyin edilən kimi şagirdlərin günü qaralıb. Direktor isə şagirdləri qovarkən valideynə onların sənədlərinin düz olmadığını bildirib. Bundan sonra Nigar Köksal övladlarının şəxsi işini toplayaraq məktəb direktoruna təqdim edib. Ancaq buna məhəl qoyulmayıb.
Bütün bunlar bir daha onu deməyə əsas verir ki, 162 saylı orta məktəbdə təlim-tədris, nizam-intizam qaydalarına yetərincə əməl olunmur.
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Şamil Əfəndi
365İNFO.AZ







Xəbər lenti

img Dünya
Nigeriyada Türkiyə vətəndaşlarını azad etmək üçün əməliyyat başladı

2019-07-22 / 11:14:19
img Ölkə
Dollar kreditləri ilə bağlı daha bir problem - Palata yalan məlumat verib

2019-07-22 / 10:47:13
img Dünya
Çernobılın bitkiləri: öldürücü radiasiya onları niyə öldürmədi?

2019-07-22 / 10:32:15
img Manşet xəbərləri
Bu gün Milli Mətbuat Günüdür

2019-07-22 / 10:30:27
img Ölkə
Atəşkəs pulemyot və snayperlərlə pozuldu - 16 dəfə

2019-07-22 / 10:28:38
img Hadisə
Yalçın Rzazadə: "İki gün də geciksəydim, ölə bilərdim"

2019-07-22 / 10:27:12
img Dünya
İraqda Türkiyə diplomatını öldürən terrorçu tutulub

2019-07-20 / 17:51:15
img Manşet xəbərləri
Şirin şirələrin xərçəng riskini artırdığı bir daha təsdiqləndi- elmi araşdırma

2019-07-20 / 17:50:29
img Dünya
Gürcüstanda onkoloji xəstələrin sayı artıb

2019-07-20 / 17:48:40
img Manşet xəbərləri
İranlı nazir: "Britaniya gəmisi beynəlxalq qanunlara uyğun saxlanılıb

2019-07-20 / 17:41:51
img Dünya
Donald Tramp Aya göndəriləcək yeni missiyaya şübhə ilə yanaşır

2019-07-20 / 17:39:57
img Dünya
Argentina Hizbullahı terror təşkilatı elan etdi

2019-07-20 / 16:19:09
img Ölkə
"Qarabağ" yeni transferlərini sifariş etdi (SİYAHI)

2019-07-20 / 16:18:00
img Cəmiyyət
Ailəsi sevdiyi qıza elçi getmədiyi üçün özünü öldürdü - Mahirin intiharının təfərrüatı

2019-07-20 / 16:14:35
img Ölkə
Xalq artisti: "Biz niyə Messi və Ronaldo kimi futbolçu yetişdirə bilmirik?"

2019-07-20 / 16:13:01
img Ölkə
“İdeal” mağazalar şəbəkəsi cərimələndi

2019-07-20 / 16:11:22
img Dünya
Putin: Yorulsaydım, prezidentliyə namizədliyimi irəli sürməzdim

2019-07-20 / 11:56:43
img Cəmiyyət
Mühacirlərlə rəftara etiraz edən 70 katolik Vaşinqtonda həbs olunub

2019-07-20 / 11:51:48
img Cəmiyyət
Dünyanın ən hündür binasının memarı vəfat etdi

2019-07-20 / 11:39:45
img Dünya
Baş nazir istefa verdi

2019-07-20 / 11:37:24
img Hadisə
Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

2019-07-20 / 11:36:20
img Dünya
Face App: istifadəçilərin təlaşına əsas var

2019-07-20 / 11:33:09
img Ölkə
"Müştəri 50 qəpik ödəməlidir" - 9111-dən kondisioner açıqlaması

2019-07-20 / 11:30:42
img Cəmiyyət
Hər kəs qocalır: Əyləncə, yoxsa təhlükə? (VİDEO)

2019-07-19 / 18:15:54
img Manşet xəbərləri
Mədəniyyət Nazirliyi: “Keşikçidağ” kompleksi Azərbaycanın dövlət tarix-mədəniyyət qoruğudur

2019-07-19 / 16:20:30

Bütün xəbərlər