logo
RU

Qafqaz

Qaçaq Nəbinin uşaqlığı

img




Hə,əzizlərim,Süleymana qalmayan dünya,bizlərə də qalmayacaq.”Dünya”-deyə güvəndiyimiz-karvansaraymış.Biri gələr biri gedər.Birisi alar gedər,birisi də mələr gedər.Yaşamağı bilmirsən alın yazısına yozasan,yoxsa hər kəsin öz bacarığına…Nə isə,sizə kimdən deyim,nədən danışım,bizim ellərin igid oğlu Qaçaq Nəbidən… Dünya həmənki dünyadı - O zaman da varlısı – kasıbı vardı...amma bir az başqa cür adlanar və bir az başqa cür yaşayardılar.O vaxt Zəngəzur adlanan mahalda,öz əlimiz idi öz başımızdan basan və elə ona görə də bu gün o yerlərdən əllərimiz üzülüb,ayaqlarımız kəsilib,özümüzdən didərgin düşmüşük.Köhnə yaralara təzə sarğı vurmaq fikrində də deyiləm.İgidlərdə igidlik ruhunu oyandıran oğullardan birinin uşaqlıq illərindən söz açmaq istəyirəm. Çətin əyyamlar idi.Divan-dərədə haqq-ədalət nə gəzirdi?Kasıbı,kəndlini eşidən,adam yerinə qoyan kim idi?Kimisinin varı-dövləti,kənd-kəsəyi,malı-davarı,at  ilxısı,qoyun sürüsü,nə bilim nələri vardı,kimisinin də quruca daxması...Kimisi gecə-gündüz başqası üçün calışmalıydı,kimisi də it boğuşdurub,xoruz döyüşdürüb,şallaq şaqqıldadıb,təşər-təsər yeriyib yerə-göyə meydan sulamalıydı.Amma yox,Allah kasıbdan çox şey alsa da,qeyrət sarıdan,zirəklik sarıdan onları ümidsiz qoymur.Eldə-obada yenə də papaq altında igidlər böyüyərdi,başları daşdan-daşa dəyib bərkiyər və yeri gələndə varlılarla nəinki öcəşər,hətta onların dərsini də verirdilər. Bu dünyada çox oğullar at oynadıb.Amma mənə elə bir qəhrəman göstərə bilərsinizmi ki,at üstündə doğulub,at üstündə ömür sürüb,at üstündə də keçinsin!Belə bir igid olub-Qaçaq Nəbi. Gəlirik üç gün,beş gün ömür sürüb gedirik.”Ölənin dalısıyca danışmazlar?”-deyirlər.Amma haqq haqqında,minnəti də üstündə.Cünki yaxşıya rəhmət deyiblər,pisin də goruna söyüblər.”İgid ölər,adı qalar,müxənnətin nəyi qalar”-deməklə də iş bitmir.İgidin ürəyidir onun varı da varlığı da. Kasıbın pənahı göydə Allah idi,yerdə də ki,öz əli,öz ayağı və bir də ana təbiət,dağların suyu,havası,bulaqların gözündə bitən acı pencər,baldırğanı,nə bilim,ağacların meyvəsi,düzənlərin min bir dərdə dərman olan otu-ələfi...Haqsızlıq da insandan gəlir,təbiət isə adamın gözlərinə işıq,dizlərinə təpər,qollarına qüvvət gətirir,həyat eşqi,gənclik enerjisi və bir də mənlik duyğusu qaynadır qanlarda... 1854-cü ilin payızı idi.O zamankı Zəngəzur qəzasının Qubadlı bölgəsinin Aşağı Mollu kəndində Alı adlı rəncbər yaşayırdı.Hər beş-altı kəndə bir yüzbaşı baxardı.Bu kəndin yüzbaşısı Mahmud bəy də Mollabran kəndində otururdu.Deyirlər ki,Səlim bəy Gorusdan Qafana yol çəkmək üçün,Zəngəzur mahalının bütün yüzbaşılarına əmr vermişdi ki,yayın cırhacırında kəndlilərin hamısını 15 günlük biyara çıxartsınlar.Camaatı şallaq gücünə biyara çıxarmaq istəyən Mahmud bəy ağına-bozuna,cavanına-qocasına baxmır,hamısını şallaqlayır,söyür,şeşələnirdi. Kəndin camaatı bu vaxt yaylaqda idi.Elat hələ arana enməmişdi.Yaylaq da ki,Salvartı dağının döşündə yerləşirdi.Alı kişi də qəzanın qəhrindən yamanca xəstələnmişdi.Mahmud bəy onu yatan görəndə yamanca qeyzlənir. -Özünü nə tülkülüyə vurmusan?Qalx görüm - dedi... Alı kişi – -Bəy,insafın olsun,soyuq məni birtəhər eyləyib,yoxsa yalan mənim saqqalıma yaraşmaz axı,o nə sözdü danışırsan? -A kişi,mənimlə söz güləşdirirsən,el səni gözləyir,qalx geyin... -A bəy,siz bizi öləndə də rahat buraxmayacaqsınız? -Eşşək qazandığını özü yesəydi,dərisinə sığmazdı.Sizə hələ bu da azdır. Bu söz Alı kişiyə yamanca yer elədi. Bir tərəfdən Gözəl arvadın yanında düz ürəyindən oxlandı və yer yarılsaydı yerə girərdi.Digər tətəfdən də uşaqlarını,arvadını düşündü,hirsini boğdu,dişlərini qıcayıb: -Bəy,nə dedin,özünə dəysin.Həm də,zəhmət olmasa,çıx mənim cadırımdan. -Ə,bu köpək qudurub deyəsən,məni dalamaq istəyir.Bağlıyın yekəbaşın qollarını, - deyə,yanındakılara əmr elədi.Alı kişi özünü qorumaq üçün ocaqdan maşanı qapdı,amma endirməyə macal tapmadı,xırxalayıb onun qolunu,qıçını bağladılar.Arvad-uşağın qara qışqırığı həyət-bacanı başına götürdü.Gözəl arvad kələğayısını ayaq altına atdı.Yenə xeyri  olmadı.Nakişidə qeyrət hardandır ki,qadına hörmət eləsin.Uzun sözün qısası,Alı kişini qandalaq eyləyib Gorus qazamatına apardılar.Gözəl arvad qaldı əl-amanda.Qonum-qonşu yığışıb ürək-dirək verdi ki,Allah kərimdir,5-10 saxlayıb buraxacaqlar.O vaxtlar Gözəl arvad ikicanlı idi.Nəbi boynunda idi.Sabahlıq,bir-iki günlük idi ki,Nebi dünyaya gəlsin.Deyirlər Alının bir çətən külfəti varmış.Dolandırmaq üçün yeriyə biləni ona-buna nökər verərdi.Biri qaz otarardı,biri quzu,biri biçinçilərin cörək daşıyanı olardı,biri də qapıda-bacada varlıların buyruqqulusu olardı.Nə isə,oktyabr ayının əvvəli,xoş gün,xoş saatda,havaların şaxı sınmağa başlayanda,el-oba şələ-şüləsini,şəri-şapıtını,qəflə-qatırını yığışdırıb yükləyir,Salvartı yaylasından Molluya qayıdır.Yolda,Həkəri çayına yaxılaşdıqda,bunları bərk yağış tutur.Yağış da ki,nə yağış,tut ucundan göyə çıx.Bir tərəfdən göy guruldayır,Tarı kişi göydə vanna sürüyür,bir tərəfdən də ildırımlar çaxırdı.Gözəl arvadın sancıları başlamışdı.Kəndə lap az qalmışdı.Çaya çatmışdılar.Yağış gur yağdığından,çayın suyu da çoxalmışdı.Amma hələ sel gəlmirdi.Çayın ortasında,mamaça Gözəlin halını duydu.İki atı yaxınlaşdırdı bir-birinə,tezcə üstünə palaz atdılar...Gözəl arvad bir oğul doğdu.Uşağın səsi göy gurultusuna qarışdı.İldırımlar oyandı. Kəndə qayıdandan bir-iki gün sonra Alı kişini də buraxdılar.Deyirlər Gorusda Alının yaxın bir tanışı vardı.Erməni idi.Adına Aşot kirvə deyərdilər.Aralarında duz-çörək olub deyə,Aşot kirvə tanışdan-zaddan tapıb,ona bir toyuq,buna bir cücə kəsib,axır ki,Alını buraxdırmışdı.Hə,balaca Nəbi də belə bir zamanda dünyaya gəlmişdi.Nəbi bir çığırqan idi ki,gəl görəsən.Day baş-qulağı aparırdı.Onu heç nə ilə ovundurmaq olmurdu.Bircə şeydən savayı.Onu da deyek ki,Nəbinin İldırım adında bir balası olub ki,bütün mahalda ötkəmliyi ilə ad qoymuşdu.Heç kəsə əyilməzdi.Və Nəbini də ancaq babasınn evin divarından asılmış yaraq-yasağı ovundurardı.Elə yüyürəkdəcə özünü partdadardı.Əlini divardakı silahlara uzadıb aləmi başına götürərdi.Və zəhlələrini aparmasın deyə,ya tüfəngi,ya da ləzgi xəncərinin bəzəkli,üstü zərli qınını,ya da patrondaşı verərdilər körpə Nəbiyə,o da orasını-burasını sığallayar,bərk-bərk sinəsinə sıxar,üzünə yapışdırıb,gözlərini süzdürərdi.Nəbinin elə uşaqlıqdan baxışları yaman iti idi.Gözləri oyur-oyur oynayırdı.Nə sehir vardısa kimə baxsaydı,o adamın əlləri yanına düşərdi,donardı.Sanki baxışları xəncər idi,kəsərdi.Adamın matını-qutunu qurudardı.Nə isə,Nəbi iməklədi,şax-şəvəldən,çal-çəpərdən tutub yerimək öyrəndi,baldırı bərkidi.Dörd yaşından qaz,ördək otarmağa başladı.Bir dəqiqə bir yerdə durmur,yerindəcə qaynayırdı.Nə işə buyursaydılar,qaranəfəs yüyüyərdi.Həmişə də işi görüb qutardıqan sonra düz iş buyuranın gözlərinin içinə baxardı.Deyərdin bəs onun dörd böyrəyi var ki,belə yorulmur.Elə buyuruq üçün böyüyür.Amma yox,Nəbi işi görərdi,yarıdardı,”sağ ol” – almasaydı,kefinə dəyərdi.Belə-belə böyüyüb,Nəbi 10 yaşına çatdı. Alı kişi Nəbini kəndin varlılarından biri olan hampa Kərbəlayı Cəfərin yanına nökər verdi.Onu gündüzlər quzuya göndərər,axşamlar isə ev işlərində işlədərdilər.Çox xəsis adam idi Kərbəlayi Cəfər,Nəbinin yeməyinə gündə əl boyda bir darı cadı verərdi.Yazıq uşaq göy-göyərtidən,mer-meyvədən nə tapırdısa dad eliyib,ondan yeyirdi.Quzudan gələn kimi də olurdu əl buyruqçusu:Ay Nəbi,ora yüyürür,bura qaç.Ta uşaq dörd ayaqlı,on əlli olurdu:-oranı  kürü,buranı süpür,odun gətir,inəklərin qabağına çıx.Əlqərəz,uşaq yorulub əldən düşürdü.Bir şey vardı ki,Nəbi həm də çox dikbaş uşaq idi.Heç kəsin qabağından yeməzdi.Babası İldırıma çəkmişdi.Cikləşən cığal xoruz kimi idi.Elə buna görə də,Kərbəlayi Cəfər onu çox incidirdi.Düzdü,Nəbi Kərbəlayi Cəfərin üzünə o qədər də qayıtmırdı,amma onun oğlu fasıx İbrahim Nəbini cin atına mindirirdi.Elə bil deyirdi ki,vur ölüm ver qanımı.Nəbi girəvə gəzirdi ki,kənddən kənarda onu tutub,yaxşıca əzişdirsin,gözünün odunu alsın.Yenə bir gün axşam,Nəbi quzuları arxaca qaytarandan sonra,fasıx İbrahimin şitliyi tutdu.İki ayağını dirədi bir başmağının içinə ki,Nəbi gəlsin ayağımı yusun.Nəbi də ki,maşallah,ele oğullardan deyildi ki,çaqqalın qabağında gönü suya verə.Dedi ki,mən elə şeyləri bacarmıram.Fasıx gedə özünnən çıxdı,nə çıxdı: -Ə,bəs dədəmin qapısının qara nökəri deyilsən?Ağzın nədi sözümnən çıxasan. Nəbi isə elə hirslənmişdi ki,day,bıçaq vursaydın qanı çıxmazdı və səsini boğa-boğa: -Allah sizi yaradıb ki,dünya boş qalmasın.Əl boyda darı cadı üçün bütün günü işləyirəm.Sən isə əlini ağdan-qaraya vurmaya-vurmaya gündə aş,toyuq qizartması ülüdürsən.Sənin nəyin məndən artıqdır,ə düdük?Göydən zənbillə düşməmisən ki?Sən ölmüyəsən lopunnan bir yumruq vuraram,dibilim gedərsən,heç zibilin də ələ gəlməz. Nəbinin söz qaytarması,üstəlik özünü belə dik tutması fasıx İbrahimi qorxuya saldı: -Dədə,ay dədə,görürsən bu cındırından cinürkən bicələk gədəni.Mənə xox gəlir.Çörəyimizi yeyib qudurub deyəsən.Kərbəlayi Cəfər içəridən,uzandığı taxtın üstündən haylandı: A gədə hey,lağla-loğazla danışma.Gələrəm ora,çəkib dilini dibindən qopardaram,cəngini cırıb,yerinə duz basaram. Kərbəlayi Cəfərin arvadı Tavat onu çətinlikdən qurtardı: -Ay gədə,götür kürəyi,tövləni kürü.Bir azdan mallar gələcək,çıxarsan qabağına. Nəbi sevindi ki,bu gicbəsər ondan əl çəkər.Amma bu fasıx gedə dirəşmişdi: -Tez elə,suyu qızdır,gəl ayağımı yu – deyirdi. Nəbi yaxına gəlib onun qulağına pıçıldadı: -Ə,zırrama,özünü yığışdır ha,yoxsa sənin üçün pis olar. -Nə dedin?Məni qorxudursan? – deyə quşları qovmaq üçün divarın küncündəki şiv çubuğa əl uzatdı.Nəbi yerindən tərpənmədi.Şax-şax onun üzünə baxdı.Birdən Nəbinin gözünün altındakı almacıq sümüyü isindi.İsti qan üzünə,üst-başına yayıldı.Fasıx İbrahim özü də yaman qorxuya düşdü,”vay dədə,hey” – eləyib,içəri,evə qaçdı.Nəbi yerindəcə donub qalmışdı.Qan isə kəsilmək bilmirdi.Səsə Tavat arvad çıxdı,Nəbini belə görüb: -Ay üstünə od tökülsün,bu nədi belə,cum evinizə,gör nənən nə qayırır?Göy otdan,küldən bassın yaraya. Nəbi komalarına sarı götürüldü.O vaxtdan onun gözünün altında yekə bir çapıq qaldı. Yenə günlərin bir günü Nəbi quzuları yaymışdı yalamalığa.Havanın da ki,cızhacız vaxtı idi.Nəbi əlindəki tonqalda ütülmüş zoğal çubuğunu o yana bu yana yelləyir,qanqalları,qaratikan kollarını kökündən çomaqlayırdı.Gah da,dörd bir yana göz gəzdirib,ətrafına,dağlara,kəndlərinə baxır,öz uşaq düşüncəsi ilə dünyaya,yaradana,elə özciyəzinə suallar verirdi...Düşünürdü ki,görəsən,nə üçün dünya bu qədər ədalətsiz,insanlar bu qədər dəyərsizdir?Elə axı bu “bəyəm,böyüyəm” – deyib,böyürənlərin biz kəndlilərdən nəyi artıqdır və axı,niyə biz işləməliyik,onlar yeməli,hələ bir üstümüzə də təşərlənməlidirlər?Xalqın var-yoxunu talamalarə hələ bəs deyil,gödüklərindən də göz kirəsi istəyirlər.Nəbi öz ağlı ilə nə qədər düşünürdüsə də,bir qərara gələ bilmirdi.Belə bir haqsız dünya ilə barışa bilmirdi və o cızığından çıxmış gədəni – fasıx İbrahimi əzişdirməkdən başqa bir yol görmürdü.Nəbinin hirsi ürəyini yırtırdı. Yuxarı Molluda Xanalı adında bir kişi də var idi ki,özlərinə görə birtəhər dolanardılar.Otuz başacan davarı da var idi ki,qoyunları oğlanları,quzuları qızı – 12 yaşlı Həcər otarardı.Xanalının 15 yaşlı bir oğlu da vardı.Adı Lətif idi.Nəbi onunla,bir də Kərim adlı bir oğlanla yoldaşlıq edirdi.Tezdən Nəbini qanıqara görən Lətif ondan dərdini soruşdu.Nəbi də yanıqlı-yanıqlı: -Ayə,vallah,bu fasıx gədəni salıb təpiyimin altına inək öz balasını ayaqlayan kimi ayaqlayacağam.Qoy,sonra dədəsi mənə neyləyir,eləsin – dedi.Lətif: -Ə, qağa,ağlın olsun,varlılarla çiling-ağac oynama.Ona heç ağız da vermə,yumşaq dolan.Allah özü bu qudurmuşların şəri-şəbədəsinibizdən uzaq eləsin,biz nəçiyik ki?.. -Yox,ay Lətif,mən ona toy tutmasam,bağrım çatlayar. -İndi özün bil,sənə dediyimi dedim ta.Babalı sənin öz boynuna.İşdi-şayət üstünə uşaqları yığıb gətirsə,mənnən Kərimə xəbər eləməyi unutma. -Qoy kimlə gəlir-gəlsin.Onların bütün nəsli ilə tək bacararam.Bu zoğal dəyənəyim nə qədər ki,əlimdədir,mənə heç kim bata bilməz.Sonra da ayrılmışdılar.Yalamalığın o biri tərəfindən Xanalının 12 yaşlı totuq qızı Həcər quzularını otarırdı.İş elə gətirdi ki,bir neçə varlı uşağı,şam ağacındam qırdığları cubuğu at kimi minib,çapa-çapa Nəbiyə tərəf qaçırdılar.Onlar Nəbiyə yaxınlaşdıqda,fasıx İbrahim yanındakılarına arxayın olub,təşərlənmək istədi: -Nə qudurmusan ə,sən həmişə belə yekə-yekə danışacaqsan?Bax ha,bu çubuğu təpəndən endirərəm,yerindən dura bilməzsən. Nəbinin Allahı gətirmişdi,ürəyində istəyi o idi ki,kənddən kənarda onu tutsun.Hamı da gördü ki,xoruzlanan kim oldu.Nəbi təkliyindən də çəkinmədi.Elə ki,Nəbi o fasıx gedəyə yaxınlaşır,düz onun gözlərinin içinə baxır,İbrahimi əsməcə tutur,başlayır kəkələməyə,dizləri titrəməyə.Amma özünü sındırmayıb istəyir ki,qapaz vursun.Əlini qaldırınca,gözünü açıb-yummağa macal tapmamış,Nəbinin şapalağı qulağında cingildəyir.İbrahim top kimi diyirlənib o biri uşaqların ayaqları altına sərələnir.O biri uşaqlar sarılarını udmuşdular.Heç cınqırlarını da çıxarmırdılar.İbrahim zarımağa,söyməyə başlayır ki,ay dədən belə,nənən belə...Nəbi də öz qolunun zorunu gördükdən sonra,heç çomağa əl atmır da: -Dədən də var,nənən də.Söyüşün də yüz qat olub,dəysin onlara. Nə isə,onlar donquldana-donquldana sivişib gedirlər.Sən demə,uzaqdan Həcər bu səhnəni görürmüş.Fasıx İbrahimin bir silləyə yıxılması,diyirlənməsi və Nəbinin 10-15 uşağın önünə tək çıxması,ona ləzzət eləmişdi.Onlar çəkilib gedincə,Həcər quzularını Nəbinin quzularına tərəf yaxınlaşdırdı: -Amma yaman vurdun ha,ay Nəbi.Lap pəhlivansanmış. -Bə nə bilmişdin,mənə də Nəbi deyərlər. -Qəribədi e,ay Nəbi,sənə də baxıram,ona da.İki səncə gövdəsi var,amma bir silləlik canı yox imiş. -Elə dərd də budur ki,bu gedə-güdə üstümüzdə ağalıq edir.Halbuki,özümüzük günahkar. Həcər heyran-heyran Nəbiyə baxır və düşünürdü: “Necə də qorxmaz və igid oğlan olacaq bu Nəbi.Necə də qəşəng sifəti,kəskin danışığı,iti baxışları var.Xalıqverdi dayı gəlnimizə deyirdi ki,kişi qızı olmaq hələm böyük iş deyil.Əsası odur ki,kişi arvadı olasan.Ay Allah,bu Nəbi məni sevsəydi,nə yaxşı olardı.Vallah,dədəm verməsə də,Nəbi istəsəydi,böyüyəndə ona qoşulub qaçardım”. Elə Nəbi də eyzən bu cür düşünürdü və hərdən də gözlərini dolandırıb Həcərə baxırdı.Amma baxışlarını onun qırmızı dağ laləsi kimi alışan yanaqlarında saxlaya bilmirdi.Həcər yanını yerə verib əyləşdi.Nəbi çomağına söykənib quzulara göz qoydu.Bir az da aralıda kəndin dana-buzovu otlayırdı.Danalardan biri oynaqlayırdı: - Mozalacı tutub, - deyə Nəbi güldü.Həcər də gülümsünüb şeytan-şeytan ona baxdı.Amma bu şux baxışlar tez də əridi,və əvəzində,o gözlərdən artıq nisgil süzülürdü: -Nəbi,ay Nəbi – dedi. -Nədi,ay Həcər? -Bəs,indi neyləyəcəksən?Yenə Kərbəlayi Cəfərin quzusunu otaracaqsan? -Nə bilim,ona hələ baxarıq.Dədəsi həddin aşar,çıxaram onlardan.İlimə bir quzu boyu olub,dəysin onun daz başına. -Səni döyməzlər? -Yox,qorxma.Məni döyə bilməzlər.Məni ancaq öldürə bilərlər. Nəbi bu sözləri elə bir qətiyyətlə söylədi ki,Həcər bu cərasətə heyran qaldı.Bir anlıq ona elə gəldi ki,Nəbi dünyanın ən qorxmaz oğlanıdır.Əslində,Həcər özü də qəribə qız idi.Gah görürsən elə həlimxasiyyət olurdu ki,Deyərdin ta bu qədər suyuşirin,mehriban qız olmaz.Gah da görürsən,kiminləsə der-der deyişər,hətta oğlanları da bağlayardı.O gündən Nəbi ilə Həcər elə isnişdilər ki,bir-birilərini görməyəndə özlərinə yer tapmazdılar.Çox vaxt danışmağa da macal olmayanda,bir-birilərinə elə uzaqdanca əl eyləyərdilər.Beləcə,iki ürək bir-birinə qızdı...Həcərdən ötrü ürəyi axırdı Nəbinin...   Xan Rəsuloğlu







Xəbər lenti

img Manşet xəbərləri
Həbsdə saxlanılan jurnalist prezidentə müraciət etdi

2019-09-23 / 01:53:05
img Manşet xəbərləri
Jurnalist prezidentə müraciət etdi

2019-09-23 / 00:42:32
img Günün xəbərləri
“Qarabağ” azarkeşlərə görə cərimələndi – UEFA-dan qərar

2019-09-21 / 16:34:43
img Günün xəbərləri
Elçin Şıxlı İctimai Televiziyadakı işindən DANIŞDI

2019-09-21 / 16:31:20
img Cəmiyyət
Səslərə qıcıq olmaq nevroloji xəstəlik ola bilər?!

2019-09-21 / 16:29:28
img Günün xəbərləri
“Tokio-2020” Olimpiadasına lisenziya qazanan 5 idmançımız kimdi? - SİYAHI

2019-09-21 / 16:27:36
img Dünya
Hər şey göründüyü kimi deyil...

2019-09-21 / 16:25:30
img Dünya
“Yadplanetlilərin bölgəsi”nə yürüş festivala çevrildi - FOTO

2019-09-21 / 10:41:47
img Ölkə
Premyer Liqa Sumqayıtda başlayıb, Zirədə başa çatacaq

2019-09-21 / 10:39:52
img Cəmiyyət
Məşhur aktrisanın erotik filmi qadağan edildi

2019-09-21 / 10:37:27
img Ölkə
Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

2019-09-21 / 10:34:01
img Dünya
Husilər Səudiyyə Ərəbistanına hava hücumlarını dayandırıblar

2019-09-21 / 10:33:03
img Dünya
“Oskar”a namizəd olmuş məşhur amerikalı aktyor Ukraynada dəfn olunmaq istəyir

2019-09-21 / 10:30:45
img Dünya
Dubay şahzadəsi ilə sevgi yaşadığı deyilən Hollivud ulduzundan şok etiraf

2019-09-20 / 19:21:08
img Dünya
Maduro Rusiyaya səfər edəcək

2019-09-20 / 19:19:22
img Ölkə
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

2019-09-20 / 19:17:57
img Cəmiyyət
Almaniyada 500-dən çox aksiya və nümayiş keçiriləcək

2019-09-20 / 14:20:36
img Hadisə
Nobel mükafatı laureatlarının adlarının açıqlanacağı tarixlər bilinib

2019-09-20 / 14:19:44
img Dünya
İran Səudiyyə Ərəbistanına sülh əlini uzatdı

2019-09-20 / 14:18:32
img Cəmiyyət
“Uşaqları universitetə tapşırıqla götürürlər” - Xalq artistindən ağır ittihamlar

2019-09-20 / 14:13:28
img Ölkə
Cahangir Hacıyevlə birgə ittiham olunan keçmiş direktorla bağlı çıxarılan qərar ləğv edildi

2019-09-20 / 14:11:48
img Cəmiyyət
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirildi

2019-09-20 / 14:09:36
img Günün xəbərləri
Şərqşünas alim: “Bu barədə heç kim bir ayə, istinad göstərə bilməz”

2019-09-20 / 13:59:34
img Qafqaz
Gürcüstan prezidenti barədə istintaq başladı

2019-09-20 / 13:57:56
img Cəmiyyət
Şagirdlərin nəqliyyatdan pulsuz istifadəsi mümkündürmü?

2019-09-20 / 13:56:59

Bütün xəbərlər